Keçmiş səhiyyə naziri Əli İnsanov saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb. Vəkil Toğrul Babayev “Media forum” saytına bildirib ki, köçürülmə yanvarın 11-də həyata keçirilib.
Əli İnsanov 2005-ci ildə tutulub, iqtisadi cinayətlərdə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.
Yanvarın 17-də Əli İnsanovun Ali Məhkəmə Plenumunun qərarı ilə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş iki işinə baxılacaq.
Sorğu
Yeni dizaynımız necədir?