GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Onun vücudu başdan ayağa kişilik məktəbi idi” - EKSKLÜZİV MÜSAHİBƏ

“Onun vücudu başdan ayağa kişilik məktəbi idi” - EKSKLÜZİV MÜSAHİBƏ

Tarix: 12-07-2020, 12:39 Bölmə :Müsahibə Baxış: 1 766
“Onun vücudu başdan ayağa kişilik məktəbi idi” - EKSKLÜZİV MÜSAHİBƏ


“Seçmələr” rubrikasında I Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak etmiş, hal-hazırda AXH “Qurultaya Hazırlıq üzər Təşkilat Komitəsi”in üzvü Həsən Həsənovla, İsgəndər Həmidovla bağlı xatirələrini yada saldıq.

-Həsən bəy, sabiq Daxili İşlər naziri, mərhum general-leytenant İsgəndər Həmidovla münasibətlərinizin kökləri hara bağlanır?


-İsgəndər bəyə mərhum deməyə hələ də dilim gəlmir. O, bizim üçün hər zaman yaşayacaqdır. Biz onun torpaqlarımızın azad olması, xalqın rifahına xidmət edəcək hökumətin qurulması üçün cızdığı yolu gedirik, gedəcəyik də.
Bəylə tanışlığımız hələ xalq cəbhəsi yaranmamışdan əvvəl, 1986-1987-ci illərə təsadüf edir. O zaman qaynım Suraxanı rayonunda raykom, İsgəndər bəy isə abaxeis işləyirdi.

-Sonralar AXC blokuna qoşulan, daxili işlər naziri vəzifəsinə irəli çəkilən İskəndər Həmidovun xalq üçün əsas hansı fəaliyətlər göstərirdi?

-İsgəndər bəy çox kritik zamanda daxili işlər naziri oldu. O, ölkədə cinayətkarlıq, özbaşınalıqla mübarizə aparıb stabillik yaratmaqla yanaşı, ona aidiyyatı olmayan başqa vəzifələri də öz öhtəsinə götürmüşdü. Bilirsiniz ki, Qərbi Azərbaycandan 230-250 min soydaşımız ev-eşiklərindən didərgin salınmışdı. Bu qədər çox qaçqının yerləşdirilməsi, özünümüdafiə batalyonlarının yaradılması, hərbi əməliyatlarının planlaşdırılması, əhalinin ərzağa olan tələbatını ödəmək üçün qonşu Rusiya ilə İrandan alverçilərin mallarını rahat şəkildə gətirib həm xalqın cibinə, həm də öz xeyrlərinə uyğun ticarət etməsinə şərait yaradılması və s. fəaliyyətləri həyata keçirirdi.
Məhz İsgəndər bəyin yaratdığı hərbi birləşmələr düşmənə sarsıdıcı zərbələr endirdi. Ağdərə kimi strateji əhəmiyətli yaşayış rayonu azad edildi. Xankəndiyə yol açıldı, hətta döyüşə-döyüşə şəhərin 7 km qədər irəlilədik.

-Həsən bəy, Ayaz Mütəllibov çıxışlarında tez-tez deyirdi ki, “mənim əlimdə OMON-dan başqa heç bir güc birlikləri yox idi”. Sizcə eks-prezident İsgəndər bəyin gücündən niyə istifadə etmədi və ya edə bilmədi?

-Bilirsiz, 1988-ci ildə Qarabağ separatçılığı baş qaldıranda, Ağdamda Bəxtiyar ilə Əli adlı gənclərimizin şəhid edilməsi, Qərbi Azərbaycandan soydaşlarımızın deportasiyası, Sumqayıt hadisələri, ən sonda 20 Yanvar faciəsindən sonra biganə qalan Vəzirov, ardınca da Mütəllibov iqtidarına qarşı bəydə ikrah yaratdı. Üstəgəl Ayaz Mütəllibov ölkədən Rus qoşunlarını çıxarmarılması üçün ciddi səy göstərmirdi. Ona görə də bəyə nəinki Daxili İşlər naziri, hətta onun üstünə Müdafiə, Ədliyyə naziri vəzifələrini də təklif etsəydi qəbul etməzdi.

-İsgəndər bəyin Daxili İşlər naziri təyin olduqdan sonra onu gözü götürməyən qüvvələr kimlər idi?

-Bəyi gözü götürməyənlər çox idi. Mən diqqətinizi daha çox Gəncə qiyamı, Mart hadislərinə çəkmək istəyirəm. Məhz İskəndər bəy, istefa verdikdən sonra nazirlikdə laxlamalar baş verdi və o ağırlığını itirdi. Bunun da məntiqli nəticəsi qiyamların baş verməsi ilə nəticələndi.

-Belə çıxır ki, həmin qiyam rəhbərlərinin İskəndər Həmidovla ədavətləri vardı?

-Ədavət deməzdim. Amma bir həqiqət var ki, Sürət Hüseynov Qarabağdakı döyüşlərdəki fəaliyyəti ilə diqqət çəkmişdi, bəyin nazir olduğu vaxtda da qiyam-üsyan qaldırmadı. Elə ki, Elçibəy hökuməti süqut etdi, onu əvəz edən yeni iqtidar əvvəlcə Sürət Hüseynovun gücündən istifadə etmək üçün onu Baş nazir vəzifəsinə irəli çəkdi. Milli Qəhraman kimi də xalqa təqdim edirdi. Amma bir il keçmədi Sürət Hüseynov yüksək vəzifədən vurularaq vətən xaini elan edildi. Yəni sabiq Milli Qəhramanı o həddə çatdırdılar. İsgəndər bəy vəzifədə qalsaydı Sürətin bu qədər irəli getməsinə imkan verməzdi.
Qaldı ki, Mart hadisələrinə o da eyni ssenari üzrə həyata keçirildi. OMON-un tərk silah olması söhbəti 1993-cü ildə də olmuşdu, amma silahlı münaqişə əvəzinə tribuna üsyanları ilə nəticələndi, qısa müddət sonra da səngidi. Allah Rövşən Cavadova qəni-qəni rəhmət eləsin çox igid, döyüşkən, qorxmaz oğul idi. Daxili-xarici qüvvələr onu iqtidara qarşı qoyaraq qana gətirib çıxardılar.
Kresloları ələ keçiriən acgözlərə Rövşən Cavadov kimi qaraya qara, ağa ağ deyən, öz payını daim tələb edən Sürət Hüseynov mütləq aradan götürülməliydi. Ən maraqlısı da odur ki, OMON qüvvələrinin darmadağını və Rövşən Cavadovun qətlə yetirilməsindən sonra İskəndər bəyin deputat mandadı ləğv edilərək həbs olunur. Vaxtı ilə Hacı Əbdül Milli Məclisdə dediyi “Leylək bir-bir sizi dənləyəcək” ifadəsi baş verdi.

-İsgəndər bəy vəzifədə olsa idi, bu qarşıdurmaların qarşısını almaq olardımı?

-İsgəndər bəyin həm nüfuzu, həm də sərəncamında DİN-ki qüvvələrdən başqa Tərtər, Ağdam batalyonlarını qüvvələri vardı. Ona görə o qiyamlar yalnız daxildəki qüvvələrin əliyllə planlaşdırılsa bunun qarşısını almaq olduqca asan idi. Amma xarici qüvvələrin müdaxilələri əl-qolumuzu bağlayırdı. Amma düşünür, inanıram ki, bəy qan tökülməsinin qarşısını almaq üçün hər vasitə ilə əlindən gələni edəcəkdi. Ən azından Rövşən Cavadov kimi bir qəhraman öz gülləmizlə öldürülməyəcəkdi.

-Həbsdə İsgəndər bəy nə işlə məşğul idi?

-Bəy 9 illik məhbus həyatının çoxunu təkkameralı otaqda keçirdi. Daha çox quran mütaliyəsi və idmanla məşğul olardı.

-Həbsdən çıxan İsgəndər bəyin ilk fəaliyyəti nə oldu?

-Bozqurd partiyasını yenidən dirçəltdi. 2004-cü ildə “Demokratik qurum yaratdı”. Bozqurd da daxil olmaqla bir neçə partiyalar bu quruma daxil oldu. 2005-ci ildə parlament seçkiləri dönəmində “Vətəndaş Cəmiyyəti Seçki Bloku” təşkilatını yaratdı, özü isə sədr oldu. Seçki saxtakarlığına etiraz olaraq 4 dəfə geniş kütləvi mitinqlər keçirdik. 2007-ci ilin mayında da kütləvi mitinqimiz oldu. Həmin mitinqin əsas təşkilatçısı İskəndər bəy ilə rəhmətlik general İlqar Qasımov idi. Yəni bəy heç vaxt mövqeyindən, mübarizəsindən çəkilmədi.

-AXH-da İsgəndər bəylə çiyin-çiyinə olmusunuz, bu təşkilatı yaratmaq ideyası hardan qaynaqlanır?

-Bu ideya 6-7 il idi beyinlərdə gəzirdi. İskəndər bəy, bu hərəkatı yaratmaqla bütün sağlam müxalifət partiyalarını bir araya gətirmək və rejimə qarşı daha mütəşəkkil, vahid cəbhə şəklində siyasi mübarizə aparıb, dəyişiklik istəyirdi. Hətta siyasətə tüpürüb gedən insanları da yenidən canlandırıb mübarizəyə qoşulmasıya nail olduq. Bəy heç vaxt vəzifə, post düşkünü olmayıb. Bu hərəkatı yaratmaqda onun məqsədi xalqın hüquqlarını bərpa etmək, torpaqlarımızın işğaldan azad olunması üçün effektiv addımlar atmaq, güclü dövlətçilik yaratmağa nail olmaq idi. Bu yolda bəy bizim üçün əsas ilham verici şəxs idi.

-İsgəndər bəyin qəfil ölümü AXH-ni laxlatdımı?
-Birmənalı olaraq bəli. Amma buna baxmayaraq bizlər toparlanıb, bəyin ideyasını yaşadacaq və AXH-ni irəli aparacağıq.

-İsgəndər Həmidovun şəxsiyyət xəzinəsindən özünüz üçün hansı nümunələri götürdüz?
-

Sadəlik, təmənnasızlıq, kişilik.
Kənardan çoxları üçün sərt, kobud təəsürat oyatsa da, bəy çox sadə bir insan idi. Özü durub insanlara çay süzər, qarşılarına yemək gətirib qoyardı. Daim sadə, kasıb insanların arasında olar, tez-tez də deyərdi ki, “çalışın manatlıq çayxanalarda outrun”. Elə bir insan olmazdı ki, kimsə ona ağız aça və sözü yerdə qalardı. Bəy bacardığı qədər ehtiyacı olan insalara kömək edərdi. Həmçinin deyərdi: “Məni sığallayın evimi də verərəm, amma güclə, zorla nəsə qoparmağa çalışmayın”. Onun vücudu başdan ayağa kişilik məktəbi idi.
İskəndər Həmidov Azərbaycan üçün böyük oğul, dövlətçilik, torpağımızın azad olunması üçün canından keçməyə hazır döyüşçü idi.

Abdulla İsmayıloğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sabiq Daxili İşlər naziri İsgəndər Həmidov vəfat edib

    Sabiq Daxili İşlər naziri İsgəndər Həmidov vəfat ...

    26-02-2020, 09:36

  • 
  • İsgəndər Həmidovun vəziyyəti daha da ağırlşadı

    İsgəndər Həmidovun vəziyyəti daha da ağırlşadı ...

    11-12-2018, 13:05

  • 
  • Sabiq nazirin sağlığından xəbər var: Gözünü açır…

    Sabiq nazirin sağlığından xəbər var: Gözünü açır… ...

    20-02-2020, 11:44

  • 
  • Keçmiş daxili işlər naziri İsgəndər Həmidov saxlandığını deyir

    Keçmiş daxili işlər naziri İsgəndər Həmidov ...

    30-01-2019, 15:41

  • 
  • İsgəndər Həmidov ikinci dəfə əməliyyat olundu

    İsgəndər Həmidov ikinci dəfə əməliyyat olundu ...

    24-09-2019, 15:48


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (509)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu