Bazar ertəsi Bakı Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin jurnalist Sevinc Vaqifqızı barədə hökmünü dəyişdirib və onun 1000 manat cərimə edilməsi barədə hökm çıxarıb.
Etibar Nəbiyevin sədrlik etdiyi hakim heyəti jurnalistin 251 saylı məktəbin direktor müavini Elmira Ələndərovanın şərəf və ləyaqətini təhqir edən video yaydığını hesab edib. Bu barədə vəkil Zibeydə Sadıqova bildirib.
Müdafiə tərəfi məhkəmənin qərarı ilə razı deyil və Azərbaycan Ali Məhkəməsinə kassasiya şikayəti vermək niyyətindədir.
Ələndərova Vaqifqızına qarşı iddia qaldıraraq, üzrxahlıq etməsini, 2500 manat cərimə edilməsini və 11 aprel 2018-ci il prezident seçkiləri haqqında videonun şəbəkədən silinməsini tələb edib.
İddiaçının iradına 251 nömrəli məktəbdə üç seçki məntəqəsində səsvermə haqqında “Meydan TV” onlayn resursunda yayımlanmış “Seçkilər 2018: seçkilərdə “karusel”ə nəzarət edən direktor müavini” başlıqlı süjet səbəb olub.
Süjetdə Ələndərovanın səsvermə günü bir qrup müəlliməni məktəbdə yönləndirdiyi göstərilir.
Avqustun 5-də Binəqədi rayon məhkəməsi iddianı qismən təmin edərək, jurnalistin üzərinə başlığı dəyişdirmək öhdəliyi qoyub. Birinci instansiya məhkəməsi jurnalisti cərimə etməyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?