GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Bakı və Ankara geosiyasi seçim qarşısında – Masada nəhəng təkliflər var

Bakı və Ankara geosiyasi seçim qarşısında – Masada nəhəng təkliflər var

Tarix: 7-06-2021, 12:05 Bölmə :Müsahibə Baxış: 731
Bakı və Ankara geosiyasi seçim qarşısında – Masada nəhəng təkliflər var


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasında görüş olacaq. Liderlər iyunun 13-14-də Brüsseldə keçiriləcək NATO sammitində bir araya gələcəklər. Sammit zamanı Ərdoğanla Bayden arasında keçiriləcək təkbətək görüşdə ölkələr arasındakı münasibətlər, qlobal və regional məsələlər müzakirəyə çıxarılacaq.

Maraqlı məqamlardan biri ondan ibarətdir ki, Türkiyə Prezidenti sözügedən görüşdən dərhal sonra - iyunun 14-16-da Bakıda səfərdə olacaq. Güman edilir ki, Ərdoğanla Baydenin müzakirə edəcəyi əsas məsələlərdən biri də Cənubi Qafqazdakı geosiyasi vəziyyət olacaq.

Türkiyə ilə Rusiya arasında son günlər yaşanan gərginlik fonunda ABŞ və Türkiyə liderlərinin görüşü, Ərdoğanın bundan bir gün sonra Bakıya gəlişi bölgədəki siyasi konfiqurasiya baxımından bir sıra suallar ortaya çıxarır.

AYNA-nın mövzu ilə bağlı suallarını jurnalist, siyasi şərhçi Asif Nərimanlı cavablandırıb.

- Ərdoğan-Bayden görüşünü Rusiya ilə Türkiyə arasında yaşanan müəyyən gərginlik fonunda necə dəyərləndirirsiniz?

- ABŞ-Türkiyə-Rusiya üçbucağında nə baş verdiyini anlamaq üçün 2016-cı ilə qayıdaq. Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Ankara xarici siyasət kursundə ciddi korrektlər etdi, lakin bu, Rusiyaya meyllənmək yox, regional güc olmaq istiqamətində idi. Bu, Obamanın, yəni Demokratların hakimiyyətinin son dövründə baş vermişdi. Tramp Respublikaçıların ənənəsinə uyğun olaraq, proseslərə Demokratlar qədər müdaxilə etmədi. Əslində Tramp Administrasiyası Türkiyə və Rusiyanı yaxınlaşdıran ABŞ təhlükəsini kənarda saxlamaqla, iki ölkənin öz aralarında hesablaşmasına şərait yaratdı. Ankara və Moskvanın maraqlarının toqquşduğu məqamların önə çıxması, müəyyən narazılıqların olması da bu dövrdə baş verdi. İndi Demokratlar yenidən qayıdıb və Baydenin “Amerika qayıdır” şüarı ilə aktiv müdaxilə strategiyasına keçidi Türkiyə və Rusiya üçün ABŞ təhlükəsini aktuallaşdırır. Düz məntiqlə iki ölkənin bu təhlükəyə qarşı yenidən yaxınlaşması gözləniləndir. Hərçənd, indi Britaniya-Çin xətti güclənir və bu xətdə həlledici oyunçu Türkiyədir. Yəni geosiyasi vəziyyət 5 il öncəki kimi deyil. ABŞ əsas rəqib kimi Çini görür və Pekinlə mübarizədə Türkiyəyə də, Rusiyaya da ehtiyacı var, lakin öncə bu iki ölkəni uzaqlaşdırmaq üçün Ərdoğana və Putinə ayrı-ayrılıqda təzyiq və təkliflər edəcək. Çünki ABŞ Türkiyə-Rusiya yaxınlığını Vaşinqtondan Pekinə uzanan siyasi coğrafiyada maraqlarına təhlükə hesab edir.

ABŞ-Rusiya toqquşması və Türkiyənin NATO ölkəsi olması Baydenin Ərdoğanla anlaşmağa çalışacağı fikrini önə çıxara bilər, amma qeyd etdiyim Britaniya-Çin xəttində baş verənlər Ərdoğandan fərqli olaraq, Putinin Baydenlə anlaşa biləcəyi ehtimalını gücləndirir. Birincisi, ABŞ Türkiyəyə qarşı PKK-nın Suriyadakı qolu PYD ilə əməkdaşlıq edir və Bayden administrasiyası bu terrorçuları tərəfdaşları hesab edir. Vaşinqton bu siyasətdən əl çəkməyəcək. Ərdoğanın görüşdən öncə - iyunun 2-də Milli Təhlükəsizlik Şurasının iclasını keçirməsi və terrora qarşı mübarizəni artırmaqla bağlı verilən qərarlar da Türkiyənin təhlükəni gördüyü deməkdir.

İkincisi, Bayden administrasiyası Ərdoğanla, yəni Türkiyənin müstəqil siyasi kursunu əsas götürən hökumətlə işləmək istəmir. ABŞ Prezidenti Ağ Evə gəlməmişdən öncə bunu açıq şəkildə bəyan edib. İndi Türkiyə daxilində AKP hökumətinə qarşı baş verənlər də bunu göstərir.

Üçüncüsü, Çindən Britaniyaya uzanan “Bir kəmər, bir yol” layihəsini ABŞ təhlükə hesab etdiyi qədər, Rusiya da layihədəki son dəyişikliyin Asiyadakı maraqlarına risklər yaratdığını hesab edir. Çünki Rusiyanın layihədə yer aldığı Şimal dəhlizi yox, Mərkəzi Asiyadan keçərək, Azərbaycan üzərindən Avropaya uzanan Orta dəhliz aktualdır. Bu dəhlizin aktuallığı Mərkəzi Asiya ölkələrinin Rusiyanın təsirindən uzaqlaşmasına, Türkiyəyə yaxınlaşmasına şərait yaradır, son proseslər də bu yöndədir. Bu baxımdan, ABŞ və Rusiya toqquşan tərəflər olsa da, “Bir kəmər, bir yol” layihəsinin yaratdığı təhlükəyə qarşı birləşə bilərlər.

Türkiyənin Şərqi Avropa ölkələri üzərində son dövrlər təsir imkanlarını artırmaq istiqamətində atdığı addımlar, Türk Şurasını beynəlxalq təşkilata çevirmək istəkləri də Rusiya üçün təhlükəli prosesdir. Lakin bu, ABŞ-ın Rusiyaya qarşı siyasətinin yox, Britaniya-Çin xəttinin tərkib hissəsidir. Koronavirus pandemiyasından sonra haqqında tez-tez bəhs edilən yeni dünya nizamında Türkiyənin regional gücü önə çıxır və Orta dəhlizin keçdiyi coğrafiyada həlledici oyunçu də Ankara olacaq. ABŞ layihənin qarşısını almaq üçün hazırda aktual olan Orta dəhlizin üzərinə hücum edir, Rusiya da bu dəhlizin aktuallığını azaltmaq üçün analoji addımlar atır. ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması qərarı, Tacikistan-Qırğızıstan toqquşması da Çinin sərhədlərində yeni münaqişə ocaqlarının yaradılması planıdır və proseslərin inkişafı Əfqanıstan üzərində yeni ekstremizm dalğasının artacağı gözləntilərini gücləndirir.

Bayden-Ərdoğan və Bayden-Putin görüşünün yeni geosiyasi mübarizənin başlanğıcı olacağını deyə bilərik. Bayden Ərdoğanı yeni dünya nizamında ABŞ-la birlikdə, daha doğrusu, ABŞ maraqları üçün hərəkət etməyə razı salmağa çalışacaq. Bunun reallaşacağı daha çətin görünür, o baxımdan, Baydenlə Putinin arxa fonda razlaşmalarının ola biləcəyi ehtimalı böyükdür.

-Yəqin ki, ABŞ və Türkiyə liderlərinin görüşündə Cənubi Qafqazla bağlı da müzakirə olacaq. Bu müzakirədən nə gözlənilir?

- Əslində geosiyasi mübarizənin əsas platforması Cənubi Qafqazdır. Çünki “Bir kəmər, bir yol” layihəsinin Şimal və Cənub dəhlizi məhz bu bölgədə, Azərbaycan üzərində Orta dəhlizlə birləşir və “hab” yaranır. İkinci Qarabağ müharibəsi, müharibədən sonra regionda təklif olunan “Altılıq platforması” bu prosesin tərkib hissəsi idi. ABŞ Çinin qarşısını məhz bu “hab”da almaq niyyətindədir. Gürcüstanın “Altılıq platforması”na isti yanaşmaması, Ermənistanda Paşinyan hakimiyyətinin üçtərəfli razılaşmaları icra etməmək cəhdləri də bundan qaynaqlanır.

Bayden müharibədən sonra regionda kommunikasiyasının bərpası prosesində iştirak etmək istəyir. Ərdoğandan əsas istəyi də bu olacaq - xüsusilə də Zəngəzur dəhlizi məsələsində. Nikol Paşinyanın Zəngəzur səfəri zamanı ABŞ-ın Ermənistandakı səfirinin də bölgəyə gəlişi, eyni vaxtda Ermənistanın sərhəddə atəşkəsi pozması təsadüfi deyildi. Əslində bu gün sərhəddə yaranan qarşıdurmanın əsası həmin vaxt qoyuldu və məqsəd Paşinyanın təklif etdiyi “beynəlxalq müşahidəçilərin” gəlişinə zəmin yaratmaq idi. ABŞ Zəngəzur dəhlizindən Mərkəzi Asiyaya çıxış üçün istifadə etmək niyyətindədir və bunu Mərkəzi Asiya ölkələri ilə yaratmaq istədiyi 5+1 formatının əsas logistikası hesab edir. Vaşinqton Bakı və Ankaraya birgə işləmək təklifini edir, buna paralel olaraq, təklifinin qəbul edilməsi üçün rıçaqlar da formalaşdırır. “Beynəlxalq müşahidəçi” məsələsi bu rıçaqlardan biri hesab oluna bilər. Baydenin Ərdoğandan istəyəcəyi məsələlərdən biri də Zəngəzur dəhlizi məsələsi olacaq.

- Bu, Rusiyanın maraqlarına zidd deyilmi?

- Əlbəttə, ABŞ-ın Mərkəzi Asiyaya çıxmaq planı Rusiyanın maraqlarına zidd addımdır. Lakin Moskva Orta dəhlizin aktuallığının arxa plana keçirilməsi baxımından bu coğrafiyada gərginliyin yaranmasında maraqlıdır. Çünki dünyanın gələcəyi Avrasiyada formalaşır və Rusiya bu gələcəkdən daha çox pay əldə etmək niyyətindədir. Rusiyanın mövqeyini anlamaq üçün “beynəlxalq müşahidəçilərin” sərhəd məsələsində iştirakına icazə verib-verməyəcəyinə baxmaq lazımdır. Fikrimcə, bu məsələ Bayden-Putin görüşündə həll olunacaq və istisna deyil ki, Moskva Vaşinqtona “hə” deyəcək.

- Türkiyə liderinin ABŞ lideri ilə görüşdən sonra dərhal Azərbaycana səfəri təsadüfdürmü?

- Təsadüfi deyil, qeyd etdiyim kimi, Cənubi Qafqaz hazırda ABŞ-Çin mübarizəsinə ev sahibliyi edir və proseslərə Bakıda aydınlıq gətiriləcək. Çin lideri və Avropa İttifaqı Şurası Prezidentinin eyni gündə Azərbaycan Prezidentinə zəng etməsi də təsadüfi deyildi. Ərdoğan və Əliyevin bu geosiyasi mübarizədə seçəcəyi tərəf güclənəcək. Fikrimcə, bu seçim Britaniya-Çin xətti üzrə edilib, lakin Türkiyə və Azərbaycan ABŞ-a qarşı mübarizədə ön xətdə olmaq istəmir, bu baxımdan, iki tərəf arasında manevr etmək, mübarizənin nəticəsini gözləmək siyasətini yürüdəcək. Ərdoğan da Bakıda Baydenlə görüşün nəticələrini müzakirə edəcək və qərarlar birgə veriləcək.

- Məlumdur ki, Ərdoğan Azərbaycana səfəri çərçivəsində Şuşada olacaq. Azərbaycan və Türkiyə rəhbərləri Şuşadan dünyaya hansı mesajları verə bilərlər?

- Türkiyə Prezidentinin Azərbaycana səfəri çərçivəsində Şuşanı ziyarət etməsinin ilk növbədə simvolik tərəfi var. Çünki Şuşa Qarabağın azadlığının rəmzidir. Ərdoğanın Şuşaya gəlişi özündə bir neçə hədəfi birləşdirir. Birincisi, Türkiyə və Azərbaycan liderləri Şuşadan dünyaya müharibənin başa çatdığının, münaqişənin bitdiyinin mesajlarını verəcək. İkincisi, Xankəndidə lövbər atmış Rusiyaya Şuşadan Türkiyənin Azərbaycanın maraqlarının müdafiəçisi kimi Qarabağda mövcudluğunun mesajı veriləcək. Üçüncüsü, bu səfər Türkiyənin Qarabağda hərbi mövcudluğunun rəsmiləşməsinin başlanğıcı ola bilər.

- Türkiyənin hərbi mövcudluğu demişkən, Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir. Fikirlər var ki, Ərdoğanın səfəri öncəsi belə bir dialoqun keçirilməsi Azərbaycanda Türkiyə hərbi bazalarının yerləşdirilməsinə hazırlıqdır. Türkiyənin hərbi bazasının Azərbaycanda, xüsusən də Qarabağa yaxın ərazilərdə yerləşdirilməsi mümkündürmü?

- Ərdoğanın səfərindən öncə belə bir iclasın keçirilməsi Türkiyənin Azərbaycanda hərbi mövcudluğunun - bu, hərbi baza, yaxud hansısa formada hərbi təmsilçilik də ola bilər - rəsmiləşməsinə hazırlığın getdiyi ehtimalını artırır. Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında da Türkiyə hərbçilərinin Azərbaycandakı fəaliyyətinin müzakirə edilməsi bu ehtimalı gücləndirən məqamlardandır. Bundan öncə türk hərbi bazalarının Azərbaycanda yaradılacağı haqda xəbərlər yayılmışdı, lakin Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyünün buna imkan vermədiyi açıqlandı. Hərçənd, bu, maneə deyil. Çünki Qoşulmama Hərəkatı hansısa hərbi bloka qoşulmağı qadağan edir, hərbi bazaların mövcudluğunu yox. Türkiyənin hərbi bazalarının olduğu bir çox ölkə, məsələn, İraq, Somali, Livan, Qətər və s. Qoşulmama Hərəkatının üzvüdür. Güman ki, həmin vaxt kənar müdaxilələri neytrallaşdırmaq üçün belə bir açıqlama verilmişdi.

Mümkündür ki, iclasda hərbi bazanın, yaxud hərbi təmsilçiliyin sənədləri hazırlansın və Ərdoğanın səfərində imzalansın. Mümkün hərbi bazanın Zəngilanda yerləşdirilə biləcəyi fikrini irəli sürmək olar. Çünki bu bölgə Zəngəzur dəhlizinə yaxındır və beləliklə Türkiyə Naxçıvan və Zəngilandan dəhlizin təhlükəsizliyini qarant altına almış ola bilər. Təbii ki, bunlar ehtimallardır. Lakin mövcud situasiya, geosiyasi mübarizənin çətin dövrə qədəm qoyduğu bir vaxtda böyük güclər Azərbaycanın seçim etməsi tələbini sərtləşdirə bilər. Türkiyənin hərbi bazasının olması Azərbaycanın böyük güclərin qarısını seçimi olacaq.

- Sərhədlərin delimitasiyası məsələsində Rusiya vasitəçiliyi var. Türkiyənin də prosesə qoşulması mümkündürmü?

- Putin-Bayden görüşü Rusiyanın sərhədlərin delimitasiyası prosesinə yanaşmasını müəyyən edəcək. Görüşdə razılıq olmasa, Rusiya Qarabağ münaqişəsinin həllində olduğu kimi, sərhədlərin müəyənləşməsində də Türkiyə ilə birlikdə hərəkət edə bilər. Lakin bu fikri zəiflədən tərəflər birdən çoxdur. Xüsusilə də Ermənistanda Paşinyan hakimiyyətinin mövqeyi və rusların Paşinyanı devirəcək qədər imkanlarının olmaması. Digər tərəfdən, yuxarıda qeyd etdiyimiz məqamlar Rusiyanın təklifdə olduğu kimi ABŞ və Fransanın gəlişinə razı olması ehtimalını önə çıxarır. Bu, ATƏT-in Minsk Qrupu formatının Qarabağdan sərhəd bölgəsinə keçidi ola bilər. Bunun bizim üçün müsbət tərəfləri var, hər şeydən öncə Qarabağ məsələsinin həll edildiyinin həmsədr ölkələr tərəfindən qəbul edilməsi baxımından. Lakin Azərbaycanın Türkiyənin iştirakı məsələsini qaldıracağı mümkündür. Fransanın Ermənistana yaxın mövqe tutması da prosesdə Azərbaycana yaxın bir ölkənin iştirakına şərait yarada bilər. Bakının Ankaranın iştirakı olmadan məsələyə razılaşacağı ehtimalı azdır.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Səhhətimdə problem yarandığı zaman Co Bayden evimə qədər gəlib, məni ziyarət edib” - Ərdoğan

    “Səhhətimdə problem yarandığı zaman Co Bayden ...

    9-12-2020, 17:10

  • 
  • İlhan Tanır: Ərdoğan son illərin siyasi kursunu davam etdirsə Türkiyə və Qərb arasında gərginlik davam edəcək

    İlhan Tanır: Ərdoğan son illərin siyasi kursunu ...

    30-06-2018, 09:40

  • 
  • “Rəsmi Ankara və rəsmi Moskvanın Qərblə mürəkkəb münasibətləri mövcuddur” - GƏLİŞMƏ

    “Rəsmi Ankara və rəsmi Moskvanın Qərblə mürəkkəb ...

    30-12-2020, 11:26

  • 
  • Ərdoğanın imzaladığı saziş Azərbaycana nə verəcək?

    Ərdoğanın imzaladığı saziş Azərbaycana nə verəcək? ...

    20-02-2021, 17:48

  • 
  • Türkiyə prezidenti Dağlıq Qarabağ münaqişəsindən bəhs etdi

    Türkiyə prezidenti Dağlıq Qarabağ münaqişəsindən ...

    17-11-2017, 13:26


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu