Xalq artisti İlhamə Quliyeva digər xalq artisti Nazpəri Dostəliyevanı yenidən məhkəməyə verib. Bu barədə AzNews.az-a İ.Quliyevanın vəkili Şəfiqə Nağıyeva məlumat verib. O bildirib ki, İ.Quliyeva N.Dostəliyevadan verdiyi şikayətlə bağlı birinci instansiya məhkəməsinin qərarından narazıdır. Vəkil deyib ki, məhz bu səbəbdən də birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti veriblər: “İlhamə xanım apelyasiya şikayəti verdi ki, 50 min manat azdır. Biz bu işlə əlaqədar yüksək məbləğ qoymuşduq. Nazpəri Dostəliyevanın daha çox cərimələnməsini tələb edirdik. Amma məhkəmə cəmi 50 min manat cərimə kəsdi. Biz bu məbləğlə razı deyilik. Tələbimiz cərimə məbləğinin tam ödənilməsi ilə bağlı qərar çıxarılmasıdır”.
Xatırladaq ki, İ.Quliyeva N.Dostəliyevanın onun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna zərər vurduğu iddiası ilə məhkəməyə müraciət etmiş, ikincidən maddi zərərə görə 200 min, mənəvi zərərə görə isə 500 min manat ödəməsi tələb olunmuşdu. Nəsimi rayon Məhkəməsi isə N.Dostəliyevanı 50 min manat cərimələmişdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?