GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Əli İnsanov: "Rejim intihara hazırlaşır"

Əli İnsanov: "Rejim intihara hazırlaşır"

Tarix: 15-10-2019, 21:11 Bölmə :Müsahibə Baxış: 1 237
Əli İnsanov: "Rejim intihara hazırlaşır"


Keçmiş səhiyyə naziri Əli İnsanov Amerikanın Səsinə müsahibə verib. Müsahibəni Gundemxeber.Az saytı olaraq oxucularımıza təqdim edirik:

Keçmiş səhiyyə naziri Əli İnsanov Amerikanın Səsinə müsahibəsində yeni siyasi təşkilat yaratması, ölkədə ictimai-siyasi durum, Dağlıq Qarabağ probleminin həlli yolları, avrointeqrasiya, hakimiyyətdaxili münasibətlər, iqtidar-müxalifət əlaqələrindən danışıb.

- Yeni siyasi qurum təsis edəcəyinizi bildirmişdiniz? Qurumun adı necə olacaq, təsis toplantısı nə vaxta təsadüf edəcək? Təşkilatınızın hazırkı müxalifət və iqtidara münasibəti necə olacaq?

Artıq siyasi qurumumuzu təsis etməyə hazırıq və hər an onu elan edə bilərik.

- Əli İnsanov: Biz görüşləri və müzakirələri demək olar ki, başa çatdırmışıq. Artıq siyasi qurumumuzu təsis etməyə hazırıq və hər an onu elan edə bilərik. Sadəcə, bir problemimiz var. Təşkilatın ofisi, yaxud da qərargahı olmalıdır. Hökumət buna mane olur, imkan vermir. Biz hələlik bir yer kirayələyə, tuta bilmirik. Bununla çox ciddi məşğuluq. Münasibətimiz belədir. Biz iqtidara müxalif, bütün müxalifət təşkilatları ilə geniş əməkdaşlıq etməyə hazırıq.

- Bir çox ekspertlər iqtidarın sizin elektorat bazanızın Qərbi Azərbaycandan olan insanların olacağından ehtiyatlandığını bildirir. Siz necə düşünürsünüz, elektorat bazanız hansı siyasi və regional dairələri əhatə edir?

- Son deportasiya zamanı Azərbaycana gələn 250 min insanın içərisindən gənclər ahıl ata-analarının, körpə uşaqlarının qayğılarını həll etmədən, yurd-yuva düzəltmədən birbaşa cəbhəyə yollandılar.
Əli İnsanov: Sizin aldığınız məlumatdan və onun əsasında verdiyiniz sualdan belə qənaətə gəlirəm ki, Azərbaycan iqtidarı Qərbi azərbaycanlılar toplumundan çəkinir və ehtiyat edir. Bu, təbiidir. Çünki bu toplum siyasiləşmiş çox böyük bir toplumdur və Azərbaycanın bütün şəhər və bölgələrində yaşayır. Onların sayı 3 milyondan artıqdır. İlk deportasiyalar, bildiyiniz kimi, 1828-ci ildə Türkmənçay müqaviləsindən sonra başlayıb və zaman-zaman çoxsaylı insanlar qədim Oğuz yurdundan Azərbaycana deportasiya olunub. Onların demək olar ki, hamısı bizim doğma Azərbaycanda yerləşib. Bu toplum olduqca cəsarətli, mübarizdir. Onların artıq uzun illər, əsrlərlə ermənilərlə apardığı mübarizə geninə keçib. Həqiqətən də mübariz insanlar tutduğu yolda hər zaman qalib gəliblər, müsbət nəticələr əldə ediblər. Vaxtilə Azərbaycanda belə bir deyim var idi: “Azərbaycanda Qərbi azərbaycanlıların dəstəyi olmasa heç kəs hakimiyyətə gələ bilməz, gəlsə də qala bilməz”. Yəni, iqtidarın bu gün, bu toplumdam ehtiyatlanmasında bir əsas görürəm. Bizim təşkilata da onların çoxsaylı gələcəyi gözlənilir. Ancaq bu, o demək deyil ki, təşkilatımız tək onlardan ibarət olacaq. Qərbi azərbaycanlılar bu saat Azərbaycandakı bütün siyasi qurumların tərkibində fəaliyyət göstərirlər. Bu da normal bir haldır. Başqa vətəndaşlarımız kimi onlar da konstitusion hüququndan istifadə edib bizim təşkilata gəlmələri qanunidir. Mənin yadıma burada bir məqam düşür. 15-16 il bundan əvvəl şair-publisist Bilal Ənsərin “Ağrıdağlı qəhrəmanlar” kitabı nəşr olunmuşdu. O kitabda 21 nəfər Milli Qəhrəman haqqında yazılar, oçerklər var. Bunlar Qərbi azərbaycanlılardır. Son deportasiya zamanı Azərbaycana gələn 250 min insanın içərisindən gənclər ahıl ata-analarının, körpə uşaqlarının qayğılarını həll etmədən, yurd-yuva düzəltmədən birbaşa cəbhəyə yollandılar. Azərbaycanın igid oğulları ilə birlikdə inamla vuruşdular və 21 nəfər Milli Qəhrəman adını aldı. Bunu hər bir xalq iftixar hissi ilə söyləyə bilər. Çünki istənilən toplumun müharibə zamanı hər 20 mindən biri qəhrəman olursa, demək, bu xalq qəhrəman xalqdır.

- Əli müəllim, siyasi məqsədləriniz nədir? Hakimiyyətə gəlmək istəyirsiniz, yoxsa siyasi sistemdə və yaxud idarəetmə sistemində hansısa islahatları dəstəkləmək fikrindəsiniz?

Əgər həqiqi demokratik seçkilər keçirilərsə, biz təbii ki, bu seçkilərdə iştirak etməyi planlaşdırırıq. Biz hakimiyyəti zorla devirməyin qəti əleyhinəyik.

- Əli İnsanov: Bütün siyasi qurumlar ilk növbədə hakimiyyətə gəlmək uğrunda mübarizə aparırlar. Ancaq bu gün hakimiyyətə gəlmək üçün Azərbaycanda lazımi şərait yoxdur. Yəni, normal seçki mühiti yoxdur. Azad seçki qətiyyən yoxdur. Seçkilər saxtalaşdırılır. Daha layiqli insanlar Azərbaycanda, demək olar ki, heç yerə seçilə bilmir. Onun üçün biz bu gün hələ Azərbaycanda seçki mühitinin yaradılması, cəmiyyətin demokratik bir cəmiyyətə çevrilməsi üçün mübarizə aparmalıyıq. Ondan sonra əgər həqiqi demokratik seçkilər keçirilərsə, biz təbii ki, bu seçkilərdə iştirak etməyi planlaşdırırıq. Biz hakimiyyəti zorla devirməyin qəti əleyhinəyik. Ona görə də konstitusion yolla, Azərbaycan qanunları çərçivəsində azad seçki mühitini yaradaraq seçkilərdə iştirak etməyə hazırıq.

- Sizin hazırki iqtidarın daxili və xarici siyasətindən fərqli addımlarınız nə ola bilər?

Azərbaycan bu gün siyasətlə deyil, xəstəhal şıltaqlıqla idarə olunur. Təəssüf ki, bugünki rejimi idarə edənlərin hər birinin öz şəxsi siyasəti var.

- Əli İnsanov: Siyasət dedikdə bugünkü Azərbaycan iqtidarının nə xarici, nə daxili siyasəti yoxdur. Azərbaycan bu gün siyasətlə deyil, xəstəhal şıltaqlıqla idarə olunur. Təəssüf ki, bugünkü rejimi idarə edənlərin hər birinin öz şəxsi siyasəti var. Məhz ona görə də problemlərin heç birini həll edə bilmirlər. Azad, suveren bir ölkə kimi Azərbaycanda gərək “Tarixi inkişaf strategiyası” hazırlansın, mərhələlərlə, hədəflərlə və bunun da əsasında milli siyasət strategiyası formalaşsın, o da dialektik inkişafla... Bunlar olmayan yerdə siyasətdən danışmaq olmaz. Ona görə də xarici və daxili siyasətin fərqinə varmaq istəyirsinizsə, biz Azərbaycanın milli maraqları, strategiyası, ərazi bütövlüyü, milli təhlükəsizliyi, nəhayət, iqtisadi inkişafı naminə Avroatlantik məkana üz tutmalıyıq və hədəfimiz də odur. Daxili siyasətə gəldikdə isə Azərbaycanda haqq-ədalət deyilən şeyin olmadığını hamı yaxşı bilir. Hər kəsin haqqı özünə qaytarılmalıdır. Ədalət Azərbaycanda bərqərar olmalıdır. İnsanlar azad və rahat yaşamalıdır, bütün hüquqlardan istifadə etməyi bacarmalıdır. Biz bunların hamısı üçün çalışacağıq. Ancaq bu qısa müsahibədə bircə onu deyim ki, sosial sahədə çox ciddi işlər görmək lazımdır. İlk növbədə dövlət sektorunda, hesab edirik ki, təhsil tamamilə pulsuz olmalıdır. Saysız-hesabsız talantlı gənclərimiz imkansızlıqdan təhsildən kənarda qalır. İstədikləri savadı ala bilmirlər. Səhiyyədə tibbi sığorta bərqərar olmalıdır və bütün ölkədə tətbiq olunmalıdır. İnsanlar o sığorta hesabına heç bir əziyyət çəkmədən müalicə almalıdır. Nəhayət, insanların maaşı və pensiyaları qaldırılmalıdır. Mən bir dəfə demişdim. Necə ki, 1762-ci ildə 2-ci Yekaterina hakimiyyətə gələn kimi monopoliya və korrupsiyanı ləğv etdi və o dövrki Rusiya dünyanın ən yüksək iqtisadi ölkələrindən birinə çevrildi. Bu işi Saakaşvili təkrar etdi. Kasıb Gürcüstanda büdcəni 12 dəfə artıra bildi. Ermənistanda hakimiyyət dəyişdi, artıq onlarda aşağı əməkhaqqı bizdən 26 dollar yüksəkdir. Azərbaycanda xarüqələr yaratmaq olar. Azərbaycanın iqtisadiyyatını həqiqətən inkişaf etdirib insanların bizim arzuladığımız firəvan həyatını bərpa etmək olar.

- Azərbaycan iqtidarının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı apardığı siyasətdə sizi qane etməyən məqamlar varmı?

İndi Paşinyan Yerevanda, Qarabağda, BMT-nin sessiyasında hayqırır ki, “Qarabağ Ermənistanındır”, bizdə isə Rusiyanın hansısa vilayətində prezident İlham Əliyev haray-həşir salır ki, yox, “Qarabağ Azərbaycanındır”.

- Əli İnsanov: Yəni, qane etməli heç nə yoxdur. 30 ilə yaxın bir dövrdə bu münaqişədən bir addım da qabağa çıxa bilməmişik. Heç nəyə nail ola bilməmişik. Bu, Azərbaycan iqtidarının fərasətsizliyi, qorxaqlığı, cəsarətsizliyi və qeyri-milliliyindən irəli gəlir. Mən burada bir şeyi vurğulamaq istəyərdim. Təəssüflər olsun ki, Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan nə edəcəyini hələ bu gün də bilmir. Nöqtə-nida ritorikası çox gülünc və olduqca ağlamalı bir vəziyyətdir. Mənim yadıma Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” komediyası düşür. Əsərin qəhrəmanı Sərvər bağçada oturub Gülnaz xanımla şirin-şirin söhbət edir, Məşədi İbad isə hasara dırmaşıb haray-həşir qoparır ki, “mən qızın halalca adaxlısıyam”. İndi Paşinyan Yerevanda, Qarabağda, BMT-nin sessiyasında hayqırır ki, “Qarabağ Ermənistanındır”, bizdə isə Rusiyanın hansısa vilayətində prezident İlham Əliyev haray-həşir salır ki, yox, “Qarabağ Azərbaycanındır”. Heç nə edə bilmirsən, heç olmasa gedib o sessiyada (BMT-nin Baş Assambleyasının sessiyası-red.) söz deməyə nə var idi. Bizim əvəzimizə qardaş ölkənin rəhbəri Rəcər Tayyib Ərdoğan deyir. Mən Rəcəb Tayyib Ərdoğana təşəkkürümü bildirirəm. Bilirsiniz, xalq artıq bir şeyi bilməlidir, Paşinyanın çıxışları yalnız onun fikrinə nöqtə qoymadı, sülh prosesinə nöqtə qoydu. Bu, sülhsevər insanları, o cümlədən məni məyus etdi. Ancaq ikinci bir tərəfdən onun çıxışı bu gün bizə bütün dünya ictimaiyyəti qarşısında bəraət verir ki, biz istənilən yolla Qarabağı azad edək. Bunun üçün sadəcə cəsarət və hərəkət lazımdır. Mənim yadıma uşaqlıqda atamın danışdığı bir deyim düşür. O, 1948-ci il deportasiyasından acı-acı danışarkən bizə belə bir öyüd-nəsihət verirdi. O dedi ki, əsl oğul başı üçün hər şeyindən keçməlidir, ancaq vətən üçün başından da keçməlidir. Bu söz mənim qulağımda bu gün də cingildəyir. İndi mən bütün xalqıma müraciət edirəm. Biz bu fikirlə yaşamalıyıq. Biz vətən uğrunda başımızı da qoymağa hazır olmalıyıq. Bizim bu gün Qarabağı azad etməyimiz üçün çox gözəl şərait yaranıb. Ən azı biz qardaş Türkiyəyə baxıb ruhlanmalıyıq və Qarabağı azad etmək bu gün Azərbaycan xalqı üçün çox asan başa gələcək. Güclüyük, imkanımız var, varımız-dövlətimiz, pulumuz da Ermənistandan qat-qat çoxdur. Xalqın da böyük mübarizliyi və əzmkarlığı var. Ancaq təəssüf ki, nöqtə-nida ritorikası ilə biz xalqın ruhunu bir az sındırmış oluruq. Təəssüf ki, iqtidarın çox vəzifəli bir şəxsi deyir ki, İlham Əliyev humanistlik göstərir, qan tökülməsin deyə, Qarabağı azad etmək istəmir. Bu, nə deməkdir? Bu, böyük bir faciədir. Necə yəni, məğlub olmuş dövlətin rəhbəri zəbt olunmuş torpaqlarını azad etmək istəmir. Bəs, o, bunu istəmirsə, onda niyə prezidentdir? Niyə özünü ölkənin rəhbəri sayır? Mən guman edirəm ki, xalq artıq hər şeyi görür, anlayır və hərəkətə keçmək vaxtıdır.

- Yeni Azərbaycan Partiyasının qurucularından biri kimi iqtidardaxili münasibətləri necə xarakterizə edərdiniz? İqtidar-müxalifət münasibətləri necə, ölkədə siyasi, iqtisadi və sosial inkişafa təsir edirmi?

Gəzən şayiələrə görə, İlham Əliyev hakimiyyətdən getmək istəyir. Bu, çox yaxşıdır və güman edirəm ki, hələ bir qədər gecikir.

- Əli İnsanov: İqtidardaxili gərginlik və orada baş verən hadisələr insanları həqiqətən məyus edir. Çünki bu gün Azərbaycan sanki avtopilotdadır, öz-özünə idarə olunur. Sanki Azərbaycanı idarə edən yoxdur. Çox deyib bizim iqtidar:“Azərbaycan xalqı dözümlü xalqdır”. Bəli, mənim böyük ingilis şairi Con Draytenin dörd yüz il bundan əvvəl dediyi söz yadıma düşür: “Dözümlü xalqın qiyamı qədər dəhşətli şey yoxdur”. Bu iqtidar xalqın qiyamınımı gözləyir? Nə vaxt bunlar ağılla-başla hərəkətə keçib, xalqın problemi ilə məşğul olacaqlar? Gəzən şayiələrə görə, İlham Əliyev hakimiyyətdən getmək istəyir. Bu, çox yaxşıdır və güman edirəm ki, hələ bir qədər gecikir. Kim gələcək? O bəlli deyil. Ancaq hər halda hakimiyyətə gəlmək istəyən hər kəsin qarşısında iki ciddi məsələ durur. Hakimiyyətə gələn insan həmin məsələlərə yaxın aylarda yox, yaxın günlərdə yox, hakimiyyətə gəldiyi ilk saatlardan başlamalıdır. Bunun birincisi Qarabağ məsələsidir, bunun həlli yolları var, ən yaxşısını seçməlidir. İkincisi, iqtisadi məsələlərdir. Bax, bu, bir az çətindir. İqtisadi problemlərin həlli, Azərbaycan iqtidarının komandasındakı cənabların ölkədə və xaricdə yaratdıqları iqtisadi imperiyalardır. Gələn adam bu imperiyaları dağıtmağı istəməli və bacarmalıdır. İstəməli və bacarmalıdır. İkincisi korrupsiya və monopoliyanın qarşısı həmən alınmalıdır. Bu, hakimiyyətə gələnin fəaliyyətinin ilk saatlarında, ilk günlərində başlanmalıdır. Mən sual edirəm. Hakimiyyətə gəlmək istəyən və yaxud da istəyənlər bunu edəcəklərmi? Sual olunur. Onlar kimin iqtisadi imperiyasını dağıdacaqlar? Kimin korrupsiyası ilə monopoliyasını yox edəcəklər? Bunu edəcəklərmi? Bacaracaqlarmı? Ona görə də mən hesab edirəm ki, Azərbaycan hakimiyyətinə cəsarətli, xalqını sevən, dediklərimi heç nəyə baxmadan, heç nədən asılı olmadan həll edəcək insan gəlməlidir. Ancaq bu yolla bu məsələlər düzələ bilər. İqtidar-müxalifət münasibətlərinə gəldikdə, iqtidarla müxalifətin heç bir münasibəti yoxdur. Müxalifət ancaq mübarizəsi ilə məşğuldur, iqtidarın isə bütün məşğuliyyəti xalqın milyardlarla sərvətini xərcləyərək öz xalqını əzməkdir. Aqressiv siyasət aparmaq... nə qədər aqressiya olar? Bu xalqı nə qədər incitmək olar? Ona görə də mən bugünkü iqtidardan nə islahat gözləmirəm, nə də yenilik.

- Fikrinizcə, növbədənkənar seçkilər də mümkündürmü?

- Əli İnsanov: Mən elə onu demək istəyirəm. İlham Əliyev getməsi ilə növbədənkənar seçkilər keçirsə idi xeyli bəraət qazanmış olardı.O seçkilər əgər azad, dermokratik keçirilsə idi. Bu, mümkündür və lazımdır. Ancaq mən belə qənaətdəyəm, bizim Azərbaycanı seçilmədən idarə edən rejim intihara hazırlaşır. Məsləhət bilərdim ki, onlara heç kəs mane olmasın.

- Müxalifətdə olan siyasi partiyalarla əlaqələr qura bilmisinizmi? Milli Şuranın və yaxud digər müxalif siyasi qurumların mitinqlərinə, toplantılarına qatılmaq fikriniz varmı?

Partiyanın ilk lideri İsa bəy Qəmbəri və ikinci dəfə seçilmiş Arif Hacılını təbrik edirəm,Müsavat Partiyasına uğurlar arzulayıram.

- Əli İnsanov: Bütün siyasi qurumlarla çox yaxşı münasibətlərimiz var. Yeri gəlmişkən, Müsavat Partiyasının çox demokratik qurultay keçirməsi və yeni sədr seçilməsi münasibəti ilə partiyanın ilk lideri İsa bəy Qəmbəri və ikinci dəfə seçilmiş Arif Hacılını təbrik edirəm, Müsavat Partiyasına uğurlar arzulayıram. Biz təşkilatımız elan olunandan dərhal sonra bütün müxalif qurumlarla əlaqələri daha da genişləndirib bir yerdə mübarizə aparmaq fikrindəyik. Fikirləşirəm ki, biz bir məşvərət məclisinin yaradılması təşəbbüsü ilə çıxış edəcəyik. Biz bir yerdə olmasaq xalqın istəyinə nail ola bilmərik. Hamını birliyə çağırıram.

- Partiyanızı nə vaxt elan edəcəksiniz, bir aya, yarım aya, on günə, beş günə...

- Əli İnsanov: Dediyim kimi, partiyamız elan olunmağa hazırdır. Sizə bir sirr deyim. Məndə olan məlumata görə, partiyamıza böyük axın gözlənilir. Bizim nə ofisimiz var, nə də qərargahımız var. Mən bu camaatı harada qəbul edim. Yaxud da qəbul edə bilməyib məyusmu edim. İqtidar imkan vermir ki, özümüzə ofis yaradaq. Hara gedirik, qoyub qaçırlar. Adımızı eşidən kimi hamı yalvarır ki, bizim yanımıza gəlməyin. Yəni, biz bunu gec-tez həll edəcəyik. Olmasa belə, bir parkda yığışacağıq. Bunun qarşısını almaq mümkün deyil. Ancaq təəssüf ki, hələ bu məsələ həll olunmayıb. Həll olunan günün sabahısı partiyamızı elan edəcəyik.

Qeyd: Azərbaycan hakimiyyəti ölkədə bütün fundamental azadlıqların, o cümlədən söz və mətbuat, seçki, toplaşmaq, birləşmək azadlığının tam bərpa edildiyini bildirir. Rəsmi Bakı tənqidləri qəbul etmir və qərəzli sayır.

Videonu izləmək üçün linkəbdaxil olun;

https://m.facebook.com/sharer.php?u=https%3A%2F%2Fwww.amerikaninsesi.org%2Fa%2F5124393.html

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ƏLİ İNSANOV HƏMYERLİLƏRİNƏ ÇAĞIRIŞ ETDİ

    ƏLİ İNSANOV HƏMYERLİLƏRİNƏ ÇAĞIRIŞ ETDİ ...

    19-09-2013, 17:10

  • 
  • Əli İnsanov bu gün qərar verəcək

    Əli İnsanov bu gün qərar verəcək ...

    23-12-2013, 12:40

  • 
  • Əli İnsanov   müraciət edəcək

    Əli İnsanov müraciət edəcək ...

    21-11-2013, 12:44

  • 
  • Əli İnsanov təcridxanaya köçürülüb

    Əli İnsanov təcridxanaya köçürülüb ...

    13-01-2014, 13:31

  • 
  • Əli İnsanov həbsxanadan bəyanat verdi

    Əli İnsanov həbsxanadan bəyanat verdi ...

    23-12-2013, 20:15


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (140)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu