Rusiya Tacikistandakı 201 saylı hərbi bazasında hərbçilərin sayını azaltmaq niyyətindədir. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.
“Hərbçilərin sayı azaldılacaq, lakin operativlik və yarana biləcək hər-hansı hadisəyə təcili reaksiya vermək qabiliyyəti xeyli artırılacaq”, deyə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi qeyd edib.
Nazirliyin nümayəndəsi kontingentin azaldılması ilə bağlı konkret rəqəm və tarix açıqlamayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?