GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Siyasətçi: 'İlham Əliyevin çıxışı hakimiyyət daxilində böhran olduğuna bir işarə idi'

Siyasətçi: 'İlham Əliyevin çıxışı hakimiyyət daxilində böhran olduğuna bir işarə idi'

Tarix: 19-10-2019, 11:14 Bölmə :Müsahibə Baxış: 392
Siyasətçi: 'İlham Əliyevin çıxışı hakimiyyət daxilində böhran olduğuna bir işarə idi'


Prezident İlham Əliyev oktyabrın 16-da keçirilən müşavirədə dövlət büdcəsindən vəsait istəyən məmurları xərcləri şişirtməkdə ittiham edib. Prezident konkret ad çəkməyib, amma bildirib ki, 2020-ci ilin büdcəsi üçün şişirdilmiş rəqəmlər təqdim edənlər, özlərini ifşa edəcəklər:

“Şişirdilmiş, havadan götürülmüş rəqəmlər təqdim olunur. Onlardan soruşanda ki, misal üçün bənd tikməyə, yol çəkməyə, kabel çəkməyə bu qədər vəsait xərclənəcəyi barədə rəqəmi haradan götürürsən!? Havadan. Sonra araşdırma aparılır, görünür ki, şişirdiblər. Nəyə görə şişirdiblər? Aydın məsələdir nəyə görə. Buna da son qoyulmalıdır.”

İlham Əliyev məmurları pis vərdişlərdən əl çəkməyə çağırıb. Deyib ki, belə olduğu halda büdcəyə qənaət etmək, maaşların, pensiyaların artırılmasına imkan yaradılar, şəffaflıq təmin oluna bilər.

"Özünüzü yaxşı aparın" xəbərdarlığı

Sabiq baş nazir Pənah Hüseynə görə İlham Əliyevin son müşavirədəki çıxışı öncəkilərdən kəskin fərqlənir. O bildirir ki, hətta bu çıxışdan sonra bəziləri islahatların olacağına inanmağa belə başlayıb.

Amma Pənah Hüseyn hesab edir ki, hakim komandada kimlərin təmsil olunmasına İlham Əliyev qərar verir. Belə olan halda hansısa məmur şişirdilmiş rəqəmlərlə büdcə pullarını mənimsəyirsə, İlham Əliyev hökumət başçısı kimi konkret addımlar atmalıdır. Onları vəzifədən azad etməli, barələrində cinayət işi başlanıb, araşdırmalar aparılmalıdır:

Müşavirənin zamanı, yeri, tərkibi, ən əsas da İlham Əliyevin qeyri-standart, əvvəki kimi şablon olmayan çıxışları ilə fərqlənirdi.
“Evdə sanki azyaşlı uşaqlara özünüzü yaxşı aparın, yoxsa qulağınızı çəkərəm tipli bir xəbərdarlıq qeyri-ciddi səslənir. Amma mənə son müşavirədə başqa bir məsələ maraqlı gəlir. Müşavirənin zamanı, yeri, tərkibi, ən əsas da İlham Əliyevin qeyri-standart, əvvəki kimi şablon olmayan çıxışları ilə fərqlənirdi.”

Pənah Hüseyn düşünür ki, İlham Əliyevin son çıxışı hakimiyyət daxilində böhran olduğuna bir işarə idi.

Parlamentin dövlət quruculuğu və hüquq siyasəti komitəsinin üzvü Məlahət İbrahimqızı isə düşünür ki, İlham Əliyevin son müşavirədə səsləndirdiyi fikirlər, verdiyi mesajlar açıq, aşkar idi. Şişirdilmiş büdcə təqdim edənlər cəzalandırılacaq:

“Açıq-aşkar, faktlarla sübut olunsa ki, belə şişirtmə halları var, 10 nəfər də olsa, hamısı həbs olunar. Dövlət büdcəsini dağıdanlara qarşı ciddi tədbirlər də görülüb, həbs olunanlar da olub. İndi mən bir-bir onların adlarını çəkmək istəmirəm. Yəqin ki, indi də cənab prezidenti şübhələndirən müəyyən faktlar olub və ona görə də nəfsinə hakim ola bilməyən bəzi adamlara belə bir ciddi mesaj verdi. Prezident həm də cəmiyyətə öz mesajını verib ki, belə məsələlərdə onlar da laqeyd olmasınlar.”

Məlahət İbrahimqızı düşünür ki, İlham Əliyev ölkədə ciddi islahatlara başlayıb. Daha bacarıqlı, işini mükəmməl bilən, gənc kadrlar dəyişikliyi də bu islahatın bir hissəsidir. Onun fikrincə, ehtiyac yarananda İlham Əliyev bu kadr dəyişikliyini aparır.

İllərdir büdcə talanmasından danışılır

Müxalif Real Partiyasının icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, illərdir müstəqil ekspertlər, hökumətin tənqidçiləri, müxalifətçilər büdcə pullarının talanmasından danışır. Hökumət buna görə tənqid olunurdu. Amma hər dəfə büdcə pullarını talayanlar yox, tənqid edənlər hədəfə gəlirdi. Natiq Cəfərli nəhayət 16 illik prezidentlik dövründə İlham Əliyevin bu problemləri etiraf etməsini müsbət hal sayır. Amma bunu kifayət hesab etmir:

“Praktiki addımların da atılmasına ehtiyac var. Nəyə görə uzun illər ərzində büdcə oğurluqları olub, buna göz yumulub? İlk öncə buna aydınlıq gətirilməlidir. Elə prezidentin özü də buna aydınlıq gətirməldir. Daha sonra isə növbəti atılacaq addımların yol xəritəsi hazırlanmalıdır. Yəni, büdcə oğurluğunda hansı məmurların iştirak etdiyi müəyyən olunubsa, onlarla bağlı cinayət işi açılmalıdır”.

Yeni Azərbaycan Partiyasının siyasi şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı isə deyir ki, prezident müşavirədə məmurlara xəbərdarlığını etdi. Onun sözlərinə görə, kimlərsə büdcə pullarını talasa, onlara qarşı ciddi tədbirlər görüləcək.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Beləliklə, prezident İlham Əliyev oktyabrın 16-dakı müşavirəsində konkret ad çəkmədən şişirdilmiş büdcədən danışıb, məmurlara xəbərdarlıq edib.

Amma müstəqil ekspertlər bu cür xəbərdarlıqların yalnız sözdə deyil, əməldə də olmasını zəruri sayırlar./ AzadlıqRadiosu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şişirdilən rəqəmlər, saxta tenderlər... - Və müəmmalı susqunluq...

    Şişirdilən rəqəmlər, saxta tenderlər... - Və ...

    17-10-2019, 13:51

  • 
  • İlham Əliyev: "Almaniya Bundestaqı özünü nə zənn edir?"

    İlham Əliyev: "Almaniya Bundestaqı özünü nə ...

    13-07-2015, 18:08

  • 
  • Prezident İlham Əliyev NATO sammitinə getdi

    Prezident İlham Əliyev NATO sammitinə getdi ...

    11-07-2018, 11:35

  • 
  • YAP İlham Əliyevin seçki sənədlərini MSK-ya təqdim etməyə hazırlaşır

    YAP İlham Əliyevin seçki sənədlərini MSK-ya ...

    5-08-2013, 19:29

  • 
  • İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb

    İlham Əliyevin prezidentliyə namizədliyi qeydə ...

    25-08-2013, 14:32


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (504)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu