KEÇMİŞ NAZİRİN ADINDAN MÜRACİƏT YAYILDI Hazırda 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan keçmiş səhiyyə naziri Əli İnsanovla bağlı ilginc məlumat yayılıb. «Facebook»da Əli İnsanovun adından seçicilərə, xüsusən də Qərbi Azərbaycanlılara çağırış edilib. Keçmiş səhiyyə naziri Qərbi Azərbaycanlılara müraciət edərək onları əvvəlki qaydada təşkilatlanmağa çağırıb: «Əli İnsanov Qərbi Azərbaycanlıları hər zaman olduğu kimi, bu dəfə də ictimai-siyasi proseslərdə aktiv olmağa, bu hakimiyyətə qarşı birləşməyə çağırıb».
Onu da bildirək ki, həbsinə qədər Əli İnsanov iqtidar daxilindəki Qərbi Azərbaycan qruplaşmasının liderlərindən biri hesab olunurdu. Həmin qruplaşmanın fəalları sırasında olanlardan biri də Misir Mərdanov idi ki, o da yaxın günlərdə nazir postundan alınıb.
Məhz bu məqama toxunan Əli İnsanov artıq sözügedən region mənsublarının hakimiyyət tərəfindən hədəfə alındığını da iddia edib.
Qeyd edək ki, Əli İnsanovun adından yayılan müraciəti jurnalistlərdən biri statusunda paylaşıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?