GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » "ƏLİ HƏSƏNOVA VƏZİFƏ VERƏNDƏ BÜTÜN YAP ÜZƏRİMƏ QALXDI" -"HEYDƏR ƏLİYEV MƏNƏ DEDİ Kİ, AXI O, BİZİ ATIB"

"ƏLİ HƏSƏNOVA VƏZİFƏ VERƏNDƏ BÜTÜN YAP ÜZƏRİMƏ QALXDI" -"HEYDƏR ƏLİYEV MƏNƏ DEDİ Kİ, AXI O, BİZİ ATIB"

Tarix: 2-11-2019, 11:25 Bölmə :Müsahibə Baxış: 637
"ƏLİ HƏSƏNOVA VƏZİFƏ VERƏNDƏ BÜTÜN YAP ÜZƏRİMƏ QALXDI" -"HEYDƏR ƏLİYEV MƏNƏ DEDİ Kİ, AXI O, BİZİ ATIB"


Sabiq nazir: “Əli Həsənovun da bağına baxın, mənim də, görün hansı dəbdəbəlidir?!”

Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri və partiya sədrinin keçmiş müavini, professor Əli Nağıyev Demokrat.az-ın suallarını cavablandırıb. Əli Nağıyev müsahibəsində Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin və digər şəxslərin 1989-cu il mayın 18-də "Molodyoj Azerbaycana" qəzeti vasitəsilə Əbdürrəhman Vəzirova ünvanladığı dəstək müraciətinə mövqeyini geniş şəkildə ifadə edib.

Əli Nağıyevin fikirlərini ixtisar etmədən oxuculara təqdim edirik:

— Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin və digər şəxslərin 1989-cu il mayın 18-də "Molodyoj Azerbaycana" qəzeti vasitəsilə Əbdürrəhman Vəzirova ünvanladığı dəstək müraciəti birmənalı qarşılanmayıb. Əli Həsənovun Yeni Azərbaycan Partiyasına gəlməsində sizin rolunuzun böyük olduğu deyilir. Bu barədə nə deyə bilərsiniz?

— Sualınızın birinci hissəsinə cavab olaraq onu deyim ki, Əbdürrəhman Vəzirov Azərbaycan xalqının düşməni və xalqımızı satan adamdır. Dağlıq Qarabağ probleminin bugünki vəziyyətə düşməsinin birinci günahkarı Kamran Bağırovdursa, ondan daha böyük günahkarı məhz Əbdürrəhman Vəzirovdur. Yəni, Əbdürrəhman Vəzirov Azərbaycan xalqı tarixində bu qədər böyük şərəfsizdir. O cür şərəfsizə hər hansı dəstək ifadə edənlərin özləri də şərəfsizlərdir. Bu sizin sualın birinci hissəsinə mənim cavabımdır.
Sualınızın ikinci hissəsinə cavab olaraq deyə bilərəm ki, mən Əli Həsənovu ilk dəfə Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri olarkən, onun qəbul otağında tanımışam. Həmin vaxtı Əli Həsənov özü haqqında mənə söhbət edirdi. Söhbət zamanı məlum oldu ki, Əli Həsənov xalam oğlu Rafiqin işçisidir. Xalam oğlu isə həmin vaxtı Naxçıvan Universitetində tədris hissəsinin müdiri vəzifəsində çalışırdı. Xalamoğlu Rafiq Naxçıvan universitetini bitirmişdi, adi müəllim idi. Əli Həsənov isə M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirib və orada müdafiə edərək, elmlər namizədi olub, sonra da Naxçıvan universitetini bitirən xalam oğlunun yanında dəftər daşıyan işləyirdi. Mən təhsilimi Sankt-Peterburqda davam etdirib, elmlər namizədi disretasiyasını müdafiə etmişəm və təhsilin insan həyatında nə qədər əhəmiyyətli olduğunu yaxşı dərk edirəm. Təhsil mənim təəssübümdür. Təhsilsiz millət naxırdır, təhsil millətin keyfiyyətidir. Nahaq deyil ki, böyük Sabirimiz deyirdi:
Qurd isə, şaqal isə biyabanda olardı,
Şəhr içrə bu heyvanlarına şükür xudaya.
Və yaxud dahi Cavid deyirdi:

Ol kəs ki elmdən məhrum cəhl ilə fanatikdir
Demə insan ol nadana ki, bir heyvanı natiqdir.


Sadəcə olaraq, mən Əli Həsənovun M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirib, sonra da gəlib Naxçıvan Dövlət Universitetində adi bir vəzifədə işləməsini qəbul edə bilmirdim. Bu təəssüb mənə yer edirdi. Bu, Əli Həsənovun deyil, onun təhsilinin təəssübü idi. Yəni, mənə görə Əli Həsənov ən azı Naxçıvan Dövlət Universitetində kafedra müdiri olmalı idi.

"ƏLİ HƏSƏNOVA VƏZİFƏ VERƏNDƏ BÜTÜN YAP ÜZƏRİMƏ QALXDI" -"HEYDƏR ƏLİYEV MƏNƏ DEDİ Kİ, AXI O, BİZİ ATIB"


Mən növbəti dəfə ora gedəndə akademik Ziya Bünyadova Əli Həsənovu göstərərək dedim ki, bu adam tarixçidir, M.V.Lomonosov adına Universiteti bitirib, bunu elmlər doktoru elə. Həmin dövrdə Əli Həsənov Tamerlan Qarayevin partiyasının qurucularından biri idi, mən bunları bilirdim. Sadəcə olaraq mən yaxşı təhsilli gənclərin irəli çəkilməsinə çalışırdım. Mən yerli və yaxud qohum təəssübünü də qəbul edirəm, amma qədərincə. Mənim çox qohumum yoxdur. Yəni, nə əmim, nə dayım, nə də bibim olmayıb. Bir xalam var, onun oğlu da Naxçıvan Universitetində tədris hissəsinin müdiri idi. Mən nazir olanda xalam oğlu yanıma gəlib Bakıda iş istədi. Ona dedim ki, qələt edirsən. Məgər biz Naxçıvanı boşaldırıq? Sən Naxçıvanda yaşayanlardan artıqsan? Yəni, nazir olan zaman mən cəmi 2 nəfər naxçıvanlı işə götürmüşəm. Onlara da partiya təəssübü ilə vəzifə vermişəm. Onlardan biri YAP-ın Nərimanov rayon təşkilatının sədri, digəri isə partiya aparatında mənim işçim idi. Mən vəzifələrdə olanda heç zaman qohumbazlıq və yerlibazlıq etməmişəm. Əgər Gəncəli və ya Şirvanlı mənim qohumumdan, yaxud yerlimdən bir neçə baş yuxarıdırsa, mən onları qoyub öz yerlimi və ya qohumu işə götürürəmsə, demək ki, mən Azərbaycana xəyanət edirəm. Əgər onlar bərabər səviyyədirsə, onda qohumu və ya yerlini işə götürmək olar. Təəssüb bu qədər olar, mən ədalətli olmaq buna deyirəm.
Əli Həsənovu da işə götürəndə yalnız və yalnız təhsilinə görə bunu etmişəm. Çünki mən özüm də Rusiyada təhsil almışam və o təhsilin nə olduğunu yaxşı bilirəm. Ümumiyyətlə, mən təhsilin insan üçün nə olduğu gözəl dərk edirəm.
Böyük Cavid demişkən:
Kişi ürfan ışığından parlar,
Şübhəsiz, bilgidə Allah gücü var.
Sonradan 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçiriləndə də Əli Həsənovun Siyasi Şuranın üzvü seçilməyinə təsir etmişəm. Bakıya gələndən sonra isə onu YAP-ın Aparatında işə götürmüşəm. Həmin dövrdə Sürət Hüseynovun adamı olan Nizami rayon İcra Hakimiyyətinin başçısı
Eldar Əzimov var idi. O vaxtı Əli Həsənov mənə zəng edib xahiş etdi ki, Eldar Əzimova zəng edib, ondan poçtun 2 otağını Əli Həsənova verilməsini xahiş edim, Əli də oradan öz biznesini qurmaq üçün ofis kimi istifadə etsin. Mən dərhal telefonda Əli Həsənova iradımı bildirib dedim ki, heç utanmırsan sən? Axı sən M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirmisən! Dur gəl bura! O gələndən sonra Əli Həsənovu əvvəlcə Aparata işə götürdüm, sonra isə ideologiya şöbəsinin müdiri təyin etdim. Həmin vaxtı Əli Həsənova vəzifə verəndə bütün YAP üzərimə qalxdı, məni qınayırdılar. Xeyrəddin Qoca qəzetdə yazdı ki, Heydər Əliyevin partiyasının idealogiya şöbəsinin müdiri gərək böyük adam olsun.
Yəni, mən Əli Həsənovu vəzifəyə götürəndə partiyada mənə çox böyük etirazlar oldu. Sözsüz ki, o vaxtı mənim YAP-da imkanlarım elə idi ki, bu etirazların hamısının qabağını almağı bacarırdım. O dövrdə partiyanın fəaliyyəti Heydər Əliyevin daim nəzarətində idi. Bu məqamda Heydər Əliyev mənə zəng edib, Əli Həsənovu işə götürməyimə görə irad bildirdi. Çünki YAP-ın Naxçıvanda təsis konfransının 1 ili tamam olmamış, Əli Həsənov partiyanın quruculuğu işini ataraq, gedib alverlə məşğul idi. Heydər Əliyev də bunu yaxşı bilirdi. Ona görə Heydər Əliyev mənə zəng edib dedi ki, axı Əli Həsənov vaxtilə bizi ataraq, getdi alverlə məşğul olmağa! Sən də buna gətirib yüksək vəzifə verirsən! Mən Heydər Əliyevə dedim ki, ay Heydər Əliyeviç, axı bunun balası evdə acdır, bəs nə edəydi? Allah rəhmət etsin o böyük kişiyə! Heydər Əliyev mənə münasibətdə çox böyük kişi olmuşdu, mən bunu heç zaman yaddan çıxartmaram. Mənim bu sözümdən sonra rəhmətlik Heydər Əliyev mənə bir kəlmə dedi: “Yaxşı, ciddi nəzarət elə”.
Mən də hər zaman Əli Həsənova dəstək verirdim. Amma sonradan Əli Həsənov elədiyim bütün yaxşılıqları unudaraq, ayağımın altını qazmağa başladı. Mən hələ nazir idim, Heydər Əliyev məni çağırıb, Əli Həsənovun arxamca danışdığını söylədi. Heydər Əliyev mənə bildirdi ki, Əli Həsənov Əli Nağıyevin YAP-ı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə çevirdiyini deyir. Məndə Heydər Əliyevə bildirdim ki, Əli Nağıyev partiyanı deyil, Nazirliyi YAP edir. Əsaslandırdım ki, məndən əvvəl Rafael Allahverdiyevi və Əli İnsanovu daha böyük qurumlara vəzifəyə qoymusunuz, ancaq onlar partiyadan demək olar ki, heç kimi irəli çəkməyiblər. Axı məni bu nazirliyə partiyadakı fəaliyyətimə görə nazir təyin etmisiniz. Bəs onda mən lazım olan kadrları haradan seçməliyəm? Sözsüz ki, partiyadan! Bu cavabımdan sonra Heydər Əliyev mənə bir kəlmə də artıq söz demədi.
Növbəti dəfə Heydər Əliyevin yanında keçirilən böyük müşavirədə o, Əli Həsənovun yalanını televiziyada canlı yayım zamanı üzünə söylədi. Heydər Əliyev Əli Həsənova üzünü tutaraq dedi ki, deyirlər ki, Əli Nağıyev partiyanı nazirliyə çevirir. Mən də Əli Nağıyevi çağırıb soruşuram, o da deyir ki, mən partiyanı nazirliyə yox, nazirliyi partiyaya çevirirəm.
Bəli - Əli Nağıyev düz deyir.
Heydər Əliyevin bu sözlərindən sonra Əli Həsənov yerindən səsini çıxarıb dedi ki, yox, mən elə deməmişəm və sairə. Bu səhnəni bütün Azərbaycan canlı yayım zamanı görmüşdü.
Bilirsiniz, xəyanətkarı Allah heç zaman bağışlamaz. Əsl kişi yediyi qaba tüpürməz. O vaxtı Əli Həsənovu bağıma aparmışdım, evimdə çörək yemişdi, amma sonra gedib Heydər Əliyevin yanında deyib ki, Əli Nağıyevin evində bir “lüsturası” var ki, düşsə Prezident Aparatı uçar. İndi gedin Əli Həsənovun da bağına baxın, mənim də, görün hansı dəbdəbəlidir?!
Mən bu söhbətləri ona görə edirəm ki, Prezident İlham Əliyev bu cür üfunətçi adamların ətrafında olmasının onun adına necə xələl gətirməsini bilsin.

Zaur Hacılı

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əli Həsənovun həyat yoldaşı MTRŞ üzvlüyündən getdi — FOTO

    Əli Həsənovun həyat yoldaşı MTRŞ üzvlüyündən ...

    16-11-2018, 21:54

  • 
  • Bu gün Əli Həsənovun 55 illik yubileyidir

    Bu gün Əli Həsənovun 55 illik yubileyidir ...

    10-03-2015, 19:51

  • 
  • Əli Həsənovun Vəzirova məktubu:  "Bu məqsədə çatmaq üçün biz bütün öz gücümüzü, enerjimizi..."

    Əli Həsənovun Vəzirova məktubu: "Bu məqsədə ...

    27-10-2019, 13:11

  • 
  • "Sona Vəliyeva istefa ərizəsilə cənab Prezidentə müraciət etmişdi" — Nuşirəvan Məhərrəmlidən AÇIQLAMA

    "Sona Vəliyeva istefa ərizəsilə cənab ...

    17-11-2018, 13:00

  • 
  • Əli Həsənova ağır itki üz verdi

    Əli Həsənova ağır itki üz verdi ...

    27-11-2015, 13:14


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
https://betboom.com/az
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu