Azərbaycanın keçmiş daxili işlər naziri İsgəndər Həmidov yanvarın 30-da Şəkidə yerli polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə İsgəndər Həmidovun özü məlumat verib.
Onun sözlərinə görə Azərbaycan Müdafiə Nazirliyinin keçmiş rəhbəri Rəhim Qazıyevin anasının vəfatının ildönümü ilə bağlı hüzr mərasiminə gedib. Lakin şəhərin girəcəyində onu saxlayıblar və iki saat rayon polis şöbəsində qalıb.
“Saxlanma hansısa qanun pozuntusu ilə əlaqədar olmayıb. Məndən hakimiyyəti tənqid etməyimin səbəblərini və yeni ictimai hərəkatın yaradılması haqda soruşdular,” - keçmiş nazir bildirib.
Amma bu deyilənlərə, hələlik, Şəki Rayon Polis Şöbəsi və Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
İsgəndər Həmidov 1992-93-cü illərdə daxili işlər naziri olub.
1995-ci ildə həbs edilib. Mənimsəmə, səlahiyyət həddini aşma və başqa cinayətdə ittiham edilərək 14 həbs cəzası alıb. İttihamları qəbul etməyən keçmiş nazir 2003-cü ilin dekabrında əfv fərmanı ilə azadlığa buraxılıb.
Yanvarın 26-da yaradılan "Azərbaycan xalq hərəkatı" adlı ictimai qurumun təsisçilərindən biridir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?