“Bu səbəbdən də ordunun dayanması yalnız orduda deyil, Azərbaycan cəmiyyətində də ciddi əsəbilik yaradıb”
Bunu Moderator.az-a açıqlamasında politoloq Sülhəddin Əkbər deyib.
Politoloq atəşkəsin nə Azərbaycanı, nə də Ermənistanı qane etdiyini bildirib:
“Əslinə qalsa, atəşkəs nə Azərbaycan, nə də Ermənistan tərəfini qane etmir. Çünki Azərbaycan tərəfi bütün milli güc ünsürləri ilə uğurla irəliləyirdi, ard-arda yeni mövqelər əldə edirdi, öz torpaqlarını işğaldan azad edirdi və millətimiz də, ordumuz da işğal olunmuş torpaqları tam olaraq işğaldan azad etmək əzmi və iradəsi ortaya qoyurdu. Bu səbəbdən də ordunun dayanması yalnız orduda deyil, Azərbaycan cəmiyyətində də ciddi əsəbilik yaradıb. Tamamilə başqa səbəbdən olsa da erməni tərəfini də, xüsusən Paşinyan rejimini atəşkəs qane etmirdi. Çünki Paşinyan rejimi anlayırdı ki, bu qədər texnika, canlı qüvvə və mövqelərin itkisindən sonra əgər müharibə dayandırılsaydı, yenidən əks-hücuma keçib itirdiyi mövqeləri qazana bilməyəcəkdi və bu da erməni cəmiyyətində bəlli olduqdan sonra rejim ciddi sarsılacaqdı. Buna görə Paşinyan rejimi müharibənin davam etdirilməsində maraqlıdır. Bildiyiniz kimi atəşkəs olsa, minlərlə erməni əsgərinin meyiti Ermənistana gedəcək və bunun yaradacağı sosial-psixoloji durum da rejimə çox pis təsir edəcək. Ona görə də Paşinyan rejimi də atəşkəsin tərəfdarı deyildi və indi heç atəşkəs başlamadı. Atəşkəs ölü doğulub, çünki tərəflərdən heç birini qane etmir”.
Sorğu
Yeni dizaynımız necədir?