GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Biz hakimiyyət yox milli güc vəd edirik

Biz hakimiyyət yox milli güc vəd edirik

Tarix: 14-08-2013, 11:37 Bölmə :Müsahibə Baxış: 850
Biz hakimiyyət yox milli güc vəd edirik
Hürrü Əliyev:
“Bütöv Azərbaycan dövlətinin sadə
vətəndaşı olmaq ərazisi işğal olunmuş,
param parça edilmiş respublikanın ən yüksək
vəzifəsinitutmaqdan daha üstün və qururvericidir ”


Müsahibimiz Xalq Cümhuriyyəti Partiyası və “Vahid Millət” Dövlətçiliyə Dəstək İctimai Birliyinin sədri Hürrü Əliyevdir.

- Hürrü bəy, siz siyasətə 2005-ci ildə Xalq Cümhuriyyəti Partiyası ilə gəlmisiniz. Sonra sanki kölgəyə çəkildiz və bir müddət əvvəl “Vahid Millət” Dövlətçiliyə Dəstək İctimai Birliyinin təqdimatın keçirdiniz. Ən son müsahibə və açıqlamalarınızda isə Azərbaycan Milli Azadlıq Cəbhəsi adlı siyasi təşkilatın anonsunu vermisiniz. İlk olaraq bu təşkilat dəyişilmələri və ad fərqliliklərinə aydınlıq gətirmənizi istərdik.
- Əvvəla bizim fəaliyyətimizi belə diqqətlə izlədiyiniz üçün təşəkkür edirəm. Xronoloji və faktaloji baxımdan fikirləriniz düzgündür. Amma məsələnin təşkilat dəyişilmələri və ad fərqlilikləri kimi qoyuluşu ilə razı deyiləm. Qeyd etdiyiniz fərqliliklər yalnız formal xarakter daşıyır. Xalq Cümhuriyyəti Partiyası da, Vahid Millət İctimai Birliyi də, Azərbaycan Milli Azadlıq Cəbhəsi də bir məqsədə xidmət etmək baxımından eyni mahiyyəti ifadə edir. Bunu bizim müxtəlif zamanlarda verdiyimiz bəyanatlar və çıxışlarımız da təsdiq edər. O ki, qaldı təşkilatlanma formasına qısa şəkildə buna da aydınlıq gətirmək istərdim. Xalq Cümhuriyyəti Partiyası heçdən yaranmamışdı. Aylarla partiyanın təşkilat komitəsi fəaliyyət göstərdi, 40-dan artıq rayonda partiyanın özəkləri yarandı, mərkəzi aparat formalaşdı ki, tanınmış aydınlarımız və ictimai-siyasi xadimlər bura cəlb olunmuşdu. Bütün bunlardan sonra biz partiyanın təsis qurultayını keçirdik. Qanunvericiliklə tələb olunan sənədləri qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim etdik.
- Partiya qeydiyyatdan keçdimi?
- Xeyr. Təəssüf ki, müsbət cavab almadıq.
- Maraqlıdır, həmin vaxt sizi hakimiyyətin layihəsi hesab edirdilər. Bu halda partiyanızın qeydə alınmaması təəccüblü görünür.
- Görürsüz, siyasətə şou-biznes kimi baxıb şayə istehsalı ilə məşğul olanlar da var. Biz doğurdan da hakimiyyət layihəsi idiksə, niyə partiyamız qeydə alınmadı. Hələ bu bir yana qalsın boş qalmış dairələr üzrə keçirilən parlament seşkilərində iştirak etdik və bizə qarşı bir çox maneələr yaradıldı. Nəhayət, bizi hakimiyyətin layihəsi adlandıranlar heç olmazsa həftədə bir dəfə Xalq Cümhuriyyəti Partiyasının mətbu orqanı olan “Bizim Cümhuriyyət” qəzetinin maddi çətinliklər üzündən nəşrini dayandırmağımızı nəzərə alsınlar.
- Partiyanız qeydiyyata alınmadığı üçün İctimai Birlik formasını seçdiz?
- Xeyr səbəb bu deyil. Sizin vurğuladığınızın əksinə olaraq hakimiyyətin və ya digər bir qüvvənin hər hansı bir dəstəyi olmadığından və partiya qeydə alınmadığından fəaliyyətimizdə müəyyən enmə müşahidə olundu. 2005-ci ildən sonra ölkədə müşahidə olunan siyasi süstlük bizə də təsirsiz ötüşmədi. Sonradan fəaliyyətimizi bərpa edərkən isə partiyanın sadəcə adını bayraq etmək istəmədik. Buna görə “Vahid Millət” Dövlətçiliyə Dəstək İctimai Birliyi kimi ortaya çıxdıq və ideoloji hədəflərimizi bu yolla təbliğ etmək yolunu seçdik.
- Yeri gəlmişkən, söhbətin əvvəlində də hədəflərdən danışdız. Nəyi nəzərdə tutursunuz?
- Əslində bir təşkilat olaraq deyil, bir millət olaraq hədəflərimiz müəyyənləşib. Ötən əsrin əvvəlində Məhəmməd Əmin Rəsulzadənin liderliyi altında qurulam Xalq Cümhuriyyətinin dövlət bayrağında milli ideoloji sistemimiz əks olunub: Türkçülük, Müasirlik və İslam. Əsrin sonunda isə Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəy ideoloji hədəfi nişan verdi: Bütövləşmək, Millətləşmək və Dövlətləşmək. Bu iki məqam bir millət olaraq bizim yolumuzu və hədəfimizi müəyyən edir. Fəaliyyətimizi hansı ad altında və hansı təşkilat formasında qurmamızdan asılı olmayaraq, hətta hansısa təşkilatda təmsil olunmadan sadə bir Azərbaycan türkü kimi bu hədəfləri əsas götürmüşük. Məqsəd Azad, Bütöv və Demokratik Azərbaycan dövlətinin qurulması, Türk Dünyasının birliyinə nail olmaqdır.
- Hürrü bəy, seçki ilini yaşayırıq. Ölkənin siyasi gündəmini seçki şərtləri müəyyənləşdirib. Etiraf edək ki, siyasətlə məşğul olan bir adamın seçki ilində bu kimi mövzularda danışması ənənəvi deyil...
- Sizinlə qətiyyən razı deyiləm. Bəli ölkə seçkilərə hazırlaşır. Siyasətçilər ölkənin birinci şəxsi olmaq üçün mübarizəyə girişib. Ciddi siyasi prosesdir. Amma gəlin bir anlıq başqa bir məqama diqqət edək. Bu gün bütün enerji resurslarına, geopolitik mövqeyinin mühümlüyünə rəğmən Azərbaycan dünya siyasi xəritəsinin bəzən hesaba alınmayacaq qədər kiçik dövlətidir. Avropanın, Amerikanın hansısa QHT təşkilatları Azərbaycanla bağlı siyasi bəyanatlar verir və bu bütün ölkəni silkələyir. Yaxud qonşu İran və Rusiyanın dövlətimizə gizli siyasi təzyiqləri göz önündədir. Azərbaycanın bir dövlət kimi qüdrətinə və regionda söz sahibi olmasına nail olmadan hər hansı siyasi iddialar gülünc görünür. Şəxsən mənim üçün Bütöv Azərbaycan dövlətinin sadə vətəndaşı olmaq ərazisi işğal olunmuş, param-parça edilmiş respublikanın ən yüksək vəzifəsini tutmaqdan daha üstün və qürurludur.. Bu bir çoxları üçün populist bəyanat kimi səslənə bilər, amma siyasi fəaliyyətimizin, mübarizəmizin əsas qayəsi budur.
- Ən ülvü ideoloji məqsədlərin belə həyata keçirilməsinin yolu da seçkidən, hakimiyyətdə olmaqdan keçir. Siz seçkilərdə iştirakı rədd edirsiz?
- Xeyr. Siyasi təşkilatların və partiyaların seçkidə iştirakı vacib və mühüm şərtdir.
- Elə isə qarşıdan gələn prezident seçkiləri ilə bağlı mövqeyiniz necədir?
- İctimai Birlik olaraq seçkilərdə iştirakımız mümkün deyil, siyasi partiya olaraq isə Xalq Cümhuriyyəti Partiyası belə böyükmiqyaslı bir siyasi tədbirdə iştirak edib nəticə əldə etmək gücündə deyil. Sadəcə görüntü və formallıq üçün seçkiyə qatılmaq isə qeyri-ciddilikdir. Buna görə də biz bu seçkilərdə vətəndaş, yəni seçici kimi iştiraka qərar vermişik.
- Təşkilat olaraq seçkiyə qatılmasanız da namizədlərdən birinə hər hansı bir dəstək göstərə bilərdiniz. Belə bir bəyanatınız olacaqmı?
- Mərkəzi Seçki Komissiyasına hakim partiyanın namizədindən başqa 8 namizəd də sənədlərin təqdim edib. Siz konkret olaraq kimi nəzərdə tutursunuz?
- Konkret olaraq müxalifətin böyük birliyini - Milli Şuranı...
- Axı Milli Şuranın konkret namizədi müəyyənləşməyib. Daha doğrusu müəyyənləşmiş namizədi seçkidə iştirakının reallıq əmsalı sıfra bərabərdir. Biz ilk gündən Milli Şura haqda tənqidi fikirlərimizi səsləndirmişdik. Bildirmişdik ki, burda Rusiyaya bağlı müəyyən elementlər sezilir və Azərbaycan Milli Azadlıq Hərəkatının fəal iştirakçısı olmuş, Rus imperiyasının Sovet dönəmində müstəqillik üçün canı və qanı bahasına çarpışmış insanların, siyasi liderlərin belə bir layihədə adının hallanmasının özü belə əks effekt yaradacaq. Zaman dediklərimizin təsdiqini ortaya qoymaqdadır. O zaman biz bu fikirləri səsləndirərkən də buna müxtəlif siyasi don geyindirməyə çalışdılar. İndi özləri acı gerçəkliyi dadmaqdadır. Hakim partiya öz namizədi üçün imzatoplama kompaniyasına başlayıb Milli Şura isə hələ namizəd məsələsində qəti addım ata bilmir. Bəzən insanlar öz fikirlərindən başqa heç bir kənar rəyi qəbul etmək istəmirlər. “Bizim kimi düşünməyən bizdən deyil” bolşevik yanaşması ilə hərəkət edirlər. Bu tək bizə aid deyil Milli Şuranın içində də bu qurumda təmsil olunan qüvvələrin də bir birinə qarşı belə bir münasibəti var. Baxın cəmi bir həftə öncə Müsavat partiyası İsa Qəmbərin namizədliyini geri götürmək haqda qərar qəbul etmədiyinə görə az qala düşmən elan olunmuşdu. İsa bəyin “ehtiyyat namizəd” təklifi, Mirmahmud ağanın namizədliyindən imtina etməməsi Milli Şuranı dağıtmağa cəhd kimi təqdim olunurdu. O zaman bu ittihamı irəli sürənlər özləri bu gün həmin varinantın üzərinə gəlirlər.
- Yəni Milli Şuradan kiminsə namizədliyini müdafiə etməyiniz mümkün deyil?
- Əslində bəli mümkün deyil. Amma ona görə yox ki, orda prezidentliyə layiq insanlar yoxdur... Əksinə orda Azərbaycan Milli Azadlıq dönəminə şərəflə imza atan siyasətçilərimiz və aydınlarımiz var.... Bizim Milli Şuradan hər hansı bir namizədi müdafiə etməməyimizin səbəbi odur ki, orda fərqli düşüncəli və fərqli ambisiyali insanlar var. Qurum olaraq heç bir səmimi birlikdən söhbət gedə bilməz və bu şura sirf seçki dönəmi üçün hesablanmış, milli maraqlara, ideoloji dayaqlara söykənməyən, bir-birinə heç zaman güzəştə getməmiş və getməyəcək siyasətçilər toplusu oldu. Biz bu qurum üçün heç bir uğur və perespektiv görmədiyimiz üçün Milli Şuranın kimliyindən asılı olmayaraq qərarlaşdırılacaq (bu da baş versə hələ) vahid namizədini dəstəkləməyəcəyik. Mən vahid namizəd haqda nəsə bir nəticə olacağına da inanmıram. Son iclas da bunu deməyə əsas verir. 4 saatdan artıq davam edən müzakirələr konkret qərarla yekunlaşmadı. Ayın 19-na təyin edilən toplantıdan da nəsə gözləməyə dəyməz.
- İstənilən hala bundan sonrakı fəaliyyətinizi hansı ad altında aparmaq niyyətindəsiz: Xalq Cümhuriyyəti Partiyası, “Vahid Millət” Dövlətçiliyə Dəstək İctimai Birliyi yoxsa Azərbaycan Milli Azadlıq Cəbhəsi? Ümumiyyətlə yeni siyasi təşkilatın yaranması hansı zərurətdən ortaya çıxdı?
- “Vahid Millət” Dövlətçiliyə Dəstək İctimai Birliyi siyasi təşkilat deyil bu ictimai qurumdur və cəmiyyətdə ideoloji təbliğatın aparılması üçün bu təşkilat fəaliyyətini davam etdirəcək. Xalq Cümhuriyyəti Partiyasının mərkəzi aparatı artıq bir araya toplaşıb. Həmçinin qeyd edim ki, “Vahid Millət” Dövlətçiliyə Dəstək İctimai Birliyi qısa zaman ərzindəki fəaliyyəti ilə xeyli sayda gənclərimizi və aydınlarımızı öz ətrafında təşkilatlandırıb. Elə bu proses bizi milli qüvvələrin bir mərkəzdə cəmlənməsi ideyasına gətirib çıxardı. Ölkə siyasi sisteminin həddən artıq siyasi firqə maraqlarına qapılması və bu maraqlar fonunda bəzən milli mənafenin qurban verilməsi və ya arxa plana keçirilməsi millətçi kəsimin proseslərdən kənarda qalması bu günün reallığıdır. Azərbaycan Milli Azadlıq Cəbhəsi məhz bu reallığı dəyişmək, milli güc mərkəzinin formalaşdırılmasına xidmət edəcək.
- Yeni yaranan təşkilata müxalif partiyaların üzvlərinin də cəlb olunması planlaşdırılır?
- Qarşımıza belə bir hədəf qoymamışıq. Yəni hansısa partiyanın sosial bazasını məqsəd seçməmişik. Amma 10 ildən artıqdır ki, hər seçki ərəvəsində böyük vədlər eşidib nəticədə xəyal qırıqlığına uğrayan şəxslə rpartiyalarını tərk edib yeni bir təşkilat sorağında olacaqlarsa və bizi seçəcəklərsə bunun günahı bizdə deyil. Azərbaycan Milli Azadlıq Cəbhəsi olaraq milli maraqların heç nəyə güzəştə gedilməməsi, milli hədəflərə nail olunması üçün ölkədə bir güc mərkəzinin yaranmasını qarşıya məqsəd qoymuşuq. Biz hakimiyyət yox milli güc vəd edirik. Bir siyasi təşkilat olaraq ən yaxın zamanda, yəni 2015-ci il parlament seçkilərində seçkilərə qatılacayıq. Amma əsas məqsəd Azərbaycanda hakimiyyətə gəlməkdən daha çox milli qüvvələrin bir mərkəzdə cəmlənməsi və bu mərkəzin daim milli maraqların keşiyində durmasıdır. Azərbaycan kimi ölkələrin bir dövlət olaraq qüdrətlənməsinin yolunun bundan keçdiyini tarix dəfələrlə sübut edib. Qardaş Türkiyədə Başbuğ Türkeşin Milliyyətçi Hərəkat Partiyası və Ülgüçü Ocaqlar hakimiyyətdə təmsil olunmasalar da dövlətdə böyük gücə malik idilər və Türkiyənin Avropa təzyiqlərindən müdafiəsində bu gücün rolunu heç kim dana bilməz.
Hüseyn Abbasoğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Vahid Millət” Dövlətçiliyə Dəstək İctimai Birliyinin sədri Azərbaycan xalqını təbrik edir

    “Vahid Millət” Dövlətçiliyə Dəstək İctimai ...

    7-08-2013, 16:49

  • 
  • "Vahid Millət" Dövlətçiiliyə Dəstək İctimai Birliyinin sədri Hürrü Əliyev müstəqillik Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib

    "Vahid Millət" Dövlətçiiliyə Dəstək ...

    27-05-2013, 19:12

  • 
  • «Vahid Millət» Dövlətçiliyə Dəstək İ.B jurnalistləri təbrik edir

    «Vahid Millət» Dövlətçiliyə Dəstək İ.B ...

    22-07-2013, 11:11

  • 
  • Elçibəyin qardaşı oğlu partiya yaradır

    Elçibəyin qardaşı oğlu partiya yaradır ...

    29-07-2013, 16:16

  • 
  • KXCP Moderator. az Saytına təşəkkür etdi.

    KXCP Moderator. az Saytına təşəkkür etdi. ...

    6-07-2016, 14:19


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu