GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Məni təhqir etmək üçün Hafiz Hacıyevdən az səs yazdılar»

“Məni təhqir etmək üçün Hafiz Hacıyevdən az səs yazdılar»

Tarix: 11-10-2013, 10:50 Bölmə :Müsahibə Baxış: 716
  “Məni təhqir etmək üçün Hafiz Hacıyevdən az səs yazdılar»
Sərdar Cəlaloğlu: “Məndən öndə qeyd olunan adamlar heç 0 faizi də ötməyib»
ADP sədri, prezidentliyə namizəd Sərdar Cəlaloğlu «Bizim Yol» qəzetinin suallarını cavablandırıb. O, seçkidə sonuncu yer tutmasından, qalib namizədi təbrik etməsindən və müxalifətin prosesdə iştirakından danışıb. Müsahibəni təqdim edirik.

- Sərdar bəy, MSK seçkilərin yekun nəticələrini elan etdi, AŞ PA və Avropa Parlamentinin və ATƏT-nin müşahidə qrupları bir-birinə əks bəyanatlar verdi. Bunların fonunda seçkilərə münasibətiniz necədir?

- Seçkilərin nəticələrinin Seçki Məcəlləsinə və Konstitusiyaya uyğun olmadığı qənaətindəyəm. Amma bütövlükdə seçkilərdə bizim resurslarımıza görə qalib gəlmək şansımız yox idi. Şəxsən mən məğlub olduğumu etiraf edirəm. Eyni zamanda, təhlillərimiz göstərir ki, rəqəmlər şişirdilsə də, İlham Əliyev üstünlüyə malik olub və qələbə qazanıb. Bizim artıq bəyanatımız yayılıb, partiyamız iqtidar-müxalifət münasibətlərinin yeni müstəviyə çıxmasında, vətəndaş həmrəyliyinin yaranmasında, tədricən demokratiyaya keçilməsində maraqlıdır. 2005-ci ildən seçdiyimiz dialoq, konstruktivliyi davam etdirməyi bir daha bəyan edirik.
- Bu bəyanatınız yaxın 5 ildə gerçəkləşəcəkmi?

- İstəklərimizin keçəcəyinə ümidim yoxdur. Neçə illərdir bu mövqeyi sərgiləsək də, bizə münasibət pisləşir. Açıq etiraf olunmalıdır, iqtidarda elə qüvvələr var ki, Azərbaycanın demokratiyaya keçidini, hakimiyyət-müxalifət münasibətinin dialoq müstəvisinə çıxmasında maraqlı deyillər. Ona görə ardıcıl surətdə bu münasibətləri korlayan siyasət aparılır. Amma biz düzgün hesab etdiyimiz yolu davam etdirməliyik.
- Seçkilərin Seçki Məcəlləsinə, Konstitusiyaya uyğun olmadığını deyir, ardınca özünüzün məğlub olduğunuzu deyib əlavə edirsiniz ki, İlham Əliyev qalib gəlib. Bu fikrin əvvəliylə sonu arasında ziddiyyəti necə izah edərsiniz?

- İzah edim də, mənim maliyyə və vaxt resurslarım həddən artıq məhdud idi, belə olduqda nə konsepsiyamı əhatəli şəkildə açıqlaya bildim, nə də bütün regionlarda oldum. Həm də ADP-nin ilk dəfə olaraq prezident seçkilərində iştirakını nəzərə alın. İlham Əliyevin üstünlüyünə gəlincə, əks cəbhədəki nöqsanlar qarşı tərəfin qələbəsini təmin edir. Müxalifət 2 il əvvəl vahid namizədlə çıxış etməliydi, Milli Şuranın yaranmasının özü yanlış idi. Necə hesab edirsiniz, Cəmil Həsənlini müdafiə edən qüvvələr seçkidən xeyli əvvəl onun 1 faiz səs toplayacaqlarını bəyan edirdilər. İkinci, nə Lalə Şövkət, nə Eldar Namazov, nə Mirmahmud Mirəlioğlu, nə Rəsul Quliyev açıq şəkildə tərəfdarlarını Cəmil Həsənliyə dəstək verməyə çağırmadı.

- Lalə xanım Cəmil Həsənlini dəstəklədiyini bəyan etmişdi...

- Dəstəkləmək başqa şeydir, biri də var öz tərəfdarlarına çağırış etmək. Adlarını çəkdiklərimdən heç biri xalqa çağırış etmədi. Adətən belə çağırışların böyük effekti olur. Faktiki olaraq, Cəmil Həsənli AXCP və Müsavat Partiyasının ortaq namizədi oldu. Cəmil Həsənli AXC kökənli olduğundan müsavatçılar da onu aktiv və həssas şəkildə müdafiə etmədilər. Təsəvvür edin ki, 2003-cü ildə İsa Qəmbərin mitinqinə 150 min insan gəlmişdisə, 2013-cü ildə 10 insan gəldi, bunu da mən dedim, özləri isə 7 min adamın gəldiyini etiraf etmişdilər.

- Siz ötən 10 ildə müxalifətə, QHT sektoruna olan təzyiqləri, qanunvericilikdəki məhdudlaşmaları nəzərə almısınızmı?

- Buna baxmayaraq dünyada demokratikləşmə yayıldığı üçün vəziyyət bizim xeyrimizə dəyişməlidir, “narıncı inqilab”lar və “ərəb baharı” sıradan hadisələr deyil.
- Amma neftin də qiyməti artıb...


- Siz elə neftin qiymətinin artmasından danışırsınız. Amma neftin Azərbaycan xalqına aidiyyatı yoxdur. Beynəlxalq təşkilatların mövqeyinə gəlincə, onlar dəfələrlə müxalifətə dəyişikliyin yolunu göstəriblər, mən bunun şahidi olmuşam, ancaq düşərgə öz istədiyi yolu gedir. Dünya birliyi isə radikal demokratiyaya keçidi, qisasçılığı təhlükəli hesab edir. Məgər, bilmirsinizmi, dünyada neftə və demokratiyaya marağı olan qüvvələr var, ikincilər demokratiyanın inkişafına pul qoyurlar. Biz nədənsə öz nöqsanımızı kənara qoyuruq. Bir dəfə də günahı özümüzdə axtaraq. Bilirsiniz, müxalifət gərək “rus layihəsi”nə qatılmayaydı...

- Cəmil Həsənli “rus layihəsidir”?
- Mən Cəmil Həsənlini demirəm, Milli Şuranın yaranması prosesini nəzərdə tuturam. Nə oldu, Rüstəm İbrahimbəyov namizəd olanda, Putinin müşaviri tez-tez bəyanatlar verir, Abbas Abbasov da hakimiyyətə xox gəlirdi. Amma Cəmil Həsənli namizəd olan kimi Abbas Abbasov ictimaiyyəti Əliyevə səs verməyə çağırdı, Putinin müşavirinin isə səsi kəsildi və Kreml seçkiyə açıq dəstək verdi. Demək istəyirəm ki, bizim öz qüsurlarımız da var, bəli, MSK-nin nəticələri seçki qanunvericiliyinə və Ana Yasaya ziddir. Amma qüsurlarımızın hakimiyyətin namizədinə uğur gətirdiyini etiraf etməliyik. Və rəqibin imkanlarını, resurslarını bunun üstünə gələndə, hər şey aydın olur. Belə olanda, hakimiyyət mövcud şərtlər daxilində qalib gəlməliydi və gəldi də. Mən seçki texnologiyalarını çox yaxşı bilirəm.


- Gəlin, Sizə olan münasibətdən danışaq, məntəqə komissiyasında həyat yoldaşınızın yerinə səs verildiyi üzə çıxdı, ikinci, hətta Sizə Hafiz Hacıyevdən də az səs yazdılar. Bu münasibəti necə izah edərdiniz?

- Əgər 9 oktyabr seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirirsə, bu, xalqımızın dəyişiklik istəmədiyinin göstəricisidir. Yox, iqtidarın siyasi iradəsini ifadə edirsə, deməli, hakimiyyət siyasətini dəyişmək istəmir. Baş verənlər mənim özümə və partiyamıza olan münasibətin təzahürüdür. Əlimdə 60-70 protokol var, göstərə bilərəm, Naxçıvan şəhər dairəsindən 3-cü, Babək-Şahbuz dairəsindən 4-cü, bir çox məntəqələrdə 2-ci yerdəyəm. Məndən öndə qeyd olunan adamlar isə heç 0 faizi də ötməyib. Mən inanmıram ki, Azərbaycan xalqı mənə sonuncu yeri göstərər. Ən azı səsləndirdiyim ideyalar, təkliflərim insanlarda maraq yaratdı...

- Sizə hətta Hafiz Hacıyevdən də az səs yazdılar...

- Bu, təhqir etmək məqsədinin güdülməsidir. Həm də bununla bizim demokratik dostlarımıza bir cavabdır ki, onlar məni hökumətin adamı kimi təqdim edirdilər. Heç olmasa onlar papaqlarını qarşılarına qoyub hakimiyyətin bizə olan münasibətinin səbəbini düşünməlidirlər. Biz “əl əli yuyar, əl də üzü” prinsipini rəhbər götürmürük, sadəcə, düz olanı deyirik. Baxın, mən seçkilərdə məğlub olduğumu etiraf edirəm, nə olur, alçalmıram ki?! Axı bizə ayrılan vaxt, maliyyə imkanlarımız yetərli deyildi, nəhayət, seçkiyə qatılan partiyaların 9-u dövlətdən tərəfindən maliyyələşir. Onların da 8-i deputat idi. Yaxud Milli Şura etiraf etməliydi ki, Cəmil Həsənli İctimai Palatanın namizədidir. Əslində, məğlub olmanı etiraf etmək də böyüklükdür.

- Ancaq onlar seçki saxtakarlığını göstərən video-roliklər, fotolar ortalığa qoyurlar...

- Mən deyirəm ki, saxtakarlıq faktları olmasaydı da mən məğlub olacaqdım. Bəlkə ikinci, üçüncü yerdə olardım, amma bu cür sonuncu olmazdım. Eyni zamanda, İlham Əliyev də məni udacaqdı. Bir daha deyirəm, İlham Əliyev qalib gəlib. Mən bunu demokratiya və siyasi etika xatirinə etiraf edirəm ki, mən məğlub olmuşam, o da qalib gəlib.

- Sərdar bəy, niyə debatlarda həbsdə olan qardaşınız Qurban Məmmədovun adını xatırlamadınız?
- Mən bu prosesdə millət davasına girmişdim, qardaş, qohum davasına yox. Ümumiyyətlə, siyasi problemlərin debatları zamanı bu cür məsələləri fərdiləşdirmək doğru olmazdı. Qurban Məmmədovun mənim kimi qardaşı var, seçkilərə qatılıb, amma başqa siyasi məhbus var ki, onun heç qardaşı problemlərini deməyə efir tapmır. Mən məsələlərə ümumi yanaşıb ölkədə siyasi məhbus probleminin olduğunu demişəm. Əgər qardaşımın problemlərini qaldırsaydım, bu, məsələnin fərdiləşdirməsi olacaqdı və nə desəydim də, bildirəcəkdilər ki, qardaşını həbs etdikləri üçün belə danışır.



"Bizim yol" qəzeti
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sərdar Cəlaloğlu ADP sədrliyindən istefa verdi

    Sərdar Cəlaloğlu ADP sədrliyindən istefa verdi ...

    11-10-2013, 12:37

  • 
  • Sərdar Cəlaloğlundan İqbal Ağazadəyə ismarış: “Mənim xeyrimə geri çəkil!”

    Sərdar Cəlaloğlundan İqbal Ağazadəyə ismarış: ...

    19-09-2013, 14:26

  • 
  • Sərdar Cəlaloğlu Ərdoğana məktub yazıb

    Sərdar Cəlaloğlu Ərdoğana məktub yazıb ...

    3-02-2013, 11:49

  • 
  • Sərdar Cəlaloğlu vəzifə üçün İlham Əliyevə müraciət edə bilər

    Sərdar Cəlaloğlu vəzifə üçün İlham Əliyevə ...

    24-10-2013, 18:29

  • 
  • Sərdar Cəlaloğlu Qurban Məmmədovun həbsini siyasi fəaliyyəti ilə izah edib

    Sərdar Cəlaloğlu Qurban Məmmədovun həbsini siyasi ...

    5-06-2013, 00:07


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu