GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » AzTV-nin tanınmış diktoru: “Heç işlədiyim dövrdə də öz kanalımıza baxmırdım”

AzTV-nin tanınmış diktoru: “Heç işlədiyim dövrdə də öz kanalımıza baxmırdım”

Tarix: 10-10-2013, 13:03 Bölmə :Müsahibə Baxış: 4 898
AzTV-nin tanınmış diktoru: “Heç işlədiyim dövrdə də öz kanalımıza baxmırdım”

Kəmalə Əzizqızı: ”Gənc xanımların geyindiyi dar şalvarlar, maykalar geyinirəm”


Modern.az bir zamanların tanınmış diktor və teleaparıcıları ilə silsilə müsahibələri davam etdirir. Budəfəki həmsöhbətimiz AzTV-nin keçmiş diktoru Kəmalə Əzizqızıdır.

– 1990-cı ilin Novruz bayramı idi. Sumqayıtda, anamgildə şəkərbura, paxlava bişirirdik, televiziyada elan eşitdim. Mən də uşaqlıqdan diktor olmaq istəyirdim.

– O vaxta kimi hansı sahədə çalışırdınız?

– Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsini bitirmişəm. İki ilə Elmi Tədqiqat İnstitutunda çalışdım, iki il anamın işlədiyi orta məktəbdə dərs dedim.

– Deməli, televiziyaya gələndə 28 yaşınız var imiş.

– Bəli, zəng vurdum AzTV-yə, Rafiq Hüseynov telefonu götürdü, haqqımda məlumatları dedim. Yaşımı eşidəndə təəccübləndi və bildirdi ki, elan yaşı 25-ə qədər olanlara aiddir. Dedim ki, Rafiq müəllim, bəlkə baxasınız, sonra qərar verəsiniz. Bu cümləm onun çox xoşuna gəldi və məni dəvət elədi. Məni görəndə dedi ki, xarici görünüşün yaşına görə deyil.

– İlk dəfə efirə neçənci ildə çıxdınız?

– 1990-cı ildə. Düz iki il “Bənövşə” uşaq xorunun konsertinin aparıcısı oldum. Bundan sonra əvvəlcə rus dilində xəbərləri aparmağa başladım. Çünki məktəbi və universiteti rus dilində bitirmişəm. Hətta televiziyaya gələndə Azərbaycan dilində tam sərbəst danışa bilmirdim. Rusca düşünüb öz dilimizdə danışırdım. Arada “ee” pauzaları verirdim. Bu da dili yaxşı bilməməyimdən irəli gəlirdi. Televiziya mənə səlis danışmağı öyrətdi.

– AzTV-yə yeni gələnləri təcrübəli diktorlara təhkim edirdilər.

– Mənimlə Ofeliya Sənani məşğul olurdu. Efirə isə Tamilla Ələkbərova təqdim elədi.

– Onlarla rəfiqəlik edirdiniz?

– Bəli, Tamilla xanımla indi də yaxınam. Amma belə hər kəslə yaxşı münasibətlərim var. Onunla bizim ortaq nöqtələrimiz çoxdur, bir-birimizi çox istəyirik.

– Yeri gəlmişkən, Tamilla xanım hazırda nə işlə məşğuldur?

– İşləmir, bu il 70 yaşı tamam oldu.


– Deyəsən, axıra kimi xəbər diktoru oldunuz.

– Bəli, 1992-ci ildən, 2006-cı ilə qədər xəbər diktoru oldum. Arif Alışanov sədr gələndən sonra çıxdıq. Amma məni tam çıxartmadı, radioya keçirdi. Bir il də radioda işlədim.

– Əməkhaqqıda fərq var idi?

– Təbii ki. Radioda aparıcı idim. Sıxışdırma idi də.

– Radiodan özünüz uzaqlaşdınız?

– Yox, müqaviləmizin müddəti bitdi və bir ildən sonra yeni müqavilə imzalamadılar.

– İşdən çıxarılmağınızın səbəbi nə oldu?

– Heç nə. Bizə heç səbəb demədilər.

– Sizinlə birgə kimlər işdən uzaqlaşdırıldılar?

– Nailə İslamzadə, Zamirə Dadaşova, Aynur Əliyeva, Aynurə Mehdiyeva, Şəfəq Qarayeva, Tamilla xanım.


– AzTV-dən uzaqlaşandan sonra yeni təkliflər oldumu?

– Bir müddət layihələr üzərində işlədim, boş qalmadım. Amma efirə getmədi. Müəyyən sponsor məsələləri , narazılıqlar oldu. Bu, qismət məsələsidir. Hər bir işin uğurlu olması üçün gərək qismətin olsun. Nə qədər çalışsam da, heç nə alınmadı.

– Sizin üçün bu 6 ili itirilmiş müddət sayaq olar?

– Xeyr. İşdən çıxanda çox pis oldum, depressiyaya düşdüm.

– İşdən çıxarılan diktorlar bir-birinizə dəstək olurdunuz?

– Elə bil pərən-pərən olduq. Bir müddət əlaqələr itdi, sonra sosial şəbəkələrdə bir birimizi tapdıq. Həyatımda baş verən mənfi və müsbət hər şeyə görə Allaha təşəkkür edirəm. Bəlkə də o an televiziyada çıxmağım xeyrimə idi.

– Niyə?

– Əvvəla elə bir mühit yaranmışdı ki, orda çalışmaq çox çətin idi. Hamının canı boğazına yığılmışdı, sərbəstlik yox idi.


– AzTV onsuz da heç vaxt sərbəst olmayıb.

– Yığa-yığa gəlmişdik, səbrimiz daşırdı. Depressiya anlarında fikirləşirdim ki, işləyəndə “bezmişəm, bezmişəm” dediyimə görə Allah da mən belə bir yol göstərdi.

– Bu 6 ildə başqa nə işlə məşğul oldunuz?

– Evdə idim, səyahət edirdim.

– Səyahətə maddiyyat lazımdır.

– Allahın sevimli bəndəsiyəm. İşdən çıxdığım anlarda oğlum işləməyə başladı. O, Türkiyədə oxuyub işləyirdi və mənə pul göndərirdi. Ege Universitetinin beynəlxalq münasibətlər fakültəsini bitirib, oteldə menecer işləyir.

– Hansı ölkələri səyahət etdiniz?

– Avropanı çox sevdiyimə və mədəniyyətini özümə yaxın bildiyimə görə ora çox səyahət elədim. Bir neçə dəfə Türkiyəyə getdim. Məni depressiyadan idman çıxardı. Fitneslə məşğul idim, üzgüçülüyə gedirdim. İdmana elə bil işə gedirdim və stressimi atırdım. Rəfiqələrlə, qohumlarla ünsiyyətdə idim.

– AzTV-də çalışsanız da saç düzümünüz, sərbəstliyiniz digərlərindən müəyyən qədər fərqlənirdi. Məsələn, AzTV-də diktorlar arasında belə qısa saç düzümündə ikinci kimsə yox idi.

– Saç düzümü bizim kritik mövzumuz idi. Nizami Xudiyev deyirdi ki, sən saç düzümünü tapa bilmirsən. Saçımı necə edirdimsə, bəyənmirdi.

– Niyə?

– Bilmirəm. Yəqin klassik deyildi ona görə (gülür).

– İndi də bir Avropa meyli var sizdə.

– Mənim ruhum düzgün bədənə girməyib, Avropada olmalıydım (gülür). Daxilən azadam, düşüncələrim, sözlərim azaddır. Sözü insanın üzünə deyirəm. Arxamca danışanları da sevmirəm. Sərt olsa da, mənə qarşı sözünü üzümə de. Məni sağlam şəkildə tənqid edənləri çox sevirəm.

– Dediniz ki, daxilən azadsınız. Bu azadlıq geyimlərinizə sirayət edir?

– Çox. Hətta geyimlərim bəzi rəfiqlərimin, oğlumun xoşuna gəlmir. Oğlum deyir ki, yaşına uyğun geyinmirsən. Deyir sənin yaşında daha klassik geyinmək lazımdır.

– Bəlkə qısa geyinirsiniz...

– Qısa geyinə də bilərəm. Sadəcə özümü ətəkdə rahat hiss etmirəm. Daxilən azad olduğuma görə geyim stilim də “free style” dir. Yəni azad stil.

– İngiliscə bilirsiniz?

– Anam ingilis dili müəlliməsi olduğundan ingilis dilini yetərincə bilirəm. Hətta biz danışmağa başlayanda o bizimlə ingiliscə danışırdı.

– İngiliscə niyə xəbər aparmamısınız?

– Mənim çox səlis ingiliscəm var idi. Amma indi bir az zəifdir. Xarici ölkələrdə olanda ingiliscə sərbəst danışıram. Hətta istəyirəm ki, xarici dostlarım olsun, daima ingiliscə danışım.

– Qayıdaq geyim məsələsinə. Rəfiqələrin iradı nədən ibarətdir?

– İradlar budur ki, mən özümü gənc qızlar kimi təqdim etmək istəyirəm. Daha əlvan rənglər, gənc xanımların geyindiyi dar şalvarlar, maykalar geyinirəm. Mənim stilim gənc qızların stilidir.

– Sizcə, yaraşır, yoxsa zorən cəhd edirsiniz?

– Onlar düşünürlər ki, özümü gənc göstərmək istədiyimə görə bu stildə geyinirəm. Əslində ruhum bunu qəbul edir və rahat oluram.

– Bahalı geyimlərə üstünlük verirsiniz?

– Yox, markalara.

– Markalar da bahalı.

– Bahalı olmaya da bilər. Ümumiyyətlə, dükanları gəzməyə, alış-verişə nifrət edirəm. Mənə lazım olan şeyə görə dükana gedirəm. Mal çeşidlərini çox görəndə özümü itirirəm, başımı ağrıyır. Butik dükanları xoşlayıram.


– Bu qədər baxımlı və gənc görünmək istəyinin özəl səbəbi var?

– Xeyr. Bunu anamdan belə görüb-götürmüşəm. O da baxımlı qadın olub. Hətta həyətdə oynamağa da səliqəli geyimdə düşmüşük. Kosmetikadan istifadə etməyi sevmirəm. Güzgüyə baxanda özümü bəyənməliyəm. Ruhum kişi ruhudur. Heç vaxt əzilib büzülmürəm. Bəlkə də bu, düz deyil. Amma yoxdur məndə belə şeylər. Oğlumla yaşayıram, yalnızam.

– Nə müddətdir?

– Uzun müddətdir. Bu haqda danışmaq istəmirəm.

– Bildiyimə görə, yeni televiziya layihəniz var.

– Sosial tok-şoudur. Daha çox qadının cəmiyyətdə və ailədə roluna həsr olunacaq. İnşallah hansı kanalda və nə vaxt yayımlanacağını tezliklə biləcəksiniz.

– Bu veriliş digərlərindən nə ilə fərqlənəcək? Sizi yeni ampluada görəcəyik?

– Bəli, orda tam başqa, illərin təcrübəsini yığmış bir aparıcı olacağam. Yaşıma uyğun verilişdir. Yaşımı da gizlətmirəm. 51 yaşımın olduğunu fəxrlə deyirəm. Həm də bu səpkili proqramların ən yaşlı və təcrübəli aparıcısı mən olacağam. Neçə illər daxilimdəki hissləri, düşüncələri, azadlıq istəyini efirdə büruzə verəcəyəm. 17 il işlədiyim AzTV-də azad olmamışam.

– Daxilən azad olduğunuzu dediniz. Amma 17 il azad olmadığınız mühitdə işləmisiniz. Təzadlıdır.

– Orda da bəzən çərçivədən çıxırdım, əl-qola danışırdım.

– Əl-qolla danışan aparıcıları bəyənirsiniz?

– Hamısını yox. Bir dəfə telefonla danışırdım, oğlum da balaca idi. Bir əlimdə telefon, digər əlimlə də izah edirəm. Birdən oğlum gəldi əlimi tutdu və mən danışığımı kəsdim. Dedim ki, neyləyirsən? Dedi ki, axı o insan səni görmür.

– Sizi zahirən Nərgiz Cəlilovaya da oxşadıram. Bunu deyiblər sizə?

– Çox deyiblər. Hətta mənə Nərgiz də deyirlər.

– Bu xoşdur, yoxsa əksinə?

– Xoş deyil. Biz oxşamırıq axı. Nərgizi çox istəyirəm, o televiziyaya məndən daha tez gəlib.

– Sizi Kəmalə kimi tanıyanlar var?

– Əlbəttə. Bəzən məni səsimdən tanıyırlar.

– Yəqin ki, 17 il ərzində efirdə yetərincə maraqlı hadisələr baş verib.

– “Səhərə” proqramını aparırdım. Qonaqlarla söhbət elədiyim yerdə işıq partladı düşdü üstümə. Pencəyim və belim yandı.

– Zahiri görünüşünə görə ən bəyəndiyiniz teleaparıcı kimdir?

– Emil Şahzadənin zahiri görünüşü çox uyğundur. Onun Avropa siması xoşuma gəlir. Rəşad Mehdilini də bəyənirəm. Zaur Baxşəliyevi çox istəyirdim, efirdə sərbəst idi. Amma son vaxtlar reytinq naminə bir az rola girdi. Gündəmdə olan hadisələri çox şişirdirlər.


– Aparıcını efirdə ləhcə ilə danışmağı doğrudur?

– Hə, bu yaxşı hal deyil. Bu, onun reytinq qurbanı olduğuna dəlalət edir. Çünki efirə baxan tamaşaçının əksəriyyəti o ləhcədə danışır. O xəbər aparıcısı olsa, ləhcə ilə danışmaz.

– Bir neçə teleaparıcı adı deyəcəyəm. Nə düşündüyünüzü maraqlıdır. Məsələn, İlkin Həsəni...

– Sevmirəm İlkin Həsənini, səmimiyyətinə inanmıram. Yaxşı səs tonu, tembri ola bilər.

– Zaur Kamal?

– Yaxşı oğlandır. Amma o da reytinq qurbanıdır.

– Anar Nəcəfli?

– Anar özünü türk aparıcılarına oxşatmağa çalışır. Yəqin ki, özünü orda tapıb.

– Səxavət Nur?

– O hələ axtarışdadır.

– Bütün bunların içərisində ən bəyəndiyiniz aparıcı kimdir?

– Xədicə Sənanqızını, ATV-dən Samirə Mustafayevanı bəyənirəm. Amma Samirənin əvvəlki imici daha yaxşı idi. Zaurlar reytinq qurbanları olmasalar, bəyənərdim.

– AzTV-yə baxırsınız?

– Baxmıram.

– Bu qırğınlıqdır?

– Bir az. Mən orda işləyəndə də AzTV-yə nadir hallarda baxırdım.

– Hardasa işləyib ora baxmıram. Bu qeyri-səmimilik deyil? Xoşuma gəlmirsə, niyə işləyirəm ki, orda?

– Müəyyən verilişləri izləyirdim. Heç xəbərlərdə özümə baxmırdım.

– Müəllimləriniz kim olub?

– Məndən öncə işləyən diktorların hamısı müəllimim olub. Rafiq Hüseynov, Roza Tağıyeva, Tamilla Ələkbərova, Ofeliya Sənani. Rafiq Hüseynov o dövrdə qadınların sevimlisi, çoxlarının kumiri idi. Hərəsindən bir şey öyrənirdim.

– Sizcə kim nəyə görə üstün idi?

– Roza Tağıyeva ədəbi-bədii verilişləri, Rafiq Hüseynov publisistik proqramları, Tamilla xanım musiqi verilişlərini daha yaxşı idarə edirdi. Hər halda bu mənim şəxsi qənaətimdir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45

  • 
  • Məşhur diktorun səhhəti pisləşdi

    Məşhur diktorun səhhəti pisləşdi ...

    15-10-2013, 12:50

  • 
  • İbrahim Məmmədov AzTV-dən çıxarıldı

    İbrahim Məmmədov AzTV-dən çıxarıldı ...

    11-09-2015, 16:25

  • 
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • "Girovları buraxırıq, yalnız bir şərtlə ki..." - Qiyamçıların YENİ TƏLƏBİ

    "Girovları buraxırıq, yalnız bir şərtlə ...

    23-07-2016, 13:15


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (126)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu