“Xarici İşlər Nazirliyinin (XİN) faktiki olaraq fəaliyyəti Azərbaycanın ümumi uğurlu inkişafı ilə uyğunluq təşkil etmir”.
GundemXeber.Az bildirir ki. bunu “Report”a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyib.
Deputat bildirib ki, Azərbaycanda hücum taktikasına söykənən bir diplomatiyanın həyata keçirilməsi hədəf kimi müəyyən edilib:
“Lakin bir çox hallarda XİN-in fəaliyyəti bu tələblərə cavab vermir. Bu konteksdə ölkə başçısı dünənki iclasda sərhəddə baş verən Ermənistanın təxribatı fonunda diplomatiyamızın fəaliyyətini qapartdı. İyulun 12-də məlum hadisələr baş verən zaman cənab Prezident, Baş Nazir, Müdafiə naziri, Baş Qərargah rəisi, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, Daxili İşlər naziri, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Təhlükəsizlik Şurasının katibi gecə səhərə qədər iş yerində olub. Ancaq Xarici işlər naziri tapılmayıb. Hətta Baş nazir onunla əlaqə saxlayan zaman evdən işlədiyini bildirib. Ona görə də hesab edirəm ki, Xarici işlər naziri belə bir vəziyyətə adekvat davranış nümayiş etdirməyib. Hətta məlum olub ki, Elmar Məmmədyarov COVİD-19 pandemiyası ilə əlaqədar Ermənistanla əməkdaşlıq məsələlərini müzakirə edib. Belə çıxır ki, biz işğalçı ölkə ilə əməkdaşlıq etməliyik? Belə olan halda çox mənasız və əhəmiyyəti olmayan bir danışıqlar həyata keçirilib. Buna görə də ölkə başçısı XİN-in fəaliyyətini tənqid etdi”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?