GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Hacıbala Abutalıbovun qanunsuz əməli barədə ŞOK FAKT

Hacıbala Abutalıbovun qanunsuz əməli barədə ŞOK FAKT

Tarix: 30-06-2020, 14:00 Bölmə :Müsahibə Baxış: 1 309
Hacıbala Abutalıbovun qanunsuz əməli barədə ŞOK FAKT


Bina söküldü, amma yerində park salındı və parkda Hacıbala Abutalıbovun öz şirkəti olan “Özsüt”ün yeni bir binası tikildi


Ovçular Cəmiyyəti uzun illərdir fəaliyyət göstərir. Ancaq cəmiyyətin qara günləri 15 ilə yaxındır ki, davam edir. Əvvəlcə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə olan problemlər, sonra isə cəmiyyətə 1960-cı ildən mənsub olan binanın sökülməsi azərbaycanlı ovçulara göz açmağa imkan vermir.

2017-ci ildə cəmiyyətin Mətbuat prospektində olan binasının sökülməsinə qərar verildi. Lakin ərazidə olan 54 ağacın tikinti şirkəti tərəfindən məhv edilməsinə cəmiyyət susmadı. Məsələyə ölkə başçısı qarışdı. Ərazidə park salındı. Ovçular Cəmiyyəti isə sözün əsl mənasında ortada qaldı. Cəmiyyətin sədri məsələni qanuni yolla həll etmək üçün məhkəməyə müraciət etdi. Amma məhkəmə çəkişmələri 3 ildir ki, davam edir və demək olar ki, heç bir nəticə yoxdur.

Ovçular Cəmiyyətinin sədri Füzuli Əşrəfov bir daha bu məsələyə toxunub:

Hacıbala Abutalıbovun qanunsuz əməli barədə ŞOK FAKT


– Füzuli müəllim, pandemiya dövrüdür, ov mövsümü də açıq elan edilməyib, ofisiniz də yoxdur. Vəziyyət göz qabağında olsa da, bir daha yaşadığınız hadisələrə aydınlıq gətirməyinizi istərdim.

– Ovçular Cəmiyyətinin fəaliyyəti qış fəslində normal olur. Pandemiya dövrü də yay fəslinə düşdüyü üçün bu, həqiqətən, bizim cəmiyyətə böyük zərər vurdu. Fəaliyyətimizi sıfıra endirdi. Bizim əsas işlərimiz rayonlarda olan təsərrüfatlardadır. Ancaq gediş-gəliş olmadığına görə işimiz tamam dayanıb.

Digər tərəfdən, bizə də digər fəaliyyət sahələri kimi zərər dəysə də bizim fəaliyyət koduna heç bir dövlət yardımı düşmədi.

Biz bununla bağlı Vergilər Nazirliyinə müraciət etdik. Bildirildi ki, sizin fəaliyyət növünüz Nazirlər Kabinetinin qərarında yer almış yardım alan fəaliyyət sahələrinə uyğun deyil. Yəni bir tərəfdən pandemiya, digər tərəfdən bizə yardımın düşməməsi cəmiyyətin vəziyyətini sıfıra endirib.

– Səhv etmirəmsə, üç il əvvəl cəmiyyətin Mətbuat prospekində olan binası söküldü. Böyük qalmaqal da yaranmışdı. Vəziyyət necədir, sizi yeni ofislə təmin etdilərmi?

– Bizim Milli Məclislə razılaşmamız-müqaviləmiz var idi. Həmin müqaviləyə əsasən, bizim binanın yerində bina tikiləcək və bizə 2500 kvadrat metr təmirli yer veriləcəkdi. Bu bizə sərf edirdi. Amma tikinti şirkətinin səhlənkarlığı üzündən bu məsələ alınmadı. Bina söküldü, amma yerində park salındı və parkda Hacıbala Abutalıbovun öz şirkəti olan “Özsüt”ün yeni bir binası tikildi.

Binamız birbaşa Hacıbala Abutalıbovun nəzarəti və təşkilatçılığı ilə söküldü. Biz istədik ki, bu məsələni qanuni yolla həll edək, məhkəməyə müraciət etdik. Məhkəmə dəfələrlə təxirə salındı. Sonuncu dəfə keçən ay məhkəmə oldu. “Baksovet”dən də nümayəndə dəvət edilmişdi. Onlar bildirdilər ki, binamız Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sökülməyib. Ancaq bizim şahidlərimiz var ki, binamız Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sökülüb. Ətraf bağlandı, ağaclar çıxarıldı və bina söküldü.

Yaxşı, tutaq ki, bina dövlət tərəfindən söküldü, park dövlət tərəfindən salındı. Bəs “Özsüt” orada niyə tikildi?

Məhkəmə yenə avqust ayına təxirə salındı. İndi biz 3 ildir ki, qalmışıq çöldə. Ümid edirik ki, məhkəmə müsbət qərar verər. Bizə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən, çox demirik, elə o “Özsüt” boyda bina verilməlidir.

Bizim cəmiyyət Heydər Əliyev dövründə fəaliyyət göstərən bir cəmiyyətdir. İndi haqlı ola-ola haqsız çıxarılıb, küçədə qalmışıq.

– Bir ara Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə də müəyyən problemləriniz var idi. İndi vəziyyət necədir?

– Muxtar Babayev çox uğurlu təyinatdır və əvvəlki nazirdən fərqli bir adamdır. Bizi müsbət qarşıladı, söhbət etdik. Müəyyən məsələləri elə yerindəcə həll etdi.

Cəmiyyətimizin rayonlarda böyük ov təsərrüfatı əraziləri olub. Biz həmin əraziləri müqavilə ilə icarəyə götürmüşdük. Həmin müqavilə keçmiş nazirin vaxtında birtərəfli formada pozulmuşdu. Biz yenidən müraciət etdik. Ancaq bizə bildirildi ki, həmin ərazilər daha Ekologiya və Təbii Sərvətlər Nazirliyinin deyil, Əmlak Komitəsinin balansındadır. Bu dəfə Əmlak Komitəsinə müraciət etdik. Bizə bildirilib ki, həmin yerlər hələ ki, kadastra salınmayıb. Peyklə həmin yerlər çəkilməli, kadastra salınmalıdır. İki ilə yaxındır ki, həmin torpaqlar Əmlak Komitəsinin balansındadır, amma kadastr edilib, reyestrə salınmır. Ov mövsümünün açılışına da az qalıb.

Bizim götürmək istədiyimiz yerlər tikinti üçün yararlı yerlər deyil. Bizə qamışlıq, bataqlıq ərazilər lazımdır ki, orada quşlar olsun. Dəvəçidə, Şorabadda belə ərazilər var. Bu torpaqlardan bizə verilsə, biz dövlətimizə də xeyir verə bilərik.

Xatırladım ki, cəmiyyətimizin 25 mindən çox üzvü var./Sputnik Azərbaycan/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyevin göstərişi ilə "Ovçular evi" ərazisində yaşayış binasının tikintisi dayandırılıb

    Prezident İlham Əliyevin göstərişi ilə ...

    16-04-2017, 11:25

  • 
  • Qanunsuz ovçular saxlanıldı

    Qanunsuz ovçular saxlanıldı ...

    24-07-2013, 13:45

  • 
  • Abutalıbovun şirkəti ev yıxır

    Abutalıbovun şirkəti ev yıxır ...

    12-02-2013, 11:00

  • 
  • Elmar Vəliyev Hacıbala Abutalıbovun “sökmə yolu” ilə gedir

    Elmar Vəliyev Hacıbala Abutalıbovun “sökmə yolu” ...

    12-02-2014, 15:14

  • 
  • Hacıbala Abutalıbovun yerinə təyinat… – Keçmiş nazir də iddialıdır

    Hacıbala Abutalıbovun yerinə təyinat… – Keçmiş ...

    22-05-2018, 15:41


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu