GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Kəramətin atası danışdı: “Dövlət ona...”

Kəramətin atası danışdı: “Dövlət ona...”

Tarix: 8-10-2021, 11:09 Bölmə :Müsahibə Baxış: 496


Qəşəm Nəcəfzadə: "Mənə xəbər edəndə dedim ki, sən gəldiyin yolun son mənzili buradır"


Xəbər verdiyimiz kimi, tanınmış yazar Kəramət Böyükçöl Bakı Şəhər Narkoloji Dispanserinə yerləşdirilib. Bu barədə mətbuata atası, şair Qəşəm Nəcəfzadə məlumat verib. O bildirib ki, Kəramət Böyükçöl spirtli içkiyə qurşandığına görə dispanserə aparılıb, lakin hələ onunla əlaqə saxlaya bilməyib. Eyni zamanda Qəşəm Nəcəfzadə oğluna baş çəkəcəyini də qeyd edib.

Musavat.com Kəramət Böyükçölün vəziyyəti ilə bağlı məlumat almaq üçün atası, yazıçı Qəşəm Nəcəfzadə ilə əlaqə saxlayıb. Qəşəm Nəcəfzadə hələ ki, oğlunu görə bilmədiyini bildirib: “Hələ ki, Kəraməti görməmişəm. Onu bu gün günorta saat 2-də Narkoloji Dispanserə yerləşdirdilər. Mən özüm onun arxasınca getmədim. Çünki o mənə çox güvənir və mənə deyəcəkdi ki, burada qalmaq istəmirəm. Mən də kövrələrək onu götürüb gələcəkdim. Amma onun müalicəyə ehtiyacı var. Ona görə də mənə də xəbər edəndə dedim ki, sən gəldiyin yolun son mənzili buradır. Bilmirdinmi bura qədər gələcəksən? Narkoloji Dispanserə yerləşdirilsə o, alkoqolizmdən müalicə olunur. Kəraməti xroniki alkoqolizmdən müalicə edirlər. Bəzi dostlar sual verir ki, narkotik istifadə edirdimi, mən cavab verirəm ki, yox dispanserin tərkibində alkoqolizmdən müalicə də var. Sonra sual verirlər ki, siyasi məsələyə görəmi oraya yerləşdiriblər. Axı, siyasi məsələyə görə dispanserə yerləşdirmirlər. Bura yalnız xəstəliyin müalicəsi üçündür. Kəramətin alkoqolizmdən müalicəsi təbii ki, olmalıydı. Sabah onun yanına gedəcəm. Görüm, vəziyyəti necədir?”

Qəşəm Nəcəfzadə zaman-zaman mətbuata verdiyi açıqlamaların yanlış dərc edildiyini də bildirdi: “Mən körpə vaxtından Kəramətə bir ümumi dəftər tutmuşam və anadan olannan bəri onun bədəni hansı iynələr götürür, hansı dərmanlara reaksiyası necədir, nə peyvəndlər olunub- hamısını yazmışam. Ona nə zaman nə isə olursa dərhal mənə zəng elətdirir ki, görün atam nə deyir, bu iynəni mənə vurmaq olarmı? Bir dəfə hansısa media orqanına müsahibə verəndə demişdim ki, qorxuram ona hansısa iynə əks- reaksiya verər. Götürüb yazmışdılar ki, Qəşəm müəllim deyir ki, qorxuram oğlumu müəyyən statuslar yazdığına görə iynə vurub öldürərlər. Mən hansısa bir iynənin Kəramətə əks reaksiyasından danışıram. Bütün müalicələrdə dimedrol istifadə edildiyi halda Kəramətə dimedrol reaksiya verir. Bu şeyləri həmin dəftərində qeyd etmişəm və üç övladımın hər birinə də körpəlikdən o dəftəri tutmuşam. İndi nə edim, Allahın işidir. Kəramət müalicə olunmalıdır. Mən də atayam, pis oluram, sarsılıram , amma nə etmək olar... Bu adam mənim sözümə baxmır”.

Kəramətin bu cür statuslarına hökümət dözümlü yanaşırmı sualına cavab verən Qəşəm Nəcəfzadə bildirdi ki, hakimiyyət, dövlət həmişə ona qayğı ilə yanaşır: “Kəramət düz eləmir. Bir var insan analitik təhlil edə, jurnalist mövqeyini ortaya qoya, bir də var içkinin təsiri ilə 3-4 cümləlik bir söz deyə…Kəramət dövlətimizə dövlətçiliyimizə, vətənimizə, Şuşamıza bağlı insandır, dövlətini sevən oğlandır. Bir dəfə sizin Musavat TV-də də demişdim ki, mən yaltaq böyütməmişəm, rüşvətxor böyütməmişəm , amma belə bir insan böyütmüşəm. Kəramət düzgün etmir. Keçən dəfə o həbs olunanda cənab nazir Vilayət Eyvazov mənə zəng etdi. İlk cümləsi də belə oldu ki, onu tanıyıram, oxuyuram. Sizi də tanıyıram, oxuyuram. Və cənab prezidentin iradəsi ilə o, azad olundu. Bu böyük etimaddır, harada olursan ol, adam dövlətinə söykənəndə daha gözəl olur. Kim sənə arxa durursa dursun, amma dövlətin sənə dəstək olması başqadır. Söhbət dövlətdən gedir. Kəramətə həmişə qayğı ilə, sayğı ilə yanaşıblar. Amma burada məsələ içkidən gedir. O xroniki xəstədir. Gecənin bir aləmində içir və beyni qarışır, belə şeylər yazır və görürəm ki, səhər onu silir. Oğlum düz eləmir. Mənim sözümə də baxmır”.

Qəşəm Nəcəfzadə Qarabağın işğaldan azad olunması ilə bağlı dövlət başçısının apardığı siyasətdən də danışaraq, onun təqdirə layiq olduğunu bildirdi: “ Bizim Qarabağ problemimizi nə ötən əsrdə, nə də bu əsrdə həll edən bir dövlət lideri olmamışdı.

Prezident bu gün həm Avropa ilə vuruşur, həm İranla vuruşur. Görün bu insan nə qədər sıxılır, nə qədər təzyiqlərə məruz qalır. Həmin təzyiqlər altında Şuşanı xilas etmişik. Qarabağı azad etməyin yolunu tapmışıq və ən optimal variant da budur. Bəziləri deyirlər ki, gərək Xankəndini də vurub keçərdi, oradan da Göyçəyə adlayardı. Amma bütün bunlar nağıldır. Yavaş- yavaş etmək lazımdır. Bu böyük bir siyasətin nəticəsidir, o da dəmir yumruq siyasətidir. Digər yumruğumuz da mətbuat olmalıdır, qələm-kitab olmalıdır. Bu mənada nöqsanlar varsa, onları demək olar. Amma gözünü yumub hər şeyi inkar etmək ən azından insanlığa uyğun deyil”.


Gündəmxəbər.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kəramət Böyükçöl saxlanıldı

    Kəramət Böyükçöl saxlanıldı ...

    18-08-2020, 17:26

  • 
  • “Çingiz Qənizadə mənə pul təklif etdi, götürmədim” – Kəramət Böyükçöl

    “Çingiz Qənizadə mənə pul təklif etdi, ...

    11-02-2020, 17:53

  • 
  • Canlı yayım zamanı Kəramətin yanında kim olub? – Sevgilisindən açıqlama

    Canlı yayım zamanı Kəramətin yanında kim olub? – ...

    19-08-2020, 13:18

  • 
  • Damla Kəramət Böyükçölü məhkəməyə verir - Bu videoya görə

    Damla Kəramət Böyükçölü məhkəməyə verir - Bu ...

    13-08-2021, 11:30

  • 
  • Müalicə almağa başlamışam - Kəramət Böyükçöl

    Müalicə almağa başlamışam - Kəramət Böyükçöl ...

    19-08-2020, 20:37


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu