“Keçmiş nəqliyyat naziri Ziya Məmmədov xarici dövlətlərdə müəyyən dairələrlə ciddi iş aparır. Dövlət orqanları bunu araşdırıb Prezidentə müfəssəl məlumat verə bilərlər”.
Gundemxeber.az bildirir ki, bu sözləri Reportyor.info-ya Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev işdən azad edilən keçmiş məmurlar haqda danışarkən deyib. Partiya sədri bildirib ki, həmçinin AZAL prezidenti Cahangir Əsgərov keçmişdə olan hadisədən sui-istifadə edir, prezidentə qarşı iş aparır.
MMP sədri hesab edir ki, AZAL prezidenti də təcili həbs edilməlidir: “ Artıq hər şeyə son qoymaq lazımdır. Ramiz Mehdiyev həbs olunmalıdır. O, Rusiyanın dairələri ilə güclü şəkildə işləyir. Onun bir projesi Eldar Həsənov idi, artıq həbs edilib, yenə rezerv kadrları var. Öz ətrafına deyib ki, hakimiyyətə gələcəyik, Bayden 78 yaşında prezident oldu, biz də iqtidara gələcəyik”. H.Hacıyevin fikrincə, Prezident Administrasiyasında hələ də R.Mehdiyevin kadrları çalışır, təzə gətirilənlər isə çox gəncdir, səriştələri yoxdur. O, Prezidentə islahatların aparımasında dəstək verməyə hazır olduğunu söyləyib.
Sorğu
Yeni dizaynımız necədir?