GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Сəmiyyətin 80 faizindən çoxu dəyişikliklər istəyindədir

Сəmiyyətin 80 faizindən çoxu dəyişikliklər istəyindədir

Tarix: 16-12-2012, 14:26 Bölmə :Müsahibə Baxış: 1 021
Сəmiyyətin 80 faizindən çoxu dəyişikliklər istəyindədir

Arif Hacılı: “Azərbaycan xalqına real alternativ göstərmək və mübarizə aparan siyasi xadimi və qüvvəni təqdim eləmək lazımdır”


gundemxeber.az Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı bir sıra tanınmış qərb institutlarının dəvəti əsasında ABŞ-da səfərdə olub. ABŞ səfərini həftənin əvvəllərində başa vuran Hacılı artıq vətənə dönüb. Ancaq buna baxmayaraq Arif Hacılının ABŞ-da keçirdiyi görüşlər, apardığı müzakirələr və gəldiyi qənaət haqqında mətbuatda geniş informasiya verilməyib.
Müsavat Partiyası icra aparatı rəhbərinin ABŞ səfəri, eləcədə İctimai Palata ətrafında baş verən proseslər, bir neçə partiyanın vahid namizədlə bağlı müzakirələrə başlaması və digər vacib məsələlər ətrafında yaranan suallara Arif Hacılının özü cavab verib.

- Arif bəy, ABŞ-a səfəriniz başa çatsa da, bu səfər haqqında müfəssəl informasiya olmadı. ABŞ səfəriniz, keçirdiyiniz görüşlər və müzakirə etdiyiniz məsələlər haqqında məlumat verə bilərsinizmi?
- ABŞ-a səfərim Amerikada insan haqları, demokratiyanın inkişafı, şəffaf cəmiyyət, fikir və söz azadlığını təbliğ edən institutların dəvəti əsasında baş tutub. Bu dəvət çərçivəsində mən ABŞ Dövlət Departamentində, Konqresdə və Senatının keçmiş SSRİ məkanı və Qafqaz regionu ilə məşğul olan mütəxəssislərilə görüşlər keçirdim. Eyni zamanda orada bir sıra demokratik institutların rəhbərləri ilə görüşümdə Azərbaycanda demokratiyanın inkişafı, siyasi məhbuslar, insan haqları ilə əlaqədar müzakirələr apardım. Bu səfərin mənə verdiyi fürsətdən yararlanaraq Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın məsələsinə də xüsusi diqqət yetirdim. Çünki ABŞ-ın xarici siyasətində əsas mövzulardan biri İran məsələsidir. Mən də çalışdım ki, İran mövzusunda danışarkən orada yaşayan 35 milyon azərbaycan türkünün mənafeləri nəzərə alınsın. Əlbəttə ki, səfər zamanı ABŞ-ın müxtəlif ştatlarında yaşayan Azərbaycan diasporasının nümayəndələri görüşlər keçirdim. Həmçinin Vaşinqtonda fəaliyyət göstərən “Azad” Cəmiyyətinin nümayəndələri, “Freddom Hause” beynəlxalq hüquq müdafiə təşkilatının prezidenti və Azərbaycanda yaxşı tanınan David Kramerlə görüşdüm. Eləcədə Şərqi Avropada Demokratiya İnstitutunun prezidenti ilə müzakirələr apardım. Demokratiyanın Müdafiə Fondunun rəhbəri ilə fikir mübadiləsi apardım. Onu da deyim ki, səfər çərçivəsində Dünya Bankının nümayəndəsi və digər şəxslərlə təmasda olmuşam. Keçirdiyim hər bir görüşdə əsasən Azərbaycanda demokratiyanın inkişafı perspektivləri, Dağlıq Qarabağ məsələsi, insan haqlarının müdafiəsi, siyasi məhbuslar və xüsusilə 2013-cü ildə keçiriləcək prezident seçkilərinə dair məsələlər müzakirəyə çıxarılıb. Mən bu səfərin xüsusi əhəmiyyətini həm də onda görürəm ki, 2005-ci ildən sonra Azərbaycan müxalifətinin heç bir nümayəndəsi ABŞ-a dəvət edilməmişdi. İstər 2008-ci il prezident, istərsə də 2010-cu il parlament seçkiləri ərəfəsində ABŞ-ın rəsmi və qeyri rəsmi strukturları tərəfindən Azərbaycanda olan demokratik qüvvələrə qarşı bu şəkildə maraq mövcud deyildi. Hər halda hesab edirəm ki, mənim 2013-cü il seçkilərinə bir müddət qalmış Amerikaya dəvət edilməyim və orada keçirdiyim görüşlər Azərbaycan dövlətinin, xalqımızın və demokratiyanın inkişafında maraqlı olan qüvvələrin mənafeylərinə xidmət edəcək.

- Sizin ABŞ-da geniş spektrli görüşləriniz olub. Konkret olaraq 2013-cü il prezident seçkiləri haqqında onlar nə düşünürlər?
- ABŞ çox böyük ölkədir və orada müxtəlif cür düşünən, eləcədə siyasi və şəxsi maraqlara xidmət edən insanlar var. Təbii ki, mənim görüşdüyüm insanlar Azərbaycanın dostu olan və demokratiyanın inkişafında maraqlı olan insanlar idi. Onlar da təbii ki, Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsində, ölkəmizdə demokratik cəmiyyətin qurulmasında maraqlı olan şəxslərdir. Başlıcası odur ki, ABŞ-da Azərbaycanda keçiriləcək 2013-cü il prezident seçkilərinə münasibət 2008-ci ildə olan seçkiyə münasibətdən tamam fərqlidir. Mən hesab edirəm ki, demokratik düşərgənin və Azərbaycanın mənafeyinə uyğun dəyişikliklər baş verib.

- ABŞ-da görüşləriniz hansı təəssürat yaratdı, onlar Azərbaycanda baş verən proseslərdən, xüsusilə müxalifətin ağır şərtlər altında fəaliyyətini davam etdirməsindən məlumatlıdırlarmı?
- Təbii ki, mənim görüşdüyüm şəxslər bu region və Azərbaycanla məşğul olan mütəxəssislərdir. Onlar kifayət qədər informasiyaya malikdirlər. Təbii ki, mən onlara əlavə informasiyalar da verdim. Mən səfər zaman “Freddom Hause” beynəlxalq hüquq təşkilatının rəhbəri Devid Kramerlə müzakirələr apardım. Cənab Kramer ABŞ-da Azərbaycan üzrə mütəxəssislərdən biri hesab edilir. Yaxın dövrə qədər Kramer Dövlət Departamentində postsovet məkanı ilə məşğul olan siyasi idarənin rəhbəri olub. Təbii ki, regionda olan və baş verən proseslərdən onun kifayət qədər məlumatı var, eləcədə Azərbaycanla xüsusilə maraqlanır, burada siyasi qüvvələrin nisbəti ilə bağlı bilgilərə malikdir. Görüşdüyüm şəxslər Azərbaycan haqqında ətraflı məlumata malik idilər. Mən xüsusilə, qeyd etmək istəyirəm ki, ABŞ-ın Azərbaycanla bağlı siyasətini müəyyənləşdirən şəxslərin əksəriyyəti ilə görüşdüm. Onlar Azərbaycan cəmiyyətinin demokratiyaya hazır olmaması haqqında indiki iqtidarının xalqımıza qarşı olan və onu aşağılayan təbliğatına inanmırlar. Və Azərbaycan cəmiyyətinin demorkatiyaya hazır olduğuna əmindirlər və hesab edirlər ki, Gürcüstandan sonra demokratik keçid hazır və ən yaxın olan ölkə Azərbaycandır.

- Demokratik cəmiyyət quruculuğuna addımlamağın ilk şərti siyasi müxalifətin birlik nümayiş etdirməsidir. Bu mənada İctimai Palatada aparılan son müzakirələri və real durumu necə qiymətləndirirsiniz?
- İctimai Palatada bu müzakirələrin getməsini şəxsən mən müsbət qiymətləndirirəm. Hesab edirəm ki, bu müzakirələr gedəcəksə, tez getsə yaxşı olar. Əgər xatırlayırsınızsa, mən həbsxanadan çıxandan dərhal sonra verdiyim müsahibədə bu müzakirələrin başlamasını təklif edirdim. Amma təəssüflər olsun ki, son altı ay itirildi və müzakirələr artıq indi başlayıb. Təbii ki, indi də müzakirələri təxirə salmağın tərəfdarları var. Mən ümumiyyətlə hesab edirəm ki, problemləri konserviləşdirərək sonrakı dövrə saxlamaqdandırsa, onları aşkar şəkildə göstərmək və həlli üçün cəhdlər göstərmək vacibdir. Bu baxımdan mən nəhayət müzakirələrin başlamasını müsbət qiymətləndirirəm.

- Arif bəy, bu müzakirələr səbəbindən İctimai Palatanı dağıla bilərmi?
- Hər halda yaxın zamanlarda İctimai Palatanın dağıla biləcəyini düşünmürəm. Çünki İctimai Palataya daxil olan siyasi qüvvələr, ictimai birliklər və ayrı-ayrı şəxslər qurumun dağılmasında deyil, güclənməsində maraqlıdırlar. Biz İctimai Palatanın işinin yaxşılaşdırılması üçün ciddi islahatların keçirilməsi təklifini irəli sürmüşük. Bu təkliflər hazırda İctimai Palatanın Koordinasiya Şurasında müzakirə edilir. Əgər İctimai Palatanın Koordinasiya Şurasında bu müzakirələr bir nəticə verməsə biz İctimai Palatanın sessiyasında bu təklifləri irəli sürəcəyik və palatanın daha çevik quruma çevrilməsi, daha da güclənməsi üçün cəhdlərimizi davam etdirəcəyik.

- Heç kimə sirr deyil ki, AXCP seçkilər mövzusunu indidən müzakirə etməyə qarşı çıxır və vaxtı çatanda bu məsələyə münasibət bildirməyi doğru hesab edir. Müsavat Partiyası isə bu başdan seçkilərlə bağlı mövqeyin müəyyənləşdirilməsini vacib hesab edir. Belə prinsipial fərq olduğu təqdirdə birliyi saxlamaq nə dərəcədə mümkündür və siz nəzərə alırsınızmı ki, müttəfiqiniz olan AXCP digər partiyalarla vahid namizəd məsələsinin müzakirəsinə başlayıb?
- Əlbəttə hər bir partiya və siyasətçi öz seçimini etməkdə müstəqildir. İctimai Palatada olan partiyalardan biri əgər İctimai Palatadan kənarda olan siyasi qüvvələrlə birlik yaradaraq seçkilərdə iştirak etmək istəyirsə bu onun hüququdur. Biz ona yalnız uğurlar arzulaya bilərik. Mən hesab edirəm ki, biz konkret məsələləri müzakirə etməkdə nəinki tələsmirik, hətta buna gecikmişik. Fikrimcə, bu müzakirələr noyabr ayında başa çatsaydı demokratik düşərgənin və Azərbaycan cəmiyyətinin marağına daha çox uyğun olardı. Çünki Azərbaycan cəmiyyətinə real alternativ göstərmək və real siyasi mübarizə aparan siyasi xadimi və qüvvəni təqdim eləmək lazımdır. Beləki Azərbaycan cəmiyyətinin ən böyük problemlərindən biri dəyişikliklərin olacağına inamın olmaması ilə bağlıdır. Əksinə, bu məsələlər konserviləşdirilib sonrakı dövrə saxlandıqca və qeyri müəyyənlik davam etdikcə təbii ki, Azərbaycan cəmiyyətinin dəyişikliklərin olacağına inamının artacağını düşünmək sadəlöhvlük olardı. Bu bizim mövqeyimizdir. Biz hesab edirik ki, məsələlər indidən aydınlaşdırılmalı və siyasi komanda, siyasi lider, siyasi hədəflər, siyasi platforma müəyyənləşdirilməli və bunların uğrunda mübarizəyə başlanmalıdır. Mən bir daha xüsusilə vurğulayıram ki, bu məsələlərdə biz hətta kecikmişik. Və bu məsələnin bəlkədə 3-4 ay əvvəl aydınlaşması xalqımızın və demokratik düşərgənin mənafeyinə uyğun olardı. Düşünmürəm ki, İctimai Palatada bu məsələlərin daha dörd, beş ay müddətinə təxirə salınmasına yol verilsin.

- Müsavat Partiyası istisna olmaqla AXCP, ADP, ACP, AMİP, ALP, VİP və Ümid Partiyası sədrlərinin “Asiman” restoranında toplaşaraq vahid namizədə dair aparılan müzakirələrini necə qiymətləndirirsiniz?
- Təxminən altı ay əvvəl mən İctimai Palatada vahid namizəd məsələsi ətrafında müzakirələrin aparılmasını təklif etmişdim. Həmin dövrdə mənim bu təklifi ən pis halda hakimiyyətin maraqlarına xidmət edən siyasət, ən yaxşı halda isə zərərli təbliğat kimi qiymətləndirmişdilər. Yaxın günlərə qədər hakimiyyətin əlaltıları adlandırılan siyasətçilərlə vahid namizəd məsələsinin müzakirə olunmasının səbəbləri mənə aydın deyil. Təbii ki, bu məsələyə qiymət vermək də mənim işim deyil.Çünki hər bir siyasi xadim və partiya öz siyasətini müəyyən etməkdə müstəqildir. Əgər belə hesab olunubsa ki, vahid namizəd məsələsi İctimai Palata və Müsavatla deyil, Əli Əliyevlə, Əvəz Temirxanla, Yusif Bağırzadə və başqaları ilə müzakirə edilməlidir, təbii ki, bu da həmin siyasi qüvvənin öz işidir. Biz bu proseslə bağlı hər hansı fikir bildirə bilmərik və onlara bu işdə uğurlar arzu edə bilərik.

- Müsavat Partiyası belə müzakirələrdən kənarda qalmaqdan narahat deyilmi?
- Bizim heç bir narahatçılığımız yoxdur. Biz Azərbaycanda real müxalifət qüvvələri ilə həmişə bir yerdə olmuşuq və bundan sonra da bir yerdə olacağıq. Heç şübhəsiz ki, prezident kampaniyası dövründə bizim əsas müttəfiqimiz Azərbaycan xalqı olacaq.

- Bəs 2013-cü ildə dəyişikliklər mümkündürmü?
- Dəyişikliklər həddən artıq ləngiyir. Azərbaycan cəmiyyətinin bəlkədə 80 faizindən çoxu dəyişikliklər istəyindədir. Bu gün dəyişikliklər istəyən və bunu açıq şəkildə tələb edən insanların sərhədi hakimiyyətin daxilinə gəlib çatıb. Nəinki cəmiyyət və ayrı-ayrı siyasi qüvvələr, hətta hakimiyyətin ayrı-ayrı strukturunda təmsil olunan insanlarda dəyişikliklrin və islahatların olmasının vacibliyi haqqında mövqelər ifadə edirlər. Düşünürəm ki, Azərbaycanda demokratik islahatların qarşısının alınması istiqamətində olan müqaviməti yaxın zamanlarda qırılacaq.
HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rəsul Quliyev-Arif Hacılı qalmaqalına - Reaksiya

    Rəsul Quliyev-Arif Hacılı qalmaqalına - Reaksiya ...

    24-07-2013, 11:35

  • 
  • “Müsavatın danışıqları Milli Şuranın xeyrinədir”- Arif Hacılı

    “Müsavatın danışıqları Milli Şuranın xeyrinədir”- ...

    23-12-2013, 15:15

  • 
  • Arif Hacılı 4 nəfəri başqan müşaviri təyin edib

    Arif Hacılı 4 nəfəri başqan müşaviri təyin edib ...

    8-10-2014, 15:25

  • 
  • Arif Hacılı: «Xalqın qul olmadığını bilirəm»

    Arif Hacılı: «Xalqın qul olmadığını bilirəm» ...

    2-11-2015, 15:29

  • 
  • Arif Hacılı: "Milli Şuradan imtina etməmişəm"

    Arif Hacılı: "Milli Şuradan imtina ...

    5-06-2013, 00:37


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu