GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » YENİ «AYNA»

YENİ «AYNA»

Tarix: 28-06-2016, 20:34 Bölmə :Ölkə Baxış: 525
YENİ «AYNA»

Qəzetin buraxılışını dayandıranda son yazımı “məğlubiyyətin bu qədər rahatlıq gətirəciyini düşünməzdim” fikri üzərində qurmuşdum. Çünki doğrudan da yorulmuşdum. Ən çox da “yel dəyirmanlarıyla” savaşmaqdan…

Özümə söz verdim ki, daha yazı yazmayacam. Yazmadım da… Düz iki il…Bu vaxt ərzində haqqında oxuduğum, eşitdiyim və bildiyim, amma rastlaşmadığım çox şeylərlə üzləşdim. Vəfasızlıq da, eniklik də gördüm, amma əsl dostluğun nə demək olduğunu da anladım.

Əvvəlcə, özümü hər şeydən təcrid etməyə çalışdım. Heç nə oxumadım, heç nə ilə maraqlanmadım. Şəhərə getməməyə çalışdım. Bu minvalla bir necə ay keçdi. Nəhayət, darıxdım. Oskar Uayldın illərdir yarımçıq qoyduğum sehrli nağıllarının tərcüməsini tamamladım. Dostlar sağ olsun, kitabı çap elədilər. Sonra ingiliscə-azərbaycanca lüğət üzərində işlədim. İynə ilə gor qazmaq kimi bir şeydi. Və nəhayət, dəyərli dost və həmkarlarım Arif Əliyev və Qulu Məhərrəmli ilə Jurnalistika terminlərinin izahlı lüğətini hazırladıq. Üzərində son redaktə işləri gedir.

Və ən nəhayət, Rauf Mirqədirov azadlığa çıxdı. O, həbs olunan gündən əmindim ki, günahsızdır. Amma bunun hüquqi isbatı üçün düz 23 ay təkadamlıq kamera həyatı yaşamalı oldu Rauf. Deyir, kitablar olmasaydı, bəlkə də havalanardım. Yenə də kitab…

İndi isə məndən “iş” tələb edir… Yazmaq istəyir. Elə mən özüm də yazmaq istəyirəm. Çünki, yazmadığım müddət ərzində anladım ki, nə ilə məşğul olsam da, özümə yer tapa bilmirəm. Hiss edirəm ki, zaman narın qum kimi barmaqlarımın arasından süzülüb gedir, mənsə edə biləcəklərimi etmirəm…

Dostlarla xeyli götür-qoydan sonra – İbrahim də (Nəbioğlu), Arif də (Əliyev), Qulu da (Məhərrəmli) məsləhət bildilər ki, “Ayna”nı bərpa edək. Və işə başladıq. Dəyərli insan və ziyalı, gözəl rəssam və işinin ustası Akifin (Hüseynov) təmənnasız dəstəyi ilə xeyli zəhmətdən sonra, deyəsən nə isə alınmaq istəyir, ancaq Nicatla hələ də çalışırıq…

Amma bu qəzet olmayacaq, çünki mövcud şərtlərdə çap mediası özünü nə dolandıra, nə də doğrulda bilər. Məhz ona görə də, bu, kommersiya layihəsi deyil. Sadəcə, qələmi və sözünün ağası olan kəslərin ziyalı sözü deməsi üçün bir platformadır. Peşəkar jurnalistlərin “köşə”sidir. Yeni, “Ayna” saytında yalnız köşə yazıları olacaq – İbrahim Nəbioğlunun, Qulu Məhərrəmlinin, Rauf Mirqədirovun, Arif Əliyevin və mənim.

Özümüzü internet TV kimi də sınayacağıq. Zənnimcə, alınacaq, çünki Qulu Məhərrəmli və İbrahim Nəbioğlu kimi telejurnalistika ustadları bu işə əl qoyacaqlar…

***

“Sonra özündən xəbər aldı:

— Qoca, səni axı kim məğlub etdi?

Özü də cavab verdi:

— Heç kim! Sadəcə, mən dənizdə çox uzağa getdim”.

Bu, böyük Heminqueyin “Qoca və dəniz”indəki qoca Santyaqonun daxili dialoqundan bir parçadır. Deyilənlərin əsl mənasını indi anlayıram. Anlayıram ki, “dənizdə çox uzağa” yalnız sınanmış dostlarla getmək olar!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Qulunu sayıram, Arif Alışanovu isə…"

    "Qulunu sayıram, Arif Alışanovu isə…" ...

    10-03-2016, 14:28

  • 
  • Qulu Məhərrəmlidən YAP-çı deputata cavab

    Qulu Məhərrəmlidən YAP-çı deputata cavab ...

    25-07-2013, 20:50

  • 
  • “Gündəm xəbər” həftəlik yayıma keçdi

    “Gündəm xəbər” həftəlik yayıma keçdi ...

    10-06-2014, 11:27

  • 
  • Serj Sərkisyan azərbaycanca danışdı

    Serj Sərkisyan azərbaycanca danışdı ...

    19-07-2013, 11:16

  • 
  • “Can atımı, gözü, dodaqları səssizcə “qızım!” deyirdi”

    “Can atımı, gözü, dodaqları səssizcə “qızım!” ...

    12-07-2014, 21:43


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu