Bundan öncə isə Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur, Xalxalın millət vəkili Bəşir Xaliqi və İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani sözügedən müsahibəyə görə “Şərq” qəzetinə öz etirazlarını bildiriblər.
gundemxeber.az GünAz TV-yə istinadən xəbər verir ki, Ərdəbilin imam cüməsi Həsən Amuli cümə namazı xütbələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı erməni cinayətkarından müsahibə alan İranın rəsmi “Şərq” qəzetinin bu hərəkətini qınayıb.
Ötən həftə Tehranın “Şərq” qəzeti özünü qondarma "Dağlıq Qarabağ Respublikası"nın (DQR) xarici işlər naziri kimi təqdim edən Masis Mailyandan müsahibə alıb, müsahibədə Dağlıq Qarabağın müstəqil ölkə olduğu, bu ərazilərin ermənilərə aid olduğu dilə gətirilib.
Dekabrın 8-də cümə namazı xütbələrində bu məsələyə toxunan H.Amuli bildirib ki, cinayətkar bir insandan müsahibə almaq bir qəzet üçün rüsvayçılıqdır.
“Çox tirajla nəşr olunan bir qəzet özünü dövlət adlandıran saxta və işğalçı bir hökumətin xarici işlər nazirindən müsahibə alıb onların batil və yalan iddialarını dünya ictimaiyyətinə yayıb. Qəzet bu həddə də olsa, onlara rəsmiyyət verib. Bu hərəkəti şiddətlə qınayır və etiraz edirik. Biz bu vasitə ilə İranla Azərbaycanın əlaqələlərinə xələl gətirənlərə diqqət yetirməyən Xarici İşlər Nazirliyinə də öz etirazımızı bildiririk”, - deyə o vurğulayıb.
Əli Xameneinin Ərdəbil Əyalətindəki nümayəndəsi əlavə edib ki, “Şərq" qəzetinə müsahibə verən şəxs özünü Dağlıq Qarabağın "xarici işlər naziri" kimi təqdim edib: "Halbuki, bu insan həqiqi mənada cinayətkardır, Dağlıq Qarabağ Respublikası isə heç bir ölkə tərəfindən rəsmi olaraq tanınmayıb, Birləşmiş Millətlər Təşkilatının üzvü də deyil. Ona görə də belə bir müsahibənin alınması qəzetin etibarsızlığını göstərir.”
Bundan öncə isə Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur, Xalxalın millət vəkili Bəşir Xaliqi və İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani sözügedən müsahibəyə görə “Şərq” qəzetinə öz etirazlarını bildiriblər.
Azərbaycanın ərazi bütövlüyünə qarşı yönələn müsahibə dekabrın 2-də qəzetin 3024 sayılı nəşrində dərc olunub. Müsahibə uzun illərdir “Azəriha” saytı və “Şərq” qəzetində Azərbaycan əleyhinə yazılar dərc edən Salar Seyfəddini tərəfindən alınıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?