GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Hər gün azı 2 jurnalist həyatını itirir

Hər gün azı 2 jurnalist həyatını itirir

Tarix: 25-11-2013, 17:29 Bölmə :Ölkə Baxış: 739
Hər gün azı 2 jurnalist həyatını itirir
Ukraynanın paytaxtı Kiyevdə Beynəlxalq Jurnalistlər Federasiyasının (İFJ) və Avropa Jurnalistlər Federasiyasının təşkilatçılığı ilə medianın qlobal problemlərinə həsr edilən konfrans keçirilib.

Jurnalistlərin Həmkarlar İttifaqından AzNews.az-a verilən məlumata görə, 21-23 noyabr tarixlərində keçirilən konfransda BJF və AJF-nin Avropa ölkələri üzrə yerli üzv təşkilatları, ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən nüfuzlu KİV redaktorları, media ekspertləri, həmçinin, ATƏT başda olmaqla bir sıra beynəlxalq təşkilatların təmsilçiləri qatılıblar. Azərbaycandan Konfransa Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli və “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli qatılıblar.

Konfrans müddətində medianın qlobal problemləri, yeni çağırışlar müzakirə edilib. Xüsusi olaraq, əksər ölkələrdə media sahibliyinin iri maqnatlar tərəfindən ələ keçirilməsi, etik dəyərlərə münasibətin dəyişməsi; yeni media və müəlliflik hüququ; əmək hüquqları; jurnalist təhlükəsizliyi kimi məsələlər diqqət mərkəzində olub, bu yöndə ölkələr üzrə hesabat xarakterli məruzələr dinlənilib və qiymətləndirmə aparılıb. Yerli üzv təşkilatlar təmsil etdikləri ölkələrdə medianın durumuna dair məruzələr etdikdən sonra, dəyərləndirmə aparılıb.

Rusiya, İraq və Pakistanda son illər jurnalist təhlükəsizliyi problemlərinin xüsusi olaraq qabardığı vurğulanaraq bu olkələrin hakimiyyətlərinə çağırış edən bəyanatlar qəbul edilib.

Noyabrın 23-də konfrans iştirakçıları Beynəlxalq “Jurnalistikada cəzasızlığa qarşı gün” kampaniyasına qoşulublar. Kampaniya ilə həmrəylik göstəricisi olaraq dinc yürüş keçirilib. Yürüşə qatılan BJF prezidenti Jim Bumelha peşə fəaliyyətinə görə qətlə yetirilmiş, sağlamlığını itirmiş jurnalistlərə həsr edilən məruzə ilə çıxış edib. Bildirib ki, “il ərzində dünya ölkələrində qətlə yetirilən və ya sağlamlığını itirən jurnalistlərin ümumi statisitikası belə nəticə doğurur ki, indi az qala hər gün ən azı 2 jurnalist ya həyatını, ya da sağlamlığını itirir”.

BJF prezidenti əlavə edib ki, ən pis hal jurnalistlərə xəsarət yetirənlərin cəzasız qalması ilə bağlıdır:

“Peşə fəaliyyətinə görə jurnalistlərə müxtəlif formalı xəsarət yetirilməsinə, jurnalistlərin öldürülməsinə görə açılan cinayət işlərinin ən yaxşı halda 10 faizi müsbət nəticə verir, cinayətkarlar cəzalandırılırlar.

Qalan 90 faiz isə neqativdir, yəni jurnalistlərə xəsarət yetirən, onlara təzyiq göstərənlər cəzasız qalırlar. Dünyanın hər bir nöqtəsində tendensiyaya çevrilmiş bu cür hallara son verilməsi üçün qlobal kampaniyalar keçirilməli, media həmrəyliyi inkişaf etdirilməlidir”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda jurnalistlər nə qədər qazanır?

    Azərbaycanda jurnalistlər nə qədər qazanır? ...

    22-01-2014, 13:41

  • 
  • Əli Həsənovla Əflatun Amaşovun azad media qorxusu

    Əli Həsənovla Əflatun Amaşovun azad media qorxusu ...

    3-05-2013, 15:36

  • 
  • Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib

    Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib ...

    13-12-2013, 18:43

  • 
  • Natiq Məmmədli “Kaspi”dən getdi

    Natiq Məmmədli “Kaspi”dən getdi ...

    6-02-2015, 22:31

  • 
  • Mətbuat Şurası seçkilərin işıqlandırılması barədə

    Mətbuat Şurası seçkilərin işıqlandırılması barədə ...

    1-11-2015, 13:08


Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Arxiv xəbərlər

İyun 2025 (192)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu