GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Demokratik qüvvələr bu seçkilərdən güclənmiş çıxdı”

“Demokratik qüvvələr bu seçkilərdən güclənmiş çıxdı”

Tarix: 14-10-2013, 09:14 Bölmə :Müsahibə Baxış: 690
 “Demokratik qüvvələr bu seçkilərdən güclənmiş çıxdı”

Arif Hacılı: “Beynəlxalq birliyin dəstəyini çox gözləmək lazım gəlməyəcək”
Normal ölkələrin olduqca ciddi siyasi hadisə saydıqları prezident seçkiləri 9 oktyabr tarixindən sonra Azərbaycanın da gündəminə xüsusi təsir edib. Bu mənada rubrikamızın adına uyğun olaraq Azərbaycana baxışlarda ciddi şəkildə təzadı müşahidə etməkdəyik. Keçirilən seçkilərin nəticələrinə, ölkənin durumuna fərqli baxışlar ölkə miqyasından çıxaraq beynəlxalq təşkilatları da əhatə edib.
Durumu elə Milli Şuranın izdihamlı aksiyasından sonra professor Cəmil Həsənlinin Seçki Qərargahının həmsədri, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ilə dəyərləndirdik.

- Arif bəy, seçkisonrası situasiyada Azərbaycana sizin baxışınız necədir?

- Azərbaycanda çox böyük maliyyə ehtiyatlarına malik olan avtoritar təfəkkürlü bir hakimiyyət mövcuddur. Buna baxmayaraq cəmiyyəti təslim etmək, Azərbaycanda çoxpartiyalı plüralist sistemə son qoymaq və birpartiyalı rejim yaratmaq məqsədini qarşısına qoyub. Bu məqsədə milyardlar xərclənir, dövlətin bütün resursları bu məqsədə yönəlib. Bütün hakimiyyət strukturları ölkədə avtoritarizmin möhkəmlənməsinə və müxalifətin, azad mətbuatın, vətəndaş cəmiyyətinin sıradan çıxarılmasına yönəlib. Bütün bu böyük bir hakimiyyət maşınının fəaliyyətinə baxmayaraq, Azərbaycan cəmiyyəti müqavimət göstərir, müqaviməti davam etdirir. Keçirilən son seçkilər də Azərbaycan cəmiyyətinin demokratiya uğrunda mübarizə əzmində olduğunu bir daha təsdiq etdi.

- Amma hakimiyyətin yüksək faizli nəticə əldə etdiyi bu prosesdə iştirak edən Azərbaycan vətəndaşları, müəllim, həkim ordusu, digər təbəqələrin nümayəndələri oldu. Bu, uzun illərdir Azərbaycanın demokratikləşməsi uğrunda mübarizə aparan şəxs olaraq sizə necə təsir edir?

- Təşkil olunmuş azlıq həmişə təşkil olunmamış çoxluqdan güclüdür. Bizim hesablamalarımıza görə, Azərbaycan seçicilərinin təxminən 80 faizi seçkilərdə iştirak etməyib. Bu 80 faizin yarısı bəlkə də ölkədə deyil, səsvermə imkanı yoxdur və s. Ancaq Azərbaycan cəmiyyətinin böyük bir qismi bu seçkilərdə iştirak etmədi. Əslində bu potensial Azərbaycan müxalifətinin potensialıdır. Sadəcə olaraq Azərbaycan vətəndaşlarının böyük bir qismi ölkədə demokratik seçkilər vasitəsilə hansısa dəyişikliklərin olacağına inanmır. Ona görə də siyasi proseslərdən kənarda qalıb. Əslində ilk baxışda çoxsaylı görünən və seçkiləri saxtalaşdıran, ölkədə avtoritar rejimin möhkəmlənməsinə xidmət edən çox az bir qrupdur, əhalinin 3-5 faizini təşkil edir. Sadəcə hakimiyyət tərəfindən bu 3-5 faiz insana fərqli şərait, fərqli imkanlar yaradılıb. Onlar güc strukturlarının dəstəyi və yardımı ilə ölkədə saxta rejimi saxlamağa nail olur. Təəssüf ki, Azərbaycanda dəyişiklik arzusunda olan çoxluq təşkilatlanmır və inamsızlığı kənara atıb ölkənin, dövlətin gələcəyi uğrunda fədakar mübarizəyə qoşulmur. Hesab edirəm ki, guya ölkədə avtoritarizmin qorunmasında maraqlı olan insanların sayının çox olması görüntüsü məhz bu səbəblərdən yaranır.

- Cəmil Həsənlinin Seçki Qərargahının həmsədri kimi fəaliyyətinizdən razı qaldınızmı?

- Seçkilərin ilk günündə mən seçki qərargahının üzvlərinə, Müsavat fəallarına dediyim söz ondan ibarət idi ki, biz əlimizdən gələn hər şeyi etməliyik. Bütün enerjimizi, gücümüzü, bacarığımızı Cəmil Həsənlinin qələbəsi uğrunda sərf etməliyik. Biz əlimizdən gələni etdik. Hər halda çox qısa bir müddətin olmasına, maliyyə və digər resursların məhdudluğuna, çox böyük maliyyə ehtiyatlarına, administrativ resursa malik olan rəqibə qarşı dayanmağımıza baxmayaraq, ciddi bir seçki mübarizəsi aparmağa nail olduq. Bütövlükdə seçki komandası çox böyük işlər gördü. Cəmil Həsənlinin seçkidə uğur qazanmasının səbəblərindən biri onun özünün seçki kampaniyası aparması, uğurlu namizəd olması, Azərbaycanın aparıcı siyasi-ictimai təşkilatları, birliklərinin, ayrı-ayrı görkəmli ziyalıların namizədi olması idisə, digər səbəbi onun güclü seçki komandasının, bu işin peşəkarlarının Cəmil Həsənlinin yanında olması idi.

- Seçkisonrası situasiyada demokratiya paytaxtlarından, bir sıra təsisatlarından hakimiyyətin aqressiv reaksiyasını doğuran mövqeləri nə deməyə əsas verir? Yeri gəlmişkən, 2003-də də buna bənzər mövqelər var idi. Bu dəfə fərqli nələr ola bilər?

- Azərbaycanda keçirilən hər hansı seçkilərdən, hətta 2003-cü ildəki seçkilərdən sonra belə beynəlxalq birliyin, xüsusilə ATƏT-in müşahidə missiyasının belə sərt hesabatı olmayıb. ATƏT-in müşahidə apardığı ölkələrdə bu dəfə verilmiş hesabat ən sərt hesabatlardan biridir. Hətta Yanukoviçin o dövrdə hakimiyyətə gəlməsinə maneçilik törədən hesabatdan daha sərt hesabat ATƏT-in Müşahidə Missiyası tərəfindən səsləndirilib. Yəqin ki, dünyanın aparıcı güc mərkəzləri, demokratik inkişafı öz daxili və xarici siyasətində prioritet seçən bütün ölkələrin rəsmi strukturları məhz ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun hesabatına əsaslanan mövqe ortaya qoyacaqlar. Əslində bu proses artıq başlayıb. Bu da Azərbaycan müxalifətinin apardığı düzgün siyasətin nəticəsi olub. Xatırlayırsınızsa, aylar öncə bir sıra siyasi qüvvələr, ayrı-ayrı siyasi xadimlər bu seçkilərdə iştirak etməyi əslində hakimiyyətin seçki şousunda rol almaq kimi dəyərləndirirdilər və bu seçkilərdə müxalifətin iştirakına mənfi münasibət bildirirdilər. Ancaq siyasi proseslərin gedişi və nəyin bahasına olursa-olsun seçkilərdə iştirak etməyin zərurəti barədə deyilən fikirlərin həqiqət olduğu üzə çıxdı. Azərbaycan demokratik qüvvələri, Azərbaycan cəmiyyəti toparlandı və biz 2005-ci il parlament seçkilərindən sonra ən ciddi seçki kampaniyası təşkil edə, Azərbaycan cəmiyyətini çox məhdud resurslar olmasına baxmayaraq, bu prosesə cəlb edə bildik. Cəmiyyətimiz 2005-ci ildən sonra indi ilk dəfə ən güclü vəziyyətindədir. Əslində bütövlükdə Azərbaycan demokratik qüvvələri, Azərbaycan müxalifəti, aparıcı siyasi partiyalar, Müsavat, AXCP, KXCP, EL hərəkatı və digər qurumlar bu seçkilərdən güclənmiş çıxdı. Seçkisonrası dövrdə bu proses artan xətlə davam edəcək.

- Bəs hakimiyyətə qarşı xaricdən ciddi təzyiqlər, sanksiyalar real görünürmü?

“İstər Azərbaycandakı siyasi qüvvələrin, istərsə də beynəlxalq birliyin bundan sonrakı proseslərə münasibəti xeyli dərəcədə Azərbaycan cəmiyyətinin davranışından asılı olacaq”


- İstər Azərbaycandakı siyasi qüvvələrin, istərsə də beynəlxalq birliyin bundan sonrakı proseslərə münasibəti xeyli dərəcədə Azərbaycan cəmiyyətinin davranışından asılı olacaq. Bu gün əndazəni aşmış saxtakarlıqlara baxmayaraq, cəmiyyətin ruhdan düşmədiyinin şahidi olduq. Bu gün (12 oktyabrda-E.P.) keçirilən mitinqdə hətta seçkiöncəsi mitinqdən daha çox adamın iştirak etməsi, mitinq iştirakçılarının əhval-ruhiyyəsi, iştirakçıların əksəriyyətinin gənclərdən ibarət olması və sair amillər göstərir ki, cəmiyyətimiz demokratiya uğrunda fədakar mübarizəyə hazırdır və bu proses davam edəcək. Əgər Azərbaycan cəmiyyəti ölkədə demokratik islahatların aparılması istiqamətində əzmkarlıq, fədakarlıq nümayiş etdirəcəksə, heç şübhəsiz ki, beynəlxalq birliyin dəstəyini çox gözləmək lazım gəlməyəcək.

- Mitinqdən sonra törədilən təxribat növbəti aksiyaya icazə verilməməsi üçün bəhanə ola bilərmi?

- Bu, xırda bir insident idi. Görünür mitinqdən sonra mitinqçilərin bir sıra şüarlar səsləndirərək Yasamal rayonu ərazisində yürüşlər təşkil etməsindən hakimiyyət narahatçılıq keçirtdi. Ona görə bəzi gəncləri saxladılar. Ancaq hansısa ciddi hadisə baş verməyib və ölkədə mitinqlərin dayandırılması üçün hər hansı bir əsas mövcud deyil və belə bir əsas yəqin ki, olmayacaq. Xüsusilə beynəlxalq diqqətin Azərbaycan üzərinə bu şəkildə yönəldiyi məqamda sərbəst toplaşma azadlığının yenidən ləğv ediləcəyi fikrini qəbul etmirəm. Hesab etmirəm ki, hakimiyyət dairələri yaranmış situasiyada belə ciddi və kobud səhvə yol verəcək. Fikrimcə, kütləvi aksiyalar “Məhsul” stadionunda bundan sonra da davam edəcək.

- Belə bir yanaşma da var ki, seçki dünəndə qaldı və artıq bu gündən 2015-ci il parlament seçkilərinə hazırlıqlar başlanmalıdır ki, vaxt itirilməsin. Bu fikrin müəllifləri ölkədə seçki nəticələrinin ləğv edilməsi təcrübəsinin olmaması, 2010-cu il seçkiləri ilə bağlı aparılan mübarizənin effektsizliyini vurğulayırlar. Bu dəfə oxşar situasiyanın yaranmayacağını demək üçün hansı əsaslarınız var?

“Hesab etmirəm ki, 9 oktyabr seçkiləri arxada qalıb”


- Biz azad və ədalətli seçkilər, demokratik islahatlar, demokratik cəmiyyət yaradılması uğrunda mübarizə aparırıq və bu mübarizə davam edəcək. Hesab etmirəm ki, 9 oktyabr seçkiləri arxada qalıb. 9 oktyabr seçkiləri həm Azərbaycan cəmiyyətinə, həm dünya ictimaiyyətinə sübut etdi ki, Azərbaycanda demokratik islahatlar uğrunda mübarizə aparmaq əzmində olan siyasi partiyalar, ictimai təşkilatlar, birliklər, ayrı-ayrı şəxslər var. Xüsusilə Azərbaycan gəncliyi ölkədə demokratik islahatlar uğrunda mübarizə aparmaq əzmindədir. 9 oktyabr seçkilərində yol verilən, əndazəni aşan qanun pozuntuları və saxtakarlıqlar, bu hadisəyə ölkə cəmiyyətinin və beynəlxalq ictimaiyyətin münasibəti və digər amillər Azərbaycanda siyasi fəallığı bundan sonra da xeyli müddət saxlayacaq. Parlament seçkilərinə gəldikdə isə, əslində seçkilərə hazırlıq dövrü, seçkilərdən-seçkilərə qədər olan dövrü əhatə etsə də, indidən parlament seçkiləri haqqında danışmaq, düşünmək tezdir.

- Sərdar Cəlaloğlunun istefası opponentlərə digər müxalifət liderlərinin də istefaya getməli olduğu barədə arqument verib...

“Sərdar Cəlaloğlunu Azərbaycan siyasəti üçün itirilmiş adam hesab edirəm”


- Mən təəssüf edirəm ki, keçmiş həbsxana yoldaşım Sərdar Cəlaloğlunun bu seçki ilindəki davranışı heç də bizlərin ondan nümunə götürməsinə əsas vermir. Mən Sərdar Cəlaloğlunu Azərbaycan siyasəti üçün itirilmiş adam hesab edirəm və buna təəssüflənirəm.

- Bir çox hallarda xalqla açıq danışmaq zamanının çatdığı deyilir. Xalqa, seçiciyə, narazı elektorata əlavə sözünüz varmı?

- Biz Azərbaycanda demokratik dəyişikliklərin olması uğrunda mübarizəmizi bundan sonra da davam etdirəcəyik. Əminliklə deyirəm ki, Azərbaycanda yeni-yeni qüvvələr bu prosesə qoşulur, Azərbaycan cəmiyyətinin inamı özünə qayıdır. Son seçkilər zamanı gənclərin xüsusi fəallığı ilə fərqlənməsi, son mitinqlərdə gənclərin ümumi sayının əksəriyyət təşkil etməsi və digər amillər təsdiq edir ki, Azərbaycan cəmiyyəti dəyişikliklərə hazırdır və hər gün demokratiya uğrunda gedən mübarizənin miqyası genişlənəcək. Azərbaycanda demokratiya uğrunda uzun illər mübarizə aparmış insanlardan biri olaraq deyirəm ki, istər bu mübarizənin önündə, istərsə də bu mübarizənin sıravi üzvü kimi sonadək fədakarcasına Azərbaycan cəmiyyətinin azadlığı və Azərbaycanda demokratik cəmiyyət qurulması uğrunda mübarizə aparacağıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cəmil Həsənlini Seçki Qərargahı seçkilərin ləğvini tələb etdi

    Cəmil Həsənlini Seçki Qərargahı seçkilərin ...

    10-10-2013, 11:47

  • 
  • Arif Hacılı: “Mitinqdə 10 min nəfərin iştirakını planlaşdırırıq”

    Arif Hacılı: “Mitinqdə 10 min nəfərin iştirakını ...

    11-10-2013, 15:03

  • 
  • Arif Hacılı İbrahimbəyovun sədrlikdən gedəcəyi mesajını verdi

    Arif Hacılı İbrahimbəyovun sədrlikdən gedəcəyi ...

    21-11-2013, 12:04

  • 
  • “Müsavatın danışıqları Milli Şuranın xeyrinədir”- Arif Hacılı

    “Müsavatın danışıqları Milli Şuranın xeyrinədir”- ...

    23-12-2013, 15:15

  • 
  • Rəsul Quliyev-Arif Hacılı qalmaqalına - Reaksiya

    Rəsul Quliyev-Arif Hacılı qalmaqalına - Reaksiya ...

    24-07-2013, 11:35


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu