GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » "Gömrükdə islahatlara ən çox sevinənlərdən biri idim, çünki Vüsal Novruzov orda məzarlıq düzəltmişdi"

"Gömrükdə islahatlara ən çox sevinənlərdən biri idim, çünki Vüsal Novruzov orda məzarlıq düzəltmişdi"

Tarix: 29-07-2020, 18:18 Bölmə :Müsahibə Baxış: 2 249
"Gömrükdə islahatlara ən çox sevinənlərdən biri idim, çünki Vüsal Novruzov orda məzarlıq düzəltmişdi"


"İbrahimin qapısı ağzında növbədən sonra gedib başıma güllə sıxmaq istəyirdim"

Bizneslə məşğul olanlar mütləq oxusun!

Səbail Rayon Məhkəməsi Gömrük Komitəsinin iddiası əsasında - qısa idxal bəyannaməsi olmadığına görə bizi 1500 manat cərimə edib. Məhkəmə bizim iştirakımız olmadan işə baxıb. Məhkəmə qərarından apellyasiya şikayəti etdik. Dünən, iyulun 28-də şikayətimizə baxıb, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxladılar. İlin-günün bu vaxtında üstümüzə 1500 manat da yüklədilər.
Qısa idxal bəyannaməsi nədir? Demək, sadə dildə izah edim: əgər, xaricdən yük gəlirsə, Azərbaycan sərhədinə yaxınlaşmamış, yük haqqında gömrük orqanına məlumat verirsən və üstəlik 36 manat pul ödəyirsən. Bu pul niyə ödənilir, bu da məlum deyil.
Əgər yükü gətirən şirkət vaxtında xəbər verməsə və sərhəddən keçirib sənə təhvil versə, onda batdın, dərhal 1500 manat cərimə olunacaqsan.
Yükün həcmi, dəyəri heç kəsi maraqlandırmır. Nə gətirirsən gətir, QİB verməsən, cərimə olunacaqsan.
Bu qayda gömrükdə islahatlar aparılandan sonra tətbiq olunmağa başlayıb.
Bir də gömrükdə “Ramal-Trans” (ada heç bir müdaxilə olunmayıb) deyilən bir tələ var. Kimin yükü gəldi, aparıb salırlar ora və yükün həcminə uyğun səndən pul alırlar. Bizdən bəzən 500-600 manat qopardırdılar. Heç bir sənəd də vermirlər. Bir dəfə gömrüyün sədrinə şikayətlə müraciət etdim, rəsmi cavab gəldi ki, bu, bizlik deyil. Deyən lazım, ay qardaş, əgər, bu sizlik deyilsə, onda adımıza gələn yükü o tələyə niyə salırsız? Malımızı “Ramal-Trans” ərazisinə girmədən deklarasiya edin, çıxıb gedək də.

Qayıdıram, ayın 28-ində olan məhkəməyə. Məhkəmə saat 10:00-da olmalıdır. Hakim görən kimi soruşdu:
- Bəs sən xaricdə deyildin?
- Yox, burda olmuşam.
- Sənə hörmətim var.
Adamın Allahı var, bütün hərəkətlərində, danışıq tərzində hörmətini hiss edirdim. Doğrusu, bu vəziyyətin özündən çox qorxuram. Çünki bu vaxta qədər məhkəmələrdə mənim əleyhimə çıxarılan qərarların demək olar ki, hamısı mənə hörməti olan hakimlər tərəfindən çıxarılıb.

Nəticə bəlli olsa da, sonu gözlədim. Gömrük orqanının nümayəndəsi gəlməmişdi. İclas katibi zəng edib çağırdı. Məhkəmə saat 11:30-da baş tutdu. Gömrük hüquqşünası da yaxşı oğlan idi, sübutu da çox sadə oldu. Bizim yükü gətirən maşın sərhədi səhər saat 7-də keçib. Kamerada fotosu var. Fotoda da saat göstərilib. Biz isə qısa bəyannaməni doldurmuşuq və ödəniş etmişik saat 11:00-da. Maşının şəkli var, sənəd var, vəssalam...
Hakim üzümə baxıb:
- Mən qanuna tabeyəm.
- Möhtərəm hakim, axı gələn kitabın dəyəri 1500 manatdan azdır.
- Nə edim qanunun tələbidir.

Gömrükdə islahatlar başlayanda ən çox sevinənlərdən biri mən oldum. Çünki Vüsal Novruzov orda bir məzarlıq düzəltmişdi. İbrahimin qapısı ağzında növbədən sonra gedib başıma güllə sıxmaq istəyirdim. Mərtəbələr arasında yuxarı-aşağı o qədər gedib gəlirdin ki, axırda pencəyini də verib çıxmaq istəyirdin. İndi Vüsal və İbrahim yoxdur, amma onların kabusları var. Onların kabusu hələ də gömrüyü idarə edir.
Gömrükdə islahatlar başladı, "ura" dedik. Amma boğazımızda tikə qaldı. İndi gömrük boğazımızda qalan tikədir. Nə yuxarı qayıdır, nə də aşağı düşür.

Qısa idxal bəyannaməsini kim ixtira edib? Bəs bu cərimənin miqdarı haradan götürülüb? Bu Ramal trans niyə?

Bəzən xarici ölkələrə kitab göndərirəm. Bir neçə e-mail yazmaqla gömrük rəsmiləşdirilməsi asanlıqla həll olur. Heç Türkmənistanda da buradakı kimi problemlə üzləşmirəm. Rüsumlarını al, malımı göndər, gəlsin. Bu qaraçılıq, hər tin başı bir qutu qoyub pul yığmaq niyə gərək?

P.S. Əziz sahibkarlar, kim qısa idxal bəyannaməsini sahibkarlıq fəaliyyətində maneə hesab edirsə, eyni zamanda ona görə cərimələnibsə, “Ramal-Trans” problemi ilə üzləşibsə, koment yerinə qeyd etsin. Hesab edirəm, biz Prezidentə müraciət edib, bu problemlərin həllini xahiş edə bilərik.

Şahbaz Xuduoğlu,
"Qanun" Nəşrlər Evinin rəhbəri
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • AZZA 45 min manat cərimələnib

    AZZA 45 min manat cərimələnib ...

    25-09-2019, 17:16

  • 
  • İlhamə Quliyeva Nazpərini yenə məhkəməyə verdi

    İlhamə Quliyeva Nazpərini yenə məhkəməyə verdi ...

    12-08-2013, 14:22

  • 
  • Gəncədə avtomobildən 1500 manat oğurlayan 3 azyaşlı saxlanıldı

    Gəncədə avtomobildən 1500 manat oğurlayan 3 ...

    12-07-2017, 20:58

  • 
  • “Baku İnternational Tobacco” cərimələnib – 272 min manat

    “Baku İnternational Tobacco” cərimələnib – 272 ...

    20-06-2019, 12:27

  • 
  • Bakı Apellyasiya Məhkəməsi jurnalisti cərimə edib

    Bakı Apellyasiya Məhkəməsi jurnalisti cərimə edib ...

    25-11-2019, 17:23


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (506)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu