GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Qanun layihəsi məhdudlaşdırıcı xarakterlidir və müxtəlif müddəalar ikibaşlıdır” – MEDİA EKSPERTİ ƏLƏSGƏR MƏMMƏDLİ

“Qanun layihəsi məhdudlaşdırıcı xarakterlidir və müxtəlif müddəalar ikibaşlıdır” – MEDİA EKSPERTİ ƏLƏSGƏR MƏMMƏDLİ

Tarix: 23-12-2021, 14:10 Bölmə :Müsahibə Baxış: 754


“Azərbaycan media mühitini daha daraldan və daha müdaxiləçi addımlar gözləyir"

22 dekabr 2021-ci il tarixində Medianın İnkişafı Agentliyində Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və İnsan hüquqları komitəsinin sədri Zahid Orucun iştirakı ilə “Media haqqında” qanun layihəsinin növbəti müzakirəsi keçirilmişdir.

Müzakirədə Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Turan İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, APA İnformasiya Agentliyinin təsisçisi Vüsalə Mahirqızı, media hüququ üzrə ekspert Ələsgər Məmmədli, deputat Qüdrət Həsənquliyev, həmçinin bir sıra media subyektlərinin nümayəndələri çıxış etmişlər.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov görüşdə səsləndirilən sualları ətraflı cavablandırmış, rəy və təkliflərə münasibətlərini bildirmişlər.

Qeyd edək ki, bu gün də “Media haqqında” qanun layihəsinin müzakirəsi davam etdiriləcək.

Müzakirələrdə iştirak edən hüquqşünas, media eksperti Ələsgər Məmmədli “Media haqqında” qanun layihəsində narazılıq doğuran məqamların olduğunu bildirib. Ələsgər Məmmədli qeyd edib ki, əsgər qanun layihəsinə düzəlişlər edilməzsə, Avropa Məhkəməsinə müraciət ünvanlayacaq.

Mövzu ilə bağlı Ələsgər Məmmədli “Hürriyyət”in əməkdaşı ilə söhbətləşib:

- Ələsgər bəy, “Media haqqında” qanun layihəsində sizi daha çox hansı maddələr qane etmir?

- Onu qeyd edim ki, "Media haqqında” qanun layihəsinin özünün yazılması və müzakirəyə çıxarılması başda olmaqla, üzərindəki müddəaların bir çoxunda istər demokratik cəmiyyətdə, istərsə də hüquq tənzimlənmə zəruriliyi baxımından xeyli problemlərin olduğunu düşünürəm. Bununla bağlı sistemli fikirlərimi ifadə etmişəm. Xüsusilə də iki oxunuşda bu qədər sürətli müzakirəyə çıxarılması və peşəkar müzakirələrin aparılmaması qanunun keyfiyyətinə xidmət etməyib. Bu layihə keyfiyyətli qanun layihəsi kimi formalaşmayıb, baxmayaraq ki, iki oxunuşdan da keçib. Amma layihənin üzərində ciddi şəkildə işlənilməlidir. Xüsusilə dövlətin tənzimlənmə siyasətinin çərçivəsi daha aydın görünməlidir. Media azadlığına zəruri olmayan müdaxilələrə yol verilməməlidir. Eyni zamanda, qanun informasiyanın alınıb yayılmasına tam təminat verməlidir. Jurnalistika fəaliyyətinin aparılması üçün medianın azadlığına təminat verilməlidir. Qanunda müxtəlif müddəalar ikibaşlıdır. Eyni zamanda, məhdudlaşdırıcı xarakterlidir. Bundan əlavə, jurnalistika fəaliyyətinə müdaxiləedici formatdadır.

Dünən baş tutan müzakirələrə məni də dəvət etmişdilər. Bu gün də müzakirələr davam edəcək. Ümid edirəm ki, bu problemlər qanunvericilikdə öz əksini tapmayacaq. Əgər bu baş verməsə, Azərbaycan media mühitini təəssüf ki, daha daraldan və daha müdaxiləçi addımlar gözləyir. Bu da cəmiyyətin və medianın inkişafına deyil, onun məhdudlaşdırılmasına yönələcək.

- Əldə etdiyimiz məlumata görə, bu qanun layihəsinə etiraz olaraq, Avropa Məhkəməsinə müraciət etməyə hazırlaşırsız. Bu, nə dərəcədə doğrudur?

- Konkret, Azərbaycanda ifadə azadlığına yönələn hissələri olarsa, daxili mühakimədən keçdikdən sonra Avropa Məhkəməsinə gedə bilər. Sadəcə, ifadə etmişəm ki, burdakı müddəaların bir çoxu əgər olduğu kimi tətbiq olunarsa, bunun Avropa Məhkəməsində qaldırılmasına ciddi zərurət yaranacaq. Çox sayda şikayətlər Avropa Məhkəməsi tərəfindən qəbul olunacaq. Bu baxımdan, heç buna yol vermədən qanun layihəsi konvensiyaya uyğun qəbul edilməlidir.

- Sizin də qeyd etdiyiniz kimi, artıq qanun layihəsi iki oxunuşdan keçib və qəbul olunub. Necə düşünürsüz, üçüncü oxunuşda təklifləriniz nəzərə alınacaq?

- Bunu deyə bilmərəm. Mən sadəcə yanlışlıqları ifadə edə bilərəm. Ümid edirəm  ki, üçüncü oxunuşda konkretləmiş layihə olacaq. Çünki bu vacib məsələdir. Azərbaycan cəmiyyəti üçün önəmli olan budur. Qanun layihəsini hazırlayanlar deyir ki, onların məhdudlaşdırıcı niyyəti yoxdur. Əgər doğurdan da yoxdursa, qanun layihəsi daha ölçülü və çərçivəli təqdim olunmalıdır.

- Ümumiyyətlə, əvvəl baş tutan ilkin müzakirələrdə iştirak etmisiz?

- Qanun layihəsi ortaya çıxandan sonra ilk rəsmi müzakirəm dünən baş tutub. Bu da ikinci oxunuşdan keçmiş qanun layihəsi üzərində oldu. Orda da vurğuladım ki, müzakirələrə gec çağırılmışam. Layihə parlamentə təqdim olunmazdan əvvəl bu baş tutmalı idi. Narazılıq doğuran məqamlar ortaya qoyulandan sonra, parlamentə təqdim edilməli idi. Bundan əlavə, layihə müzakirəyə çıxana qədər heç yerdə yayılmaması da yanlış addımdır. Bunları görüş zamanı ifadə etdim. Ən önəmlisi bizim fikirlərimizin diqqətə alınması olacaq. Əgər bu olarsa, qanunvericilik prosesi zaman uzlaşma mədəniyyətinin olduğunu göstərər. Olmazsa da, dünyanın sonu deyil, mübarizəmizi davam etdirəcəyik.

- Dünənki müzakirələrdə fikirlərinizə müsbət yanaşıldımı?

- Düşünürəm ki, dünənki müzakirələr əvvəlki müzakirələrə nisbətən daha subyektiv və məzmunlu oldu. Çünki konkret layihədəki problemlər və onlara yanaşmayla bağlı idi. Mən, Arif Əliyev, Mehman Əliyev, Elçin Şıxlı və digərləri də fikirlərimizi ifadə etdik. Yenə də müəyyən qeydlər aparılırdı. Ümid edirəm ki, qanun layihəsinin təkmilləşdirilməsi ilə bağlı bu günki müzakirələr də daha məhsuldar olacaq. Əgər layihə təkmilləşməsə, bununla bağlı yekun fikirlərimizi ictimaiyyətə açıqlayacayıq.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Media haqqında” Qanun layihəsinin növbəti müzakirəsi keçirilib

    “Media haqqında” Qanun layihəsinin növbəti ...

    23-12-2021, 09:09

  • 
  • Media haqqında qanun layihəsi – konsensus barədə danışmaq tezdir

    Media haqqında qanun layihəsi – konsensus barədə ...

    23-12-2021, 13:52

  • 
  • Vüsalə Mahirqızı: “APA Media Group radiotezliklə bağlı heç bir müraciət etməyib”

    Vüsalə Mahirqızı: “APA Media Group radiotezliklə ...

    10-12-2019, 20:13

  • 
  • Əhməd İsmayılovun vahid kart siyasəti – Mətbuata inzibati amirlik üsullarının gətirilməsi nəyə xidmət edir?

    Əhməd İsmayılovun vahid kart siyasəti – Mətbuata ...

    2-03-2021, 11:48

  • 
  • AŞPA-nin seçkilərin monitorinqi missiyası media nümayəndələri ilə görüşüb

    AŞPA-nin seçkilərin monitorinqi missiyası media ...

    23-01-2020, 22:21


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu