GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “ERMƏNİLƏR BİRGƏYAŞAYIŞI YOX, KÖÇMƏYİ SEÇƏCƏKLƏR” - “Rusiya Cənubi Qafqaza işğalçı kimi müdaxilə edə bilməz”

“ERMƏNİLƏR BİRGƏYAŞAYIŞI YOX, KÖÇMƏYİ SEÇƏCƏKLƏR” - “Rusiya Cənubi Qafqaza işğalçı kimi müdaxilə edə bilməz”

Tarix: 8-02-2021, 14:56 Bölmə :Müsahibə Baxış: 340
“ERMƏNİLƏR BİRGƏYAŞAYIŞI YOX, KÖÇMƏYİ SEÇƏCƏKLƏR” - “Rusiya Cənubi Qafqaza işğalçı kimi müdaxilə edə bilməz”


“Rusiyanı idarə edənlər gördülər ki, ermənilər dövlət qurmaq iqtidarında deyil”

44 günlük müharibənin bitməsindən 3 aya yaxın vaxt keçsə də, Azərbaycanın nəzarətindən kənarda qalan ərazilərimizdə suverenliyimizn bərpası əsas vəzifə olaraq qalmaqdadır. Türk hərbçilərinin Rusiya hərbçilərilə birlikdə Monitorinq Mərkəzində fəaliyyətə başlaması bu vəzifəni uğurla həyata keçirəcəyimizə inamı bir qədər artırır. Bununla belə, Xankəndində oturan separatçılar birgə yaşayış perspektivini ümumiyyətlə yaxına buraxmaq niyyətindən uzaqdırlar və görünən budur ki, onlara bu işdə “istiqamət verənlər” var.

“AzPolitika.info” qeyd etdiyimiz mövzu ətrafında Milli Məclisin deputatı, akademik Nizami Cəfərovla söhbətləşib. Onunla müsahibəni təqdim edirik:

- Nizami müəllim, müşahidəçilər türk hərbçilərinin Azərbaycana gəlişini və Monitorinq Mərkəzinin açılmasını Türkiyənin Azərbayanda hərbi iştirakının legitimləşdirilməsi kimi təqdim edir. Milli Məclisin komitə sədri Siyavuş Novruzov isə bunu texniki məsələ hesab etdiyini deyib. Uzun illər parlamentdə Azərbaycan-Türkiyə dostluq qrupuna rəhbərlik edən şəxs kimi bu məsələyə hansı prizmadan yanaşırsınız?

- Təbii ki, dünyada baş verən hadisələr müxtəlif cür qiymətləndirilir. Bu, həmin hadisələrə münasibətdən, baxış prizmasından asılıdır. Ancaq unutmayaq ki, istənilən məsələyə digər yanaşmalarla yanaşı, etnik-mədəni prizmadan da baxmaq olar. Deyirik ki, “Biz bir millət, iki dövlətik”. Bu, artıq etnosun vahidliyini göstərən hadisədir. Etnosun vahidliyi isə o qədər dərin məsələdir ki, burada hər şey var: psixologiya, sosial münasibətlər, insanlararası əlaqələr, qohumluq, dil və sair. Nəzərə almaq lazımdır ki, bunlar xırda məsələlər deyil. Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri dəyərləndirərkən də birinci buradan başlamaq lazımdır. Bütün türk xalqları nə qədər bir-birindən təcrid edilmiş olsalar da, təhlil edəndə görürsən ki, stabil və xalqı təmsil edə biləcək göstəricilər, hansı ki, biz buna ümumi şəkildə əxlaq deyə bilərik, eynidir. Yəni bu amillər istər-istəməz bu xalqları bir-birinə çəkir. Bu nöqteyi-nəzərdən Azərbaycanla Türkiyə, eləcə də türk xalqları arasındakı münasibətləri siyasi münasibətlərdən daha çox emosiyalar, hislər idarə edir. Siz burada deyə bilməzsiniz ki, Türkiyənin Azərbaycana köməyə gəlməsi və ya Azərbaycanın beynəlxalq platformalarda Türkiyənin tərəfində durması siyasi məsələdir. Bu, bir hissiyat, genin, kökün bir olmasından doğan gerçəklikdir. Lakin bu, dünya miqyasında siyasət kimi də dərk olunur. Çünki artıq burada dövlətlər, siyasi münasibətlər, əlaqələr məsələsi də var.

Əgər bir ordunun digər orduya köməyindən danışırıqsa, əgər söhbət bir ölkənin müstəqilliyi və ərazi bütövlüyünün qorunması üçün qardaş dövlətin dəstəyindən gedirsə, bu, nəticə etibarilə siyasi hadisə kimi təsvir oluna bilər. Buna da təbii yanaşmaq lazımdır.

- Bir çox müşahidəçilərin fikrincə, hazırda Cənubi Qafqazda Rusiya ilə Türkiyə arasında nüfuz savaşı gedir...

- Yox, mən buna inanmıram. Burada nüfuz savaşından söhbət gedə bilməz. Sözsüz ki, tarixən Cənubi Qafqaz öz iqtisadiyyatı, turizm imkanları, yolların kəsişməsində yerləşməsi, tranzit imkanları, qədim mədəniyyətə sahib olması ilə daim maraq və diqqət mərkəzində olub. Cənubi Qafqazdakı maraqları Rusiya üçün taleyüklü məsələdir. Sanki Rusiyanı Cənubi Qafqaza itələyən hansısa qüvvə var. Bu, eyni zamanda mədəniyyət hadisəsidir. Amma başqa bir tərəf də var. Rusiya regionun böyük dövlətidir, burada onun maraqları mövcuddur. Bu maraqlar istər-istəməz redaktə olunur. Bir vaxtlar bu, bir işğalçılıq marağı idi. Lakin bu gün dünyanın durumu elədir ki, Rusiya Cənubi Qafqaza işğalçı kimi müdaxilə edə bilməz.

- Niyə?

- Çünki belə bir hüququ yoxdur. Yəni ki, o adla müdaxiləsi mümkün deyil. Rusiya Cənubi Qafqaza iqtisadi imkanları, barışdırıcı, humanist dəyərlərlə gələ bilər. İşğalçı kimi bu gün hər hansı bir dövlət başqa dövlətə müdaxilə edirsə, onun qarşısına müəyyən qüvvələr çıxacaq. Amma əməkdaşlıq vahidi kimi gələcəksə, ona dəstək də veriləcək, əməkdaşlıq da olacaq.

Cənubi Qafqazla ticarətə, iqtisadi əlaqələrə Rusiyanın bu saat ehtiyacı var. Cənubi Qafqazdakı müəyyən işçi qüvvələrini Rusiyada əvəz etmək mümkün deyil. Bunlar xüsusilə, ticarət və xidmət sahələridir ki, Cənubi Qafqaz bütövlükdə Rusiyanı bu müstəvidə təmin edir. Həmçinin, Rusiyanın elminə və mədəniyyətinə Cənubi Qafqazın ehtiyacı var. Yəni biz böyük bir dövr ərzində Rusiya elmindən, texnologiyasından çox şey öyrənmişik. Əlbəttə, indi dövr və zaman dəyişib, alternativ mərkəzlər ortaya çıxıb. Amma hər halda, Rusiya ilə ənənəvi münasibətlər yenə də qalıb. Məsələn, bizdə Slavyan Universiteti var. Bizdə rus ədəbiyyatı məşhurdur, rus ədəbiyyatının klassiklərini öyrənirik və gələcək nəsillər də öyrənəcək.

Təbii ki, gerçəklik, reallıq, üzdə olanlar elə təəssürat yaradır ki, Cənubi Qafqazda Türkiyə və Rusiyanın qarşı-qarşıya gəlməsi baş verir. Belə bir illüziya mövcuddur. Lakin məncə, regionda Türkiyə ilə Rusiyanın qarşı-qarşıya gəlməsi deyil, əməkdaşlığı baş verir. Yəni Cənubi Qafqazda Türkiyə və Rusiya arasında münasibətlər yeni müstəviyə keçir.

- Tarix Rusiya-Türkiyə yaxınlaşması ilə yanaşı, onların qarşıdurmasına, aralarında baş verən müharibələrə də şahidlik edib. Sizcə, bu hallar yenidən təkrarlana bilərmi?

- Lap qədim tarixlərə getməsək, XIX əsrin əvvəllərindən bu yana uzun sürən Osmanlı-Rusiya müharibələri olub. Amma qəribədir ki, müharibələrin gedişində belə, Rusiya-Osmanlı münasibətləri qalıb. Türkiyə üçün SSRİ ilə də əlaqə yaratmaq mühüm və vacib olub. Ona görə ki, Sovetlər Birliyinin tərkibində, Atatürkün də dediyi kimi, türklər böyük üstünlük təşkil ediblər. Siyasi arenada müxtəlif ixtilaflar olsa da, ictimai-mədəni səviyyədə sıx əlaqələr hər zaman mövcud olub.

Təsadüfi deyil ki, ən kritik məqamlarda, məsələn, Rusiyada inqilab olanda, SSRİ yeni yarananda və ya Türkiyədə Cümhuriyyət qurulanda bu iki ölkə arasında 10-15 il ərzində çox yaxın dostluq əlaqələri olub. Odur ki, Türkiyə-Rusiya münasibətlərini ancaq müharibə və münaqişə üzərində dəyərləndirmək olmaz. Bu münasibətlərin içərisində səmimi dostluq da olub. Onu da unutmayaq ki, Rusiya mədəniyyəti adlandırdığımız mədəniyyət türk elementləri ilə zəngindir.

Məsələn, SSRİ parçalandı, müxtəlif türk dövlətləri yarandı. Bu dövlətlərin Türkiyə ilə fərdi qaydada sıx münasibətləri var. Biz buraya Azərbaycanı, Türkmənistanı, Qazaxıstanı, hətta Rusiyanın subyekti olan Tatarıstanı da aid edə bilərik. Rusiyanın tərkibində mövcud olan türkdilli subyektlərin Türkiyə ilə əlaqələri olduqca səmimidir. Bu səmimiyyətlə hesablaşmaq qaçılmazdır. Bunu Rusiya da yaxşı bilir. Yəni, Rusiya buna görə Türkiyəyə cəbhə açmaq düşüncəsində deyil. Əksinə, bu, əməkdaşlıq üçün zəngin bir istinaddır.

- Amma Rusiyanın Qarabağakı sülhməramlı qüvvələrinin bəzi fəaliyyətləri ciddi narahatçılıq doğurur...

- Doğrudur.

- Bəs onda bəhs etdiyiniz səmimiyyət hanı, biz niyə bunu görmürük?

- Mən bu məsələni necə izah edə bilərəm? Biz elə bir yaxın tarixin varisiyik ki, oradakı müəyyən münasibətləri unutmağımız bir qədər ağır prosesdir. Biz, faktiki olaraq, Rusiya İmperiyasının tərkibində olmuşuq. Müstəqillik istəyimizə görə imperiya 1990-cı ilin 20 yanvarında bizi cəzalandırıb. Biz, bu cəzanın davamını torpaqlarımızın işğalında və ərazi bütövlüyümüzün pozulmasında da görmüşük. Ermənistan Azərbaycanla təklikdə savaş aparsaydı, heç zaman onun torpaqlarını işğal edə bilməzdi. Bu, mümkün olası şey deyildi. Çünki tarix “erməni ordusu” anlayışını tanımır, amma zəif və ya güclü Azərbaycan Ordusu anlayışı hər zaman olub. Məlumdur ki, dağılmaqda olan imperiyanın bilavasitə dəstəyi ilə, həmçinin ermənilərə kənar ölkələrdən edilən kömək sayəsində Azərbaycan torpaqları işğal edilib. Amma əsas kömək imperiyadan olub.

İndi çox yaxşı haldır ki, tarixi ədalət bərpa olundu. Və ermənilərin siyasəti ifşa edildi, dövlət qura bilmədikləri ortaya çıxdı. Bu xalq müstəqil dövlətini qurub yaşaya bilmir. Buna görə də, ona zorla müstəqil dövlət qurdular. Amma alınmadı. Bunu Rusiya, onun dövlət idarəçiləri görmədilər? Gördülər. Gördülər ki, bu xalq dövlət qurmaq iqtidarında deyil. Ona görə də əvvəlki köməklərdən imtina olundu. Çünki ermənilər eyni zamanda bir neçə sifət göstərdilər. Konkret suala gəldikdə, anlaşılmazlıqlar xeyli dərəcədə aradan qalxmış olsa da, müəyyən elementlər qalır. Bunlar strateji səviyyədə deyil, müəyyən dərəcədə epizodik şəkildə özünü göstərəcək. Amma hər halda, indiki vəziyyət tam əsas verir ki, buraya gələn Rusiya sülhməramlıları köhnə xəyalları unutsunlar.

- Hazırda rus sülhməramlıları və erməni separatçıları Xankəndi, Ağdərə, Xocavənd və Xocalı rayonlarına nəzarət edir. Yaxın gələcəkdə bu ərazilərdə Azərbaycanın dövlət bayrağının dalğalanması və suverenliyimizin bərpasını nə dərəcədə mümkün hesab edirsiniz?

- Əlbəttə, bu, bir qədər vaxt alacaq, amma düşünmürəm ki, bu proses uzunmüddətli olsun. Biz görürük ki, ermənilər Ermənistanı tərk edib gedirlər. Erməniləri nəinki Xankəndi və onun ətrafında, hətta Ermənistanda saxlayan yalnız konyukturadır. Ermənilər orada yaşamaq istəmirlər. Onların məşhur “Harada çörək varsa, ora vətəndir” sözü var. Bunu da daha çox öz aralarında deyirlər. Yəni bunların vətən, torpaq “səmimiyyəti” bundan ibarətdir. Odur ki, onların orada istədikləri şəkildə yaşamasını heç kim təmin edə bilməyəcək. Nə qədər silah, sursat olsa belə. Onlara ancaq çörək və yaxşı yaşayış lazımdır. Bu yaxşı yaşayışı da onların istədikləri şəkildə heç kim təmin etməyəcək. Amma bununla yanaşı, əgər istəyirlərsə ki, Ermənistan adlı dövlətləri mövcud olsun, bu halda Azərbaycanla əlaqələr qurmalı, normal düşünməyə başlamalıdırlar. Bu da onlar üçün çətindir. Çünki onlarda türk düşmənçiliyi tarixən o qədər oturuşub ki, bunu dağıtmaq çətindir.

Əlbəttə, biz çox istərdik ki, məlum ərazilərdə birgə yaşayış bərpa olunsun. Amma onlar daha çox buradan köçməyi seçəcəklər. Hələlik meyl budur. Amma ağılları başlarına gəlsə, normal yaşamaq üçün imkanlar açılacaq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda Türkiyə və Rusiya hərbçilərinin Sülhməramlı Mərkəzi yaradılır

    Azərbaycanda Türkiyə və Rusiya hərbçilərinin ...

    17-11-2020, 12:49

  • 
  • Rusiya Tacikistandakı hərbi bazasının hərbçilərinin sayını azaldır

    Rusiya Tacikistandakı hərbi bazasının ...

    4-02-2016, 22:15

  • 
  • Rus-türk yaxınlaşması: Türk ordusu Qafqaza qayıdır?

    Rus-türk yaxınlaşması: Türk ordusu Qafqaza ...

    4-07-2017, 11:58

  • 
  • Türkiyə və Rusiya hərbçilərinin Qarabağdakı atəşkəsə nəzarətlə bağlı danışıqları başa çatıb

    Türkiyə və Rusiya hərbçilərinin Qarabağdakı ...

    14-11-2020, 16:05

  • 
  • “Sülhməramlılar Azərbaycan hərbçilərinin harasa girişini qadağan edə bilməz” - Rus ekspert

    “Sülhməramlılar Azərbaycan hərbçilərinin harasa ...

    27-11-2020, 12:58


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu