GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “SÜRÜCÜM YAZIB, MƏN SADİQ OLMUŞAM...” – Deputat “passovet” haqda da yazıbmış...

“SÜRÜCÜM YAZIB, MƏN SADİQ OLMUŞAM...” – Deputat “passovet” haqda da yazıbmış...

Tarix: 26-10-2021, 15:09 Bölmə :Müsahibə Baxış: 734

“Mən başa düşmürəm ki, niyə bəzi insanlar hər şeydə neqativ axtarırlar, fürsətdən istifadə edib, dərhal tənqidə əl atırlar. Mənim telefonumda seçki ilə bağlı şəkillər var idi. Müşahidəylə məşğul olduğum üçün sürücüm şəkilləri sosial şəbəkə səhifəmdə yerləşdirirdi. Paylaşımdakı orfoqrafik səhvlərə də o zaman yol verilib".

Gundemxeber.Az xəbər verir ki, bunları deputat Cavanşir Paşazadə "modern.az"a açıqlamasında bildirib. O, əlavə edib ki, deputat olaraq, həmişə işinin başında, seçicilərinin yanındadır. "Təəssüf ki, bəzi insanlar gördüyümüz işlərə kölgə salmağa çalışırlar. Lakin inanıram ki, yaxşı işlərə mane ola bilməzlər. Mən hər zaman dövlətimə, xalqıma sadiq olmuşam. Hesab edirəm ki, fürsətdən bi cür istifadə edənlər mənim fəaliyyətimə kölgə sala bilməyəcəklər”, - deyə C.Paşazadə vurğulayıb.

Deputat bir başqa açıqlamasında isə (manset.az) məşhur "Facebook" statusu ilə bağlı bunları deyib: “O yazını mən yazmamışam, sürücüm yazıb. Ümumiyyətlə, mən belə işlərlə məşğul olmuram. Bir də ki, mənim sürücüm nə yazıb, bunun kimə nə dəxli var? Təyyarədən indi düşmüşəm, çox danışmayacam. Nə baş verib, salamatçılıqdır?...”

Qeyd edək ki, deputat sürücüsünü özü ilə birgə Özbəkisatan aparıb-aparmadığı barədə sualı cavabsız qoyub.

Xatırladaq ki, Cavanşir Paşazadənin "Facebook" hesabında Özbəkistandakı seçkilərlə bağlı yerləşdirdiyi orfoqrafiq səhvlərlə dolu paylaşımı sosial şəbəkələrdə tənqid və gülüş obyektinə çevrilib. Deputat statusun sürücüsü tərəfindən yazıldığını və buna görə onu işdən çıxardığını deyib, özü isə sözügedən paylaşımı silib.

Qeyd edək ki, deputatın sürücüsünü cəzalandırması xəbəri əks effekt verib və qalmaqalı daha da böyüdüb. Əvvəla, səhvlərlə dolu status deputat Özbəkistanda səfərdə olarkən yazılıb, o bu ölkədə keçirilmiş prezident seçkilərini müşahidə edən parlament üzvlərindən biri olub. Cavanşir Paşazadənin sürücüsünü özü ilə Daşkəndə aparması inandırıcı deyil, hərçənd bu barədə özü də mətbuata təsdiqləyici heç bir açıqlama verməyib.

İkincisi, sürücünün işi deputatın əvəzinə "Facebook"da status yazmaq deyil, buna görə onun cəzalandırılması, işdən çıxarılması əmək qanunverciliyinin kobud şəkildə pozulmasıdır. Əgər doğrudan da sürücü işdən atılıbsa, o məhkəməyə müraciət edib C.Paşazadənin cəzalandırılmasına və işinə bərpa olunmağa nail ola bilər. Eyni zamanda Dövlət Əmək Müfəttişliyi ictimailəşən bu qanun pozuntusuna biganə qalmamalıdır. Söhbət millət vəkilinin əməlindən gedirsə, sözügedən dövlət qrumu qanun pozuntusuna daha həssas yanaşmalıdır. 

Nəhayət, bu gün sosial şəbəkələrdə yayılan skrinşotlar C.Paşazadənin verdiyi açıqlamalarda nə qədər qeyri-səmimi olduğunu təsdiq edir. Belə ki, deputatın əvvəlki paylaşımlarının da orfoqrafik səhvlərlə dolu olduğu görünür. Məsələn, mayın 1-də o, "Facebook" səhifəsində yazdığı qeydlərdə "postsovet" sözünü "PASSOVET" kimi ifadə edib. Deputatın sosial şəbəkədəki başqa statusları da belə ciddi səhvlərlə doludur.

Bu durumda deputatın israrlı şəkildə özünü müdafiə etməsi, hətta sürücüsünü işdən çıxarması onun daşıdığı mandata, Milli Məclisə və ictimaiyyətə qarşı sayğısızlıqdır. Yazı-pozudan başı çıxan deputat həmkarları bunu hörmətli Cavanşir Paşazadəyə anlatsalar, faydalı olar.

GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sabiq deputat İTV-dən nə istəyir?

    Sabiq deputat İTV-dən nə istəyir? ...

    13-12-2013, 13:58

  • 
  • Gülər Əhmədova İlham Əliyevə müraciət etdi: “Mən dələduz deyiləm”

    Gülər Əhmədova İlham Əliyevə müraciət etdi: “Mən ...

    2-12-2013, 13:02

  • 
  • Bu gün deputatlardan birinin mandatı ləğv olunacaq

    Bu gün deputatlardan birinin mandatı ləğv olunacaq ...

    13-10-2014, 14:53

  • 
  • Deputat: “Fəxri Xiyabandakı bəzi qəbirlər üzərindəki yazılar dəyişdirilməlidir”

    Deputat: “Fəxri Xiyabandakı bəzi qəbirlər ...

    29-11-2013, 12:57

  • 
  • “Nəyə görə pensiyaları ancaq “Kapital bank” verməlidir?" - deputat

    “Nəyə görə pensiyaları ancaq “Kapital bank” ...

    17-09-2019, 14:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu