GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Hafiz Hacıyevin heç bir addımına görə məsuliyyət daşımıram”

“Hafiz Hacıyevin heç bir addımına görə məsuliyyət daşımıram”

Tarix: 24-09-2013, 12:02 Bölmə :Müsahibə Baxış: 762
“Hafiz Hacıyevin heç bir addımına görə məsuliyyət daşımıram”

Bəxtiyar Hacıyev: “Millətimizi özümüz seçmədiyimiz kimi qohumlarımızı da biz seçmirik”; “Bir-birimizi tənqid etməkdənsə, kənarda müşahidəçi olmağa üstünlük verirəm”
Keçmiş vicdan məhbusu, tanınmış blogger Bəxtiyar Hacıyevin adı bugünlərdə özünün heç arzulamadığı bir mövzuda hallandırılır. Prezidentliyə namizəd Hafiz Hacıyevlə qohumluq faktoru tez-tez medianın gündəminə gəlir. Xüsusən də gənc fəalın H.Hacıyevin namizədliyinin ləğvi üçün sosial şəbəkədə başlatdığı imzatoplama kampaniyası onu bu sahədəki müzakirələrin aktiv simasına çevirib.
Biz də B.Hacıyevlə söhbətimizdə həm gənc fəal kimi seçkiöncəsi proseslərdən, həm də Hafiz Hacıyev mövzusundan danışdıq. Sonuncu mövzu onun üçün arzuolunmaz olsa da.
Müsahibimiz öncə seçkiöncəsi Azərbaycanın ümumi mənzərəsini qiymətləndirdi.

- Hazırda seçkiyə az vaxt qalıb. Heç kim iddia edə bilməz ki, ölkədə seçki ab-havası hiss olunmur. Vətəndaşların böyük bir əksəriyyəti seçkilərə hazırlaşır, seçki vasitəsilə hər hansı bir dəyişikliyin olacağına inanır. Şəxsən mənim fikrim belədir ki, hər hansı müdaxilə edib, kənardan fərqli görünməkdənsə, “ruhdan salır, işimizi tənqid edir” sözünü eşitməkdənsə, bir qrup insan kənarda dayanmağa üstünlük verib bu prosesin yekunlaşmasını gözləyir. Mən inanıram ki, bu seçkilərdən sonra həm iqtidar, həm də müxalif cəbhədə yeniləşmə və gəncləşmə getməlidir. Çünki uzun illər ərzində hər iki tərəfdə eyni simaların olması, eyni ritorika, eyni yanaşmalar, eyni həll yollarının göstərilməsi insanları yorub. İnsanlar bunu açıq və kəskin şəkildə bildirməsələr də, eyni simaların görülməsi insanları yorur. Düşünürəm ki, növbəti seçkilərdə həm iqtidar, həm də müxalifət tərəfdən yeni simalar çıxacaq.

- Bayaq da qeyd etdiz. Dəyişiklik istəyən bir qrup iş görür, meydanlara çıxır, etiraz edir. Başqa bir qrup isə dəyişiklik istədiyi halda kənarda dayanıb, görülən işləri tənqid etmək, ona qulp qoymaq xəttini seçib. Sizə hansı daha məqbuldu? İş görənlərə qoşulub qüsurları düzəltmək, yoxsa daim narazı pozada tənqid etmək?

- Tənqid etmək təkcə kənarda dayanmış qrupa aid deyil. Mən təxmin edirəm, siz hansı qrupu deyirsiz. Əgər REAL hərəkatını nəzərdə tutursuzsa, sadəcə başqalarını tənqid edən onlar deyil. Ənənəvi müxalifət də öz inandığı yolda gedən digər namizədləri eyni şəkildə tənqid edir. Məsələn, AXCP və Müsavat gənclər təşkilatlarının üzvləri, müsavatçılar, cəbhəçilər də parlamentdə oturmuş, bu gün prezidentliyə namizədliyini irəli sürmüş İqbal Ağazadəni tənqid edirlər. Halbuki hər bir siyasi qüvvə öz qarşısına məqsəd qoyub, kənarda deyilənlərdən, müzakirələrdən, kimin nə etməyindən asılı olmayaraq öz bildiyi yolla getsə, həm həmin ölkə, həm də həmin siyasi qrup üçün daha yaxşıdır. İndiki halda seçkiyə az vaxt qalıb. Amma enerji başqa şeyə sərf olunur. Məsələn, sentyabrın 22-də mitinq keçirildi, amma bütün müzakirələr REAL-la ənənəvi müxalifət arasında oldu. Bu, artıq vaxt və enerji itkisidir. Sizin verdiyiniz suala gəlincə, mən bir-birini tənqid etməkdənsə kənarda dayanıb müşahidəçi olmağı daha çox üstünlük verirəm. Çünki müşahidəçi ən azından heç bir tərəfə ziyan vurmur. Amma qeyd edirəm ki, təkcə REAL yox, ənənəvi müxalifət də başqa xətti seçmiş insanları tənqid edir. Halbuki həmin insanlarla söhbət zamanı da aydın olur ki, hərə öz tutduğu yolun doğruluğuna inanır. Ona görə də maksimum çalışmaq lazımdır ki, hər bir siyasi qüvvə, partiya özünün doğru bildiyi yolda hərəkət etsin.

- Qələbənin qohum-qardaşı çox olur, məğlubiyyət isə yetimdir deyiblər. Qələbə olarsa, kənarda dayananlar ortaya gələcəklərmi?

- Şəxsən mən ölkədə demokratik dəyişikliklərin olmasını istəyirəm. Bunu kimsə etsə, mənimçün ən yaxşı variant ictimai-siyasi proseslərdən kənarlaşıb kiçik bir bizneslə məşğul olub, dünyanı gəzmək olardı. Bu gün əgər insanlar bu qədər qarışıq bir mühitdə ictimai-siyasi proseslərə qoşulursa, stres altında yaşayırlarsa, onlar üçün fərq eləməz ki, bu qələbəni kim qazanıb. Sabah hər hansı qüvvə qələbə qazansa və onlar bu müşahidəçiləri kənarda saxlamaq istəsə, mən böyük məmnuniyyətlə kənarda qalıb, normal bir ölkədə, adi, sıravi bir vətəndaş olmaq istəyərəm. Amma elə insanlar da var ki, onların çox böyük ambisiyaları var, sabah qələbə olanda qələbə sahiblərinin yanına gəlib “biz sizin doğru dediyinizi bilirdik, hər zaman dəstəyimizi vermişdik” deyəcəklər. Səmimi insanlar üçünsə fərq eləməməlidir ki, qələbəni kim qazanıb. Əsas odur ki, demokratik dəyişikliklər olsun.

- Bu ərəfədə sizin göstərdiyiniz aktivlik həm də Hafiz Hacıyevin namizədliyinin ləğvi üçün apardığınız kampaniyadır. Necə gedir kampaniya? Dəstək varmı?

- Hazırda mən baxıram ki, 2358 nəfər bu kampaniyaya qoşulub. Kənarda dayanan insanlar da boş dayanmır. Onlar da bu seçkinin nəticəsinin dəyişməyəcəyini başa düşürlər. Reallığı qəbul edib növbəti seçkilər üçün uzunmüddətli işə başlayıblar. Hər iş qısa müddətdə öz nəticəsini göstərmir. Kimsə 2015 və ya 2018-ci il seçkilərini hədəf alırsa, yeni nəslin bu işə mobilizə olunmasını istəyirsə, ola bilər, bu gün hansısa mitinqdə görünmür. Amma bu, o demək deyil ki, o, bütün proseslərdən kənarda dayanıb.

- Bu 2358 nəfərin müraciəti namizədliyin ləğvi üçün nə dərəcədə təsirli ola bilər? Hüquqi əhəmiyyəti varmı bu imzaların?

- Bu, hüquqi təsirdən daha çox vətəndaş etirazıdır ki, baş verənlərə biganə qalmırıq. Həm də biz bununla onu göstərməyə çalışırdıq ki, Hafiz Hacıyevi meydana atan insanlar bilsinlər ki, bu adam təkcə hakimiyyətin rəqiblərinə ziyan vurmur, eyni zamanda hakimiyyətə də ziyan vurur. Hakimiyyətin müsbət, simpatik simaları var ki, hakimiyyəti onlar müdafiə etsəydi daha yaxşı olardı, nəinki Hafiz Hacıyev kimi insanlar.

- Hafiz Hacıyevlə qohum olmanız faktoru belə bir müraciəti hazırlamaqda kompleks yaratmadı ki?

- Birincisi, uzaq qohumluq var. Mən dəfələrlə qeyd etmişəm ki, necə ki insanlar öz millətlərini seçə bilmirlər, eləcə də qohumlarını seçə bilmirlər. Başqa insanlar o şəxslə eyni millətdən olduqları faktını dəyişə bilmədikləri kimi mən də onunla qohumluq faktını dəyişə bilmirəm. Ona görə də məsuliyyət daşımıram. Necə ki, siz onunla eyni millətdən olduğunuza görə məsuliyyət daşımırsız, mən də eləcə. Nəinki uzaq qohumumun, hətta ən yaxın adamımın belə mövqeyi ilə razılaşmayanda bununla bağlı vətəndaş mövqeyi bildirməkdən kompleks keçirmirəm.

- Hafiz Hacıyevin qohumu olmaq Sizə problem yaradırmı?

- Qətiyyən. Əksinə, kontrast yaradır. İnsanlar müqayisə edə bilir ki, iki eyni soyadın daşıyıcısı, qohum bir-birindən tamam fərqli insanlardır. Spektrin bir ucunda birimiz, o biri ucunda isə o birimiz dayanırıq. Bir çox insanlar mənə həmin kampaniya başlayandan sonra facebook, gmail vasitəsilə məktublar yollayıblar. Təşəkkür edirlər bu mövqeyimə görə, bu kampaniyadan sonra mənə simpatiyalarının artdığını deyirlər.

- Adətən qohumlar arasında belə fikir ayrılıqları olanda araya ağsaqqallar girir, tərəfləri ortaq mövqeyə gətirib, bir-biri barədə cəmiyyətdə mənfi fikir söyləməməyə çağırır. Sizin təcrübənizdə belə hal oldumu?

- Mənə elə gəlir, seçkilərə az vaxt qalmış bir müddətdə biz daha ciddi mövzulardan və insanlardan danışsaq daha yaxşı olar.

- Yəni bundan sonra qarşı tərəfdən sizin ünvanınıza hər nə deyilsə də, sizinçün bu mövzu bitib?

- Mən facebookda bir status yazmışdım. Orda qeyd eləmişdim ki, heç bir insan qohumluq əlaqələrini özü seçmir. Bəzi jurnalistlər və saytlar məni onunla “əmioğlu”, “əmi” kimi təqdim edirlər. Dəfələrlə demişdim ki, izahatlarıma baxmayaraq onun dediyinə inananlar onu ağılda insanlardır. Hafiz Hacıyevin heç bir addımına məsuliyyət daşımıram.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hafiz Hacıyevin oğluna 150 min-lik maşın hədiyyə olundu

    Hafiz Hacıyevin oğluna 150 min-lik maşın hədiyyə ...

    14-10-2013, 12:49

  • 
  • Hafiz Hacıyevin oğlu gəlini öpdü

    Hafiz Hacıyevin oğlu gəlini öpdü ...

    17-10-2014, 11:03

  • 
  • Hafiz Hacıyevin “qan su yerinə axacaq” ultimatumuna Musavatdan cavab gəldi

    Hafiz Hacıyevin “qan su yerinə axacaq” ...

    4-10-2014, 11:04

  • 
  • Hafiz Hacıyev səs verməyə pasportsuz gedib

    Hafiz Hacıyev səs verməyə pasportsuz gedib ...

    9-10-2013, 11:05

  • 
  • Hafiz Hacıyevin qərargahı dağıdıldı

    Hafiz Hacıyevin qərargahı dağıdıldı ...

    25-11-2013, 15:38


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu