GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Çingiz Hüseynzadə Ramil Quliyevə cavab verdi

Çingiz Hüseynzadə Ramil Quliyevə cavab verdi

Tarix: 15-08-2017, 15:22 Bölmə :Müsahibə Baxış: 511
Çingiz Hüseynzadə Ramil Quliyevə cavab verdi


"Dünyada ilk dəfə bir azərbaycanlı - Ramil Quliyev dünya çempionu oldu. Bu, böyük hadisədir. Orada onu təbrik etdik. Həmçinin cənab İlham Əliyev və cənab Rəcəp Tayyip Ərdoğan da onu təbrik etdi".

Bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının (AAF) prezidenti Çingiz Hüseynzadə yığmanın sabiq üzvü Ramil Quliyevin Türkiyə millisinin heyətində 200 metr məsafəyə qaçış üzrə dünya çempionu olmasına münasibət bildirərkən deyib.

Ç.Hüseynzadə bildirib ki, R.Quliyevlə bağlı 6 il əvvəl dediklərini təkzib etmir: "Atletika fərqli idman növüdür. Burada hazırlıq məsələsi var. Bəli, demişdim ki, Rio-de-Janeyroda nəticəsi olmayacaq, olmadı da. Ramil 2015-ci ildən sonra uğur qazanmağa başladı. Bu məsələnin bir idman tərəfi var, bir də mənəvi tərəfi. Quliyev yeganə idmançıdır ki, 19 yaşında heç bir nəticəsi olmadığı halda, cənab prezident onu evlə təmin edib. Bu, federasiyanın təqdimatı ilə olub. Həmçinin "Neftçi"də yüksək maaş alıb. Bunları araşdırın".

AAF prezidenti Layeş Abdullayeva ilə bağlı dərc olunan məqaləyə də münasibət bildirib: "Yazı "Guardian" jurnalında çap olunub. Bu nəşrdə 417 məqalə dərc edilib. Avropa Oyunları dövründə Azərbaycana çirkab atırdılar. Bildiyiniz kimi, Avropa Oyunları zamanı onlara akkreditasiya verilməmişdi. Buna rəğmən, çirkli şeylər yazmaqda davam etdirdilər. "Guardian"ın cavabını bizim jurnalistlər araşdırma apararaq, verməlidirlər. Ona görə sizə müracəit edirəm. Bütün dünyada araşdırmalar aparılır, nədənsə bizdə yoxdur. Jurnalistə məmur yox, jurnalist cavab verməlidir. Mənim 7 min dollar mənimsəməyimə gəlincə, onun federasiya ilə deyil, klubla müqaviləsi vardı. Ona mükafatı nazirlik verib. Bu pulu mən mənimsəyə bilmərəm. Ola bilər ki, Bakıda kiminsə ona borcu var. Amma federasiya ilə heç bir əlaqəsi yoxdur. Həm də onun kifayət qədər pulu var və vətəni Efiopiyada biznes qurub".
Ç.Hüseynzadə deyib ki, Azərbaycan ilk dəfə bu il Londonda keçirilən dünya çempionatına 5 vəsiqə qazanıb, lakin atletlərdən biri zədələndiyi üçün start xəttinə çıxmayıb: "Aleksis Kopello və Anna Skidan 5-ci yeri tutdular ki, bu da yaxşı nəticədir. Onların nəticələri xarici mütəxəssislər tərəfindən də yüksək qiymətləndirildi. Hayle İbrahimov uğursuz çıxış etdi. Nazim Babayev isə hələ gəncdir, karyerası qabaqdadır. Ondan indi nəticə tələb olunmur".

MOK-un vitse-prezidenti bildirib ki, atletlərin hazırlığı üçün ölkədə yetərincə şərait yoxdur: "Bunlar ümumi problemlərdir. Ona görə də təlim-məşq toplanışı üçün xaricə gedirik. Federasiyaya dövlət tərəfindən bir qəpik də pul ayrılmır. Federasiya stadion tikə bilməz".

Qeyd edək ki, Ramil Quliyev 2011-ci ilin aprelində Türkiyə vətəndaşlığını qəbul edib. O, dünya çempionu tituluna sahib çıxana qədər 200 metr məsafəyə qaçış üzrə 2009-cu il Universiadasının və "Brilliant Liqa"nın 2017-ci il Paris mərhələsinin qalibi, 2015-ci il Universiadasının və 2016-cı il Avropa çempionatının bürünc mükafatçısı olub. R.Quliyev 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirak edib, 100 metr məsafəyə qaçışda 9,97 saniyə, 200 metr məsafəyə qaçışda isə 19,88 saniyə nəticələrlə şəxsi rekordlara imza atıb./report
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ramil Quliyevi təhdid ediblər: “Azərbaycana gəlsən həbs olunacaqsan”

    Ramil Quliyevi təhdid ediblər: “Azərbaycana ...

    12-08-2017, 10:00

  • 
  • 200 metr məsafəyə qaçışda Türkiyəni dünya çempionu edən Ramil Quliyev kimdir?

    200 metr məsafəyə qaçışda Türkiyəni dünya ...

    11-08-2017, 12:43

  • 
  • İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin prezidenti seçilib

    İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin ...

    1-12-2016, 19:06

  • 
  • İdmançımız dünya çempionu oldu

    İdmançımız dünya çempionu oldu ...

    25-10-2015, 13:33

  • 
  • Soçi Olimpiadasına 4 idmançı ilə

    Soçi Olimpiadasına 4 idmançı ilə ...

    1-02-2014, 00:48


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu