BBC-nin müxbiri azad olunmuş ərazilərdən hazırladığı reportajda ermənilərin ona verdiyi koordinat əsasında Cəbrayıl rayonu ərazisində tikilmiş kilsənin yerini ziyarət edib və onun dağıldığını bildirib. Bu reportaj Ermənistan XİN-ə növbəti anti Azərbaycan bəyanatı üçün bəhanə verib. Faşist ideologiyanı, milli nifrəti və hərbi cinayəti dövlət siyasətinə çevirib, işğal etdiyi ərazilərdə vandalizmə imza atan Ermənistan Azərbaycanı mədəni abidələri məhv etməkdə və dini dözümsüzlükdə günahlandırıb. Ermənilərin bu əsassız iddialarına Azərbaycan XİN-dən sərt cavab gözlənildiyi halda, prezidentin köməkçisi Hikmət Haciyevin həddən artıq təmkinli cavabı ilə tanış olduq. Ermənistanın diplomatiya, psixoloji savaş və təbiliğatı qarşısında Azərbaycan tərəfi sanki haqlı mövqeyini müdafiə etməkdə çətinlik çəkir, yaxud çəkingən davranır.
Bir neçə məqama diqqət yetirmək lazım. Əvvəla Azərbaycan vətəndaşı olaraq azad edilmiş bölgələrə gedə bilmədiyimiz halda, xarici jurnalistlər oraya rahat səfər edə bilir. Əlbət ki, gerçəkliklərin dünya kamuoyuna çatdırılması üçün bu vacibdir. Amma nə üçün səfərə icazə verən qurumlar onlara marşrut seçmə sərbəstliyi verir və onlar bələdçi qismində hazırlıqlı şəxslərlə təmin edilmir? Təhlükəsizlik və təbliğat baxımından onlar hazırıqlı şəxslərin müşayəti ilə vacib hesab edilən istiqamətlərə yönləndirilməlidir. Ermənilər təhlükəzisizlik məsələlərini əsas gətirərək heç bir xarici jurnalistə Qarabağ və işğal etdikləri ərazilərdə sərbəst hərəkət imkanı tanımayıb. BBC-nin jurnalisti isə ermənilərin məlumatı əsasında onların həyasızlıqla “Mexakavan” adlandırdıqları Cəbrayıldakı kilsə ilə maraqlanıb və ona bu sərbəstlik tanınıb. Əvvəla jurnalistə işğal etdiyi əraziləri qaytarmaq əvəzinə, 2017-ci ildə tikilən bu kilsənin açılışında Ermənistanın siyasi və hərbi rəhbərliyinin iştirakına Azərbaycanın o zamankı etirazı haqqında bilgi verilməli idi. Ona məhz Azərbaycanın bəyanatından sonra ermənilər bu tikilinin kilsə yox, əsgərlərin dua etmə yeri olduğu, dini abidə statusu daşımadığı haqqındakı açıqlaması və işğal edilmiş ərazilərdə toponimlərin dəyişdirilməsinin cinayət olduğu deyilməli idi. Bu həqiqətlər sərt şəkildə deyilmədikçə, savaşda darmadağın olan Ermənistan özünə gəldikcə nifrət dilini uzatmağa başlayacaq. Ermənilərə azad edilmiş ərazilərdə mədəni abidələrin guya təhlükə altında olduğu haqda tezisi keçən ilin noyabrında Rusiya XİN-i Lavrov verdi. O vaxtdan erməni tərəfi bu təbliğatı aparmaqda, beynəlxalq media və təşkilatların diqqətini cəlb etmək istiqamətində sistemli fəaliyyət göstərməkdədir. Nəticədə haqlı tərəf olan Azərbaycanın haqsız görüntüsü yaranır. Təbliğat və informasiya məsələsində XİN-nin fəaliyyəti təqdir olunası səviyyədə deyil. Əslində Cəbrayıldakı “kilsə” məsələsinə görə Ermənistana və milyonlarla dollar həcmində etdiyimiz maddi yardımlara baxmayaraq, 4 aydan artıqdır müraciətimizə müsbət cavab verib işğaldan azad edilmiş ərazilərdə dağıdılmış abidələrin durmunu incələmək üçün nümayəndə heyəti göndərməyən UNESKO kimi təşkilatlara Azərbaycanın cavabı açıq və konkret olmalıdır: “İşğalçının 4 il əvvəl tikdiyi, işğalın mirası olan bu tikili heç bir dini, mədəni dəyərə malik deyil. İşğalın mirası və nişanəsi isə yer üzündən silinməlidir”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?