GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » On minlərlə insan seçki saxtakarlığına qarşı mübarizə aparacaq

On minlərlə insan seçki saxtakarlığına qarşı mübarizə aparacaq

Tarix: 15-09-2013, 13:09 Bölmə :Müsahibə Baxış: 703
On minlərlə insan seçki saxtakarlığına qarşı mübarizə aparacaq

Mustafa Hacıbəyli: “Hakimiyyət hərbi hissələrdə, qapalı yerlərdə, cəzaçəkmə müəssisəslərində, müxalifət isə iri şəhərlərdə seçkini udacaq”

Suallara Müsavat Partiyası başqanının müşaviri, Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Mustafa Hacıbəyli cavab verib.

- Mustafa bəy, seçkilərin indiki mərhələsini neçə qiymətləndirirsiniz?
- Demokratik seçki mühiti yoxdur. Azərbaycan televiziyalarında yalnız bir şəxsin təbliğatı gedir. Digər namizədlərin hələ ki, seçicilərlə görüşlər keçirməsi, özünü təqdim etməsi imkanı yoxdur. Qanunla təbliğat kampaniyası sentyabrın 16-dan başlanmalıdır. Lakin iqtidar namizədinin təbliğatı çoxdandır aparılır və bu iş bir an olsun belə dayandırılmayıb. Eyni zamanda pensiyaların və əmək haqlarının artırılması haqda fərmanda məhz təbliğat kampaniyası dövründə verilir. Bir sözlə, qeyri bərabər seçki kampaniyası mövcuddur. İndiki seçki mühiti demokratik mühit kimi qiymətləndirilə bilməz. Milli Şura bir müddət öncə böhrana girmişdi və bu böhrandan uğurla çıxdı. Rüstəm İbrahimbəyovun namizədliyi əngəllə üzləşdi və bundan sonra bir çoxlarında ruh düşgünlüyü əmələ gəldi, müxalifətin mübarizəsinə inam azaldı. Amma Cəmil Həsənlinin vahid namizəd kimi irəli sürülməsi ilə bu ovqat dəyişdi. Milli Şura qısa müddət ərzində imzatoplama kampaniyası həyata keçirdi. Artıq toplanan imzalar Mərkəzi Seçki Komissiyasına təqdim edilib. Cəmil Həsənlinin namizədliyi qeydə alındıqdan sonra biz dərhal aktiv təbliğat kampaniyasına başlamaq niyyətindəyik.
- Hakimiyyət namizədinin seçki kampaniyası yüksək şəkildə aparılır, bu işə bütün dövlət qolları cəlb edilib. Bəs sizin vahid namizədinizn təbliğatını aparmaq üçün hansı imkanınız var?
- Səmimi şəkildə deyim ki, müxalifətin imkanlar minimaldır. Hakimiyyət namizədinin imkanları isə çox genişdir. Hakimiyyət uzun illər ərzində müxalifətin maliyyə qaynalarını və dayaqlarını məhdudlaşdırıb. Eləcədə dövlət büdcəsindən maliyyələşmə ilə bağlı qanun qəbul olunsa da, məhz real müxalifət partiyaları maliyyələşmədən kənarda saxlanılıb. Eləcədə Seçki Məcəlləsinə dəyişikliklər edilib və bununla da prezidentliyə namizədlər üçün dövlət büdcəsindən vəsaitin ayrılmasına son qoyulub. Əvvəlki illərdə isə rəsmən qeydiyyata alınan namizədə öz kampaniyasını aparmaq üçün dövlət büdcəsindən müəyyən qədər maliyyə verilirdi. Bizim maliyyə imkanlarımız çox aşağıdır. Müxalifət belə bir durumda daha çox mətbuatın və internetin verdiyi imkanlardan yararlanmaq niyyətindədir. Cəmil Həsənlinin təbliğ edilməsi üçün xüsusi buraxılışın nəşri nəzərdə tutulub. Bu xüsusi buraxılışda həm vahid namizədin bioqrafiyası haqda seçicilərə ətraflı informasiya veriləcək, həm də Cəmil Həsənlinin seçki platforması və müxtəlif baxışları öz əksini tapacaq. Həmçinin müxtəlif ziyalıların, nüfuzlu şəxslərin Cəmil Həsənli haqqında fikirlərinə yer veriləcək. Biz internetin imkanlarından da geniş istifadə etməyi düşünürük. Məndə olan informasiyaya görə, artıq Cəmil Həsənlinin reytinqi günü-gündən qalxmaqdadır. Ümumiyyətlə Cəmil Həsənlinin seçki qərargahına aidiyyəti olmayan şəxslər belə internetdə vahid namizədin təbliğatı ilə məşğuldurlar. Cəmil Həsənli ilə maraqlı klip yaradılıb və bu sosial şəbəkələrdə yayımlanır. Bildiyiniz kimi namizədlərə pulsuz efir vaxtı ayrılmalıdır. Milli Şura pulsuz efir imkanından da effektiv istifadə etməyi düşünür. Bundan savayı, pullu efir vaxtının alınması üçün də maliyyə vəsaiti lazımdır.Bunun üçün çox böyük taariflər müəyyənləşdirilib. Əlbəttə ki, biz bu taariflərə qarşıyıq.Amma bununla yanaşı biz çalışacağıq ki, pusuz efir vaxtından istifadə etmək üçün maliyyə əldə edək. Bildiyiniz kimi çağırışlar var ki, vətəndaşlarımızın özü bu seçki kampaniyası üçün lazım olan minimal xərcləri öz üzərinə götürsün. Artıq Milli Şuranın sədri Rüstəm İbrahimbəyovda Azərbaycan vətəndaşlarına müraciət edərək vahid namizədin seçki kampaniyası üçün 1 manat pul keçirməsinə səsləyib. Biz görürük ki, artıq bu hesaba müəyyən qədər pul köçürülüb. Biz ümid edirik ki, seçki kampaniyası dövründə bu proses geniş vüsət alacaq. Müxalifətin təbliğat imkanları nə qədər məhdud, hakimiyyətin imkanları isə geniş olsa da, əslində Azərbaycan cəmiyyətinin müxalifətə meyl etdiyi göz önündədir. Xalqın hakimiyyətdən bezdiyi bəllidir. Biz imzatoplama kampaniyası zamanı bunun bir daha şahidi olduq. Vətəndaşlar nəinki Cəmil Həsənliyə imza verməkdən imtina edir, hətta bu işdə bizə həvəslə köməklik edirdi. Biz təbliğat kampaniyası dövründə və seçki günündə də eyni ovqatın şahidi olacağıq. Azərbaycan cəmiyyəti iqtidarı çox gözəl tanıyır. Hökumət nə cür təbliğat aparmasına baxmayaraq insanlardan səs ala bilməyəcək. Müxalifətin təbliğatı isə nə qədər məhdud olsa da, indiki iqtidardan bezən xalq məhz onun əsas alternativi olan Milli Şuranın namizədini dəstəkləyəcək. Biz buna qətiyyən şübhəmiz yoxdur.
- İddialar var ki, İsa Qəmbər və Əli Kərimlidən fərqli olaraq Cəmil Həsənli cəmiyytədə tanınmır. Məsələn, Lerikin dağ gəndində hər kəs İsa Qəmbəri tanıyır, amma Cəmil Həsənlini tanımır...
- Bəli, bu iddialarla qismən razılaşmaq olar. Həqiqətən də ucqarlarda Cəmil Həsənlini tanımayanlar çoxdur. Amma qarşıdakı həftələr ərzində hər kəs Cəmil Həsənlini tanıyacaq. Biz çox aktiv bir təbliğat kampaniyası quracağıq. Hər kəs Cəmil Həsənlini tanıyacaq və bunun üçün bizim düz bir ay vaxtımız var. Əminəm ki, aparılan kampaniyadan sonra Lerikin dağ kəndində belə Cəmil Həsənlinin kimliyi, necə vicdanlı bir şəxs olduğunu hər bir seçici biləcək. Biz buna nail olacağıq.
- Siz Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsisiniz. Vahid namizədin seçki kampaniyasının aparılmasında nə qədər insan iştirak edəcək?
- Cəmil Həsənlinin namizədliyi qeydə alındıqdan sonra onun vəkilləri də müəyyən olunacaq. Vahid namizədin vəkilləri sanballı ziyalılar, tanınmış siyasət adamları və nüfuzlu ictimai xadimlər olacaq. Eyni zamanda seçki saxtakarlığına qarşı mübarizə aparmaq məqsədilə geniş iş qurulub. Buna uzun müddətdir ki, hazırlıq gedirdi. Mən düşünürəm ki, Azərbaycanda mövcud olan hər bir seçki məntəqəsində Cəmil Həsənlinin təyin etdiyi şəxs olacaq. Ölkə üzrə böyük bir ordu seçki saxtakarlığına qarşı birgə mübarizə aparacaq.
- Hakimiyyət əmək haqlarını artırır, əmək penisiyalarının həcminin qaldırılacağı haqda sərəncam verir. Sizcə, bütün bunlar nə üçün edilir?
- Əlbəttə ki, hakimiyyət seçkini saxtalaşdırsa da, onlara səs lazımdır və buna görə də səslərə ehtiyac durur. Pensiyaların artırılması haqda fərmanın məhz seçki ərəfəsində verilməsi təsadüfi deyil. Sonuncu dəfə 2010-cu ildə pensiyaların artırılmsı haqda fərman verilmişdi. O zaman da fərman Milli Məclisə seçkilər ərəfəsində verilmişdi. Amma bu artımlar çox cüzidir, əhalinin geniş təbəqəsi bu fərmandan yararlana bilməyəcək. İkincisi, mən bildiyim qədər yalnız gömrük işçilərinin pensiyası tutarlı dərəcədə artıb.Gömrükdə işləmiş şəxslər isə az təminatlı ailələr hesab olunmurlar. Görünən budur ki, pensiya və əmək haqlarının artırılması məsələsində də hökumət siyasi ayrıseçkiliyə yol verir. Fakt odur ki, hər 5 ildən bir hakimiyyətin xalqa işi düşür. Bu zaman onlar öz davranışlarında korrektə olmaq istəyirlər. Ancaq aydındır ki, hakimiyyət saxtakarlığa gedəcək. Bəllidir ki, bu cür addım və tədbirlərlə xalqın dəstəyini ala bilməyəcəklər. Saxtalaşdırmanın olacağı gözləniləndir və bizdə bunu ifşa etmək üçün lazım olan bütün addımları atacağıq.
- 2010-cu il Milli Məclis seçkiləri göstərdi ki, seçki fəallığı aşağıdır, insanlar səsverməyə,seçkinin nəticələrinə inanmır. Sizcə, insanları seçkilərə gətirmək üçün imkanlar varmı?
- Biz cəmiyyət müsbət dəyişikliklərə inam yaratmaq məqsədilə ciddi tədbirlər planlaşdırırıq. Bu inam yaradıla bilər. Bunun üçün böyük və izdihamlı bir mitinqin keçirilməsi əsas şərtdir. Hazırda Milli Şurada mitinqə hazırlıq müzakirəsi gedir. Vahid namizədin qeydiyyatı həll olunduqdan sonra Bakıda izdihamlı mitinq keçiriləcək. Biz güc göstərməliyik. Bunun üçün də silah kütləvi aksiyalardır. Bir sözlə, biz insanlardımızda dəyişikliyə inam və ümid yaradacağıq.
- ABŞ dövlət katibinin demokratiya və insan haqları üzrə müavininin Azərbaycan səfərinə rəsmi Bakı razı olmayıb və bu səbəbdən də səfər təxirə salınıb. ABŞ nümayəndə heyəti Azərbaycana seçki öncəsi vəziyyətlə tanış olmaq məqsədilə gəlirdi. Biz bu səfərin təxirə salınmasına istinad edərək hansısa nəticələrə gələ bilərikmi?
- Azərbaycanda keçiriləcək seçkilər beynəlxalq birliyin diqqətindədir. İstər burada fəaliyyət göstərən səfirliklər prosesi daima izləyir və aydındır ki, bu haqda öz dövlətlərinə informasiya ötürürlər. Eyni zamanda ATƏT-in seçkiləri müşahidə missiyası Azərbaycanda keçiriləcək seçkiləri müşahidə etməyə başlayıb. Siz dediyiniz səfərin təxirə salınması seçki prosesinin beynəlxalq birliyin diqqətindən kənarda qalmasına səbəb ola bilməz.
- Sizcə, nədən ABŞ nümayəndə heyətinin səfəri təxirə salındı, buna səbəb nə ola bilər?
- Mən bunun detallarını bilmirəm. Yəqinki hansısa bir səbəb olub. Amma mən düşünürəm ki, səfərlər çox olacaq, eyni zamanda səfirliklər müvafiq məlumatları öz ölkələrinə çatdıracaq. Başqa sözlə, Azərbaycan beynəlxalq birliyin diqqətindən kənarda qalmayacaq.
- Seçkilərdə namizədlərin sayının çoxluğu nə ilə bağlıdır, bu şəxslər doğurdanmı prezident olmaq niyyətindədirlər?
- Onların bəziləri hakimiyyətin göstərişi əsasında namizəd olublar və yəqin ki, işləri müxalifəti söymək olacaq. Müəyyən şəxslər seçkidə özlərini tanıtmaq istəyirlər. Müəyyən namizədlər isə öz maddi resurslarını artırmaq məqsədilə seçkilərə qoşulub. Burada müxtəlif məqsədlər naminə seçkilərdə iştirak məsələsi var. Əlbəttə, şəxslərin öz namizədliklərini irəli sürmək onların öz hüququdur. Amma biz indidən deyə bilmərik ki, namizədlər çoxdur. Nəzərə alın ki, qeydiyyat başa çatmayıb və kimlərin namizəd olacağı hələlik bilinmir. Bunu yalnız hakimiyyət rəhbərləri bilir.
- Milli Şuranın vahid namizədinin qeydə alınmama ehtimalları hansı dərəcədədir?
- Milli Şura çox ideal şəkildə imzalar toplayıb. Mən deyərdim ki, İlham Əliyevdə daxil olmaqla Milli Şura qədər dəqiq imza toplayan ikinci bir namizəd olmayıb. Bizim buna geniş imkanlarımız olub və imza vərəqələri kifayət qədər təcrübəli insanların əlindən keçib. Şəxsən mən Milli Şura imza vərəqəsi götürənə qədər bir çox adamla maraqlanaraq imza toplayanlara rast gəlib-gəlmədiklərini soruşmuşdum. Milli Şuradan öncə kiminsə imza toplamasına rast gəlməmişdi. Amma Milli Şuranın imza toplaması günün əsas hadisəsinə çevrildi. Vahid namizədi qeydə almamaq ehtmalı isə nəzəri baxımdan mövcuddur. Bu hakimiyyətdən nə desən gözləmək olar. Biz Milli Şuranın vahid namizədinin qeydə alınmamaq ehtimalını qulaqardına vura bilmərik. Amma cəmiyyət bilir ki, Azərbaycanda ən geniş kampaniya ilə ən dürüst imza toplayan qurum Milli Şşuradır. Biz Cəmil Həsənlinin bütün sənədlərini MSK-ya təqdim etmişik.
- Seçkidə əsas rəqabət kimlər arasında gedəcək?
- Şübhəsiz ki, əsas rəqabət İlham Əliyevlə Cəmil Həsənli arasında gedəcək. Bunu görməmək mümkün deyil. Hakimiyyətin əlində geniş resurslar var. İqtidar polisin, ordunun, məhbusların gücündən istifadə etməyə çalışacaq, gözdən uzaq yerdə saxtakarlığa gedərək səs faizini çoxaltmaq istəyəcək. Amma iri şəhərlərin hamısında müxalifət böyük səs üstünlüyü ilə qalib gələcək. Son nəticədə isə Azərbaycanda hakimiyyətin taleyi xalqın saxtakarlığa etirazının dərəcəsindən asılı olacaq.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mustafa Hacıbəyli azadlığa buraxılmadı

    Mustafa Hacıbəyli azadlığa buraxılmadı ...

    6-06-2013, 13:01

  • 
  • Cəmil Həsənlinin imzatoplama kampaniyası başa çatdı

    Cəmil Həsənlinin imzatoplama kampaniyası başa ...

    4-09-2013, 12:35

  • 
  • KXCP fəalı həbs olunub

    KXCP fəalı həbs olunub ...

    24-09-2013, 17:48

  • 
  • Cəmil Həsənlini Seçki Qərargahı seçkilərin ləğvini tələb etdi

    Cəmil Həsənlini Seçki Qərargahı seçkilərin ...

    10-10-2013, 11:47

  • 
  • Eldar Namazov: “Cəmil Həsənli əlindən gələni artıqlaması ilə etdi”

    Eldar Namazov: “Cəmil Həsənli əlindən gələni ...

    7-10-2013, 11:59


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu