GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » İsrail Amerikaya imkan verməz ki, İranla münasibətləri yaxşılasın” – Şərh

İsrail Amerikaya imkan verməz ki, İranla münasibətləri yaxşılasın” – Şərh

Tarix: 22-10-2013, 11:10 Bölmə :Müsahibə Baxış: 752
İsrail Amerikaya imkan verməz ki, İranla münasibətləri yaxşılasın” – Şərh
Son günlərdə uzun illər gərgin münasibətləri ilə diqqət çəkən ABŞ-İran münasibətlərinin müsbətə doğru dəyişməsində müəyyən işartılar müşahidə olunur.

Xüsusən Barak Obama və Həsən Ruhani arasında 34 ildən sonra dövlət başçıları səviyyəsində baş tutan telefon danışığı buna sübutdur.

Paralel olaraq Amerikanın Yaxın Şərqdəki ənənəvi strateji tərəfdaşı İsrail ilə münasibətlərində isə soyuqlaşma hiss olunur. Görünəni odur ki, İrana tətbiq edilən sanksiyaların daha da sərtləşdirilməsinin tərəfdarı olan İsrail Amerika-İran münasibətlərinin yaxşılaşmasında müşahidəçi kimi qalmaq istəmir.

Həm də Obama administrasiyasının İsrailin İordan çayının Qərb sahilində yeni yaşayış məskənləri tikməsinə etiraz etməsi Netanyahu hökumətini iki ölkə münasibətlərinin gələcək perspektivləri ilə bağlı narahat etməyə bilməz.

Bununla bağlı fikirlərini Modern.az-a şərh edən politoloq Qabil Hüseynli hesab edir ki, Amerika-İran münasibətlərindəki pozitivlik gec-tez dalana dirənəcək. Politoloqun fikrincə, İran öz nüvə proqramı ilə bağlı heç bir güzəştə getməyəcək: “Məsələyə nikbin yanaşa bilmirəm. Çünki İran tərəfi “Altılıq” ölkələri ilə danışıqlarda kifayət qədər səmimiyyət nümayiş etdirmir. Ümumiyyətlə, onlar atom energetikasındakı tədqiqatlarını, uranın zənginləşdirilməsini davam etdirmək niyyətindədirlər. Rəsmi Tehran MAQATE təftişçilərinin belə obyektlərə buraxmayacağını bəyan edib. Amerikanın danışıqlarla bağlı müsbət siqnalların olmasını bildirməsi İran tərəfini danışıqlara ruhlandırmaq üçün atılan diplomatik gedişdir. Amma İranın danışıqlarla bağlı müsbət addım atmaması səbəbindən prosesin dalana dirənəcəyi ehtimalı yüksəkdir. İran bu məsələlərdə axıra qədər gedə bilməyəcək”.

Siyasi ekspert danışıqlardakı uğursuzluqların səbəblərindən biri kimi İranda real qüvvənin hərbi komandalıqda və dini liderlərdə olması ilə əlaqələndirib. “İran siyasi elitasında Nüvə proqramı ilə bağlı fikir birliyi yoxdur. Hərbiçilər, İran İslam İnqilabının Mühafizə korpusu, yarımhərbiləşdirilmiş “Bəsic” dəstələri, bir sıra ruhanilərlə birlikdə nüvə tədqiqatlarının davam etdirilməsini, “1 nömrəli şeytan” adlandırdıqları Amerika ilə danışıqların kəsilməsini istəyirlər. Ruhaniyə gəlincə, onun çox məhdud səlahiyyətləri var. Çünki ölkənin siyasi kursunu dini lider müəyyən edirlər”.

Qabil Hüseynli bu fonda Amerika-İsrail münasibətlərində hər hansı pisləşməni gözləmədiyini bildirib. Ekspertin fikrincə, Amerikadakı yəhudi lobbisi Obamaya belə bir imkan verməz. “İsrail nüvə silahına yiyələnməyə çalışmaqda ittiham etdiyi İrana qarşı sanksiyaların daha da gücləndirilməsini istəyir. Amma hesab etmirəm ki, yəhudi lobbisi Obamaya hərəkət sərbəstliyi versin ki, Amerika İranla münasibətlər qura bilsin. Obama gec-tez Respublikaçılar Partiyasının mühafizəkar hissəsi və yəhudi lobbisi ilə üz-üzə gələcək. Amerikanın xarici siyasət xəttində İsraillə gərgin münasibət qurmaq planları olmayıb”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Amerika 4 ay sonra İranı vuracaq

    Amerika 4 ay sonra İranı vuracaq ...

    28-02-2013, 11:20

  • 
  • İsrail Avropaya meydan oxudu

    İsrail Avropaya meydan oxudu ...

    2-02-2014, 21:55

  • 
  • İsrail İran istehsalı olan pilotsuz təyyarəni vurdu

    İsrail İran istehsalı olan pilotsuz təyyarəni ...

    3-09-2014, 13:05

  • 
  • İran-Azərbaycan münasibətləri gərgin Türkiyə-Rusiya-İran üçbucağında nələr vəd edir?

    İran-Azərbaycan münasibətləri gərgin ...

    24-02-2016, 16:38

  • 
  • Obama İrana xəbərdarlıq etdi

    Obama İrana xəbərdarlıq etdi ...

    18-01-2016, 11:25


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu