GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » İsa Qəmbər: Seçkilər islahat nağıllarını ifşa etdi

İsa Qəmbər: Seçkilər islahat nağıllarını ifşa etdi

Tarix: 10-03-2020, 18:34 Bölmə :Müsahibə Baxış: 688
İsa Qəmbər: Seçkilər islahat nağıllarını ifşa etdi


Milli Məclisin keçmiş sədrinin Amerikanın Səsinə müsahibəsi

Milli Məclisin keçmiş sədri İsa Qəmbər Amerikanın Səsinə müsahibəsində Milli Məclisin yeni tərkibi və parlament isalahatlarından danışıb.

Amerikanın Səsi: Milli Məclisin yeni tərkibi barədə nə deyə bilərsiniz? Yeni tərkibdə Milli Məclis əvvəlki tərkibdən nə ilə fərqlənir?

Deputatlar xalq tərəfindən seçilməyibsə, bir rejim tərəfindən, bir hakimiyyət tərəfindən təyin ediliblərsə, orada hər hansı bir fərqdən danışmağa ehtiyac qalmır.

İsa Qəmbər: Ciddi bir fərq yoxdur. Düzdür, köhnələrdən cəmisi səksənə yaxını qalıb, qırxdan bir-iki adam çox, guya, birinci dəfədir parlamentə gəliblər. Amma, tərkibin dəyişməsi barədə o zaman danışmaq olardı ki, bu həqiqi bir seçki olsun, xalq tərəfindən, seçicilər tərəfindən səs alıb gəlsinlər parlamentdə əyləşsinlər. İndiki parlamentdə əyləşənlərin hamısı yenə də hakimiyyət tərəfindən, rejim tərəfindən təyin edilmiş adamlardır. Deputatlar xalq tərəfindən seçilməyibsə, bir rejim tərəfindən, bir hakimiyyət tərəfindən təyin ediliblərsə, orada hər hansı bir fərqdən danışmağa ehtiyac qalmır.

Amerikanın Səsi: Yeni tərkib Milli Məclisin rəhbər heyəti bütövlükdə dəyişib. Bu, parlament idarəetməsinə hansı yeniliklər gətirə bilər?

İsa Qəmbər: Təəssüf ki, eyni cavabı vermək məcburiyyətindəyəm. Heç bir yenilik olmayacaq. Çünki yeni rəhbərlik də hakimiyyətin tapşırıqlarını icra etməklə məşğul olacaq. Onların hər bansı bir müstəqil mövqeləri bəlkə də özləri üçün var, amma, onlar tutduqları vəzifələrdə müstəqil mövqe ifadə etməyəcəklər. Onlar Prezident Aparatından gələn tapşırıqları, hakimiyyətdən, rejimdən gələn tapşırıqları icra edəcəklər. Ona görə də heç bir ciddi yenilikdən söhbət gedə bilməz.

Amerikanın Səsi: Ölkədə parlament islahatlarını necə görürsünüz? Ölkə rəhbərləri növbədənkənar seçkilərin parlament islahatlarını dərinləşdirmək məqsədi ilə keçirildiyni bəyan edib. Siz necə düşünürsünüz?

Əgər ciddi bir islahat etmək fikrində olan varsa bunun üçün mütləq bir Konstitusiya Komitəsi yaradılmalıdır.

İsa Qəmbər: Məncə hər hansı islahatdan söhbət gedə bilməz. 9 fevral seçkiləri hakimiyyətin islahat nağıllarına çox ciddi bir zərbə vurdu, tamamilə ifşa etdi, tamamilə heç bir islahatın olmadığını açıq şəkildə ortaya qoymuş oldu. Məninsə fikrim odur ki, əgər ciddi bir islahat etmək fikrində olan varsa bunun üçün mütləq bir Konstitusiya Komitəsi yaradılmalıdır. Həmin komitəyə ölkənin görkəmli mütəxəssisləri, hüquqşünasları cəlb edilməlidir. Orada siyasi partiyaların, əsas sisyasi qüvvələrin təmsilçiləri də olmalıdır. Həmin komitə konstitusiyanı ya yenidən hazırlamalıdır, ya da ciddi şəkildə yeniləşdirməlidir. Orada ölkənin prezident respublikasından parlament respublikasına keçməsi öz həllini tapmalıdır. Proporsional seçkinin bərpası məsələsi həll olunmalıdır. Normal seçkilər keçirilməsi üçün gərəkən dəyişikliklər həyata keçirilməlidir. Yalnız ondan sonra növbədənkənar parlament seçkisi keçirib ciddi bir islahatlara başlamaq mümkün olacaq. Başqa cür mümkün deyil.

Amerikanın Səsi: Bir çox deputatlığa namizədlər alternativ və ya kölgə parlamentinin yaradılacağını bəyan edib. Bu mümkündürmü?

Bu seçkilərin ən önəmli nəticələrindən biri ondan ibarət oldu ki, yalnız siyasi partiyalar deyil, müstəqillər də hakimiyyətin nə cür total saxtakarlıqla parlament formalaşdırmasının şahidi oldular.

İsa Qəmbər: Bu seçkilərin ən önəmli nəticələrindən biri ondan ibarət oldu ki, yalnız siyasi partiyalar deyil, müstəqillər də hakimiyyətin nə cür total saxtakarlıqla parlament formalaşdırmasının şahidi oldular. Özlərinin nümunəsində bunu dərk etdilər, gördülər. Məhz ona görə də, bu seçkilərdən sonra yalnız siyasi partiyaların namizədləri deyil, müstəqil namizədlərin də bir çoxu bir araya gələrək birgə addımlar atmaq fikrini bəyan etdilər. Müsavat Partiyasında çox böyük bir toplantı keçirildi, bəzi başqa toplantılar da oldu. O proses davam edir. Müsavat Partiyasında keçirilən toplantıda işçi qrupu yaradılıb. Bu işçi qrupu toplantılarını davam etdirir. Orada alternativ paralament, kölgə parlamenti, xalq məclisi, adı önəmli deyil, hansısa bir şəkildə seçkilərdə iştirak etmiş aparıcı siyasi qüvvələrin və tanınmış ictimai xadimlərin birgə addımını müəyyənləşdirməyə çalışırlar. Hesab edirəm ki, bu çox önəmli bir prosesdir. Biz də, Müsavat Partiyasının üzvləri olaraq bu prosesə əlimizdən gələn dəstəyi verməkdə davam edəcəyik.

Qeyd: Fevralın 9-da Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçirilib. Seçkilər 125 seçki dairəsi üzrə 5573 məntəqəni əhatə edib. Seçki bülletenlərinə 1314 deputatlığa namizədin adı daxil edilib.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, hakim Yeni Azərbaycan Partiyasının namizədləri 70 seçki dairəsində, müstəqil namizədlər 41 seçki dairəsində, digər siyasi partiyaların namizədləri daha 10 seçki dairəsində qalib elan edilib.

MSK 4 seşki dairəsində və 328 seçki məntəqəsində səsvermənin nəticələrini etibarsız sayıb.

Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərinin azad, demokratik şəraitdə keçirildiyini, xalqın iradəsini əks etdirdiyini bəyan edib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB), ATƏT Parlament Assambleyasının (ATƏT PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) parlament seçkilərini birgə müşahidə missiyasının ilkin bəyanatında deyilir ki, məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit Azərbaycanda növbədənkənar parlament seçkilərində həqiqi rəqabətin qarşısını alıb.

“Namizədlərin sayının çox olmasına baxmayaraq, həqiqi siyasi müzakirələrin olmaması səbəbindən seçicilər nəticə yönümlü seçimlə təmin olunmayıb,” sənəddə qeyd edilir.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İsa Qəmbər Milli Şuranın mitinqini dəyərləndirdi

    İsa Qəmbər Milli Şuranın mitinqini dəyərləndirdi ...

    19-08-2013, 00:10

  • 
  • İsa Qəmbər başqan kimi sonuncu mətbuat konfransını keçirəcək

    İsa Qəmbər başqan kimi sonuncu mətbuat ...

    25-09-2014, 15:52

  • 
  • Arif Hacılı: İsa Qəmbər Almaniyada müayinə olunacaq

    Arif Hacılı: İsa Qəmbər Almaniyada müayinə ...

    4-04-2018, 14:10

  • 
  • İsa Qəmbər namizədliyini geri götürdü

    İsa Qəmbər namizədliyini geri götürdü ...

    26-08-2013, 17:27

  • 
  • İsa Qəmbər benzin xəbərinə reaksiyası

    İsa Qəmbər benzin xəbərinə reaksiyası ...

    3-12-2013, 10:39


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu