GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Tehranın əsassız aqressiyası: dərinləşən qarşılıqlı etimadsızlığın izləri qalacaq - HƏQİQƏTƏN DƏ...

Tehranın əsassız aqressiyası: dərinləşən qarşılıqlı etimadsızlığın izləri qalacaq - HƏQİQƏTƏN DƏ...

Tarix: 6-10-2021, 11:12 Bölmə :Müsahibə Baxış: 378

İran tərəfindən Azərbaycana qarşı neqativ münasibət, verilən xoşagəlməz bəyanatlar son iki həftədə pik həddə çatıb. Əvvəlcə Ərdəbilin imam-cüməsi, İranın ali dini liderinin nümayəndəsi molla Həsən Amuli ölkəmizə qarşı qərəzli və bir qədər də gülünc açıqlamalar verdi. Rəsmi Bakı tərəfindən buna reaksiya bildirilmədi. Daha sonra İran Azərbaycanla sərhədə qoşun yığdı, təlimlər keçirməyə başladı. Eyni zamanda, Tehran rəsmiləri Azərbaycanı ittiham edən açıqlamalarla gündəmə gəldilər. Faktiki olaraq ölkəmizi “sionistlərə” dəstək verməkdə ittiham etdilər. Həmçinin İranın ali dini sideri Seyid Əli Xamneyi “Twitter” hesabında Azərbaycana xəbərdarlıq xarakterli fikirlər yazdı.

Nəhayət ki, Azərbaycan tərəfindən İranın bütün ittihamlarına, aqressiyasına ən yüksək səviyyədə cavab verildi. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilən Cəbrayıl rayonuna səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşündə cənub qonşumuza yönəlik mesajlar səsləndirib.

“Biz xoş niyyət göstəririk. Amma bu, o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Mən bunu burada – Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq”, - deyən ölkə başçısı vurğulayıb ki, Azərbaycan bu ittihamları rədd edir: “İttihamları rədd edirik, qəbul etmirik və sübutlar tələb edirik. Bilirsiniz, bu yaxınlarda İranın hansısa əyalət mollası ağzını açıb Azərbaycana qarşı iftiralar uydurmuşdur. Mənə məlumat verildi, mən dedim ki, fikir verməyin. Hansısa əyalət mollasının sözləri ilə biz indi bu fikirlərə əhəmiyyət verəsi deyilik. O kimdir ki?! Sadəcə olaraq, əhəmiyyət verməyin. Amma sonra, əfsuslar olsun ki, rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Onlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Burada bir bina da yoxdur. Sübutlar var? Yoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun. Azərbaycan müstəqil siyasət aparan ölkədir. Bunu hər kəs bilir və birinci il deyil ki, müstəqil siyasət aparırıq. Qonşularımızla və bütün başqa ölkələrlə münasibətləri müstəqil siyasət əsnasında qururuq. Heç kim bizim daxili işimizə qarışmasın. Biz hansı ölkə ilə hansı səviyyədə münasibətlər qururuq, bizim öz işimizdir”.

“Biz 130 kilometr Azərbaycan-İran sərhədini işğalçılardan təmizlədik. 130 kilometr Ermənistanın işğalı altında idi. O vaxt burada hansı proseslər gedirdi, onu gərək araşdırsınlar. Hansı əlaqələr var idi, bunu biz indi araşdırırıq. Yoxsa durduğu yerdə Azərbaycanı ittiham etmək ki, Azərbaycan hansısa ölkəni Azərbaycana gətirib. Guya Azərbaycanı Azərbaycan xalqı yox, Azərbaycan dövləti yox, hansısa kənar qüvvə idarə edir. Bu, bizə qarşı hörmətsizlikdir. Biz bunu heç vaxt qəbul edə bilmərik. Hər kəs də bunu bilməlidir. Bundan sonra da Azərbaycan öz xarici əlaqələrini və daxili işlərini bildiyi tərzdə planlaşdıracaq. Heç kim bizim işimizə burnunu soxmasın”, - İ.Əliyev bəyan edib.

İranın son vaxtlar Azərbaycana qarşı aqressivləşməsinə toxunan ekspertlər bunun bir neçə səbəbinin olduğunu bildirirlər.

Milli Məclisin deputatı Asim Mollazadənin AYNA-ya dediyinə görə, İran çox narahatdır ki, onların qardaş bildikləri Ermənistan müharibədə acınacaqlı şəkildə məğlub olub: “İran 30 ildir ki, Ermənistanı dəstəkləyir, bundan Azərbaycana qarşı alət kimi istifadə edirdi. Rusiya Ermənistana silahlandıraraq dəstək verir, amma İran bu illər ərzində Ermənistanın ayaqda durmasının səbəbkarıdır. Ermənistana qida, yanacaq, bir sözlə hər şey İrandan aparılırdı. Əsasən də, Tehranın dəstəyi Azərbaycanın işğal altında olan ərazilərindəki separatçı-terrorçu ermənilərə idi. Baxmayaraq ki, Azərbaycan ərazilərini işğaldan azad edib, amma İran Qarabağda qalan separatçı tör-töküntüyə bu gün də yardım etməkdədir. Bu, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir”.

“İran həm də ona görə məyusdur ki, bölgədə təsirlərini itirməkdədir. Ermənistanın məğlubiyyəti Tehranın regiondakı imkanlarını azaldıb. Bununla yanaşı, İran güman ki, erməni diasporunun dəstəyindən yararlanmaq istəyir. Hesab edirlər ki, İrana qarşı beynəlxalq sanksiyaları azaltmaq baxımından erməni diasporunun onlara köməyi ola bilər. Erməni diasporası ilə İran eyni təfəkkürdədirlər. İranla ermənilərin yaxınlığı təkcə bizim bölgədə deyil, Orta Şərqdə də mövcuddur. Azərbaycan İranın cavabını verməyə qadirdir. Azərbaycan dost və müttəfiq ölkələrlə birgə İranın hansısa hərəkətlərinin qarşısını qısa müddətdə almaq gücünə malikdir. Hesab edirəm ki, Tehran bizim işlərimizə burnunu soxmamalıdır. Yaxşı olar ki, İran ermənilərə xərclədiyi vəsaiti öz daxilində ciddi sosial-iqtisadi böhran yaşayan xalqına sərf etsin”, - deyə deputat əlavə edib.

A.Mollazadə hesab edir ki, Prezident İlham Əliyevin bəyanatları ilə İran cavabını almış oldu: “Tehran anladı ki, Azərbaycan düşündükləri kimi aciz ölkə deyil. Başa düşdülər ki, onlar hansı fəsadlarla üzləşə bilərlər. Təbii ki, İran yenə də Ermənistana dəstəyi davam etdirəcək, qardaş bildikləri Ermənistana yardımları əsirgəməyəcək. Tehran faktiki olaraq ermənilərin revanşını dəstəkləməyə hazır olduğunu nümayiş etdirir”.

Politoloq Şahin Cəfərli isə AYNA-ya bildirib ki, İranın aqressivləşməsinin səbəbləri bir yox, bir neçədir: “44 günlük müharibədən sonra yaranan yeni geosiyasi reallıqlar ən çox İranı narahat edir. Çünki burada Tehran öz maraqlarına bir neçə istiqamətdən təhlükə görür. Birincisi, İranı ən çox narahat edən məsələ Zəngəzur dəhlizidir. İran düşünür ki, Azərbaycan və Türkiyə birlikdə dəhliz yaratmaq istəyirlər ki, bu dəhlizi də Ermənistan suverenliyindən çıxarmaq niyyəti mövcuddur. Tehran hesab edir ki, əgər dəhliz yaranarsa, bu yol üzərində Ermənistanın heç bir nəzarəti və suveren hüququ olmayacaq. Eyni zamanda, bu dəhliz də İranı Ermənistandan təcrid edəcək. Bununla İranın nəinki Ermənistana çıxışı bağlanır, həm də Ermənistan vasitəsilə Gürcüstana, oradan da Avropaya gediş qapanır. İran Zəngəzur dəhlizini dövlət maraqlarına ən ciddi təhdid kimi dəyərləndirir. Tehranın son həftələrdə aqressivləşməsinin təməlində dayanan məsələlərdən biri budur”.

“Tehranı narahat edən digər məsələ Türkiyənin Cənubi Qafqazda nüfuzunun daha da artması, Azərbaycanda dayaqlarının möhkəmlənməsi, iki ölkənin hərbi əməkdaşlığının müttəfiqlik səviyyəsinə yüksəlməsidir. Türkiyə-Azərbaycan hərbi müttəfiqliyinə Pakistanın da meyl etməsi var. Bütün bu proseslər İranın regiondan sıxıçdırılmasına, çıxarılmasına yönəlik proseslərdir. Hər halda Tehran bu cür düşünür. Məlumdur ki, Türkiyə bölgədə İranın əsas rəqibidir. Bir tərəfdən Türkiyənin mövqeyi regionda güclənir, digər tərəfdən İran-Pakistan münasibətlərinin alt qatlarında ciddi problemlər var. İranın Sistan-Bəlucistan vilayətində separatizm mövcuddur ki, Tehran həmin separatizmi Pakistanın körüklədiyini hesab edir. Bu məsələ ilə bağlı iki ölkə arasında zaman-zaman problemlər yaşanır. Yəni ki, ölkələr arasında münasibətlər rəvan deyil. Belə olan halda, İran Şimal sərhədlərində Pakistanın da möhkəmlənməsindən narahatdır. Bir tərəfdən Türkiyə və Pakistan, digər yandan İsrail-Azərbaycan əməkdaşlığı İranı ciddi şəkildə narahat edir”, - analitik qeyd edib.

Ekspert onu da əlavə edib ki, İkinci Qarabağ müharibəsindən sonra İsrailin də Azərbaycanda nüfuzu güclənib – həm ictimai nüfuzu, həm də ölkələr arasında hərbi əməkdaşlıq inkişaf edir: “İranda da belə şübhələr var ki, İsrail işğaldan azad edilən ərazilərdə kəşfiyyat işləri aparır. Prezident İlham Əliyev belə bir halın mövcud olmadığını açıq şəkildə bildirdi, Azərbaycanın mövqeyini açıqladı. Lakin proseslər İranı aqressivləşdirib”.

Siyasi şərhçi deyib ki, İran dövləti şimal sərhədlərində güclü, inkişaf etmiş və demokratik Azərbaycanın formalaşmasında heç vaxt maraqlı olmayıb: “Azərbaycanın müstəqilliyinin ilk günlərindən etibarən Tehranın Bakıya qarşı siyasəti birmənalı deyil. Azərbaycanın müstəqilliyini İran özünə qarşı potensial təhdid kimi görüb. Çünki Azərbaycanda güclü, müstəqil və demokratik dövlət formalaşarsa, bu, Güney Azərbaycan türkləri üçün cazibə mərkəzinə çevrilər və İranda separatizmi gücləndirə bilər. Bu da İranın ərazi bütövlüyünə, ümumiyyətlə, dövlətin mövcudluğuna real təhlükədir. Ona görə də İran hər zaman Azərbaycanın zəif, öz problemləri içərisində ilişib qalmış ölkə kimi görmək istəyir. Amma Azərbaycanın müharibədə qalib gəlməsi, öz gücünü ortaya qoyması Güney Azərbaycan türkləri arasında oyanışa səbəb oldu. Müharibə zamanını xatırlayaq: Azərbaycan Ordusu Araz boyunca əraziləri işğaldan azad etmək üçün irəliləyəndə, o tayda tüklər əsgərlərimizi alqışlayırdılar, duyğulu anlar yaşanırdı. Eləcə də, müharibə zamanı Rusiya Ermənistana İran üzərindən silah göndərərkən oradakı azərbaycanlılar etiraz aksiyaları keçirdilər. Yəni ki, orada türklərin oyanışı oldu və təbii ki, Tehran bunu qeydə aldı”.

“Aydındır ki, hər iki ölkə arasında qarşılıqlı etimadsızlıq var. Ümumiyyətlə, bu etimadsızlıq var idi, lakin son hadisələr bu məqamı daha da dərinləşdirdi. Bundan sonra İran-Azərbaycan arasında ciddi konfrantasiyanın, qarşıdurmanın, müharibənin olacağını hesab etmirəm. Bu ehtimal həddən artıq zəifdir. Amma proseslərin, qarşılıqlı etimadsızlığın izləri qalacaq, münasibətlərə mənfi təsirləri olacaq. Zahirən münasibətlər düzələ bilər, dövlət başçıları arasında görüş keçirilə bilər. Bundan sonra dövləti idarə edən siyasətçilər müsbət tonda bəyanatlar verə bilərlər. Lakin alt qatlarda etimadsızlıq qalacaq”, - deyə Ş.Cəfərli fikrini tamamlayıb.
 


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ərdəbilin imam cüməsi bu dəfə Azərbaycanı təriflədi

    Ərdəbilin imam cüməsi bu dəfə Azərbaycanı ...

    13-05-2014, 10:23

  • 
  • Ərdəbilin imam cüməsi qondarma "DQR" rəsmisindən müsahibə aldığı üçün Tehranın “Şərq” qəzetini qınayıb: “Bu, rüsvayçılıqdır”

    Ərdəbilin imam cüməsi qondarma "DQR" ...

    11-12-2017, 17:44

  • 
  • İranın dini lideri Azərbaycana çağrış etdi

    İranın dini lideri Azərbaycana çağrış etdi ...

    12-12-2016, 20:57

  • 
  • İranın ali rəhbəri əsrin sonunda İsrailin mövcud olmayacağını bəyan edib

    İranın ali rəhbəri əsrin sonunda İsrailin mövcud ...

    11-09-2015, 17:08

  • 
  • Şeyxin Tehran cəhdi

    Şeyxin Tehran cəhdi ...

    19-05-2013, 13:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu