GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Seçkilərin taleyini beynəlxalq qurumlar deyil, Azərbaycan seçicisi həll edəcək

Seçkilərin taleyini beynəlxalq qurumlar deyil, Azərbaycan seçicisi həll edəcək

Tarix: 15-09-2013, 17:36 Bölmə :Müsahibə Baxış: 880
Seçkilərin taleyini beynəlxalq qurumlar deyil, Azərbaycan seçicisi həll edəcək

Qulamhüseyn Əlibəyli: “Xalq azad seçkilərə hazır olsa da, Azərbaycanın rəsmi strukturları buna hazır deyil”

“Gündəm Xəbər”in suallarını Aydınlar Partiyasının sədri, Milli Şuranın üzvü Qulamhüseyn Əlibəyli cavablandırır.

- Qulamhüseyn bəy, belə iddialar var ki, siz bir müddət əvvək MSK-ya müraciət edərək imza vərəqləri götürmüsünüz və hazırda namizədliyinizin qeydə alınması üçün imza toplayırsınız. Bu nə dərəcədə doğru xəbərdir?
- Biz partiya olaraq seçkilərdə iştirak etmək niyyətində idik. Sonradan Milli Şura yaradıldı və biz də bu prosesə qoşulduq. Az sonra isə məlum oldu ki, Milli Şura seçkilərdə vahid namizədlə iştirak etmək niyyətindədir. Biz də bu ideyanı dəstəklədik və seçkilərdə iştirakdan imtina etdik. Hal-hazırda da imkanımız daxilində vahid namizəd Cəmil Həsənlinin seçki kampaniyasında iştirak edirik. Başqa sözlə, partiya olaraq MSK-ya müraciətimiz olmayıb və deyilənlər yalandır.
- Cəmil Həsənli müxalifət düşərgəsinin vahid namizədi olmağa nə dərəcədə layiqli namizəddir?
- Hesab edirəm ki, Cəmil müəllim digər siyasətçilərdən heçdə geridə qalan keyfiyyətlərə malik deyil. Əksinə, Cəmil müəllim nadir alimlərimizdəndir ki, onun əsərləri dünya universitetlərində tədris olunur. Bundan başqa, Cəmil müəllim uzun illər AXCP-nin rəhbərliyində təmsil olunub, Elçibəy hökumətində isə baş nazirin müavini və prezidentin müşaviri postunda olub. Hesab edirəm ki, Cəmil Həsənli müxalifət cəbhəsinin ortaya çıxardığı ən layiqli namizəddir.
- Müxalifət cəbhəsində belə iddialar var ki, vahid namizəd xarizmatik lider deyil və səbəbdən də, uğur gözlənilmir...
- Hesab etmirəm ki, Cəmil Həsənlinin xarizmatik tərəflərinin olmaması mənfi xüsusiyyətdir. Normal cəmiyyətlərdə siyasi liderin xarizmasının olması həqiqətən də vacibdir. Amma Azərbaycan cəmiyyətində siyasi münasibətlər zor müstəvisində qurulur. Hazırda indiki hakimiyyətdən və idarəçilikdən bezən insanların mütləq əksəriyyəti müxalifətin vahid namizədinə səs verməyə hazır olacaq. Yəni burada xarizma məsələsi iddia olunduğu kimi də rol oynamır.
- Siz seçkilər məsələsi üzrə mütəxəsissiniz, zamanında müəyyən təklifləriniz olub. Oktyabrın 9-da xalqımız səsverməyə hazır olacaqmı, yoxsa bu seçkilər onu daha maraqlandırmır?
- Mən hesab edirəm ki, seçicilər səsverməyə hazır olacaqlar.Azərbaycan əhalisi demokratik, azad və ədalətli seçkilərə hazırdır. Düzdür, biz deyə bilmərik ki, seçicilərin 100 faizi prosesə qatılacaq, amma böyük çoxluq buna hazırdır. Təəssüflər olsun ki, xalq azad seçkilərə hazır olsa da, Azərbaycanın rəsmi strukturları belə seçkilərə hazır deyil.
- Siz seçki fəallığı gözləyirsinizmi?
- Hesab edirəm ki, seçki fəallığı bundan əvvəlki iki seçki ilə müqayisədə çox olacaq. Məsələn, 2008-ci il prezident seçkiləri və 2010-cu il Milli Məclis seçkiləri ilə müqayisədə bu seçkilərdə siyasi fəallıq çox olacaq. Nəzərə alın ki, müxalifət düşərgəsinin hamısını olmasa da, əksəriyyətini birləşdirən vahid namizəd var. Hesab edirəm ki, artıq insanların seçki prosesinə cəlb edilməsi üçün işlərə başlanılmalıdır.
- Amma iddia olunur ki, xalqın seçki prosesinə ümidi yoxdur və seçkilər yolu ilə siyasi iqtidarın dəyişəcəyinə də inanmır...
- Mənim fikrimcə, bu tezisin ortaya atılması həm müxalifətin əl-qolunu bağlamaq, həm də insanları ruhdan salmağa hesablanıb.
- Əsas məsələ insanların seçkilərə gəlməsidir, yoxsa seçkilərin ədalətli keçirilməsidir?
- Mənim fikrimcə, əsas məsələ seçkilərin necə keçirilməsidir. Seçkilər azad və ədalətli keçirilərsə, seçkilərə gələn seçicilərin sayından asılı olmayaraq gerçək qalibi müəyyənləşdirmək olar. Yox, əgər seçkilər əvvəlki kimi keçiriləcəksə demək problem olacaq. Ammamən ümid edirəm ki,əvvəlki seçkilər kimi olmayacaq. Ən azından bir neçə siyasi qüvvənin birgə hərəkət etməsi sonda seçki fəallığına səbəb olacaq.
- Seçki Məcəlləsi azad, ədalətli və demokratik seçkilər keçirmək üçün yetərlidirmi?
- Seçki Məcəlləsi müəyyən qüsurlara malikdir. Ən azından qanun seçki komissiyalarında hakim partiyanın rəsmi üstünlüyünü təmin edir. Digər məsələlərdə var. Amma mən hesab edirəm ki, Seçki Məcəlləsindən daha çox hakimiyyətin seçkini necə keçirmək iradəsi önəmlidir. Yəni siyasi hakimiyyətin demokratik seçki keçirmək iradəsi varsa, indiki məcəllə ilə də normal seçki keçirmək olar.
- Hakimiyyətin azad və ədalətli seçki keçirmək iradəsi varmı?
- Təəssüflər olsun ki, bu müşahidə edilmir. Amma seçki kampaniyasının imzaları toplama mərhələsi göstərdi ki, artıq bu mərhələdə əvvəlki seçkilərdə olduğu kimi qorxutmaq, həbs etmək kimi hallar müşahidə edilməyib. Bu baxımdan ola bilsin ki, hakimiyyət qarşıdan gələn mərhələdə də, tam olmasa da, qarşılıqlı addımlar ata bilər. Birazdan namizədlərin qeydə alınması mərhələsi başlayır. Hakimiyyətin iradəsi məhz bu mərhələdə bizə aydın olacaq.
- Siz seçki ab-havasını hiss edirsinizmi?
- Açığını deyim ki, seçki ab-havası cəmiyyətdə zəifdir. Ola bilsin ki, seçkiyə qoşulan qüvvələrin təbliğat mərhələsində bunu aradan qaldırılsın. Hazırda qanunla maraqlı qüvvələr seçki kampaniyası aparmırlar.
- Namizədlərin sayının çox olmasını hakimiyyətin siyasi texnologiyası hesab etmək olarmı?
- Bunu hakimiyyətin seçki texnologiyası kimi də qiymətləndirmək olar. Amma mən hesab edirəm ki, istənilən şəxs qanunvericiliyin tələblərini gözləməklə öz namizədliyini irəli sürə bilər. Namizədlərin çoxluğundan qorxmağa dəyməz. Konkret suala gəldikdə isə, mən istisna etmirəm ki, namizədliyini irəli sürənlərin bir qrupu hakimiyyətlə bağlıdır-seçki texnologiyası əsasında bu yarışa qoşulublar. Nəzərə alın ki, bir çox hallarda heç sıravi vətəndaşlarımızda heç kimi qəbul etmək istəmirlər və deyirlər ki, özümdən başqası yoxdur. Bu psixologiya da seçkilərdə mühüm rol oynayır.
- Hakimiyyətin namizədi seçki prosesini, iqtidarda qalmaq məsələsini həll edibmi?
- Xeyr! Mən bu cür deməzdim. Baxmayaraq ki, seçki təbliğatı baxımından hakimiyyət müəyyən addımlar atıb. Məsələn, əmək haqları və təqaüdlərin baza hissəsi az da olsa artırılıb. İqtidar hər gün fərqli büdcə təşkilatlarının əmək haqlarını artırır, rayonlara mütəmadi səfərlər təşkil edilir, iqtisadi inkişaf məqsədilə rayonlara maliyyə ayrılır. Bunlar seçki təbliğatı kimi qiymətləndirilə bilər. Amma bu hakimiyyətdən sui istifadə edilməsi kimi də qiymətləndirilə bilər.
- Milli Şurada Rəsul Quliyevlə Müsavat arasında qarşılıqlı ittihamlar hökm sürür, eləcədə Müsavat Lalə Şövkəti ittiham edir. Bu prosesləri necə qiymətləndirirsiniz?
- Hesab edirəm ki, bu məsələlərdən ciddi narahat olmağa dəyməz. Təbii ki, Milli Şura ideoloji baxımdan bütün qüvvələri birləşdirən təşkilat deyil. Sadəcə olaraq seçkilər prosesində bu qüvvələrin bir araya gəlməsi müsbət addım kimi qiymətləndirilir. Hesab edirəm ki, daxili çəkişmələrə baxmayaraq bütün qüvvələr vahid namizədin seçki qərargahının işində və digər strukturlarda yaxından iştirak edirlər. Mənə elə gəlir ki, bu məsələyə önəm verilməlidir, nəinki mövcud olan çəkişməyə.
- Lalə Şövkət və Rəsul Quliyev Milli Şuradan gedə bilərmi?
- Milli Şura heç kimi tutub məcburi saxlamaq niyyətində deyil. İstənilən siyasətçi və partiya Milli Şuranın tərkibindən çıxa bilər. Buna ideoloji rəngarənglik baxımından normal yanaşmaq lazımdır.
- Bu halda itirən kim olacaq?
- Müxalifət cəbhəsində mənfi istiqamətdə gedən istənilən prosesə görə itirən müxalifət və xalqımız olur.
- Müxalifət daxilində birlik əldə edilib, əsas qüvvələr Milli Şurada cəmləşib. Bəs bir qurumda cəmləşəndən sonra qarşılıqlı ittihamlar niyə aradan qaldırılmır, nədən 20 ildir ki, davam etdirilir?
- Bu barədə dərin düşünməmişəm. Hesab edirəm ki, Milli Şura əsas müxalifətin birlik modeli olsa da, bütün müxalifətin birləşdiyi, fəaliyyəti koordinasiya etdiyi qurum deyil. Əksinə, bu seçkilərə hesablanan qurumdur. Seçkidə vahid şəkildə iştirak edənləri özündə birləşdirir. Görünən budur ki, narazılıqlar ara-sıra özünü büruzə verir.
- Milli Şuranın seçki taktikası, proqramı varmı, yoxsa əsas məqsəd seçkidə iştirak etməkdir?
- Seçki qərargahında bu məsələlər müzakirə edilir. Amma bu məsələlərin hamısı KİV-də müzakirə edilməli deyil.
- Seçkidə udmaqda-uduzmaqda var, seçki prosesində gözlənilməyən proseslərdə baş verə bilər. Milli Şura bu variantların hər birinə hazırdırmı?
- Milli Şura seçkilərdə qalib gəlmək variantına hazırdır.
- Seçki prosesində kütləvi aktivlik yaşana, ara qarışa bilərmi?
-Güman etmirəm. Ara niyə qarışmalıdır ki?
- Narazılıq yüksək həddədir...
- Normal seçki keçiriləndə ara niyə qarışırki. Gərək anormal seçki keçirək? Ədalətli seçkidə heç vaxt ara qarışa bilməz. Bu halda kimsə etirazını ifadə edə bilər ki, bu da problem deyil.
- İndiki hakimiyyət seçkilər yolu ilə iqtidarı başqasına verməyə psixoloji və siyasi baxımdan hazırdırmı?
- Hesab edirəm ki, hələ ki, hazır deyil. Amma nəzərə almaq lazımdır ki, dünyada gedən proseslərdə artıq əvvəlki kimi deyil. Bu amili də nəzərə almaq lazımdır. Zorla hakimiyyəti əldə saxlamaq son nəticədə heç kimə uğur gətirmir.
- Siz uzun illər Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü olmusunuz. Bu gün nədən beynəlxalq qurumlar Azərbaycandakı seçkilərə laqeyid yanaşır?
- ATƏT, Avropa Birliyi, AŞ PA və digər qurumlar təkcə Azərbaycanda deyil, digər ölkələrdə gedən seçkilər prosesinə ciddi yanaşır. Mən özüm də, AŞ PA tərkibində bir neçə dəfə seçkiləri müşahidə etmişəm. Sadəcə olaraq nəzərə almaq lazımdır ki, seçkilərin taleyini bu qurumların müşahidə aparması deyil, xalqın özü və hakimiyyətin demokratik seçkilərə hazır olması həll edir.
- Ancaq bu qurumların çoxu bizdəki seçkiləri müşahidə belə etməyəcək...
- Avropa Şurası və digər qurumlar seçkiləri müşahidə edəcək. Adətən onlar birləşərək seçkiləri müşahidə missiyası yaradırlar. Mən bildiyim qədər uzunmüddətli müşahidə missiyası artıq ölkəmizə gəlib və burada işləyirlər. Beynəlxalq qurumların seçkiləri müşahidə etməyəcəyi haqda xəbərlər həqiqəti əks etdirmir. Əslində belə xəbərləri də, hakimiyyət irəli sürür və rəy yaradır. Bu da, seçki texnologiyasının bir hissəsidir. Ancaq bütün hallarda seçkilərin taleyini seçicilər həll edir.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cəmil Həsənli özünə 50 vəkil seçdi: “Buna iddialılar çoxdur”

    Cəmil Həsənli özünə 50 vəkil seçdi: “Buna ...

    6-09-2013, 12:10

  • 
  • Cəmil Həsənlinin prezidentliyə namizədliyi qeydə alınıb

    Cəmil Həsənlinin prezidentliyə namizədliyi qeydə ...

    12-09-2013, 16:26

  • 
  • Milli Şura ehtiyat vahid namizəd məsələsini həll edə bilmədi

    Milli Şura ehtiyat vahid namizəd məsələsini həll ...

    19-08-2013, 17:34

  • 
  • Eldar Namazov Cəmil Həsənlinin istefa ehtimalından danışdı

    Eldar Namazov Cəmil Həsənlinin istefa ...

    28-08-2013, 15:09

  • 
  • CƏMİL HƏSƏNLİ VAHİD NAMİZƏD OLDU

    CƏMİL HƏSƏNLİ VAHİD NAMİZƏD OLDU ...

    23-08-2013, 17:44


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu