1993-cü il iyunun 4-də Azərbaycan ordusunun Gəncədə dislokasiya olunmuş hərbi hissələrindən birində hakimiyyətə qarşı qiyam qalxdı.
Bir çox müxalif siyasi qüvvənin dəstək verdiyi qiyam üç həftə ərzində hakimiyyətin devrilməsi ilə nəticələndi: əvvəl baş nazir, ardınca parlament sədri istefa verdi, daha sonra prezident və komandanın digər üzvləri vəzifədən kənarlaşdırıldı.
“Media forum” saytı 20 il əvvəl iş başından alınmış hakimiyyət komandası üzvlərinin siyahısını təqdim edir.
Əbülfəz Elçibəy - prezident
İsa Qəmbər - parlament sədri
Pənah Hüseyn - baş nazir
Əli Kərimli - dövlət katibi
Əli Məsimli - baş nazirin birinci müavini
Əsgər Məmmədov - baş nazirin müavini
Kamil Vəli Nərimanoğlu - baş nazirin müavini
Tahir Kərimli - Ali Məhkəmənin sədri
İxtiyar Şirin - baş prokuror
Tofiq Qasımov - xarici işlər naziri
Abdulla Allahverdiyev - daxili işlər naziri
Fəxrəddin Təhməzov - milli təhlükəsizlik naziri
Dadaş Rzayev - müdafiə naziri
Saleh Məmmədov - maliyyə naziri
İsa Bağırov - Baş Dövlət Vergi Müfəttişliyinin rəisi
Cavanşir Abdullayev - Milli Bankın sədri
Rauf Qarayev - xarici iqtisadi əlaqələr naziri
Tofiq Hüseynov - kənd təsərrüfatı naziri
Firudin Cəlilov - ali təhsil naziri
Tofiq Hacıyev - maarif naziri
Rəhim Hüseynov - səhiyyə naziri
İbrahim Vəliyev - Dövlət Gömrük Komitəsinin sədri
Məmməd İsmayıl - Dövlət Teleradio Komitəsinin sədri
Vurğun Əyyub - Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri...
Sorğu
Yeni dizaynımız necədir?