Müharibənin ilk günündən Fransa Ermənistanı dəstəkləməklə məşğuldur.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
O bildirib ki, bütün bunlar Azərbaycan-Fransa münasibətlərinə ciddi təsir göstərəcək:
“Sentyabr 27-dən etibarən Vətən müharibəsi başlayıb, ayın 30-dan etibarən Fransa cəfəng fikirlərlə çıxış edir. Daha sonra da öz fikirlərini geri götürürlər. BMT-nin 1993-cü ildə Azərbaycanın lehinə verdiyi qətnamələrinin ləğv edilməsi üçün ən çox kim canfəşanlıq edir? Yenə də Fransa. Bütün bunları nəzərdən qaçırmaq olmaz”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?