Mətbuatda Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasiminin keçirilməsi ilə bağlı video yayılıb. Görüntülərdə Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov Ramiz Mehdiyevin şərəfinə “tost” dediyi eşidilir:
"Ramiz müəllim, biz sizin xidmətlərinizi çox böyük qiymətləndiririk. Çox böyük! Nəinki biz. Biz kimik ki? Xırda adamlarıq. Xalqımız çox böyük qiymətləndirir. Bu uğurlarımızın həyata keçirilməsində taktiki addımlara siz rəhbərlik etmisiniz".
Məsələ ilə bağlı “Report”un əməkdaşı A.Məhərrəmovdan münasibət öyrənmək üçün ona zəng edib.
A.Məhərrəmov söhbət zamanı Ramiz Mehdiyevin nəvəsinin toy mərasimindən danışmaq istəmədiyini deyib:
“Mən bu məsələ ilə bağlı danışmaq istəmirəm. Niyə məni narahat edirsiniz? Görüntülər yayılıb, yaxud yayılmayıb... Mən evdə istirahət edirəm. Sağ olun!”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?