GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Hökumət İlqar Məmmədovu məqsədli şəkildə “şişirdir”- Sərdar Cəlaloğlu

“Hökumət İlqar Məmmədovu məqsədli şəkildə “şişirdir”- Sərdar Cəlaloğlu

Tarix: 23-04-2020, 21:55 Bölmə :Müsahibə Baxış: 775
“Hökumət İlqar Məmmədovu məqsədli şəkildə “şişirdir”- Sərdar Cəlaloğlu


“Mənim başıma gələnlər nə İlqar Məmmədovun, nə də mənimlə eyni vaxtda həbs olunanların başına gəlməyib”.

Bu fikirləri Ali Məhkəmənin Plenumunun ReAL Partiyasının sədri İlqar Məmmədova bəraət verilməsi və ona dəyən mənəvi ziyana görə 234 min manat təzminat ödəməsi haqda qərarına münasibət bildirən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu səsləndirib.

Sərdar Cəlaloğlu bildirib ki, onun vaxtilə qanunsuz həbs edilməsinə dair iş Ali Məhkəmə tərəfindən süründürməçiliyə salınıb:

“Bizim işimizə baxılmır, bir qəpik də təzminat ödəməyiblər. Baxmayaraq ki, 1 il 6 ay həbsdə olmuşam. Ali Məhkəmənin qərarına baxmayaraq, Avropa Məhkəsinin şəxsən mənimlə bağlı işgəncə və seçkilərlə əlaqədar qərarları Azərbaycanda məhkəmə icraatına götürülməyib.

Məsələn, Ağır Cinayətlərə dair Məhkəmədə iş başlayıb, ancaq qeyri-müəyyən vaxta qədər dayandırılıb. Qanunvericilikdə belə bir şey yoxdur. Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmə vəkilləri bir araya gətirə bilmədiyinə görə prosesi qeyri-müəyyən müddətə təxirə salıb”.

ADP sədri hesab edir ki, məruz qaldığı həbs cəzası, o cümlədən, maddi-mənəvi zərərə görə dövlət ona yarım milyon manat təzminat ödəməlidir:

“İlqar Məmmədovdan çox yatmışam, ondan da çox işgəncəyə məruz qalmışam, evimdən ailəmin qiymətli əşyasını oğurlayıb aparıblar. Bunların heç birinə baxmırlar. İlqar Məmmədovla bağlı niyə belə qərar verilib, özləri bilərlər.

İlqar Məmmədovdan qabaq həbs olunmuşam. Ancaq görünür, burada əsas məsələ bizim prezident seçkiləri ilə bağlı tutulmağımız fərqli situasiya yaradır. İlqar Məmmədov seçkilərlə bağlı yox, İsmayıllı hadisələrinə görə həbs olunmuşdu, məhkəmədə də sübut olundu ki, onun həmin məsələyə aidiyyatı yoxdur.

Bizim işimiz isə sırf siyasi məsələdir. Avropa Məhkəməsinin iki qərarı var. O qərarlardan birində mənə 254 min manat təzminat verilməli olduğu qeyd edilib. İkincisinə isə baxılmır.

Hökumət bizə qeyri-rəsmi təzminat ödəyə bilər. Biri var məhkəmənin qərarı ilə, biri də var, razılaşma yolu ilə. Lakin hökumət bu məsələdə hətta bizimlə danışıqlara da getmir. 1 il 6 ay yatmışam, evimizdən qiymətli əşyalar və yoldaşımla gəlinimin 50 min manat dəyərində qızıl-brilyantı oğurlanıb. Yoldaşımla mənim nişan üzüyümüzə qədər hamısını aparmışdılar. Bu barədə də məhkəməyə şikayət vermişdik, ancaq nəticə yoxdur. O zinət əşyalarını axtarış bəhanəsilə yataq otağına girən polislər aparıblar.

Mənə işgəncə verəndən sonra ayaqlarım xəstə düşüb, müntəzəm müalicə alıram. Hesablasaq, hökümət bizə yarım milyon pul ödəməlidir. Mənim başıma gələnlər nə İlqar Məmmədovun, nə də mənimlə eyni vaxtda həbs olunanların başına gəlib. Azərbaycanda siyasi məhbuslar arasında repressiyaya məruz qalmaqda və zərər görməkdə mənimlə müqayisə oluna biləcək ikinci bir adam yoxdur”.

Cəlaloğlunun fikrincə, hökumət İlqar Məmmədovu məqsədli şəkildə “şişirdir”:

“Hökumət özünü elə aparır ki, guya İlqar Məmmədov bunların bir nömrəli düşmənidir. Gerçəkdə isə hökumətin ən böyük düşmənçiliyi mənə qarşı olub. Deyirlər ki, guya mən iqtidarın adamıyam, iqtidara işləyirəm, faktları yan-yana qoyanda, görünən budur ki, Azərbaycan iqtidarının ən pis münasibəti mənə qarşıdır.

Avropa Məhkəməsinin, Ali Məhkəmənin Plenumun qərarları ola-ola, heç bir addım atılmır. Bu günə qədər Avropa Məhkəməsində udduğum 4 iddia ilə bağlı qərar icra olunmayıb”.Yenicag.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sərdar Cəlaloğlu Qurban Məmmədovun həbsini siyasi fəaliyyəti ilə izah edib

    Sərdar Cəlaloğlu Qurban Məmmədovun həbsini siyasi ...

    5-06-2013, 00:07

  • 
  • Sərdar Cəlaloğlu ADP sədrliyindən istefa verdi

    Sərdar Cəlaloğlu ADP sədrliyindən istefa verdi ...

    11-10-2013, 12:37

  • 
  • Sərdar Cəlaloğlu vəzifə üçün İlham Əliyevə müraciət edə bilər

    Sərdar Cəlaloğlu vəzifə üçün İlham Əliyevə ...

    24-10-2013, 18:29

  • 
  • ALİ MƏHKƏMƏDƏN İLQAR MƏMMƏDOVLA BAĞLI ŞOK QƏRAR - Bəraət verildi, 234 min təzminat ödənəcək!

    ALİ MƏHKƏMƏDƏN İLQAR MƏMMƏDOVLA BAĞLI ŞOK QƏRAR - ...

    23-04-2020, 14:11

  • 
  • Əli İnsanovla bağlı Avropa Məhkəməsinin qərarına Ali Məhkəmədə noyabrın 15-də baxılacaq

    Əli İnsanovla bağlı Avropa Məhkəməsinin qərarına ...

    13-11-2013, 11:21


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu