GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Bütün Qafqazın Şeyxi "Həyatımda qəm-kədərli günlərim də çox olub"

Bütün Qafqazın Şeyxi "Həyatımda qəm-kədərli günlərim də çox olub"

Tarix: 25-08-2013, 14:48 Bölmə :Müsahibə Baxış: 1 079
Bütün Qafqazın Şeyxi "Həyatımda qəm-kədərli günlərim də çox olub"
Sabah tanınmış ictimai xadim, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin ad günüdür. anspress-ə istinadən şeyxin müsahibəsini təqdim edir:

- Şeyx cənabları, ilk öncə Sizi qarşıdan gələn doğum gününüz münasibətilə ürəkdən təbrik edirik. İstərdim ən çox yadda qalan ad gününüzü nə vaxt keçirdiyinizi deyəsiniz...

- Bismillahir Rəhmanir Rəhim. Mən bütün Azərbaycan xalqını, cəmi müsəlmanları geridə qoyduğumuz Ramazan bayramı münasibətilə təbrik edirəm. Allahdan arzu edirəm ki, onlar xoşbəxt olsunlar. Qarşıdan seçkilər gəlir. Tövsiyə edirəm ki, bu seçkilərdə haqq-ədalətin tərəfdarı olsunlar. Mən insanları Heydər Əliyev ideyasına səs verməyə dəvət edirəm.

Həyatımda çətin günlər də yaşamışam. Xoşbəxt günlərim də olub. Ən xoşbəxt günlərim heç də doğum günü ilə bağlı deyil. Ən xoşbəxt günüm birinci dəfə Kəbədə olarkən, oranın minarəsinə qalxarkən olub. Bu hissi heç vaxt unutmaram. 1975-ci il uzun yol qət edib Kəbəyə yaxınlaşanda, uzaqdan Kəbənin minarəsini görəndə özümü saxlaya bilmədim və ağladım. Bu ağlamaq sevinc ağlamağı idi. Allahın mərhəmətinə qovuşmaq ağlamağı idi. Sonrakı dövrlərdə mənim həyatımda Heydər Əliyev həzrətlərinin ikinci dəfə hakimiyyətə gəldiyi günə təsadüf edir. Həmin gün Peyğəmbərimizin mövludu idi. Təzə Pir məscidində yığışmışdıq. Orda çıxış etdi. Həmin günə mənim də mövludum təsadüf edirdi. Heydər Əliyev orada çıxış edərkən mənim ad günümdən xəbəri yox idi. H. Əliyevin dövründə heç vaxt iki dəfə çıxış etməzdi. Sonradan icazə istəyib, ikinci dəfə çıxış etdi. İkinci çıxışında Heydər Əliyev həzrətləri mənə layiqli sözlər dedi. Məni təbrik etdi. Həmin gündə də məni ordenlə təltif elədi. Səhv etmirəmsə, “Söhrət ordeni” idi. Həmin günə həm Peyğəmbərimizin anadan olduğu gün, həm mənim doğum günüm, həm Heydər Əliyev həzrətlərinin illər sonra “Təzə Pir” məscidinə gəlməsi təsadüf edirdi. Sonrakı illərimi də Allah həmin günə uyğun bəxş etdi. Neçə illər sonra birinci nəvəm Xanlar da həmin günə təsadüf etdi. İndi İngiltərədə oxuyur. Daha sonra, oğul nəvəm Allahşükür də 26-da anadan olub. Bir sözlə, bu gün mənim üçün həmişə xoşbəxtlik gətirib. Həmin gün Mehriban xanım da dünyaya gəlib. avqust ayı mənim üçün bayram ayıdır. Həmin ayda yoldaşım da anadan olub. Ailələrimizin çoxu avqust ayında dünyaya göz açıb.

- Hacı ad gününüzü kədərlə keçirdiyiniz illər olubmu?

- Təbii ki, həyatımda qəm-kədərli günlərim də çox olub. Mən indi xəbərlərə baxırdım. Misirdə insanların qırılmasını izləyirdim. Oradakı hadisələrdən çox kədərləndim. Mənim Misirlə sıx əlaqəm var. Misirin ən yüksək ordeninə layiq görülmüşəm. İndi orda baş verən hadisələr, qırğınlar, müsəlmanların bir-birini qırması, Livanda baş verən terror, sünni-şiə məsələsinin ortaya atılması və s. məsələlər məni çox narahat edir. Bundan başqa, 20 yanvarda baş verən hadisələr mənim heç vaxt yadımdan çıxmayacaq. Həmin ili mən heç ad günü də keçirtmədim. Həyatdır da... (köks ötürür)

20 yanvar tarıxında mən Azərbaycan xalqının böyüklüyünü gördüm. Baxmayaraq ki, xalqımızı o dövrdə əzdilər, qırdılar, öldürdülər, şəhid etdilər. Amma Azərbaycan xalqı səsini qaldıra bildi. Öz haqqını tələb etdi. Ən yadda qalan tarixidir. Mən bundan sonra Azərbaycan xalqını çox az halda birləşən gördüm. Məni heyrətləndirən iki hal oldu. 1990-cı il 20 yanvar faciəsi və 1994-cü ildə Heydər Əliyevin çağırışında xalqın birlik göstərməsi. O dövrdə mən də səhərə qədər orda idim. Həmin vaxt xalq öz istəyilə ora toplaşdı. Onlar Heydər Əliyevi dəstəklədilər. 20 yanvar günü də xalq qorxu bilmədi. Yalın əllə silahlı və qudurmuş rus imperiyasının ordusu qarşısına çıxdı. O tarix həm də Azərbaycan tarixinin qürur duyacağı səhifələri idi.

- Şeyx həzrətləri, hər kəsin bir arzusu var. Ad günündə nə arzulardınız ki, Sizə hədiyyə olunsun? Yaxud, Allahdan özünüzə nə arzulardınız?

- Bu il mənim 64 yaşım tamam olacaq. Amma Peyğəmbərimiz 63 il yaşadı. Mənim üçün, bundan sonra nə yaşayacağamsa, Allahdan mənə hədiyyədir. Amma çox heyfslənirəm. Mən cavanlara çağırış edirəm. Nə qədər əllərində imkanları varsa, bədənlərində qüvvə varsa, ibadətdən əl çəkməsinlər. Allaha ibadətdən, orucdan, namazdan qalmasınlar. Çünki insan qocalanda istədiyi kimi ibadət etmir. İndi görürəm ki, əyilib-durmaqda çətinlik çəkirsən. Cavanlıqda etdiyin ibadətin ləzzətini yaşlaşanda o qədər də duymursan. Arzulardım ki, insanlar nə qədər əllərində imkanları var, Allah onlara nə qədər imkan veribsə, ibadətdən əl çəkməsinlər. Allahı unutmasınlar.

Mənim hədiyyəm hər gün aldığım nəfəsdir. Mənə ən böyük hədiyyə müstəqilliyimizin tam bərpasıdır. Torpaqlarımızın işğal altından qurtarılmasıdır. Həyatdır. İnsan dünyadan gedəndə, nakam kimi gedir. Mən ömrüm boyu azərbaycançılığı təbliğ eləmişəm. Torpaqların işğaldan azad olunması üçün döyüşmüşəm. Mənim əlimdə silah olmayıb. Hərbçi deyiləm. Amma qələmim heç vaxt əskik olmayıb. Torpaqlarımızın azad olunması, Qarabağ məsələsində həqiqətlərin dünyaya çatdırılması uğrunda imkan daxilində çalışmışam. Allah bizə torpaqlarımızn azad olunmasını nəsib etsin, İnşallah. Şəhidlərimizin qanı yerdə qalmasın. Bu mənim üçün böyük hədiyyədir.

- Biz uzun illərdir torpaqlarımızı sülh yolu ilə qaytarmağa çalışırıq. Lakin çoxu düşünür ki, bu, artıq mümkün deyil. Torpaqlarımızı mühaibə yolu ilə qaytarmağın vaxtı çatıbmı?

- Torpaq qaytarılması Ali Baş Komandanın əmri ilə olmalıdır. Hər bir vətəndaş da prezidentin yanında olmalıdır. Hər bir vətəndaş rəhbərə bu işdə kömək etməlidir. İstər müxalifət, istər iqtidar, istər din adamı, istərsə də qeyri-dindar, bu torpaq hamımızındır. Sonda kimliyindən asılı olmayaraq, torpaq ana kimi bizi qoynuna alacaq.

Eşitdim ki, Panamada Xocalı faciəsilə bağlı qərar qəbul ediblər. Çoxları bu faciənin genosid olmasını qəbul etdilər. Bu Azərbaycanın təbliğatı deməkdir. Azərbaycanlıların apardığı işlər deməkdir. Əgər belə təbliğatları aparsaq, hərə bir yana çəkmədən, hamı vətən haqqında çalışsa, ola bilsin ki, bu problem sülh yolu ilə həll olunsun. Onsuz da yetəri qədər qan tökülüb. Mən din xadimi kimi istərdim ki, Qarabağ münaqişəsi sülh yolu ilə həll olunsun.

- Bəzən deyirlər ki, Qarabağ müharibəsi Ermənistan-Azərbaycan yox, xristian-müsəlman müharibəsidir. Bu doğrudurmu?

- Bəli, elə fikirlər səslənir. Bu fikirləri münaqişəni daha da genişləndirmək, problemi daha da ağırlaşdırmaq istəyən qüvvələr yaradır. O qüvvələr öz maraqlarını güdürlər. İstəyirlər ki, Qarabağ münasibətlərini dini məcraya yönəltsinlər və xristian-müsəlman dünyasını qarşı-qarşıya qoysunlar. Əlbəttə ki, biz buna razı olmamalıyıq. Biz onlara şans verməməliyik.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Allahşükür Paşazadənin qardaşı: "Özümü çox xoşbəxt hiss edirəm"

    Allahşükür Paşazadənin qardaşı: "Özümü çox ...

    18-09-2015, 16:11

  • 
  • “Vahid Millət” Dövlətçiliyə Dəstək İctimai Birliyinin sədri Azərbaycan xalqını təbrik edir

    “Vahid Millət” Dövlətçiliyə Dəstək İctimai ...

    7-08-2013, 16:49

  • 
  • Dünya ölkələrinin prezidentlərindən İlham Əliyevə təbrik

    Dünya ölkələrinin prezidentlərindən İlham Əliyevə ...

    23-12-2014, 00:05

  • 
  • Putindən İlham Əliyevə təbrik məktub

    Putindən İlham Əliyevə təbrik məktub ...

    23-12-2014, 14:02

  • 
  • Məşhur aktrisa: "Mən kişisiz xoşbəxt ola bilmirəm"

    Məşhur aktrisa: "Mən kişisiz xoşbəxt ola ...

    21-11-2015, 12:39


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu