GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Fazil Mustafanın açıqlamaları erməni mətbuatında - Bu millət ona bir daha mandat verməz...

Fazil Mustafanın açıqlamaları erməni mətbuatında - Bu millət ona bir daha mandat verməz...

Tarix: 7-08-2019, 13:41 Bölmə :Müsahibə Baxış: 594
Fazil Mustafanın açıqlamaları erməni mətbuatında - Bu millət ona bir daha mandat verməz...


Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın Azərbaycan Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin adına olan medalın ləğv edilməsi barədə fikirlərindən sonra yaranan qalmaqal səngimək bilmir ki, bilmir. Hər keçən gün yeni-yeni tanınmış simalar polemikaya qoşulur.

Artıq erməni saytları “Azərbaycanlıların etirafı” başlıqlı yazılar tirajlamaqdadır. Bu da səbəbsiz deyil. Belə ki, F.Mustafa televiziyada Azərbaycan Xalq Cümhuriyyətindən əvvəl bu quruluşda tarixi dövlətimizin olmadığını bildirib. Daim pusquda dayanan düşmən ölkənin mətbuatı deputatın bu fikirləri ilə Azərbaycanın dövlətçilik tarixinin 1918-ci ildən başlandığı barədə kampaniyaya start veriblər.

“Yeni Müsavat”a açıqlamasında Fazil Mustafa məsələyə bu cür aydınlıq gətirdi: “Belə yazılar əvvəl qonşu ölkəyə bağlı saytlarda dərc olunur, sonra Ermənistana ötürülür. Düşmən ölkədə də bu cür tirajlayırlar. Ümumiyyətlə, açıqlamalarım ona dayanır ki, Azərbaycan əslən türk ölkəsidir. Türklərin də tarixi kifayət qədər qədimdir. Daha çox türk kütlələri bu əraziyə gəliblər. Qəsdən məsələ bu şəkildə gündəmə gətirilir. Biz ifadə etmişik ki, Azərbaycan, Ermənistan və Gürcüstan adında dövlət 1918-ci ildə yaranıb. Sülalə dövlətləri başqadır.

Fazil Mustafa: “Qəsdən məsələ bu şəkildə gündəmə gətirilir”

Bunlar bir tarixi faktlardır. Dövlətçiliklə dövlət tarixini eyniləşdirmək olmaz. Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyini qeyd edirik, bu bizim şərəfli tariximizdir. Yazılı açıqlamamda qeyd etməmişəm. Sadəcə, televiziyada demişəm ki, bu üç cümhuriyyət 1918-ci ildə yaranıb. Onu da qeyd etmişəm ki, hər üç cümhuriyyətin ondan öncə bu cür dövlət quruluşu olmayıb. Sülalə dövlətlərinin olduğunu bildirmişəm”.

Deputatın həmkarı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı məsələyə çox sərt reaksiya verdi: “Çox təəssüf edirəm ki, sonluqda hər kəsin gözlədiyi kimi oldu. Mən deməzdim ki, bu diskussiyadır, elmi xarakter daşıyan fikir mübadiləsidir. Qətiyyən. Sadəcə olaraq, Fazil Mustafanın əsası olmayan fikirlərinin cavabını vermək üçün söyləmiş olduğumuz alternativ fikirlər hər zaman onun tərəfindən çox aqressiv qarşılandı. Açığı, bundan sonra onunla üzbəüz gəlmək belə istəməzdim. Görünən odur ki, Azərbaycan dövlətçiliyini təftiş etmək ermənilərə kifayət qədər əsaslar verir. Azərbaycan dövlətçiliyi eramızdan əvvəl VIII-VII əsrlərdən başlayıb. Bu əsrlərdə Azərbaycan ərazisində dövlətçilik yaranıb. İndi bunu doğru olmayan istiqamətə yönəltmək azərbaycanlı ziyalısına yaraşmır. Tariximizi öyrənmək lazımdır. Təkcə onun din tarixini bilməklə kifayətlənmək olmaz. Məhəmməd Əmin Rəsulzadənin, Ağaoğlunun, Mirzə Cəlilin, Axundovun əsərlərini oxumaq kifayət deyil. Bunlar tariximizi öyrənmək üçün yetərli deyil. Mən elə bir tarixçi tanımıram ki, o, universal olsun, tarixin bütün qatlarını mükəmməl bilsin.

Fəzail Ağamalı: “Bundan sonra onunla üzbəüz gəlmək belə istəməzdim”

Tarix o qədər zəngindir ki, onu tam bilmək qeyri-mümkündür. Fazil Mustafa iddia edir ki, guya səlcuqların gəlməsi ilə Azərbaycan xalqı formalaşıb. Bununla o, Azərbaycan ərazisində on minilliklər boyu məskunlaşan və bu gün aborigen olaraq Azərbaycan türklərinin bu ərazidə yerləşməsinin tarixi saxtalaşdırılır. Halbuki Amerika alimləri sübut ediblər ki, 7-10 min il bundan əvvəl indiki Azərbaycan türkləri bu arealda məskunlaşıblar. İndi bunu gətirib 11-12-ci əsrlərə bağlamağın özü çox yanlışdır. Bu cür fikirlərdən hər zaman pusquda dayanan düşmənlərimiz istifadə edirlər. İndi onların Fazil Mustafanın müdafiəsinə qalxmaları təsadüfi deyil. Bu, Fazil Mustafanın faciəsidir.

Başqa sözlə desək, Fazil Mustafa bu fikirləri ilə birbaşa erməni ideologiyasına xidmət etmiş olur. Ona görə söz deyən hər kəs cəmiyyətdə tutmuş olduğu mövqedən asılı olmayaraq səsləndirdiyi fikirləri ölçüb-biçməli, bunun nəticələrini nəzərə alıb danışmalıdır. Bir müddət öncə görkəmli akademik Ramiz Mehdiyevin Şah İsmayıl Xətai haqqında son dərəcə fundamental, elmi əsaslara söykənən fikirlərinə də Fazil Mustafa ciddi yanaşmır. Hətta onun konseptual məsələlərin əleyhinə gedərək özü yeni bir xətt açmağa çalışır. Nə fərqi var, sovet dövründə də tariximiz saxtalaşdırılırdı, indi də Fazil Mustafa kimiləri tariximizi saxtalaşdırır. Azərbaycan xalqının mütləq əksəriyyəti Fazil Mustafanın bu fikirlərinə qarşı öz sərt mövqelərini ortaya qoydu. Bu sübut etdi ki, xalqımız tarixinin, tarixi şəxsiyyətinin sahibidir. Çox təəssüf edirəm ki, Fazil Mustafanın fikirləri ermənilərin əsrlərdən bəri yaratmış olduğu konsepsiya ilə üst-üstə düşür. Təsadüfi deyil ki, onlar Fazil Mustafanı müdafiə edirlər. Heç cürə başa düşülən deyil ki, Fazil Mustafanın bu cəfəng fikirlərinə qarşı həqiqəti deyənlərin hamısını o, niyə cahillikdə ittiham edir”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fazil Mustafa: Bahalığın sıxıntısını xalq çəkir

    Fazil Mustafa: Bahalığın sıxıntısını xalq çəkir ...

    29-08-2018, 13:31

  • 
  • Gənclər Fazil Mustafanın təhqirinə cavab verdi- Screeshot

    Gənclər Fazil Mustafanın təhqirinə cavab verdi- ...

    13-01-2015, 18:00

  • 
  • Fazil Mustafa: "Tofiq Yaqublu ağır əməliyyat keçirəcək xanımının yanında olmalıdır"

    Fazil Mustafa: "Tofiq Yaqublu ağır əməliyyat ...

    24-01-2014, 08:51

  • 
  • Deputatdan ABŞ-da yaşayan politoloqa — SƏRT CAVAB

    Deputatdan ABŞ-da yaşayan politoloqa — SƏRT CAVAB ...

    11-11-2017, 13:36

  • 
  • "Bu gün maaşlar 3-40 fazi qaldırılsa da, vəziyyətdən çıxmaq olmayacaq"- Fazil Mustafa

    "Bu gün maaşlar 3-40 fazi qaldırılsa da, ...

    23-02-2016, 16:39


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu