GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “İmkanlı azərbaycanlılar Şimali Kiprdə ev almağa başlayıblar”

“İmkanlı azərbaycanlılar Şimali Kiprdə ev almağa başlayıblar”

Tarix: 8-10-2013, 15:37 Bölmə :Müsahibə Baxış: 941
 “İmkanlı azərbaycanlılar Şimali Kiprdə ev almağa başlayıblar”


Şimali Kipr Türk Respublikası ( Kuzey Kıbrıs Türk Cumhuriyyəti) 1975-ci ildən 1983-cü ilədək Kipr Türk Federativ Dövləti adını daşıyıb.
1983-cü ildə Kipr adasının türk icmasının məskunlaşdığı şimal hissəsində yaradılmış və beynəlxalq aləmdə Türkiyədən başqa heç bir dövlət tərəfindən tanınmayan dövlətdir. Bu dövlət 1974-cü ildə yunan millətçilərinin qiyamından sonra Türkiyə tərəfindən adadakı türk icmasının təhlükəsizliyini qorumaq məqsədilə həyata keçirilən hərbi müdaxilə nəticəsində türk ordusunun nəzarətinə keçən torpaqlarda yaradılıb.
”Kiprin tarixi çox qədim olmasa da, onun müstəqilliyini Türkiyədən başqa qəbul etməsə də, kiprlilər onları bütün dünya dövlətlərinin tanıyacağına ümidlidirlər”. Bunu Modern.az-la söhbətində Şimali Kipr Türk Respublikasının Azərbaycandakı səlahyyətli nümayəndəsi, səfir Sadəddin Topukçu deyib.

Sadəddin Topukçunun Modern.az-a müsaibəsini təqdim edirik.

- Cənab səfir, Şimali Kipr Türk Respublikası haqqında azərbaycanlılar yetərincə məlumatlıdırlarmı?

- Şimali Kipr Türk Respublikasının Bakı nümayəndəliyi 1997–ci ildə açılıb və o vaxtdan fəaliyyətimiz davam edir. Azərbaycanlılar bəlkə də Şimali Kipr Türk Respublikasını yaxşı tanımırlar, amma yenə də məlumatları var. Getdiyim bəzi yerlərdə Kiprin adı çəkiləndə dərhal Rauf Denktaşdan, Lefkoşanın paytaxt olmağından danışırlar. Biz Azərbaycan xalqının daha çox məlumatlı olmasını gözləyirik. Bu istiqamətdə də fəaliyyətimizi davam etdiririk. Sizin jurnalistlərlə tez–tez bir araya gəlirik, onlarla söhbətlər edirik, vaxtaşırı qəzetçiləriz Şimali Kipr Türk Respublikasına gedirlər, reportajlar hazırlayırlar. Kiprdən döndükdən sonra öz müşahidələrini burdakı qəzetlər vasitəsilə xalqa ötürürlər. Dolayısı ilə Azərbaycan xalqının Şimali Kipr Türk Respublikası haqqında məlumatı gündən – günə artır.
Ölkəmizi tanıtmaq üçün təhsil sahəsinə çox önəm veririk. Hazırda Şimali Kipr Türk Respublikasında 8 universitet var, bu universitetlərdə 60 000 tələbə təhsil alır. Bunun ən azı 1000 nəfəri azərbaycanlı tələbələrdir. Biz daha çox azərbaycanlı tələbənin Kiprə gedib ordakı universitetlərdə təhsil almasını istəyirik.
İkinci sahə olaraq turizm mövzusunu önə çıxarırıq. Azərbaycanlılar da səyahəti sevir. Bu da Şimali Kipr Türk Respublikası üçün bir fürsətdir əslində. Hər il xeyli azərbaycanlı qardaşımız Şimali Kiprə gedib orda tətil edir.

- Rauf Denktaş, Bülent Ecevit kiprlilər üçün kimdir?

- Təbii çox böyük iki liderdən bəhs etdiniz. Rauf Denktaş Şimali Kipr üçün, həqiqətən, unikal lider idi. Şimali Kipr Türk Respublikasını quran qurucu prezident idi. Ondan əvvəl Doktor Fazil Kiçik ortaya çıxmışdı. Doktor Fazil Kiçikdən sonra bayrağı Rauf Denktaş götürdü və bizi bu günlərə gətirdi və dövlət sahibi etdi. 15 noyabr 1983-cü ildə şəxsən prezident Rauf Denktaş Şimali Kipr Türk Respublikasını Məclis vasitəsilə elan etdi. Bənzərsiz bir lider idi, Allah qəni-qəni rəhmət etsin.
Bülent Ecevit də hər Kipr türkünün yaddaşında yer etmiş bir siyasətçidir. Ona Qaraoğlan deyirdilər. “Qaraoğlan bizi qurtardı” deyilirdi bir zamanlar. 1974-cü ildə yunanlar Kipri ​​Yunanıstana birləşdirmək üçün bir zərbə vurunca, yolun sonuna gəldiyimizi anlamışdıq. Ya indi qurtulacaqdıq, ya yunanlar bizi Kiprdə tamamilə məhv edəcək, öldürəcəkdi. Bunun üçün biz Türkiyəyə güvənirdik. O zamanlar Türkiyədə Bülent Ecevitin baş nazirliyində koalisiya hökuməti var idi. Biz bu koalisiya hökumətinə, Bülent Ecevitin və müavini Nəcməddin Ərbakana çox güvənirdik. Bülent Ecevit hökuməti yaranmış fürsəti yaxşı qiymətləndirdi və Kipr türklərini qurtarmaq üçün bir sülh hərəkatına girişdi. Nəticədə Kipr türklərini tamamilə məhv olmaqdan qurtardı.
Bu il Şimali Kipr Türk Respublikasının qurulmasının 30-cu ildönümünü qeyd edirik.

- Kiprin nə zamansa birləşəcəyi mümkündür?

- Biz Kipr yunanları ilə Kipr problemi ortaya çıxdığı andan etibarən Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə görüşürük. Lakin Kipr probleminin ortaya çıxdığı 50 il oldu. Bu günə qədər problemin həlli tapılmadığına görə, deməli BMT və beynəlxalq qurumların, böyük dövlətlərin Kipr probleminə yanaşmalarında bir səhv var. Kipr problemi doğru diaqnoz edilməyib. Biz Kiprə nə lazım olduğunu bilirik və dünyaya söyləyirik. Lakin dünya anlamağa müqavimət göstərir. Anlamırlar, çünki işlərinə gəlmir, mənfəətlərinə gəlmir.
2004-cü ildə Kiprdə bir BMT planı vardı ki, bunun adına "Annan" planı deyilmişdi. Bir plan hazırladıq, xalq səsverməsinə, referenduma təqdim edildi. Biz Kipr türkləri olaraq bu Birləşmiş Millətlər Təşkilatının həll planını 65% səs çoxluğu ilə qəbul etdik. Xalqımız 65% nisbətində "bəli" dedi. Yunanlar isə 76% səs nisbəti ilə bu plana "xeyr" dedi. Başqa sözlə, Kipr problemində kimin həll istəyib, kimin istəmədiyi bəlli oldu.
Şimali Kipr Türk Respublikası hal-hazırda dünyadan təcrid vəziyyətdə yaşayır. Dünya dövlətləri tərəfindən tanınmır, yalnız Türkiyə tanıyır və dünya ilə əlaqələrimizdə problemlər yaşanır. Əslində, bu vəziyyət insan hüquqlarına da ziddir. Biz Kiprdə yalnız öz haqqımızı istəyirik. Öz haqlarımızla öz torpaqlarımız üzərində azad yaşamaq istəyirik. Daha çoxunu istəmirik. Biz yunanlarla sülh masasında görüşməyə hazırıq və görüşməyə də davam edirik. Lakin qarşı tərəf bu danışıqlarda səmimi deyil. Zamanla oynayırlar, zamanı boşu-boşuna xərcləyirlər və bizimlə bu problemi səmimi bir şəkildə həll etmək üçün müzakirəyə gəlmirlər. 50 ildir bu danışıqlar davam edir və ancaq bir razılaşma əldə etmədik.
Yunanların niyyəti Kipri ​​təkbaşına idarə etmək, bunu bizimlə paylaşmamaqdır.
Əslində problemin həlli Kipr yunanlarının da lehinə olacaq. Bilirsiniz, Kipr yunanları çox ciddi iqtisadi böhran içərisindədirlər, əgər Kiprdə bir həll olsa, bu, onlara da yarayacaq. Yunanların düşüncəsinin, mentalitetinin dəyişəcəyini ümid edirəm. Və yaxında başlayacaq danışıqlarda bunun belə olub ola bilməyəcəyini görəcəyik deyə, düşünürəm.

- Şimali Kiprin Azərbaycanla hazırkı münasibəti hansı səviyyədədir?


- 1997-ci il Azərbaycan-Şimali Kipr Türk Respublikası əlaqələri baxımından bir dönüş nöqtəsidir. Hazırkı təmsilçiliyimizi 1997-ci ildə açdıq. Nümayəndəlik açıldıqdan sonra əlaqələrimiz daha da genişləndi. Universitetimizdə azərbaycanlı tələbələr təhsil alırlar, turistlər gəlib-gedirlər. Hətta son illərdə Şimali Kipr Türk Respublikasından ev satın alan azərbaycanlılar da var. Kiprdəki ev qiymətləri buradakı ev qiymətlərinə görə daha məqbuldur, daha ucuzdur. Ada dövləti olduğumuz üçün bəzi azərbaycanlılar Şimali Kipr Türk Respublikasını bir başqa cür sevmişdir. İstər coğrafi baxımdan, istər oradakı insanların yaxınlığı baxımından.

- Kipr türkü Azərbaycanı nə qədər tanıyır?

- Qafqaz bölgəsində yaşayan, Orta Asiya bölgəsində yaşayan Türk xalqlarına qarşı Kipr türkündə bir maraq və həvəs var. Lakin bunu açıq və səmimi olaraq deyirəm ki, Azərbaycan xalqına qarşı sevgi bir başqadır. Hər halda bu, dilin daha aydın olmasından, mədəniyyətin daha yaxın olmasından, coğrafi olaraq daha yaxın olmamızdan, Türkiyənin Naxçıvanla həmsərhəd olmasından irəli gəlir. Azərbaycan müstəqillik qazandıqdan sonra gediş-gəliş asanlaşdığı üçün Kipr türkləri də bura gəlib Azərbaycanı görüb sevinirlər, xoşlarına gəlir. Yəni turizm mövzusunda bir hərəkət var və bu hərəkət xalqların bir-birlərini daha yaxşı tanımalarına səbəb olur.

- 2003-cü ildə Kiprlə Azərbaycan arasında təyyarə reysi açıldı. Millət vəkilləri, iş adamları Türkiyədə oldular. Amma bu, elə son təyyarə reys oldu...

- Bəli, o illərdə təyyarə reysi açıldı, lakin davamı gəlmədi. Bu o demək deyil ki, birbaşa təyyarə reysi olmayınca gediş-gəlişlər azalıb. Xeyr, tam tərsinə, gediş-gəliş daha da artıb. Son illərdə təyyarə ilə səyahət mövzusunda böyük imkanlar ortaya çıxıb.

- Sizcə bu reys niyə qapadıldı?

- O zamanlar mən burada ola bilmədiyim üçün tam bilmirəm. Müxtəlif səbəbləri ola bilər, iqtisadi-siyasi səbəbləri ola bilər. Hazırda istənildiyi qədər sərnişin İstanbul üzərindən Şimali Kipr Türk Respublikasına daşına bilər. İstəyən sərnişin asanlıqla eyni gün içərisində İstanbul üzərindən Şimali Kipr Türk Respublikasına çata bilər.
Hər ölkənin özünə görə bəzi həssaslıqları vardır. Hazırda bizi tanıyan tək ölkə Türkiyədir. Arzu edərdik ki, Azərbaycan da tanısın və digər dövlətlər də tanısın. Dövlətlərin içində olduğu həssas siyasi vəziyyətləri də nəzərə almağımız lazımdır. Azərbaycanın da öz problemi, Qarabağ məsələsi var. Bu, həm də çox böyük bir problemdir. İndi Azərbaycan tərəfi siyasi tarazlığı qorumaq üçün Şimali Kipr Türk Respublikasını rəsmi olaraq tanımayıb. Amma indi əhəmiyyətli olan xalqlar arasındakı əlaqələrin səviyyəsidir.

- Azərbaycanda yaşamağa alışa bilirsinizmi?

- Bir ildir buradayam, bura mənim beşinci vəzifə yerimdir. Mən Xarici İşlər Nazirliyinə 1980-ci ildə işə girmişəm. Burada olmaqdan son dərəcə xoşbəxtəm. Azərbaycan xalqı Kipr türkü olduğumuzu öyrənincə, çox isti davranırlar. Bunları ürəkdən söyləyirəm. O mövzuda heç bir sıxıntımız yoxdur. Burada olmaqdan, bu ətrafda yaşamaqdan son dərəcə məmnunam.
Mətbəxiniz bizə çox da yad deyil, bənzərliklər var. Burada ət çox sevilir, mən də əti çox sevirəm. Toyuq burada çox sevilmir, mən də toyuğu sevmirəm. Buradakı yeməklərdən tək şikayətim var, çox-çox yağ və duz istifadə edilir. Çox yağ və duz istifadəsi sağlamlıq baxımından buradakı insanlar üçün yaxşı deyil. İnşallah, zaman içərisində duz və yağ istifadəsi bir az daha aşağı səviyyəyə enər. Diləyim budur.
Biz zamanında Azərbaycan müstəqilliyinə qovuşmamışdan əvvəl Azərbaycan deyilincə, bu Qafqaz bölgəsindəki oyun havaları və nəğmələri ağılımıza gətirərdik. Müşahidə edirəm ki, burada musiqi hər kəsin içinə işləmiş vəziyyətdədir. Bizdə də musiqi sevgisi var, amma sizdəki musiqi sevgisi bizi aşır. Sizin toylarda da olmuşam.

- Toylarımız xoşunuza gəldimi?

- Çox rəngarəng, çox hərəkətlidir, hər kəs əyləncəni, əylənməyi sevir. Çox xoşuma gəlir. Bizdən bir az fərqlidir, bizdə toylar daha sadə olur. Sizdə daha hərəkətli ənənə var. Toylarınızda keçmişdən gələn ənənəvi elementlər var. Siz onları qorudunuz, qorumağa davam edirsiniz. İnşallah, zaman içərisində onlar ortadan qalxmaz. Bizdə bəzi ənənələr ortadan qalxdı. Müasirləşmə adına bəzi ənənəvi hadisələr təəssüf ki, bizdə itdi. İnsan görüncə kədərlənir, sizdə bunlar davam edir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Polad Alemdarın başı yenə dərddə

    Polad Alemdarın başı yenə dərddə ...

    19-06-2013, 12:21

  • 
  • Türk ordusu PKK-ya dəhşət yaşatdı – 1288 terrorçu leşi

    Türk ordusu PKK-ya dəhşət yaşatdı – 1288 terrorçu ...

    21-09-2015, 21:28

  • 
  • Türk ordusunun əməliyyat görüntüləri yayıldı – Video

    Türk ordusunun əməliyyat görüntüləri yayıldı – ...

    7-09-2015, 14:16

  • 
  • Bir reklamdan 250 min alan 22 yaşlı cazibədar türk - FOTOLAR

    Bir reklamdan 250 min alan 22 yaşlı cazibədar ...

    23-12-2014, 13:48

  • 
  • Türklər və azərbaycanlılar ermənilərə qarşı aksiyası keçirdilər

    Türklər və azərbaycanlılar ermənilərə qarşı ...

    29-04-2014, 10:06


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu