GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » "Yaşamaq lazımdı, yazmaq boş şeydi..."

"Yaşamaq lazımdı, yazmaq boş şeydi..."

Tarix: 5-05-2020, 23:34 Bölmə :Müsahibə Baxış: 800
"Yaşamaq lazımdı, yazmaq boş şeydi..."


Moderator.az saytının müsahibi şair Mahir Mehdidir.

- Mahir, deməyə söz də tapmıram... Bəlkə sən danışasan?


- Deməyə söz tapmırsan... Ancaq mən yaza bilməyəndə yaza bilmədiyimdən yazıram. Düzdü, yazmaq özünü aldatmaqdan başqa bir şey deyil. Ancaq aldanışların ən səmimisi, ən gözəlidi. Yazanda mənə elə gəlir ki, nəsə böyük, yekə, dünyanı silkələyəcək dəhşətli, çox vacib, gərəkli bir işlə məşğulam. Yazını nöqtələyən kimi anlayıram ki, yaşamaq lazımdı, yazmaq boş şeydi. Hərdən də düşünürəm ki, ədəbiyyat mənasız bir məşğuliyyətdi. Sadəcə, baş qatmağa, özünü bilə-bilə aldatmağa bundan anlamlısı, mənalısı yoxdu.

- Bu koronavirus ağır cəzadır, yoxsa Allahın mükafatı olacaq bir sınaq?

- Bu haqda heç fikirləşməmişəm. Verilən informasiyalara çox da inanmıram, özüm bir vaxtlar qəzetçi olmuşam axı. Şübhə eləməyə haqqım var.

- Orijinal yazı tərzin, maraqlı üslubun var. Hər sözün, hər misranın təzə-tər ovqatı durula-durula sirr açır sanki. Mahir Mehdi hansı ədəbi məktəbin köynəyindən çıxıb görən? Səni romantizmin nümayəndəsi adlandırmaq olarmı?

- Orijinallıq sözdə yox, sözün necə yazılmasında, mətnin nə cür qurulmasındadı, hansı formada olur-olsun. Bilmirəm hansı cərəyanın nümayəndəsiyəm. Mənə ədəbiyyatətrafı söhbətlər, gəzişmələr yox, ədəbi mətnlər maraqlıdı. Bir də ki şeir haqda danışmazlar, şeiri yaşayıb-yazarlar. Yazmaqçünsə ağıllı olmaq o qədər də önəmli deyil, çevrəndəkilərdən bir az hissiyyatlı olsan yetər.

- Şeirlərini oxuyub barəndə düşünəndə hərdən adama elə gəlir ki, bilərəkdən çəkilib durmusan qıraqda. Nədən gizlənirsən, ədəbiyyatın səs-küyündənmi?

- Mən eyni vaxtda, eyni məkanda bir neçə masada oturmağı bacarmadım və bacarmıram. Hansı tərəfdə olmaq yox, hansı yöndən görünməkdədi şərt. İndiki halımdan razıyam, sakitcə otur nəsə yaz, öyrən, oxu, özünlə məşğul ol... Səs-küy mənlik deyil. İki nəfər şəkil çəkdirməyə dayananda yüyürüb arxadan özünü obyektivə dürtüşdürmək istəyən üçüncü adam olmaq istəməmişəm heç vaxt...

- Mahir Mehdinin yazdığı şeirlərdə hansı şairin təsiri ola bilər?

- Təsir məsələsinə konkret cavab vermək çətindi. Məni baxdığım bir film də, bir söhbət də, uzun bir roman da təsirləndirə bilər. Daha çox necə yazmamağı öyrənmişəm həmişə, fərqli olmaq, seçilmək istəmişəm bütün yazılarımda. Ən böyük tənqidçim də elə özüməm, özümü redaktə eləməkdən zövq alıram, hər şeyi bəyənən deyiləm...

- Mahir, mən karantinin boş qoyduğu küçələrdə tapdanmaqdan qurtulan rahat bir şəhər gördüm. Kədərdən çox azadlıq sevinci vardı sanki. Bəs şairin gözlərinə görükən nələr oldu?

- Əslində, şəhər özündən təmizləndi, adamlar bir-birindən dincəldi, hər şey rahat nəfəs aldı. Qadağan edilmiş şeylərdə bir mistika var. Ancaq əlçatan olanda görürsən ki, nə qədər mənasızmış. Bunu qoyulmuş qadağalara gətirirəm. Bir də itmiş bir şeyin öz mistikası olur həmişə. Məsələn, itmiş əlyazma. Ortalıqda yoxdu, görünmədiyi, bilinmədiyi üçün daha qiymətlidi, maraqlıdı, bir az da şirindi. İstədiyin qədər mif quraşdırıb, nağıl uydurub, xəyali bir film də yapa bilərsən bu haqda. Ancaq itmişlər tapılmasa yaxşıdı, məncə. Tapılanda mif dağılır, sirr pərdəsi yırtılır, görürsən ki, verdiyin dəyərin yanında çox balacaymış, quraşdırdığın böyük şeylərə dəyməzmiş bu əlyazmalar... Bu karantinin də sirri açılmasa yaxşıdı...

- Mahir Mehdi ərköyün və davakardı, yoxsa bir az həlim, bir az küsəyən. Səni yaxşı tanıyanlar çoxdumu?

- Adamı özündən başqa heç kəs yaxşı tanıya bilməz. Əvvələr davakar idim, keçmiş dostlar bilir, indi sakitləşmişəm...

- "...Gedəcəm şairlərin diktator olduqları yerə - SÖZƏ". Şair sözün hökmündədir, ya söz şairin?

- Bu çür suallardan həmişə qaçıram. Pafosla danışmaqla aram yoxdu. Bir vaxtlar dəb düşmüşdü, hansı şairdən müsahibə verirdisə götürürdülərsə başlayırdı ki, nə bilim, Allah şairlərin ağzıyla danışır, şeiri Allah yazdırır, peyğəmbərlərdən sonra şairlər gəlir, kədər, tənhalıq, ilahi məqam və sair və ilaxır. Şeirlə, sözlə bağlı deyilən bu çür ritorik fikirlər, təsirli kəlamlar şairlərin uydurmasından, özlərini dəyərə mindirməsindən başqa bir şey deyil. Bunlar işlətmə müddəti bitmiş, vaxtı keçmiş tanıtmalardı. Allahın işi-gücü qurtarıb kiməsə imla desin, şeir yazdırsın. Camaat super insan yaradır. İndi maşınlar da şeir yazır. Mən hökm bilmirəm, sadəcə, oturub yazıram, sözü əlimin altında oynadıram, ya alınır, ya da yox. Ancaq mən sözü görməsəm yaza bilmərəm. Başqalarından fərqli olaraq, görmək imkanım qat-qat genişdi, daha böyükdü. Hüceyrələrimlə, dərimlə, bütün bədənimlə görürəm. Hər yerim kameradı...

- "İudanın öpüşü" şeirinin, ümumiyyətlə bu mövzunun hansısa formada davamı olacağını düşünürdüm...

- "İuda öpüşü"ndən çox yazılıb. Poeziya, əslində, təzə heç nə demir, köhnələri, unudulmuşları yaddaşa qaytarır, təzədən yeni edir. Şeir istənilən bir şeyə çeşidli baxışlardı, müxtəlif münasibətlərdi, dünya görüşləridi. Milyon şairin görünən və görünməyən şeylər haqda milyon informasiyasıdı. Eyni şeyin min cür ifadəsidi... Bu öpüşdən hələ çox yazılacaq, İsanı isa edən elə bu öpüş olub...

- Yaradıcılığında koronavirus silsiləsi olacaqmı?

- Yəqin saytlarda getmiş şeirimə işarə edirsən. Mən o şeiri "Feysbuk"da paylaşmışdım. Heç koronavirusa aid olduğunu da yazmamışdım. Sadəcə, saytda işləyən dostlar götürüb vermişdilər, başlığını özləri qoymuşdular. Silsilədənsə söhbət gedə bilməz. Planla şeir yazmıram.

- "Mahir Mehdi böyük şairdir" deyənlər səni fərəhləndirirmi? Təriflənməyə çoxmu ehtiyac duyursan?

- Əvvəllər bir xasiyyətim vardı, şeir yazandan sonra durub güzgüyə baxırdım. Mənə elə gəlirdi ki, həmin an dünyanın ən böyük şairi, ən nəhəng kişisiyəm. İndi o xasiyyətimi tərgitmişəm, tərifisə hamı kimi çox sevirəm. Bir də, məni tərifləyənlərin səmimiliyinə inanıram. Çünki nə baş nazirəm, nə də başqa vəzifə sahibi...

- Daimi iş yerin varmı? Hazırda nə ilə məşğulsan?

- İş yerim özüməm, varaqdı, qələmdi, kitabdı. Daha çox oxuyuram, filmlərə baxıram, siyahı yazmaq istəmirəm, hansı kitab, hansı film. Kimisə öyrətməkdən, kiməsə dərs keçməkdən xoşum gəlmir. Hər kəs enə bildiyi qatacan gedir. İndi özümlə məşğulam...

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Whatsapp”a fərqli yazı üslubları gəldi

    “Whatsapp”a fərqli yazı üslubları gəldi ...

    2-04-2016, 01:36

  • 
  • “Bezmişəm tək darıxmaqdan,dur gəl,bir yerdə darıxaq…” -Mahir Mehdi

    “Bezmişəm tək darıxmaqdan,dur gəl,bir yerdə ...

    23-04-2020, 21:50

  • 
  • Mahir Mehdidən üç yeni şeir

    Mahir Mehdidən üç yeni şeir ...

    12-11-2019, 11:52

  • 
  • YENİ «AYNA»

    YENİ «AYNA» ...

    28-06-2016, 20:34

  • 
  • "Cinsi əlaqə zamanı kişi qadından o enerjini sorur" -Cinsəl həyat barədə şərh

    "Cinsi əlaqə zamanı kişi qadından o enerjini ...

    14-07-2016, 23:24


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (535)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu