GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Adil Əliyevdən Mehdiyevlə bağlı sensasion açıqlamalar: “Qanuni hakimiyyətə qarşı üsyana...”

Adil Əliyevdən Mehdiyevlə bağlı sensasion açıqlamalar: “Qanuni hakimiyyətə qarşı üsyana...”

Tarix: 2-09-2020, 16:49 Bölmə :Müsahibə Baxış: 1 296
Adil Əliyevdən Mehdiyevlə bağlı sensasion açıqlamalar: “Qanuni hakimiyyətə qarşı üsyana...”


Milli Məclisin vitse-spikeri Adil Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev barədə sensasion açıqlamalar verib.

Xüsusi karantin rejimi dövründə Ramiz Mehdiyevin nəvəsinin toy mərasiminin keçirilməsi ilə bağlı tənqidi çıxışlar edənlərdən biri də Adil Əliyev idi. Akademik də ittihamlara cavab məqaləsində vitse-spikerin adını çəkmişdi.

GundemXeber.Az bildirir ki, Adil Əliyev isə Ovqat.com-a müsahibəsində Ramiz Mehdiyevin onu tənqid edənləri hədəfə almasını akademikdə “dövlətçilik şüurunun olmaması” ilə izah edib. “Bu adamda zərrə qədər dövlətçilik şüuru olsaydı, tənqidə dözümlü yanaşar, emosiyalara qapılmadan səhvini etiraf edər və istefa verib istirahətə gedərdi. O isə haqlı iradları süngü ilə qarşılayır…”, - deyə vitse-spiker vurğulayıb.

O, həmçinin Ramiz Mehdiyevin mərhum prezident Heydər Əliyevə və hazırkı ölkə başçıcı İlham Əliyevə sədaqətli olmasına da şübhə ilə yanaşıb: “Ramiz Mehdiyev isə, görünür, özünü xüsusi imtiyazlı şəxs kimi görür və qanunu pozduğuna görə ona tutulan kiçik bir irada belə, sərt reaksiya verir. İmtiyazını isə guya hakimiyyətə xidmətləri ilə əsaslandırır. Halbuki onun hakimiyyətə, mərhum ulu öndər Heydər Əliyevə, prezident İlham Əliyevə nə qədər sədaqətli olduğu mübahisəlidir. Heç kəs bu ölkədə çörəyi qulağına yemir. Kimin kim olduğu, bu hakimiyyət üçün nələr etdiyi hər kəsə bəllidir. Məşhur bir mahnının sözləri ilə desək, Ramiz Mehdiyevə “mürgülü xatirələri yada salmamağı” məsləhət görürəm.

Üstəlik, uzun illər boyu hakimiyyətin ən yüksək pillələrində təmsil olunmaq insana əlavə imtiyaz vermədiyi kimi, əksinə onun qanunlara tabeçilikdə mənəvi məsuliyyət yükünü artırır. Sən əgər siyasi liderə, qanunlara sadiqsənsə, onun tələblərinə hər kəsdən daha çox əməl etməli, yaxşı nümunə ortaya qoymalısan. Ramiz Mehdiyevin ortaya qoyduğu nümunə isə itaətsizlikdir. Bunu yalnız o adam edər ki, insanları qanuni hakimiyyətə qarşı üsyana çağırır, ölkədə hərc-mərclik salmaq istəyir”.

Vitse-spikerin sensasiya sayılacaq fikirlərindən biri qardaşı Məhərrəm Əliyevin Bakı Şəhər Baş Polisi İdarəsinin (BŞBPİ) rəisi vəzifəsindən uzaqlaşdırılmasında Ramiz Mehdiyevi ittiham etməsidir. “Bəli, Məhərrəm Əliyevin vəzifəsindən uzaqlaşdırılması ssenarisi Ramiz Mehdiyevin kabinetində cızılıb”, - deyə Adil Əliyev vurğulayıb.

Hazırda Prezidentin hərbi məsələlər üzrə köməkçisi olan Məhərrəm Əliyev 1993-2007-ci illərdə BŞBPİ-nin rəisi vəzifəsində çalışıb. Həmin dövrdə onunla Daxili İşlər naziri Ramil Usubov arasında ziddiyyətlərin olduğu barədə iddialar səsləndirilirdi. Məhərrəm Əliyev işdən çıxarılanda da o zaman media bunu Ramil Usubovun qələbəsi kimi qiymətləndirilmişdi.

Doğrudur, Məhərrəm Əliyev vəzifəsiz qalmadı. O, əvvəlcə Tacikistanda səfir, geri çağırıldıqdan sonra Prezidentin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri, daha sonra isə Ədliyyə nazirinin müavini vəzifəsinə təyinat alıb. Bununla belə, Məhərrəm Əliyevin Daxili İşlər Nazirliyini fəth edə bilmədiyi vurğulanır və Ramil Usubova məğlub olduğu iddia edilirdi. İndisə Adil Əliyev bəyan edir ki, qardaşının BŞBPİ rəisi vəzifəsindən azad edilməsinin ssenarisi Ramiz Mehdiyevin kabinetində cızılıb. Bu hazırda Təhlükəsizlik Şurasının katibi olan Ramil Usubovla Ramiz Mehdiyevin eyni komandada təmsil olunmasına açıq işarə sayıla bilər.

Vitse-spiker bununla kifayətlənməyərək məşhur “mandat alveri” qalmaqalına görə də Ramiz Mehdiyevi təqsirkar bilir. Onun fikrincə, akademik bu qalmaqalın əsas fiqurantlarından olan keçmiş deputat Gülər Əhmədova və onun rəfiqəsi Sevinc Babayevanı güdaza verib:

“Cinayətin bütün məsuliyyəti Gülər Əhmədovanın ayağına yazıldı. Bunun səbəbi odur ki, Ramiz Mehdiyev onda hələ hakimiyyətin ən yüksək pillələrində yer alırdı. Hüquq mühafizə orqanlarındakı kadrları vasitəsilə günahı bir qadının boynuna qoya bildi. Hadisənin digər şahidi Sevinc Babayeva isə Türkiyəyə qaçdı və müəmmalı şəkildə öldü. Bu gün başqalarına əxlaq dərsi keçən Ramiz Mehdiyev öz günahına görə qadınları güdaza verməsinin eybinə kor olmağı bacarmalıdır. Yüksək əxlaqi keyfiyyətlər, mənəvi kişilik bunu tələb edir”.

Göründüyü kimi vitse-spiker hətta Sevinc Babayevanın ölümünün müəmmalı olduğunu dilə gətiməklə bu məsələdə də “akademik yanaşma” axtarır.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib - FOTO - YENİLƏNİB-3

    Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib - FOTO ...

    23-10-2019, 20:10

  • 
  • İlham Əliyev Ramiz Mehdiyevin yeni vəzifəsini təsdiq etdi

    İlham Əliyev Ramiz Mehdiyevin yeni vəzifəsini ...

    23-10-2019, 17:51

  • 
  • Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən daha 17 nəfər cərimələndi

    Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən ...

    24-08-2020, 09:54

  • 
  • Ziya Məmmədov Ramiz Mehdiyevin müdafiəsinə qalxdı: - “Hamısı qaraniyyətli adamlardır”

    Ziya Məmmədov Ramiz Mehdiyevin müdafiəsinə ...

    11-08-2020, 15:53

  • 
  • Abel Məhərrəmov Ramiz Mehdiyevin nəvəsinin toyundan danışmaq istəmir

    Abel Məhərrəmov Ramiz Mehdiyevin nəvəsinin ...

    21-08-2020, 17:34


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu