“Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə 10 noyabr 2020-ci ildən başlayaraq biz diplomatik korpusla Azərbaycanın işğaldan azad edilmiş torpaqlarına 7-ci dəfə səfər edirik”.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Tivtter”də paylaşım edib. H. Hacıyev qeyd edib ki, bu dəfə məqsəd Suqovuşan və Talışa səfərdir: “Ermənistan Suqovuşanı işğal etməkdə böyük əraziləri suvarma suyundan məhrum etmişdi”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?