GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Media haqqında qanun”: kimləri və niyə narahat edir?

“Media haqqında qanun”: kimləri və niyə narahat edir?

Tarix: 27-12-2021, 19:37 Bölmə :Müsahibə Baxış: 774


Müəllif: Müşfiq Ələsgərli, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri

Media insidentləri üzrə monitorinq aparan beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyin xüsusi şərtləri var. Baş vermiş hadisəyə subyektiv yanaşmağın yolverilməzliyi ilk yerlərdə dayanır. Obyektivliyin təmin edilməsi üçün texniki prosedurlar da quraşdırılır. Məsələn, insidentlərin təsviri  üzrə “MİM  anketlər”in tətbiq edilməsi baş vermiş hadisəyə subyektiv yanaşmanı minimuma endirir. Əlavə olaraq, hazırlanmış hesabatlar paralel mənbələrlə müqayisə edilir, dəqiqləşdirmə aparılır.  

Bu kontekstdə bəzən müəyyən uyğunsuzluqların ortaya çıxması təbiidir. Uyğunsuzluq halları ilə mən də qarşılaşmışam. 2013-cü ildə mübahisəli duruma düşmüşəm. Paralel hesabat hazırlayan təşkilatların birinin qeydə aldığı insidentlərlə müqayisədə bizim hesabatın  “əskiyi” çıxmışdı.  Əməkdaşlıq etdiyim beynəlxalq təşkilatın iradı bu idi ki, “Salyan rayonu   ərazisində təzyiqə məruz qalmış fotomüxbir”in-Sudeyf adlı şəxsin- hekayəsini qeydə alıb hesabata daxil etməmişik. Paralel hesabat müəllifləri isə fakta diqqət yetiriblər,  onu ilin media insidentləri sırasında yerləşdiriblər.

Məntiq bu idi ki, alternativ hesabatın müəllifləri daha obyektiv çalışıblar, biz isə laqeyd davranmışıq. Araşdırdıq. Bəlli oldu ki, Sudeyf foto-müxbir  deyil, kameramandır. Toylarda video-çəkilişlər aparır. Bir gün toy çəkilişindən çıxıb sükan arxasında alkollu vəziyyətdə oturduğu üçün yol polisi tərəfindən  saxlanılıb. Tabe olmaq istəməyib, mübahisə yaranıb. Adam tədbirli imiş. Bir “KİV qurumundan” 30 manata aldığı “jurnalist  vəsiqəsi”ni cibində  gəzdirirmiş. Məsələ böyüyəndə üzvü olduğu şəbəkə onu vəziyyətdən çıxarmaq üçün işi qloballaşdırıb, onu “təhdid almış jurnalist” kimi sənədləşdirib beynəlxal təşkilatlar vasitəsilə polisə təzyiqlər göstərməyə çalışıb.

Əldə etdiyimiz faktları  təqdim etdik, haqlı olduğumuzu isbatlaya bildik. Amma proses bununla yekunlaşmır. Araşdırmalar zamanı yeni nüansları ortaya çıxdı. Aydın oldu ki, şəxsi maraqları naminə faktları kontekstdən çıxarmaq taktikası təkcə “milli jurnalist təşkilatları” və ya “milli QHT-lər” üçün xarakterik deyil. Problem odur ki, söz və ifadə azadlığının qlobal durumunu dəyərləndirən, rəy formalaşdıran beynəlxalq təşkilatlarının heç də hamısı prinsipial davranmırlar. Bu sırada olan bəzi təşkilatlar faktların dəqiqləşdirilməsi üçün təkid etmirlər. Yaxud, faktların dəqiqləşdirilməsində maraqlı olmurlar. Əksinə, media insidentləri ilə bağlı statistikanın yüksək rəqəmlərlə ifadə olunması üçün saxtakarlıqlara göz yumurlar, yalançı faktların uydurulmasını stimullaşdırırlar. Belə yanaşmanın nəticəsidir ki, onların müəllifi olduqları  hesabatlarda faciə qurbanı olmuş, öldürülmüş, həbs edilmiş, təhdid almış  jurnalistlərin sayı ilə bağlı müxtəliflik mövcuddur. Məsələn, beynəlxalq jurnalist təşkilatlarından birinin- Sərhədsiz Reportyorların  (RSF) 2016-cı il üzrə hesabatına baxaq. Bu hesabat dünya üzrə  həbsdə  olan, təhdid alan  jurnalistlərin sayını 360 nəfərlə ifadə edir( https://rsf.org/en/barometer?year=2016&type_id=234#list-barometre ).

Digər beynəlxalq təşkilatın- Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsinin  (CPJ) hesabatında isə 2016-cı ildə dünya üzrə həbsdə olan və təhdid alan jurnalistlərin sayı 259 nəfər göstərilir ( https://cpj.org/imprisoned/2016.php ). Ortada 101 nəfərlik fərq var. Maraqlı deyilmi: özünü beynəlxalq statuslu adlandırın təşkilatların eyni metodologiya ilə  hazırlanmış, eyni mövzuları və eyni təqvim dövrünü əhatə edən hesabatlarında belə fərqlilik nədən yaranır? 2016-cı ili bir nümunə olaraq göstəririk. Özünü beynəlaxlaq statuslu elan etmiş jurnalist təşkilatlarının hebatlarında bu cür uyğunsuzluqlar digər illərdə də tasadüf edilir.   

Müşahidələr göstərir ki, özünü beynəlxal statuslu hüquq-müdafiə təşkilatı adlandıran, amma bəlli güc mərkəzlərinin təsir dairəsində olan təşkilatların hesabatları fərdi maraqlara görə fərqlənirlər. Zərurət yarananda istənilən ölkədə “qurbanların” siyahısını uzadır, yaxud, qısaldıb minimuma endirirlər. Siyahıların tərtibatında meyar obyektivlik deyil, hədəf ölkələrə qarşı münasibətdir. RSF qismində olan təşkilatlar media, söz və ifadə azadlığı ilə bağlı durumun kəskin pisləşdiyi ölkələri yox, maraqlarına xidmət etdikləri güclərin hədəfində olan ölkələri "monitorinq edirlər”. "Həbsdə olan”, “təhdid alan jurnalistlərin”  “sayının çoxluğuna” görə hədəf ölkələri beynəlxalq rəyin qınaq obyektinə çevirirlər. Onların hədəflərində Azərbaycan da var.

Təhlil edəndə aydınlaşır ki, özünü beynəlxalq qurum, insan haqları təəssübkeşi elan etmiş bu təşkilatların yerli “QHT” və “KİV-lər”lə birgə qurduqları şəbəkələr var. Koordinasiya edilmiş formada fəaliyyət göstərirlər. Onların pul-paradan qayğıları yoxdur. “Soros Fondu” başda olmaqla, anti-Azərbaycan mərkəzlər belə saxtakarları çıraqla axtarırlar. Təşkilatlandırır, şəbəkələşdirir və maddi təminatlarını həyata keçirirlər.  Himayələrində “n” qədər “milli QHT”, “KİV qurumu”,  "vətəndaş jurnalist”, “bloger”, “sosial şəbəkə fəalı”, “jurnalist vəsiqəsi gəzdirən şəxs”  var. Azərbaycana qarşı kampaniya aparmaq lazım gələndə  həmin “jurnalist vəsiqəsi gəzdirən şəxsləri”   aktivləşirirlər, qarşıdurmalara sövq edirlər, süni insidentlər yarada bilirlər. “Soros şəbəkəsi”nin üzvü olan “beynəlxalq jurnalist təşkilatı” üçün 2020-ci ildə Azərbaycandan göndərilən arayışlardan birinə baxıram. Yazıblar ki,  “hesabat ilində (2020-ci il) Azərbaycanda mediaya qarşı 130 basqı halı baş verib”. Təbii ki, ölkədə media ilə bağlı insidentlərin baş verdiyini kimsə inkar etmir. Bu cür epizodlara hər bir ölkədə, o cümlədən, Azərbycanda da təsadüf edilir. Amma 130 rəqəmi fantastikdir, uydurmadır, reallıqla heç bir əlaqəsi yoxdur. Bu azmış kimi, yazıblar ki, “32 sosial şəbəkə fəalına, 28 blogerə qarşı təzyiqlər olub”. Məsələ ondadır ki, 2020-ci ildə Azərbaycan Ermənistanla aktiv savaş halında idi. “Soros şəbəkəsi” Azərbayanı beynəlxalq rəyə ədalətsiz, Ermənistanı isə haqlı mövqe sahibi kimi tanıtmağa çalışırdı. Ölkədəki şəbəkə də bu məqsədə xidmət edən bəhanələri verirdi.  Onlar vahid bir mexanizm kimi çalışırlar.

“Media haqqında” yeni qanun layihəsinə qarşı indi aparılan qarayaxma kampaniyasında da  “Soros şəbəkəsi”nin simptomları görünür. Həm də çox aydın, qabarıq şəkildə görünür.  

Feministlərin “Media haqqında” qanunla nə bağlılğı var?

“Media haqqında” yeni qanun layihəsi  “Soros şəbəkəsi”nin media müstəvisində əl-qolunu bağlayır. Bu sahədə nizam-intizamın yaradılması sui-istifadə hallarının qarşısını alır. Jurnalist kimdir, KİV qurumu nədir, missiyaları  harada tamamlanır?-qismində suallara aydınlıq gətirir. Yeni qanun ifadə azadlığının portretini cızır,  manipulyasiya hallarını aradan qaldırır. Kriminal əməlinə görə cəzalandırılan şəxsi “jurnalist” epiteti ilə bəzəmək, hadisəni “jurnalistin qarşılaşdığı basqı” kimi qələmə vermək çətinləşir.

Təbii ki, belə yanaşma bəlli şəbəkənin etirazı ilə qarşılanır. Qanun layihəsi ətrafında anti-təbliğat aparılır, gözdən salınmasına cəhd göstərilir. Aparılan kampaniyalar adekvat deyil. Elə danışır, elə təqdim edirlər ki, guya yeni qanun  “media azdlığına sədd çəkir”, bunlar da “müqavimət göstərirlər”. Əlaqəsiz danışırlar, qeyri-səmimi davranırlar. Dediklərini isbatlayacaq arqumentləri tapıb göstərə bilmirlər. Yeni qanun layihəsi 78 maddədən ibarətdir. Bunlar kontekstdən çıxardıları  3-4 maddənin ətrafında dolanıb dururlar. Kontekstdən çıxarıb təqdim etdikləri həmin 3-4 maddəyə görə bütövlükdə 78 maddəlik qanun layhəsini şübhəyə almağa çalışırlar. Nə məqsəd güdürlər? Kimin marağına xidmət edirlər?  

Dekabrın 10-da Milli Məclis “Media haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsini keçirdi.  Mövqeyindən asılı olmayaraq, bütün peşəkar media təmsilçiləri parlamentə dəvət edildi, layihə üzrə təklif və tövsiyyələri dinlənildi. Qaranlıq qalan bütün nüanslara aydınlıq gətirildi. Etirazçılar da çağırıldılar, dinlənildilər, cavablarını alıb getdilər. Deməyə sözləri, bildirməyə iradları qalmadı. İndi də fərqli taktikaya əl atıblar. Özləri kölgədə dayanıb, 3-5 nəfər tərəfdarlarını irəi veriblər.

Dekabrın 14-də 5 nəfər şəxs Milli Məclis önünə gələrək layihəyə etirazını bildirdi. Əlbəttə, istənilən vətəndaşın etiraz etmək hüququ var. Bir şərtlə ki, ortada predmet olsun. Problem budur ki, aksiya təşkltçılarının, kampaniya iştirakçılarının layihəni oxumadıqları üzə çıxdı. Bəlli oldu ki, nəyə etiraz etdikləri barədə təsəvvürləri yoxdur. Aksiyanı işıqlandırmağa gələn jurnalistlər təkidlə təkrarlasalar da, aksiya keçirənlər layihədən bircə maddənin adını çəkə bilmədilər ( https://www.youtube.com/watch?v=3zzJPyngTOA ). Əgər layihəni oxumayıblarsa, mahiyyətini bilmirlərsə, nə üçün etiraz edirlər, nəyə etiraz edirlər və kimi sifarişi ilə önə çıxırlar?

Dekabrın 24-də keçirilən etiraz  aksiyası da eyni qəbildəndir. Bu aksiyada daha ciddi nüanslar diqqəti çəkir. Şəkillərə baxanda görünür ki, son aksiyanın iştirakçılarının çoxluğu  jurnalistlər deyil, feministlərdir. Cəmi 2 nəfər xəbər istehsalçısı görünür. Qalanı feminizmin təmsilçiləridirlər  .  Hansılar ki, Azərbaycanlı zehniyyəti  ilə uzlaşmayan istənilən aksiyada iştirakçı olurlar. Sıralarında 2018-2019-cu illərdə Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanı “sülh göyərçini” kimi təqdim edənlər də var. Akopyanın iz azdırmaq üçün quraşdırdığı saxta sülhyaratma proqramına - “Qadınlar sülh naminə” kampaniyasına qoşulmuşdular.

Eyni kampaniyanın təmsilçiləri bu gün “Media haqqında” yeni qanuna layihəsinə etiraz edirlər. İndi nəyi hədəfləyirlər? Bu suallar təkcə Milli Məclis qarşısına toplaşıb etiraz edən 5 nəfər üçün deyil. Həm də kölgədə durub həmin aksiya iştirakçılarını nəzəri tezislərlə müdafiə edənlərə  ünvanlanıb. Paralel olaraq, 5 nəfərin aksiyasını “Azərbaycan jurnalistlərinin etirazı” kimi sənədləşdirib beynəlxalq təşkilatlara göndərənlərə aiddir.

Bütün sualların cavabı yaxın tarixdə var

Bu şəbəkənin fəaliyyəti Azərbaycanda  yeni deyil, 1990-cı illərdən etibarən strukturlaşıb. Tərkibi dəyişir, simalar yenilənir, amma mahiyyəti olduğu kimi qalır. Azərbaycanda inkişafa, nizam –intizama köklənmiş bütün yeniliklərə qarşı çıxıblar. Ölkəmizə uğur gətirən, imicinə şərəf qatan elə bir hadisə yoxdur ki, bu şəbəkə ona qarşı çıxmasın, əks mövqedə durmasın. Təşkilatlanmış kampaniyalarından biri Azərbaycanın Avropa Şurasına üzvlüyü ərəfəsində olub. Strasburqa, Brüsselə danos  yazmaqdan başlamış, ölkədə etiraz aksiyalarının keçirilməsinə qədər çeşidli baryerlər qurublar. “Avroviziya” mahnı yarışması “insan hüquqlarının pozulduğu ölkədə keçirilə bilməz”- deyib kampaniya qurublar,  müsabiqəyə  qarşı çıxıblar. Ölkəmiz BMT Təhlükəsizlik Şurasına, Avropa Şurasının Nazirlər Komitəinə sədrlik şansı qazananda da əleyhidarlar sırasında yer tutublar. Bakıda təşkil edilən I Avropa Oyunlarını  baykot etməyə çalışan güclərin əlinə oynayıblar... Bütün bunlar tarixdirlər, arxivlərdə yatıb qalırlar. İstənilən an təkrarlamaq, səhifələmək üçün açıqdırlar. Eyni adamlardır, eyni çevrədir, hər daşın altında əlləri görünür. Guya ki, demokratiya tərəfdarıdırlar. Amma demokratik inkişafı ehtiva edən bütün təşəbbüslərin əleyhinə olublar. “Media haqqında” yeni qanun layihəsinə yanaşmaları da eyni kontekstdədir.   

Müqayisə üçün bir nümunə verməklə mövzunu bitirək. 27 dekabr 2011-ci il tarixdə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nı ehtiva edən sərəncam imzalanıb. Sərəncama əsasən, Azərbaycanda diffomasiya qanununun qəbul edilməsi, digər qanunların buna uyğunlaşdırılması üçün hazırlıq aparılması   önə çəkilib.  Azərbaycan Mətbuat Şurası ATƏT-in Bakı Ofisinin hüquqi ekspertizası ilə “Diffomasiyadan müdafiə haqqında” qanun layihəsini hazırlayıb,  qəbul edilmək üçün layihəni Milli Məclisə təqdim edib. Amma son  anda qanunun qəbulu təxirə salınıb. Səbəb kimi  Venesiya Komissiyasının uyğun  rəy verməməsi göstərilib.

Anlaşmazlıq yaranır: ATƏT-in Bakı Ofisinin hüquqi ekspertizası ilə hazırlanmış bir layihəni Avropa Şurasının Venesiya Komissiyası  niyə geri qaytarsın? Komissiyanın uyğun  rəy verməməsinin səbəbi sonra bilindi. Məlum oldu ki,  Azərbaycandakı bəlli şəbəkə  etiraz məktubları göndərib, Komissiyadan layihəyə müsbət rəy verməməsini istəyib. Müraciətlərin mətnləri əldədir, bu şəbəkənin mahiyyətini açmaq üçün gözəl nümunədir. Özlərini elə göstərirlər ki, guya ölkədə “Diffomasiyadan müdafiə haqqında” qanun layihəsinin qəbul edilməsi üçün çalışırlar. Amma müxtəlif bəhanələrlə bu qanunun qəbul edilməsinə qarşı çıxıblar. Mövqelərini də belə əsaslandırıblar ki, guya  “layihənin daha demokratik formada hazırlanmasını istəyirlər”. . . Yalan dedikləri bəllidir. Layihə nə demokratik, nə də qeyri-demokratik formada qəbul edilmədi. Üzərindən də 10 il keçir. Bircə dəfə adını tutublarmı? Onlara demokratik ruhlu, nizam-intizam yaradan qanunların qəbulu yox, nizamsızlıq, qarışıqlıq lazımdır. “Bulanıq suda balı tutmaq” taktikasına sadiqdirlər. Bu gün eyni kampaniyanı  “Media haqqında” yeni qanun layihəsinə qarşı aparırlar.

Bunlara problemlərin həlli lazım deyil. Əksinə, problemlərin kəmiyyətcə çox olmasına çalışırlar. Problemin çox olması yeni kampaniyalar, yeni qrant layihələri, yeni maliyyə mənbələri deməkdir. “Soros şəbəkəsi”nin qol-qanad açması üçün yeni bəhanələr deməkdir. Ümid edək ki, müvafiq qurumlar təzyiqlər qarşısında geri çəkilməyəcək,  “Diffomasiyadan müdafiə haqqında” qanun layihəsi ilə bağlı yaşanan təcrübənin təkrarlanmasına yol verməyəcəklər.

GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Beynəlxalq təşkilatlar ermənilərin İTV əməkdaşlarını atəşə tutmasını PİSLƏDİLƏR

    Beynəlxalq təşkilatlar ermənilərin İTV ...

    2-10-2020, 11:37

  • 
  • Azərbaycan uşaq hüquqlarının qorunmasında beynəlxalq təşkilatlarla əməkdaşlıq edir

    Azərbaycan uşaq hüquqlarının qorunmasında ...

    31-05-2017, 14:00

  • 
  • Hər gün azı 2 jurnalist həyatını itirir

    Hər gün azı 2 jurnalist həyatını itirir ...

    25-11-2013, 17:29

  • 
  • Azərbaycanda 18 jurnalist koronavirusa yoluxub – 1 nəfər ölüb

    Azərbaycanda 18 jurnalist koronavirusa yoluxub – ...

    30-06-2020, 15:54

  • 
  • Beynəlxalq müşahidəçilərin seçki açıqlaması

    Beynəlxalq müşahidəçilərin seçki açıqlaması ...

    10-10-2013, 11:02


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu