Hikmət Hacızadə: “ATƏT-in, ABŞ-ın seçkilərlə bağlı rəyi dünya demokratiyasının diktaturlara yeni münasibətinin ifadəsidir” Ölkəmizdə keçirilən son prezident seçkiləri ilə bağlı suallarımıza Azərbaycanın Rusiyadakı sabiq səfiri, Müsavat Partiyasının Məclis üzvü, politoloq Hikmət Hacızadə cavab verib. - Hikmət bəy, seçkilər, onun necə təşkil edilməsi, ortaya çıxan nəticələr haqda sizin yanaşmanız necədir? - Bizdə ənənəvi olaraq seçkilər olmayıb. Bu dəfə də, bir növ teatr qurmaq istəyirdilər.Teatrı qurdular, ancaq hər kəsə aydın oldu ki, bizdə seçki deyilən bir şey yoxdur.Yəni, bu seçki də iflasa uğradı.Seçki institutu sifariş əsasında İlham Əliyevə və digər namizədlərə istədikləri faizi yazdılar, fəqət buna nə Azərbaycan cəmiyyəti, nədə ölkədən kənarda, azad dünyada bir kimsə inanmadı.Seçkidən sonra yaranan reallıq, görünən acı mənzərə budur. - Bu seçkilər öncəki seçkilərdən nə ilə fərqləndi? 2013-cü il seçkilərinin əsas özəlliyi nə oldu? - Hesab edirəm ki, fərqləri çoxdur. Birincisi, İlham Əliyev üçüncü müddət prezident olmaq məsələsində geri çəkilmədi və seçkilərə getdi.Ola bilsin ki, bu bizim üçün o qədər də vacib deyil.Ancaq bu demokratiya, azad dünya və tarix üçün vacib məsələdir.Bu onu göstərir ki, ölkəmiz diktatura yolu ilə davam etmək istəyir və ömürlük ailə hakimiyyətinin qurulmasına çalışılır.İkincisi, seçki saxtakarlıq metodları müdhiş və bəlkə də mükəmməl vəziyyətə çatdırılıb. Yəni, seçki saxtakarlığı baxımından inkişaf açıq-aydın göründü. İqtidara elə gəlirdi ki, bu yolla hamını aldadıb, inandırıb və düzgün seçki keçirdiyini göstərə bilər. Əlavə olaraq düşünürdü ki, seçki prosesində heç bir qarşıdurmanın olmaması, həbslərin aparılmaması bu baxımdan əlavə stimul ola bilərdi. Ancaq bu baş vermədi. Hər halda seçki saxtakarlığı ən yüksək səviyyəyə çatdırılmışdı, mən deyərdim ki, bu az qala qanuniləşdirilmişdi. Üçüncüsü, heç nə alınmadı, əvəzində hər şeyin üstü açıldı. Həm bizim insanlarımızın mübarizliyi, həm onların səviyyəsi, həmdə dünyada olan texnika imkan vermədi ki, seçki adına süni görüntü yaradılsın. Əksinə, indi texnika sürətlə inkişaf edir və bu da imkan verir ki, çox şeylərin üstü açılsın.Müxalifət düşərgəsində də ciddi fərqlər müşahidə etdik.İlk dəfə olaraq müxalifət xalqın istəyinə uyğun olaraq bir araya gələ bildi.Milli Şura yaradıldı.Milli Şuraya dünyada tanınan soydaşımız Rüstəm İbrahimbəyov rəhbərlik etdi.Sonra İbrahimbəyovun vahid namizəd olmaq istəyi alınmadı.Və bu zaman ortaya xalqın başqa bir oğlu çıxdı.Hamı onun ətrafında birləşdi.Vahid namizəd isə çox uğurla seçki kampaniyası apardı, cəsarətli olmağı ilə seçildi.Ənənəvi müxalifət seçkidə öz namizədi ilə deyil, məhz bir ziyalının namizədliyi üzərində dayanması müsbət hal idi.Bütün bunlar seçkidə müşahidə olunan yeniliklərdir. Buradan çıxan daha bir nəticə isə bu oldu ki, xalqın içindən çıxan, xalqın istədiyi müstəqil insan və hamını bir araya gətirməyi bacaran şəxsiyyət də əslində heç bir şey edə bilmədi.Yəni bu da cəmiyyətə siqnal olmalıdır ki, söhbət birləşmədə və ya köhnə liderlər getsin, yerinə təzələri gəlsin məsələsindən getmir.Söhbət ondan gedir ki, bizim ölkəmiz, cəmiyyətimi qorxunun içindədir.Onların hamısı hökumətdən asılı vəziyyətə düşüb.Artıq söz desən səni işdən çıxararlar, həbsə atarlar və düşüncəsi hakimdir.Bir sözlə, dəyişikliklər çox oldu.Amma mən bir məqamı xüsusilə, vurğulamaq istərdim.Nəhayət xarici beynəlxalq aləmin seçkilərin nəticəsinə kəskin və ciddi reaksiyası oldu.Heç bu qədər mənfi reaksiyalar görməmişdik. Hakimiyyətin namizədini Türkiyə prezidenti Gül və Rusiya prezidenti Putindən savayı heç kim təbrik etmədi. ATƏT-in Varşava Bürosu, ABŞ Dövlət Departamenti, Helsinki Komitəsi isə seçkini ciddi tənqid elədi, prezident Barak Obamadan təbrik gəlmədi. Bütün bunları da yenilik kimi qeyd etmək olar.Əvvəl belə hallar yox idi.Bu da dünya demokratiyasının diktaturlara yeni münasibətinin ifadəsidir. - 2003-cü ildə seçki saxtakarlığına kütləvi etiraz olsa da, bu dəfə olmadı. Buna səbəb nədir, insanlar ölkənin taleyi ilə barışıblarmı? - Ona görə kütləvi etiraz baş vermədi ki, insanlar həbsxanalardadır. Bizim cəmiyyətimiz başdan-ayağa qorxu içindədir.Saxtakarlıq və repressiya səviyyəsi bu seçkidə ən yüksək həddə idi.Ya camaat türməmədir, ya ölkədən qaçıb, ya da qorxub.Ona görə də, heç kəs yerindən tərpənmədi.Bu da saxtakarlığı həyata keçirmək üçün əlavə imkan yaratdı.Odur ki, saxtakarlıq yüksək səviyyədə oldu. - Bu seçkilərin hakimiyyət üçün nəticəsi necə olacaq? - İstədiklərinə nail olmadılar. Onların istədikləri hakimiyyətdə qalmaq idi və qaldılar.Amma bunu elə eləmək istəyirdilər ki, guya legitim seçiliblər, xalq bunları sevir, millət məhz onları sevir və s. Amma bu alınmadı.İndi dərrakə olsa bir nəticə çıxararlar.Daha mən bu məsələdə onların yerinə danışmağın doğru olmazdı. - Ancaq hakimiyyət bura bir neçə yüz xarici müşahidəçi gətirmişdi, bu işə milyonlar xərcləmişdi. Doğurdanmı heç nə alınmadı? - Alınmadı, hər şey puç oldu. ATƏT-in seçkilərlə bağlı rəyi Azərbaycan hökumətinin beynəlxalq imicinə təsir edə, ona qarşı sanksiyalar, münasibətin dəyişməsinə səbəb ola bilərmi? - Sanksiyalar çətin məsələdir və mən bu haqda konkret bir şey deyə bilmərəm. Amma imic məsələsinə təsir edəcək.Həmdə ki, bəyəm bizim hökumətin imici var idimi ki, onu da korlasınlar?Camaat kor, kar deyil və çörəyi qulağına yemir. Nə isə... Hər halda bu imicdən bir şey qalmadı.İndi hər yerdə qeyd edirlər ki, Azərbaycanda seçkilərdə saxtakarlıq olub, yarım legitim və ya qeyri legitim bir hökumət mövcuddur. - Prezident Adminstrasiyasının üç şöbə müdiri eyni vaxtda Dövlət Departamentinin seçkilərlə bağlı rəyini ciddi tənqid ediblər.ABŞ Hökuməti doğurdanmı bizim hökuməti pis duruma salıb? - Əlbəttə ki, ABŞ-ın seçkilərlə bağlı ən azı neytral mövqeyi bunlar üçün vacib idi.ABŞ-ın rəyi lazımlı idi.İntəhası bizimkilər hər yerə qarşı belə reaksiya verir, qaraguruh mövqe ifadə edirlər.Bütün dünya ilə dalaşırlar, xoşlarına gəlməyənlərə istədiklərini deyirlər. Bir ara Almaniya ilə tutaşmışdılar, televiziyalarda Almaniyanı “biabır” edirdilər. Dərrakələri bundan ibarətdir.Düşünmürlər ki, ay qardaş biz kimik, dünya siyasətində bizim vesimiz nədir.Onlar düşünürlər ki, bütün bu dedikləri ötüb gedəcək.Yox, elə deyil.Allah göstərməsin, Azərbaycan çətin vəziyyətə düşən kimi bu reaksiyalarda özünü dərhal göstərəcək.Baxın, ABŞ dövlət katibinin demokratiya və insan hüquqları üzrə müavini Tomas Meliya Bakıya gəlirdi.Amma Bakı onu qəbul eləmədi.Əslində bu Amerika üçün böyük biabırçılıqdır.Bəyəm, ABŞ bunu unudarmı?Əksinə, ABŞ-da deyir ki, sən mənim diplomatımı ölkənə buraxmadın, ala bu da sənə seçki haqda rəy.Əlbəttə, mən deməzdim ki, məhz Tomas Meliyanın Bakıya buraxmadıqları üçün belə rəy verilib.Ancaq bu məqamında rolu böyükdür. Digər tərəfdən, seçkilərdən az öncə, ATƏT-in Bakı Ofisinin statusunu dəyişmək üçün hakimiyyət müəyyən addımlar atmışdı. Hamı ilə düşmənçilik edəndə axırı belə olacaq da. - Bundan sonra müxalifətin addımları nədən ibarət olmalıdır? - Mübarizə davam edir. Biz demokratik mübarizə aparırıq, təbliğatımızı quracağıq, çalışacağıq ki, xalqı fəallaşdıraq.Ənənəvi işimizi davam edəcəyik.Həmdə Milli Şura kimi yaxşı birlik modeli yaranıb.Fikrimcə, onu qorumaq lazımdır.Eləcədə parlament seçkilərinə qədər Milli Şura qalmalı və fəaliyyətini gücləndirməlidir. - Sizcə, bu mümkündürmü? - Bəli, mümkündür. Xüsusilə, Milli Məclis seçkilərində bu çox vacibdir.Milli Məclisə seçkilərində 125 namizəd var. Bu məsələdə sövdələşmək və seçkiyə vahid mövqelə getmək lazımdır.Ümumiyyətlə qeyd edim ki, Milli Məclis seçkilərində müxalifət birmənalı olaraq vahid formada gedir, dairələr üzrə razılaşırlar.Bunu yenidən təkrarlamaq olar. - Cəmiyyət hakimiyyətdən narazıdır, amma seçkilərə getmirlər, mitinqlərdə iştirak etmirlər. Niyə? - Qorxurlar. Cəmiyyətdə xof var. İnsanlar qorxur.Bu tamam başqa mövzudur.Burada iradə məsələsi yoxdur, mən deyərdim ki, iradə artıq qırılıb.İnsanları çox pis vəziyyətə gətirmək olar. Əgər xatırlayırsınızsa, Stalin kimi qaniçən dünyasını dəyişəndə minlərlə insan gəlmişdi, insanlar ağlayırdı, hətta bir neçəsi az qala ölmüşdü. Demək istəyirəm ki, qorxu və sıxıntı insanın psixologiyasına təsir göstərir. - İqtidar hakimiyyətini qoruyub saxlayacaq. Bu reallıq fərqli düşünən, demokratiya mübarizəsini aparan insanlarda depressiya yarada, mübarizəni dayandırmaq kimi düşüncənin qalib gəlməsinə səbəb ola bilərmi? - Bu kimi hallar olacaq. Ancaq millət özündə güc taparaq bu cür hallara üstünlük gəlməlidir.Bizim başqa yolumuz yoxdur.Biz qorxudan və depressiyadan çıxmalıyıq. İndi mən görürəm ki, çox adam depressiyadadır, qeyri adekvat danışır, küsgündür və s. Əfsuslar olsun ki, bizim millətimiz çətin və qanlı yollarla gedir. Amma nəzərə almalıyıq ki, başqa millətlər də bu yoldan geçib.Odur ki, biz millət olaraq fövqəladə yolla getmirik.Belə yol Fransada da, Britaniyada da, İtaliyada da olub. - ATƏT, ABŞ Dövlət Departamenti seçkiləri legitim saymır, bəs İlham Əliyevlə əməkdaşlıq edəcəklərmi? - Dünya dövlətləri legitim olmayan rəhbərlə də əlaqə qurur. Nəzərə alın ki, 9 milyon xalqın adından da kimləsə damışılmalı, müqavilə bağlanmalı, viza istənilməlidir.Legitim və qeyri legitim olmasından asılı olmayaraq bu məmləkətə o nəzarət edirsə, dünya ölkələri onunla təmasa girib əməkdaşlıq edirlər. - Cəmil Həsənlinin siyasi taleyi necə olacaq? - Mən bu insana, onun şəxsiyyətinə və fəaliyyətinə müsbət yanaşıram. Mən fəxr edirəm ki, xalqımızın içindən belə bir ləyaqətli oğul çıxdı və bu işi ləyaqətlə, bacarıqla apararaq Azərbaycan demokratiyasına şərəf gətirib.Məncə, bu şəxsiyyətin siyasi fəaliyyəti olmalıdır. O, birləşdirici fiqur kimi də, özünü göstərə bildi. Biz onu sona qədər dəstəkləyəcəyik.Buna şübhə olmasın. Söhbətləşdi: HÜSEYN ABBASOĞLU
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?