GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Cövhər Dudayev Azərbaycanda İskəndər Həmidovdan başqa heç kimə güvənmirdi” - EKSKLÜZİV MÜSAHİBƏ

“Cövhər Dudayev Azərbaycanda İskəndər Həmidovdan başqa heç kimə güvənmirdi” - EKSKLÜZİV MÜSAHİBƏ

Tarix: 1-06-2020, 12:27 Bölmə :Müsahibə Baxış: 1 441
“Cövhər Dudayev Azərbaycanda İskəndər Həmidovdan başqa heç kimə güvənmirdi” - EKSKLÜZİV MÜSAHİBƏ


“Seçmələr” rubrikasında I Qarabağ müharibəsi veteranı, Azərbaycan Bozqurd Partiyasının “Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi”nin və AXH üzvü Firuddin bəy Əhmədli İskəndər Həmidovla bağlı xatirələrini bizimlə bölüşdü.

-Firuddin bəy, İskəndər Həmidovla tanışlığız necə oldu?


-Mən Sumqayıtda dünyaya gəlib, boya-başa çatmışam. Milli-azadlıq hərəkatı başlayan zamanı biz idmançı uşaqlar 50 nəfərə yaxın dəstə yaratdıq. Bu dəstəyə qoşulan oğlanların hamısı vətənpərvər, igid, qorxmaz, döyüşkən idi. Bizim ən böyük qayəmiz sovet sisteminə qarşı çıxmaq, müstəqilliyimizin bərqərar olmasıydı. O vaxt İskəndər bəy, daxili işlər nazirliyində yüksək vəzifədə ola-ola milli-azadlıq hərəkatına qoşulan nadir insanlardan idi. Ona görə həm xalq kütlələri, həm də Sumqayıt əhalisi içərisində böyük rəğbət qazanmışdı. O vaxt mərhum Elçibəy lider olaraq gündəmdə deyildi, amma İskəndər bəyi milli lider kimi görənləri sayı olduqca çox idi. Bəy tez-tez Sumqayıta gələr, hər zaman da deyərdi: “Sumqayıt milli-azadlıq hərəkatının qalasıdır”. Bizim dəstə də bəylə tanışlığı meydanlarda oldu. Sonralar bəy Ali Sovetə deputat seçkiləri zamanı Sumqayıtdan öz namizədliyini verdi və seçildi. O dönəmdə ox yaydan çıxmışdı deyə, bizə, yəni parlamentə seçiləcək 31 nəfərlik demokratik bloka qarşı çoxlu alternativ şəxslər var idi. İskəndər bəyə alternativ namizəd yazıçı Elçin Əfəndiyev idi. O, da konkret siyasi mövqeyini qura bilməyən, daha doğrusu nə ət, nə balıq idi. Sadəcə mərhum atasının ziyallı, biraz da özünün yazıçı kimi məşhurluğu vardı.

-50 nəfərlik dəstənizin əsas fəaliyyəti nə idi və İskəndər bəylə hansı əlaqələriniz vardı?

-Bizim qrup Sumqayıtda “Alminium Zal” deyilən idman kompleksində bir araya toplaşırdı. Bizi bir araya toplayan təşkilatçımız SSRİ idman ustası, güləş üzrə məşqçi, gözə insan, qorxmaz, igid, millətsevər oğlumuz Eldar Əsədov idi. Təşkilatçılığın 60-70%-nə o rəhbərlik edirdi. Toplanma məkanımıza mərhum İskəndər bəy ilə Rövşən Cavadov və Tahir Əliyev tez-tez gələrdilər. Hətta Rövşən bəy, tez-tez bizimlə məşqlər də edərdi.

“Cövhər Dudayev Azərbaycanda İskəndər Həmidovdan başqa heç kimə güvənmirdi” - EKSKLÜZİV MÜSAHİBƏ


Bizim fəaliyətimiz çoxşaxəli idi. Mitinq, piketlərdə toplanmaq, təşkil etmək, insanları milli-azadlıq hərəkatına çağırmaq, SSRİ-yə nifrətə səsləmək, demokratik blokun namizdələrinin Ali Sovetə seçilməsi üçün təbliğatlarlar aparmaq. Amma ən başlıca fəaliyyətimiz Azərbaycanda yerləşən, dislokasiya olunan sovet hərbi hissələrinə, hərbi kolonlara basqınlar edib silah-sursat ələ keçirərək Dağlıq Qarabağ və Ermənistanla sərhəd təşkil edən rayonlarımızdakı milislərimizə göndərmək idi. O vaxt yerli milislərimizin “PM” tapançalarından başqa silahları demək olar yox idi. Sonralar İskəndər bəy, Ali Sovetə deputat seçildikdən sonra ilk dəfə ordu yaradılması ilə bağlı çıxış etdi. Bəzi yerli generallar onun bu çıxışına etiraz bildirsələr də, bəy israrla “müstəqil ordunun olması ən az bayraq, gerb, himn qədər önəmli dövlət atributudur”! deyərək, mövqeyində qaldı. Sonralar bizim ələ keçirdiyimiz silahlar yerli özünümüdafiə batalyonlarının silahlanmasına xidmət etdi.

-Deməli, Azərbaycanın hələ müstəqil ordusu olmayan bir vaxtda sizin dəstə təxribat, diversiya, basqın əməliyatları həyat keçirir və ordunun yaranması üçün alışıb yanırdı?

-Bəli

-Dediniz ki, toplantılarınıza İskəndər Həmidov, Rövşən Cavadov, Tahir Əliyev tez-tez baş çəkirdi. Qrupunuz bu üçlük içərisində kimi lider hesab edirdi?

-İskəndər bəyi

-Diversiya, təxribat, basqın əməliyatlarınızın planlarınızı əsasən kim cızırdı?

-İskəndər bəy ilə Rövşən bəy

-Qrupunuz sonralar yerli özünümüdafiə batalyonları sırasına qoşuldumu?

-Bəli, əksəriyətimiz qoşuldu. Mənim təşəbbüsümlə ayrıca 15 nəfərdən ibarət qrup da ordu sırasına yazıldı. Azərbaycan ordusunun ilk birlikləri Şıxovda yerləşən eyni adlı batalyonda yarandı. Bizim qrupun uşaqları da ora yazıldı. Qrupumuzun 10 nəfərə yaxını həlak oldu, yerdə qalanları müxtəlif dərəcəli yaralar alaraq qazi oldu. Şəhidlərimizdən biri Valeh Müslümov milli qəhramandır.

-Təşkilatçınız Eldar Əsəovun taleyi necə oldu?

-Eldar qardaşımız da həlak oldu, amma Qarabağ döyüşlərində yox. O, 1991-ci ilin əvvəlində Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən yuxarıda yerləşən “Stalçay” deyilən yerdə sovet hərbi hissəsinə qarşı keçirilən əməliyat zamanı pusquya düşdü. Onunla birlikdə digər igid qardaşımız Vaqif Əhmədovda həlak oldu. Lakin bu qarşıdurmada sovet tərəfi də itki verdi.

-Siz özünüz müharibə zamanı hansı istiqamətlərdə savaşmısınız?

-Əsasən Xocavənd, Ağdam bölgəsində gedən hərbi əməliyyatlarda iştirak etmişəm. 701, 708, 18110 saylı briqadaların tərkində xidmət etmiş, baş leytenant rütbəsində əvvəlcə tağım, sonra isə bölük komandiri olmuşam.

-Siz həm də İskəndər bəyin yaratdığı Bozqurd partiyasının da üzvüsünüz. Gəlin biraz bu barədə danışaq.

-Azərbaycan Bozqurd partiyası İskəndər bəy tərəfindən 1991-ci ildə yaradıldı. Bildiyiniz kimi “3 May – Dünya türkçülük” günüdür. 1992-ci ilin 3 mayında Türkiyə Baş naziri Süleyman Dəmirəl, Dünya Bozqurd təşkilatının lideri Alparslan Türkeş və Türkiyə Böyük Millət Məclisinin 40-dan çox MHP və MCP partiyalarının deputatları ilə birgə Bakıya gəldi. Onları hava limanında qarşılamaq, təhlükəsizliklərini təmin edilməsi və s. İskəndər bəy öz üzərinə götürdü. Mənim bozurdlardan ibarət hərbi bölməm “Azadlıq meydan”ında qonaqları qarşıladı. Orada (hava limanında –A.İ) belə bir məqam oldu, Süleyman Dəmirəl Türkiyən rəsmisi olmasına baxmayaraq, İskəndər bəy, bozqurdlar və ora toplaşan digər insanlar Alparslan Türkeşi rəsmi şəxs kimi qarşıladı. Bu onun göstəricisiydi ki, Azərbaycan türkləri içərisində Alparslan Türkeşə böyük rəğbət var.

-Alparslan Türkeş Elçibəyi yoxsa İskəndər bəyi lider kimi görürdü?

-Elçibəyi öz türk qardaşı kimi hörmət edir, onu AXC-in lideri, Azərbaycanın gələcək rəhbərlərindən biri kimi görürdü. Amma əsas ağırlığı İskəndər bəyin üzərinə qoydu. Odur ki, onu burdakı bozqurdların düşünən beyni, vuran əli hesab edirdi. Ən əsası o İskəndər Həmidovu özünün varisi elan etdi, daha doğrusu Azərbaycandakı bozqurdçuların yeganə varisi elan etdi.

-Bəs İskəndər bəyin Alparslan Türkeşə münasibəti necə idi?

-İskəndər bəy, başbuğu (əski türk dilində başçı, komandan deməkdir. Bozqurdçular Alparslan Türkeşi belə çağırır – A.İ) böyük öndər hesab edirdi.

-Çeçenistanın mərhum Prezidenti Cövhar Dudayev ilə İskəndər bəyin əlaqələri haqqında nə bilirsiniz?

-Bildiyiniz kimi Cövhər Dudayev özünə bozqurd deyən ilk çeçen rəhbəridir. Prezident Dudayev ilə İskəndər bəy, çox yaxın dost, həta qardaş kimi yaxınıydılar. Bir-birlərinə hər hansı kömək lazım olanda bir zəng bəs edirdi. Bir saat içində ya bəy Qroznuda, ya da Dudayev Bakıda olardı. Bir maraqlı məqamı qeyd edim. Deməli, İskəndər bəy, Daxili İşlər naziri olan zaman Bakıda “Qafqaz evi”nin müzakirəsi edilirdi. Bu tədbirə Prezident Dudayevdə dəvət alır. Dövlət rəsmiləri hava limanında prezidenti qarşılamağa gələndə general Dudayev: “İskəndər Həmidov hardadı? Niyə o məni qarşılamır”? deyərək, təyyarədən düşmür, həmçinin öz mühavizəçilərinə silaha komandası verərək təyyarəni tam müdafiə vəziyyətinə gətirir. Yalnız İskəndər bəy gəlib çıxdıqdan sonra Prezident təyyarədən enib, onunla görüşüb qucaqlaşır və tədbirə gedir. Bu onun göstəricisidir ki, Prezident Dudayev İskəndər bəylə necə doğma münasibətləri vardı. Ümumiyyətlə Cövhər Dudayev Azərbaycanda İskəndər Həmidovdan başqa heç kimə güvənmirdi.

-İskəndər Həmidov həbs olunduqdan sonra Türkiyə, Çeçenistan bozqurdlarından etirazlar gəldimi?

-Əlbəttə! Bütün Türkiyə bozqurdları ayağa qalxdı. Çeçenistanda əvvəlcə Cövhər Dudayev, sonra isə Şamil Basayev bir neçə dəfə Azərbaycan iqtidarını tənqid edib, bəyi sərbəst buraxmağa çağırdılar.
-Bəs Alparslan Türkeş şəxsən etirazını bildirdimi?
-Bəli! Şəxsən mən Türkiyə bozqurdlarının yığıncaqlarının birində iştirak edəndə, başbuğ çıxış edərək: “İskəndər bəy qanun pozuntusuna yol veribsə, həbsinə bir şey deyə bilmərik, amma onun başından bir tük əskik olsa aidiyyatı şəxslər dünya bozqurdları qarşısında cavab verəcək” bəyan etdi. Hətta Azərbaycan iqtidarıyla rəsmi görüşlərin birində yuxarıdakı çıxışı təkrar etməklə yanaşı, “İskəndər bəy Azərbaycan bayrağının dalğalandığı məhbusxanada cəzasını çəkirsə, deməli, dövlət, hökumət onun bütün təhlükəsizliyini öz üzərinə götürməlidir. Qısası İskəndər bəy, məhkəmə hökmü ilə aldığı cəzanı çəkib, sağ-salamat çıxıb getməlidir” deyə, şərt qoydu.

-Belə çıxır ki, İskəndər bəyi həbsxanada aradan götürmək istəyənlər vardı?

-Bunu istəyən qüvvələr çox idi.

-Konkret hansı qüvvələr idi?

-Ad çəkməyəcəm, amma həm daxili, həm də xarici qüvvələr içərisndə bəyin ölümünü istəyənlər çox idi

-Sizin Azərbaycan Bozqurd partiyasında vəzifəniz nə olub?

-Əvvəllər Nəzarət Təftiş Komitəsinin üç sədrindən biri, Azərbaycan-Türkiya Bozqurd təşkilatları arasında koordinator. On ildən də artıq Türkiyədə yaşamışam. Hal-hazırda isə dönəm sədriyəm.
-İskəndər bəyin əfv, amnistiyası üçün Bozqurd təşkilatları tədbirlər gördümü?

-Gecə-gündüz bu işlə məşğul idik. Nə qədər mitinqlər, piketlər, çıxışlar etdik, qəzetlərdə yazılar, müraciətlərimiz yer aldı. Azərbaycan veteran döyüşçülərdən, qazilərdən, ziyallılardan, Kəlbəcər-Tərtər ağsaqqallarından, müxalifətçi, cəbhəçi insanlardan ibarət bir müdafiə komitəsi, Türkiyədə MHP-in ayrı-ayrı funksionerlərinin, “Böyük Birlik Partiyasının” yaradıcısı, lideri Möhsün Yazıçıoğlunun və digər ictimai, siyasi xadimlərin yer aldığı insanlardan ibarət digər müdafiə komitəsini yaratdıq. Türkiyənin İstanbul, Ankara, Bursa, Tokat, Antalya şəhərlərində bir neçə dəfə etiraz mitinqlərimiz oldu. Bakıda bir neçə dəfə etiraz aksiyası keçirdik. Onlardan biri Türkiyə səfirliyi qarşısnda 800-900 nəfərlik aksiya idi. Həmçinin Türkiyədəki Azərbaycan səfirliyi qarşısında da analoji aksiya keçirdik. Beynəlxalq səviyədə isə ən böyük etirazımız dünya bozqurdçuları, ülkücüləri və “Avropa Türk Federasiyası”nın birgə səyi ilə Strasburqda yerləşən Avropa təşkilatı qarşısında oldu. Məhz bu aksiyamız bəyin əfv olmasında böyük rol oynadı.

-İskəndər bəyin Türkiyə səfərləri haqqında biraz söhbət açardınız

-Bəy həbsdən azad olduqdan sonrakı dövrlərdə Türkiyədə MHP Bülənt Ecevid hökuməti ilə koalisya təşkil edirdi. Odur ki, bəy Türkiyəyə səfər edən zaman MHP-in Ankaradakı baş təşkilatı, İstanbul, Antalya təşkilatları böyük coşqu ilə qarşıladı. Bəyi türk dünyasının nümayəndələrinin yer aldığı otellərdə, təşkilatlarda, yığıncaqlarda, brifinq, konfranslarda çıxış edirdi. Qazaxstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan siyasi xadimləri, bozqurdları, hətta Krım bozqurdlarının lideri Mustafa Cəmiloğlu ilə müzakirələr edərdi.

-Deməli, Krım bozqurdlarının da İskəndər bəyə rəğbəti var?

-Bəli. Hətta bəy, Ukrayna səfəri də olub. Həmin səfərin dəvətçisi də Mustafa Cəmiloğlu idi.

-İskəndər bəyin ən böük çıxışları hansı tədbirlərdə olub?

-Kayseridə Türk dünyasının yer aldığı 6 milyonluq “Ərciyəs qurultay”ını, Antalyanın Manavqat ilçəsində (rayonunda) 20-25 minlik ağzına kimi dolu olan stadionda “Türk şöləni” tədbirində iştirakı, müsahibə və çıxışlarını deyərdim. Hətta sonuncuda bəy tədbirin “ən böyük qonağı” hesab olundu, ona tədbirin mükafatı və qiymətli hədiyələr verildi.

-İskəndər bəy hər zaman deyərdi ki, “müharibəyə, döyüşə hazıram, hətta sıravi əsgər kimi torpaqlarımızın azad olunması uğrunda savaşlarda ən ön cəbhələrdə iştirak etməyə hazıram. Amma mən vəzifə, siyasi hakimiyyətdə birincilik iddiası və s. bu kimi arzum yoxdur”. Buna rəğmən dünya bozqurdlarının böyük əksəriyəti onu Azərbaycanın lideri kimi görürdülər. Sizcə, bəy bu çağırışlara cavab verib ölkə başçısı olmaq üçün ən azından prezident seçkilərində iştirak etsə olmazdımı?

-Bilirsiniz, bəy vəzifə, kreslolarda gözü yox idi. Onun ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunması, xalqımızın ağ günə çıxması idi. O, hər zaman deyərdi ki, “biz üzərimizə düşən öhdəlikləri düzgün yerinə yetirib, meydanı, hakimiyyəti layiqli, bacarıqlı şəxsə verməli, ondan da xalqın rifahını yüksəldəcək, dövlətçiliyi möhkəmləndirəcək ədalətmi idarəetmə tələb etməliyik. Yox, əgər o da həddi aşacaqsa onun əvəzinə daha layiqli biri ilə əvəz etməliyik”. Bəyin AXH-nı yaratmaqda başlıca məqsədi bu arzu idi. Yəni bu təşkilatın yaradılması birdən-birə olmamışdı, beş-altı ilin planı idi. Çünki ölkədəki, özbaşınalıq, korrupsiya, klançılığa qarşı mübarizədə, torpaqlarımızn azad olunması yolunda yeni nəfəsə, gücə ehtiyac vardı. Ona görə də keçmiş meydan hərəkatçılarını, döyüşçüləri, veteranları, cəbhəçiləri, müxalifətçiləri, gəncləri və digər narazı insanları bir araya yığmaq istəyirdi. Çox təəssüflər olsun ki, vaxtsız ölüm bəyin ideyasının yarımçıq qoydu. Ona görə də biz onun ardıcılları olaraq missiyamızı davam etdirib, gec-tez istəyimizə nail olacağıq.

-İskəndər Həmidovun vəfatı Türkiyədə əks-səda verdimi?

-Bəli. Bütün bozqurdlar öz başsağlıqlarını bildirdi. Hətta Türkiyə kanallarında üç gün “Azərbaycan milli-azadlıq hərəkatı və bozqurdların lideri, Elçibəy dönəminin dış işlər bakanı, korgeneral vəfat etdi” başlığı ilə xəbər getdi. Siyasi partiyalardan MHP-in ayrı-ayrı liderləri, İyi Partiyasının rəhbəri Meral Akşener və digər şəxslər baş sağlıqlarını bildirdi.

-İskəndər Həmidovun ölümü ilə Azərbaycan və Bozqurd dünyası kimi itirdi?

-İskəndər bəyin vəfatı bütün Bozqurd dünyasını sarsıtdı. Onun simasında türk dünyası bir sərkərdəsini itirdi.

Abdulla İsmayıloğlu
GundemXeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bütün Şimali Avropa məhv edilə bilər – Qərbdə Rusiya ilə müharibə SSENARİSİNİ AÇIQLADILAR

    Bütün Şimali Avropa məhv edilə bilər – Qərbdə ...

    23-07-2018, 11:01

  • 
  • “Ən böyük var-dövlətim İskəndər Həmidovun oğlu olmağımdır” - EKSKLÜZİV MÜSAHİBƏ

    “Ən böyük var-dövlətim İskəndər Həmidovun oğlu ...

    30-05-2020, 11:15

  • 
  • Azərbaycanlı yaşlı ər-arvadı qəddarlıqla öldürən şəxs tutuldu

    Azərbaycanlı yaşlı ər-arvadı qəddarlıqla öldürən ...

    6-02-2020, 12:19

  • 
  • Soçi Olimpiadasına 4 idmançı ilə

    Soçi Olimpiadasına 4 idmançı ilə ...

    1-02-2014, 00:48

  • 
  • “Milli diktatura tərəfdarıyam”-EKSKLÜZİV MÜSAHİBƏ

    “Milli diktatura tərəfdarıyam”-EKSKLÜZİV MÜSAHİBƏ ...

    5-02-2019, 15:59


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (153)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu