GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Nazim İbrahimovun ifadəsi generalı 15 il həbsə yollaya bilər

Nazim İbrahimovun ifadəsi generalı 15 il həbsə yollaya bilər

Tarix: 11-08-2021, 11:56 Bölmə :Müsahibə Baxış: 1 650
Nazim İbrahimovun ifadəsi generalı 15 il həbsə yollaya bilər


Hüquqşünas: “Gərək həmin ifadəni məhkəmədə də təsdiq etsin”

Ukraynada azərbaycanlı iş adamını öldürməkdə ittiham olunan general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə Bakı Hərbi Məhkəməsində proses davam etdirilir. Cinayət işi üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilən şəxslərdən biri də Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimov olub. İş üzrə hələ 2003-cü ildə dindirilən Nazim İbrahimov ifadəsində Elçin Əliyevi 1994-cü ildən tanıdığını, həmin vaxtlar özü də Kiyevdə sahibkarlıqla məşğul olduğunu deyib.

Bildirib ki, Elçin Əliyevlə münasibətləri yaxşı olub, ailəvi dostluq ediblər. Nazim İbrahimov ifadəsində göstərib ki, 1997-ci ildə Ukraynaya səfir vəzifəsinə təyin ediləndən sonra Elçin Əliyev həm yaxın dostu, həm də azərbaycanlı kimi səfirliyin texniki təminatında iştirak edib, hətta özünə məxsus “Ford Mustang” markalı avtomobilini də müvəqqəti səfirliyin istifadəsinə verib. Səfirliyin təminatla bağlı olan problemləri qısa müddət ərzində həll olunduqdan sonra Elçin Əliyevin avtomobili özünə geri qaytarılıb. Bununla yanaşı Kiyev şəhəri, Qluboçiskaya küçəsi 24 ünvanında yerləşən, Nazim İbrahimov və E.Əliyevin ofis kimi icarəyə götürdükləri 2 mərtəbəli bina səfirlik tərəfindən rəsmi qaydada Ukrayna dövlətindən alınıb. 2000-ci ilin avqust ayında Milli Məclisə keçirilən seçkilərlə bağlı Bakıya qayıdıb və 1 iyun 2001-ci ilədək Kiyev şəhərinə getməyib. Nazim İbrahimovun ifadəsinə görə, Rövşən Əkbərovla şəxsi tanışlığı olmayıb, onu yalnız Azərbaycanın Milli Qəhrəmanı və Müdafiə Nazirliyinin generalı kimi qiyabi olaraq mətbuatdan tanıyıb. Dostu Elçin Əliyevin öldürüldüyünü ona mərhumun biznes ortağı Səməd Novruzov zəng vurub deyib. Təyyarəyə bilet alıb birlikdə Kiyevə yola düşüblər, birbaşa morqa gediblər. Ekspert həkim onlara Elçin Əliyevin ürəyindən bıçaqlandığını söyləyib: “Oradan çıxıb milis idarəsinə getdik. Elçin Əliyevlə əlaqəsi olan şəxsləri dindirirdilər. Səfirliyin komendantı Qüdrət Əhmədov Rövşən Əkbərovun mənimlə görüşmək istədiyini dedi. Mən də razılaşdım. Həmin vaxt ”Dnepr" hotelində qalırdım. Rövşən Əkbərov qaldığım hotelin foyesinə gəldi".

Nazim İbrahimovun ifadəsinə görə, dostunun general tərəfindən qətlə yetirildiyini Rövşən Əkbərovun şəxsən özündən eşidib. Hətta tək özü deyil, onların yanında olan Qüdrət Əhmədov da bu deyilənləri eşidib. İfadəsində Rövşən Əkbərovla təklikdə görüşmədiyini, Qüdrət Əhmədovun da onların yanında olduğunu bildirib. Rövşən Əkbərov görüş zamanı Nazim İbrahimova hadisə baş verən gecə səfirlikdə keçirilmiş qonaqlıqdan sonra adını xatırlamadığı bir nəfərlə “Sikora” kafesinə getdiyini, Elçin Əliyevlə və Məzahir Şıxaliyevlə bir stolda oturduqlarını, aralarında hansısa kobud rəftara görə mübahisə yarandığını, Məzahiri yumruqla, Elçini isə bıçaqla vurduğunu danışıb.

Nazim İbrahimovun mətbuat səhifələrinə qədər gəlib çatan ifadəsində Rövşən Əkbərovun Elçin Əliyevi hansı səbəbə görə bıçaqla vurduğu bilinmir. Rövşən Əkbərovun cinayətlə bağlı Nazim İbrahimova və onun yanında olan komendant Qüdrət Həsənova dedikləri məhkəmənin gedişatında nəyi dəyişə bilər? Üstündən 18 il keçib bu ifadənin. Nə kimi hüquqi təsiri ola bilər?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, cinayət Ukraynada baş verdiyinə görə Azərbaycan Cinayət Məcəlləsinin 12-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslər ölkənin hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə Azərbaycan Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb edilməlidirlər: “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci(xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsinə əsasən, irəli sürülmüş ittiham təsdiqini taparsa, Rövşən Əkbərov 15 ilə qədər azadlıqdan məhrum edilə bilər. Nazim İbrahimovun ifadəsi hakim tərəfindən əsas götürülə bilər. Gərək həmin ifadəni Nazim İbrahimov məhkəmədə də təsdiq etsin. 3-cü şəxs də məhkəməyə dəvət olunub ifadəsi alınmalıdır”.

Hüquqşünas deyib ki, mətbuatda Nazim İbrahimovun bu iş üzrə məsuliyyətə cəlb edilə bilməsi haqda məlumatların heç bir əsası yoxdur: “Nazim İbrahimov olay baş verəndən sonra dindirilib və bildiklərini istintaqçılarla bölüşüb. Onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün hər hansı bir əsas yoxdur. Əsas olsaydı belə, artıq istintaqa cəlbetmə müddəti keçdiyi üçün ona irəli sürülmüş ittiham üzrə cəzadan azad olunmalıdır”.

Rövşən Əkbərov mənə dedi ki, Elçin Əliyevi öldürüb...” – Nazim İbrahimov oteldəki görüşdən danışdı Yeni Sabah

Hüquqşünas Nazim İbrahimovun Rövşən Əkbərovu cinayətdən sonra Ukraynadan Azərbaycana qaçırması haqda iddialar doğru olacağı halda istintaqa cəlb edilə biləcəyini deyib.

Baş Prokurorluğun ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbsi ilə bağlı yaydığı məlumatda bildirilir ki, o, Azərbaycan vətəndaşı, 1971-ci il təvəllüdlü Elçin Fəday oğlu Əliyevi 1 iyun 2001-ci il tarixdə Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində soyuq silahla qəsdən öldürməkdə ittiham olunur.

31.05.2001-ci il tarixdən 1 iyun 2001-ci il tarixə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat təxminən 2-3 radələrində həmin kafenin yaxınlığında Elçin Fəday oğlu Əliyevlə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə onun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək sonuncunun qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

15 mart 2021-ci il tarixdə Rövşən Əkbərov CM-in 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan edilmiş və Baş Prokurorluğun təqdimatına əsasən Bakı Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. Hazırda Rövşən Əkbərovun cinayət işi üzrə proses davam etdirilir.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ÜAK-ın taleyi sentyabrda həll olunacaq – Komitə sədri

    ÜAK-ın taleyi sentyabrda həll olunacaq – Komitə ...

    21-08-2017, 16:16

  • 
  • DİASPOR RƏHBƏRİ: ” Mənim İbrahimovlardan heç vaxt asılacağım olmayıb”

    DİASPOR RƏHBƏRİ: ” Mənim İbrahimovlardan heç vaxt ...

    13-01-2017, 23:55

  • 
  • Deputat Əliağa Hüseynov prezidentin işdən çıxardığı generalı müdafiə etdi

    Deputat Əliağa Hüseynov prezidentin işdən ...

    12-07-2017, 14:11

  • 
  • Qiyas İbrahimovun anası: “Oğluma qarşı təzyiqlər var”

    Qiyas İbrahimovun anası: “Oğluma qarşı təzyiqlər ...

    28-01-2019, 20:44

  • 
  • Çingiz Hüseynzadə Ramil Quliyevə cavab verdi

    Çingiz Hüseynzadə Ramil Quliyevə cavab verdi ...

    15-08-2017, 15:22


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu